"Fənərbağça" qalib gəlib .....                        Trampdan İranla bağlı VACİB AÇIQLAMA .....                        Faciəli şəkildə ölən tələbələrin FOTOSU .....                        Erməni nazir Vaqif Xaçaturyanın səhhətindən danışdı .....                        ABŞ 24 saat ərzində İranı bombalayacaq - KİV .....                        Ukraynada fövqəladə vəziyyət elan edildi .....                        Naxçıvanda iki türk tələbə dəm qazından öldü .....                        İsraillə ABŞ İranı müzakirə etdi .....                        Britaniya hərbçiləri Qətərdəki hərbi bazanı tərk edir .....                       
Tarix : 13-03-2020, 11:32
Xəritəli və xəritəsiz yollar... - VİDEO

Yollar.. Xəritəli və xəritəsiz yollar. Əlimizdə hər bir yolun xəritəsi olsa getməyə nə varki? Sadəcə biraz istək, biraz dəstək və biraz da maraqlı yol yoldaşın olsa bəs edir. Xəritələr sənə yolu göstərəcək, istiqaməti verəcək və hətta minəcəyin avtobusa qədər təyin edəcək. Bir də əlindən tutan varsa nə gözəl! Amma, görəsən, bu cür asan, xəritəsi əlində olan yolu getmək sənə nə verəcək? Sadəcə xatirələr?...
Ya getdiyin yol xəritəsizdisə? Yanında kimsən yox, olanların da əlləri bumbuzdursa? Həyat səni iznin, xəbərin, niyyətin belə olmadan bir yola atıb, özü kənara çəkilir və yolu gedəcəyin bir xəritə də vermirsə?. Qəlbində nə istək var, nə həvəs. Ayaqların ardınca gəlmir, yorulmusan, oturub dincəlmək istəyirsən. Bəs onda necə?.. Bu yol bəs sənə nə verəcək?
Xatirələr əlbəttə ki, gözəldir, ama xatirələr insanı güclü etmir. Yaşamaq üçün güclü olmaq istəyirsənsə yola xəritəsiz çıxacaqsan. Əlin tutmaq istəsə bir qələm, ya bir kitabdan tutacaqsan. Yalnız bu halda bu dünyada bir iz qoyub gedə bilərsən. İçin yanmasa hissləri sözlərə çevirə bilməzsə. Nə zaman gördün əvvəldən sona qədər xoşbəxt xəttlə yazılmış bir əsər yaddaşda qalsın? Mütləq ki, daxildən titrədən, əsl kimliyinə qovuşduran tənha yolları da keçməlidir insan. Onsuzda heç bir yol sonsuz deyil, həyatın özü kimi hərşey müvəqqətidir. Ağrını səbrinə, gücünə çevirməyi bacarsan, yalnız o zaman insan olmaq nədir biləcəksən. Yaxşı nədir, xoşbəxtlik nədir, sevgi nədir, həzz nədir bilmək üçün onların əksini yaşadan yollardan keçməsək hansının hansı olduğunu ayırd edə bilmərik. Odur ki, bir gün xəritəsiz bir yolda özünü görsən qorxma. Yıxıla-dura bu yolu da keçəcəksən, əsas o yoldan sənə qalan azuqə olacaq ki, ondan sonrakı yollarda sənə xəritəlik edəcək...



Hazırladı və səsləndirdi: Röya İsrafilova
Mətnin müəllifi: Fidan Həbibli.


Paylaş



Bölmə: Ana seife / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!