Təbrik edirik! .....                        İsrail səfiri: Qarabağın üç il ərzində keçdiyi inkişaf yolu inanılmazdır .....                        Rusiya kilsəni bombaladı - Ölənlər var .....                        Sumqayıtda yaşayış binasında yanğın - VİDEO .....                        Almanın kiloqramı 6-7 qəpiyə düşdü .....                        ABŞ Qəzzaya qoşun göndərəcək? .....                        Ordumuz bu ölkələrlə birgə təlimlərə qoşulacaq .....                        Ərdoğan Qəzzaya gedəcək - "Öncə mən, sonra siz!" .....                        Bakıda binada yanğın .....                       
Tarix : 22-12-2020, 21:50
Şagirdim Şəhid Əmrah Rəcəbovun əziz xatirəsinə...


Bir zamanlar Gəncə şəhərində internat tipli məktəbdə direktor çalışdığım dövrdə hafizəmdə iki cüt qara gözlərin izləri silinməz qalmışdır...

Hər səhər siniflərin davamiyyətini yoxlayarkən II mərtəbədə 3-cü sinifdə arxa partada gözlərində “Vətən sevgisi” parlayan şagirdimin olduğunu sən demə heç bilməmişəm. Adətim üzrə həmişə şagirdlərin asudə vaxtında gələcəkdə kim olacaqlarını soruşardım. Yoldaşlarından kimisi həkim, müəllim və digər peşələri sadalasa da, Əmrah sadəcə susurdu. Məsum, dərin gözləri ilə mənə nəyisə demək istəyirdi....

Rəcəbov Əmrah 11 dekabr 2000-ci ildə Gəncə şəhərində anadan olub. Kiçik yaşlarında atasını itirib.
Anası tərəfindən Gəncə şəhəri internat tipli məktəbə verilib. Bir müddət isə 34 nömrəli məktəbdə də təhsil alıb. 2019-cu ildə Azərbaycan Silahlı Qüvvələrində Beyləqan rayonu “N “ saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olub. 2020-ci il 27 sentyabr tarixində başlamış Vətən müharibəsində Füzuli istiqamətində gedən şiddətli döyüşlərdə iştirak edib. 2 oktyabrda həmin istiqamətdə gedən döyüşdə yaralanmış əsgər yoldaşını döyüş mövqeyindən çıxararkən özü də qəhrəmancasına şəhid olub.

Bəzən sosial şəbəkələrdə Əmrah haqda kimsəsiz şəhid ifadəsi işlədilir. Ancaq onun milyonlarla ata, ana, bacı və qardaşı var!

Yazdıqlarımın əvvəlinə qayıtmaq istəyirəm. Məktəb vaxtlarında Əmrah sadəcə susurdu, gözləri ilə sanki "Mən məqamların ən gözəlinə Şəhidlik zirvəsinə ucalmaq istərdim" deyirdi. Ruhun şad olsun oğlum! Allah bütün şəhidlərə rəhmət etsin!

Elə bu məqamda yadıma Vüsal Hicranın şeiri düşdü, bunu da sənə ithaf edirəm əziz Şəhidim:

Dünən şəhid oldu mənim tələbəm,
Məndə hamı kimi ağladım, yandım...
Bir anlıq geriyə qayıtdı illər,
Baxıb bir nöqtəyə xeyli dayandım.

Yadıma düşdü ki, tarix dərsində,
Onu incidərdim sözləri üstə
Bircə dərsinə də hazır gəlməzdi,
Çox vaxt dayanardı dizləri üstə.

Yoxsa müəllimlər də səhv edə bilər?!
Dünyada nə çətin suallar varmış.
Bilməzdim tarixdən “2” alanlar,
Özləri nə vaxtsa tarix yazarmış!

Əbilov Rövşən


Paylaş



Bölmə: Ana seife / Şəhidlər / Köşə / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!