Sağ qalan 7 sərnişin Bakıya gətirildi .....                        Öldüyü deyilən Mahirin atası: "Sağ olduğunu bu gün öyrəndik" .....                        Kimliyi müəyyənləşənlərin sayı 10-a çatdı - 4-ü Azərbaycan vətəndaşıdır .....                        Rusiya Azərbaycana təzminat ödəməli olacaq .....                        Təyyarə qəzasında həlak olanlardan biri futbolçudur - RƏSMİ .....                        İnsanların faciəli surətdə həlak olmaları xəbərindən sarsıldım - Çin lideri .....                        Rusiyada hava limanlarının fəaliyyəti məhdudlaşdırıldı .....                        Elfaq Nağıyev anıldı .....                        İlahə HƏBİB Yazır: Camaat nə deyər?! .....                       
Tarix : 17-10-2018, 17:28
O, bir dərviş həyatı yaşayır

Mahir sənətkar, dərviş əqidəli kinorejissor Mahir Dərvişdi həmsöhbətimiz
Mahir Sabir oğlu 1961-ci ildə Bakıda anadan olub. Uşaq yaşlarından kinoya böyük maraq göstərib. 14 yaşında ikən qonşuluqda yaşayan mərhum sənətkar Fazil Salayev gəncin marağını görüb onu özü ilə kinostudiyaya aparır. Həmin gündən ecazkar mühitə düşüb böyük sənətkarlarla yaxından ünsiyyətdə olur. Ən əsası, kinostudiyada təcrübə məktəbi keçir, çəkilişlərdə iştirak etməyə başlayır. Beləliklə də həyatı kinoya bağlanır. “Bəyin oğurlanması” və “Qəzəlxan” filmlərində dekarator, “Xocalı harayı”nda rejissor assenti, 30-a yaxın qısametrajlı və sənədli filmin müəllifi və rejissoru olur. 1990-cı ildən 2009-cu ilə qədər işlədiyi Azərbaycan televiziyasında bir sıra maraqlı verilişlərin müəllif-rejissoru, eyni zamanda “Ağ-qara”, “Elat” “Yurdun minbir naxışı”, “Şəcərə”, “Məclisi-üns” verilişlərinin rejissoru olur. 3-cü ildir ki “Aydınlığa doğru” milli-mənəvi dəyərlərin qorunmasl ictimai birliyinin ADTV kanalında rejissor-operator kimi çalışan Mahir müəllim “İnsan” telelayihəsinin müəllifi və rejissorudu.
- Mahir müəllim, 40 ildən artıqdır ki, bu sənətdə çalıçırsız, sözünüzü xalqa çatdırırsız. Ən çox razı qaldığınız və ən uğurlu hesab etdiyiniz işiniz hansıdı?
- Muğam və qəzələ həmişə böyük sevgim olub. Azərbaycan televiziyasında çalışdığım 2000-2001-ci illərdə gənc istedadları axtarıb tapıb televiziya vasitəsilə xalqa təqdim edirdim. Həmin dövrdə “Muğam”və qısametrajlı “Segah” filmini çəkdim. 2000-ci ildən “Ağ yol” verilişim efirə gedirdi. Hər verilişdə üç rubrika olurdu. Müxtəlif elm, ədəbiyyat və incəsənət adamlarınin iştirak etdiyi verilişdə söhbət, əsasən, müğamdan gedirdi. Eyni zamanda, müğam gənclərin ifasında səslənirdi. Maraqlı və mübahisəyə səbəb olan bir məqam da o idi ki, muğam Şirvan, Qarabağ və Bakı muğam məktəbinin davamçıları olan istedadlı gənclər tərəfindən üç ləhcədə səslənirdi. Belə hesab edirəm ki, bununla müğama yeni nəfəs gətirdim. Amma mən razı qalsam da, o vaxt hər iclasda rəhbərlik tərəfindən tənqid olunurdum ki, muğam yaşlılar üçündü, gəncləri niyə buna cəlb edirsən. Buna baxmayaraq 2004-cü ilə kimi işimi davam etdirdim. Həmin dövrdə mən “ Yuxunun səsi” adlı film çəkmişdim. Film respublikada sensasiyaya səbəb olmuşdu və böyük maraqla qarşılanmışdı. 2004-cü ildə isə Mehriban xanım Əliyevanın göstərişi ilə “Speis” televiziyasında muğam müsabiqəsi keçirildi. Baxmayaraq ki, bu zaman apardığım işin əlehdarları müğamın dostu kimi öndə, mən isə arxa planda idim, çəkdiyim zəhmətin nəticəsində istedadları üzə çıxaran muğam müsabiqəsini çox böyük uğur hesab edirəm.
- Bəs sizi dərviş edən nə oldu?
- 90-cı illərdə ölkəmizdə gedən dəyişikliklər zamanı baş verən hadisələr fonunda yeni bir islam ab-havası hiss olunur, gənclərdə dinimizə maraq yaranmağa başlayırdı. 70 il dindən uzaq düşən bir xalq üşün bu mövzu kimlər üşünsə bir dəb, kimlər üçünsə mənəviyyat, kimlər üşünsə yeni ideologiya, kimlər üçünsə bir mistika idi. Bir vətəndaş olaraq bunlar mənə təsir etdi və başladım özümü islamda axtarmağa. Ramiz Fətəliyevin rəhbərliyi ilə 20 yanvar, meydan hadisələrində çəkilişlər aparırdıq. Tale belə gətirdi ki, bir ustadla rastlaşdım və onun xidmətində durdum. O, çox arif insan idi. Mənə dedi ki, sən öz sənətinin dərvişi olaraq qalacaqsan. O, deyirdi ki, dərvişlər islam mədəniyyətinin-istər musiqi sahəsində, istər ədəbiyyatda- təbliğatçılarıdı. Burda məntiq də var, ruh da. Doğrudan da keçmişdə mətbuatın, televiziyanın olmadığı bir vaxtda dərvişlər el-obanı dolaşıb mənəviyyatı təbliğ edər, insanlara çatdırardılar. Yəni, gərək dərvişlərin özləri ədəbiyyatdan, dindən müəyyən qədər məlumatlı insanlar olsunlar ki, təbliğatlarında səhvə yol verməsinlər. Odur ki, ustadın sözündən sonra mən xeyli düşündüm və 93-94-cü illərdə bu təxəllüsü götürdüm.
- Dərviş həyatına necə başladınız, bu ad sizə nəyi öyrətdi?
- Valideyin övladına ad verir və bu adın insanın həyarına müəyyən təsiri var. Qüsursuz insan yoxdu və sözsüz ki, mənim də qüsurlarım var. Dərviş təxəllüsü məni müsuliyyətli etdi, bir çox rəzalətlərdən uzaqlaşdırdı. Həmsöhbət olduğum müəyyən adamlar dərvişliklə bağlı elə hikmətli, ibrətamiz fikirlər deyirdilər ki, mən özümü deyilənlərə layiq aparmağa çalışırdım. Düşünürəm ki, bu gün hər bir jurnalist bir dərviş missiyasını yerinə yetirir deyə, gərək səhvə yol verməsin.
- Dərvişliklə tərkidünyalığın nə dərəcədə bağlılığı var?
-Tərkidünyalığı, bəzən, həyatdan uzaqlaşmaq kimi təbliğ edirlər. Amma tərkidünyalıq, insanlardan uzaqlaşıb tək-təhha yaşamaq, dünya nemətlərindən üz çevirmək deyil, nəfsə yox deməkdi. Yəni, Allahın verdiyi nemətlərdən istifadə et, amma onlara aludə olub dünyaya bağlanma. Çünki, tək-tənha yaşamaq çox asandı-nə özün üçün, nə başqaları üçün heç bir çavabdehliyin yoxdu. Belə insanın günah etmək imkanı da azdı. Əsas odur ki, cəmiyyətdə yaşayasan, amma dərviş kimi-öz əqidəndən dönməyəsən, insanlar üçün faydalı olasan. İndiki cəmiyyətimizdə bu, daha çətindi.
- Hərdən dərviş olmağınızdan bezmirsiz ki?
- Əslində, hər insan dərvişdi, sadəcə, bunun fərqində deyil. Axı insan niyə yaradıldığını, nə etməli olduğunu tam mənası ilə dərk etmir. Ona görə də hədəfi tapa bilmir. İnsan cismani olaraq əbədi deyil, ruh isə əbədidi. Odur ki, cismani istəklərə aludə olmayan və şükranlığı bacaran insan çox şey qazanmış olar.
- Dinimiz zamana uyğun düşünüb yaşamağa çağırır. Dərviş olub zamana uyğunlaşa bilirsizmi?
- Ömür adlı zamanın daxilində bir an var. Bunu dərk edən, yəni məqamını tapan insan zamanın fövqündə dura bilir. Dərvişlik budu. Bu gün insanlar zamanı israf edirlər.
- Mahir Dərvişin insanlarda qəbul etmədiyi, barışmadığı cəhət nədi?
- Elə bu-zamanı israf etmələri. Tanrı bizə ömür verib. Zamanımızı nəyə israf etməyimiz vacib bir şərtdi. Həyatda hər şeyi geri qaytarmaq olar, təkcə vaxtdan başqa. Dünəni geri qaytarmaq mümkün deyil. İnsan gərək özünə sual versin: mən həmin vaxtdan necə istifadə etmişəm? Müqəddəs Kitabda buna aid ayə də var. İnsan dünyadan köçəndə Allaha yalvarar ki, məni bir günlüyə keri qaytar, səhvlərimi düzəldim. Amma bu, mümkün deyil. Demək, insan üçün bir kün, bir saat belə qiymətlidi. Yəni, Allah bizə bir ömür verib, bizsə onun mə’suliyyətini daşıya bilmirik.
-Mahir müəllim, dərvişliyiniz ailədə sizə maneçilik törətmir ki?
- Sözsüz ki, müəyyən qədər çətinlik törədir. Üç ölad atası, iki nəvə babasıyam. Evladımın biri məni başa düşür, deyir, fəxr eliyirəm ki, mən dərviş oğluyam. O biri qəbul eləmir, sənin tələbələrin hər cür maddi imkan, ad-san qazanıblar, sən elə əvvəlki kimi yaşayırsan-deyir. Bəlkə də təbiidi, axı beş barmağın beçi də bir olmur. Amma, əslində, dərvişlik elə ailədən başlamalıdı. Buna görə də inanıram və ümid edirəm ki, onlar da yaşa dolduqca mənim kimi olacaqlar.
-İstər ailədə, istər cəmiyyətdə özünüzü yalqız hiss edirsiz, yoxsa sizi başa düşənlər var?
- Hər ikisi var. Elə məqam olur ki, özünü yalqız hiss edirsən. Amma, kimsəsizlərin də bir kinmsəsi var axı. O kimsəni tapanda insan kimsəsiz qalmır. Dərvişlikdə bir aşiq-məşuq deyimi var. Əgər aşiq məşuqunu tapıbsa, o, yalqız deyil.
-Doğrudur, Allaha bağlanan insan yalqız ola bilməz...
- Bəli. Cəmiyyətdə isə öz halında olan insanla rastlaşanda sevinirsən. Sevinirsən ki, mən nəyi dərk edirəmsə, onu dərk edənlər var. Deməli, tək deyiləm. Amma hər insan tək gəlib həyata və təkdi. Hər insan bir aləmdı, amma öz aləmindən bixəbərdi və bu həyata gəlib ki, öz aləmindən xəbərdar olsun, öz aləminin yəqinliyini dərk eləsin. Yəni, öz aləmimizi tapmalıyıq ki, son məqamda aləmsiz qalmayaq.
-Ailə, iş, sevgi. Həyatın mənasını bunların hansında tapırsır?
-Ancaq sevgidə,eşqdə. Əgər insanın Allaha sevgisi olmasa ailəyə, cəmiyyətə, işinə sevgisi tamam-kamal ola bilməz. Orada hansısa təmənna, nəyinsə xatirinə, məqsədli-süni sevgi olacaq. Allah sevgisi eşqin mənbəyi olarsa, o nurdan gələn sevgini hər kəslə paylaşa bilərsən. Eşqi olan peşəsi, vəzifəsi ilə xidmət edər.
-İnsanlar var ki, maddi cəhətdən hər cür təmin olublar, amma həmişə nədənsə narazıdılar, həmişə qəzəblidilər. Mahir Dərviş olaraq onlara nə tövsiyə edərdiz ki, bir ibrət alsınlar.
-Belə adamlarla çox rastlaşmışıq. Bizim necə əziyyətlə çəkiliş apardığımızı, saatlarla kamera arxasında dayanmağımızı müşahidə edənlər arasında eləsi olurdu ki, bizim öz işimizdən necə zövq alıb yaşadığımız sevinc hissini görəndə heyrətləniblər və deyiblər ki, kaş biz də bu sevinc hissini yaşaya biləydik. Beləsinə bizim sözümüzün nə təsiri ola bilər ki... Allah onları belə yaradıb. İnsanın özündə hidayət çırağı parlamalıdı ki, Allahı dərk edib onun yaratdıqlarını sevə bilsin. Hər kəs, bir insan olaraq, özünü təqdim etməyə gəlib bu həyata. Hər kəs Allahın ona verdiklərindən bəhrələnib varlığını tanıtmalı-özünü təqdim eləməlidi. Allah kiminə elm-savad, kiminə sərvət, kiminə rütbə verir. Bəzi insanlar da var ki, onlara sükut verir və onlar öz vücudu ilə danışır. Mən, bir dərviş kimi, hansısa taxt-tacda oturmuş sərvət sahibinə görə Allaha asi ola bilmərəm. Axı Allah mənə deyər ki, sənə verdiyimi ona verməmişəm, ona verdiyimi sənə verməmişəm. Ona verdiyim puç ola bilər , sənə verdiyim daimidi. Bu, yaradanın ədalət prinsipidi. Bax, buna görə Allaha şükr edirəm ki, mənə çox şey verməyib.
- Necə düşünürsüz, özünü tanımaq və tanıtmaq, yaradılışı dərk etmək üçün mahir bir dərviş olmaqmı gərəkdi?
-İnsan bildiyini deməli, bilmədiklərini öyrənməlidi. Tanrı yaradıcıdı və nə qədər gözəlliklər yaradıb. İnsan Tanrının yaratdıqları içində sonuncu sənət əsəridi və ona çox şey, o cümlədən yaradıcılıq bacarığı verilib. Amma bu bacarıq hər bəndəyə nəsib olmur. Yaradıcı insan zövq aldığı qədər başqalarına da zövq verməlidi ki, bundan bir ibrət alıb hikmət hasil etsinlər. Əslində, dərvişlərin missiyası elə budu. Yəni insanlara vəsilə olsunlar, bilmədiklərini onlara çatdırsınlar. Axı Tanrı pis heç nə yaratmayıb, bütün pisliklər niyyətdən doğur. İnsanlar söz və ya əməlləri ilə bir-birlərinə həm müsbət, həm də mənfi mənada təsir edirlər. Yəni, hər şeyi ikiyə bölür, yaxşılıqda bir pislik tapırlar. Dərvişin vəzifəsi odur ki, həmin ikini bir eləsin, ancaq bir yaxşılıq görsün.
- O ikini bir eləməkçün, bir Dərviş kimi, insanlara tövsiyəniz nədi?
-Elə şeylər var ki, onu sözlə demək olmur, onu əməl deyir. Elə bir söz deyərəm ki, əməlim ona zidd olar və sözümün kəsəri olmaz. Amma mən öz öhdəmə düşən işi görərkən əməlimdə düzəmsə, bunu görən insan bir ibrət götürəcək. Televiziyada o qədər hikmətli sözlər danışanlar var ki, öz həyatlarında bunun tamam əksinə hərəkət edir, ətrafdan bunu görənlərdə inamsızlıq yaradırlar.

-Bu bir şansdı ki, siz televiziyada işləyirsiz, özünüzü ifadə etmək üçün tribunanız var.
-Doğrudur, amma dərviş üçün peşə əsas deyil. Adi bir çilingər olsun, əgər eşq əhlidisə, 4-5 adamla ünsiyyətdə onlara sevgi ilə elə xidmət edəcək ki, o enerji təsirsiz qalmayacaq və insanları düşündürəcək. Mənə də bu iş nəsib olubsa, çalışıram bacardığımı edim. İstər maddi, istər mənəvi sərvət olsun, insana nə verilibsə bir əmanətdi və sən onu geri qaytarmalısan. Bu məsuliyyəti dərk edən insan veriləni hara və necə xərclədiyinin fərqində olur. Allah hər kəsə hidayət versin, iman yolları açıq olsun. Allah ən böyük sərvət kimi bizə ağıl verib. Hiylə də ağıldandı, nəfs də. Kamil olmayan ağıl qəlbə girməz və eşq tapmaz. Bunu tapsaq, firavan bir dövr ola bilər. İnanırıq ki, gec-tez insanlar bu hay-küydən, böşluqdan yorulub səfa adlı həqiqət qapısını döyəcəklər, ordan bəhrələnib xöşbəxtlik məqamına çatacaqlar. Bir kəlam var, birindən soruşurlar ki, tapanda nə edirsən? Deyir, tapanda şükr edirəm, tapmayanda səbr edirəm. Bəs sən necə? Cavab verir ki, mən tapanda paylaşıram, tapmayanda şükr edirəm. Bu həyatı Tanrı bizimçün elə gözəl yaradıb ki, nöqsanı yoxdu. Günəş vaxtında çıxır, su öz axarı ilə axır. Sadəcə, təbiətə əşrəf seçilən biz insanlar hərdən öz funksiyamızı düzgün yerinə yetirə bilmirik.
-Mahir müəllimə dərviş həyatı bəs edir, ya kiminləsə dərdləşmək ehtiyacında olur?
- Dərdsiz insan yoxdu, mənim də özümə görə dərdim var. Sevinci paylaşanda çoxalır, dərdi paylaşanda azalır. Əhatəmdə olan insanlarla elə bir enerji mübadiləsi gedir ki, onlar dərdlərini unudurlar. Mən də mənəvi rahatlıq tapıram ki, həmsöhbətimin dərdi azaldı. Bir şair belə deyib: “Demə dərdini, deyərəm dərdimi, hop eləyib udar dərdini”. Odur ki, mən dərdimi demirəm heç kəsə. Cünki, elə insan olar ki, adi bir şikayət onunçün ağır yük ola bilər.
Birdəki, insanın Allaha olan eşqi insanin insana olan eşqidi. İnsanin insanla ünsiyətə, dərdləşməyə həmişə ehtiyacı var. Amma könül sirrini hər kəsə əmanət etmək olmur. Çünki, tək Tanrıdı ki, bütün sirrləri saxlayır.
-Mahir müəllim, həyatda ən çox nəyi itirməkdən qorxursuz?
-Allah sevgisin.
- Bir sözlə, mahir bir Dərviş həyatı yaşayırsız...
- Çalışıram sənətdə mahir olum, əqidədə isə dərviş.
- 40 ildi bu sənətdəsiz. Çəkilişlərinizin hansında öz sözünüzü demisiz.
-Heç birində. “Quyu” adlı bir yazım var. Bədii film kimi onu çəkə bilsəm, bəlkə nəsə deyə bildim.
- Sizin-böyük həyat dərsi keçmiş bir dərvişin fikirlərinə bu gün cəmiyyətin çox böyük ehtiyacı var. Arzu edək ki, “Quyu” quyuda itib- batmasın, işıqları səmadan parlasın, insanlar da ondan bəhrələnsin. Uğurlar olsun, sağ olun!
İsmət Ələkbərqızı


Paylaş



Bölmə: Müsahibə / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!