17 yaşlı oğlan dəm qazının qurbanı oldu .....                        Zəng edib Prezidenti təbrik etdilər .....                        Prezident ad günündə ailəsi ilə birgə - FOTO .....                        Bu qanun yanvarın 1-də qüvvəyə minir .....                        Cəlilabadda faciə: əkizlər doğuşdan sonra öldü .....                        Tovuzda 8 tələbə tortdan zəhərlənib - RƏSMİ .....                        Mehriban Əliyevadan Prezidentlə bağlı paylaşım .....                        Orban İlham Əliyevi təbrik etdi .....                        Makron yeni hökuməti təsdiqlədi .....                       
Tarix : 6-11-2015, 10:16
Rüşvət alan məmura 8 il cəza - HÖKM



Rüşvət almaqda ittiham olunan Torpaq və Xəritəçəkmə Komitəsinin Salyan rayon şöbəsinin müdiri vəzifəsində işləmiş Oqtay Quliyevin apelyasiya prosesi başa çatıb.

Butov.az Teleqraf.com-a istinadən xəbər verir ki, ittihama görə, Oqtay Quliyev Torpaq və Xəritəçəkmə Komitəsinin Salyan rayon şöbəsinin müdiri vəzifəsində işləyərkən ona həvalə olunmuş vəzifələrin bölgüsünü aparıb. Həmin şöbənin baş məsləhətçisi Yusif Dadaşov ilə cinayət əlaqəsinə girib. Oqtay Quliyev xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəyi hərəkətə görə, eləcə də ümumi himayədarlıq müqabilində maddi neməti şəxsən özləri üçün almaq məqsədi ilə Mahir Baxışovun yaşadığı Salyan rayonu, Kürqaraqaşlı kəndində evinin yaxınlığında, dövlət mülkiyyətində olan 120 kvadrat metr torpaq sahəsini sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün mülkiyyətinə verilməsi barədə müraciətinə baxıb. O, Mahir Baxışovdan həmin torpaq sahəsinin müvafiq rayon icra hakimiyyəti başçısının sərəncamı ilə adına ayrılmasına, eləcə də həmin torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün tikinti işlərinin aparılmasına razılıq verilməsinə görə 2012-ci ilin noyabr ayında 10 min manat istəyib. Rüşvət alarkən tutuldu Oqtay Quliyev 4 fevral 2013-cü ildə şöbənin Salyan şəhərindəki inzibati binasında Yusif Dadaşovun xidməti otağında Mahir Dadaşovdan həmin miqdarda pulu alıb. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Oqtay Quliyev qabaqcadan əlbir olub cinayət əlaqəsinə girdiyi şöbənin baş məsləhətçisi Yusif Dadaşovla şöbənin inzibati binasında, xidməti otağında həmin pulu rüşvət kimi alarkən cinayət başında yaxalanıb. Şöbə müdirinin xidməti otağına keçirilmiş baxış zamanı rüşvət kimi alınmış 10 min manat pul və Salyan şəhər sakininin şəxsiyyət vəsiqəsi maddi sübut kimi hal şahidlərinin iştirakı ilə aşkar edilərək götürülüb. Oqtay Quliyev Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham edilib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Oqtay Quliyev 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Quliyev apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib. Onun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Şikayəti hakim Kamran Əkbərovun sədrlik etdiyi kollegiyada araşdırılıb. Hökm qərəzli olub? Təqsirləndirilən şəxsin vəkili Nizami Abasov bildirib ki, məhkəmənin hökmü qanunsuz, əsassız və qərəzlidir: “Məhkəmə maddi və prosessual hüquq normalarını pozub, onları düzgün tətbiq etməyib. Hüquqlarını müdafiə etdiyim Oqtay Quliyev Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3-cü maddələri ilə təqsirli bilinib. Salyan rayon torpaq şöbəsi müdirinin qulluq funksiyasına şöbəyə rəhbərliyin həyata keçirilməsi, iş bölgüsünün aparılması, şöbənin fəaliyyətinin səmərələləşdirilməsi, kompleks və təsərrüfat daxili yer quruluşu layihələrinin hazırlanması, təmin edilməsi, torpaqdan istifadə və mühafizəsi ilə əlaqədar layihə və digər sənədlərin rəsmiləşdirilməsi, səlahiyyəti daxilində şöbəyə daxil olan müraciətlərin araşdırılması və cavablandırılması məsələlər daxildir. Göründüyü kimi, Oqtay Quliyevin şöbə müdiri kimi səlahiyyətərinə torpaq sahəsi üzərində hüquqların hər hansı formada rəsmiləşdirilməsi daxil deyil. Ona verilmiş ittiham üzrə rüşvət alma cinayətinin subyekti ola bilməz. O, aldığı pula görə rüşvət verənin xeyrinə hər hansı əvəzli yaxşı iş görə bilməz və proseslərə ümumi himayədarlıq edə bilməz. Eyni zamanda bu cinayətin obyekti olan torpaq sahəsi dövlət mülkiyyətində olduğundan satıla, alına bilməz. Torpaq sahəsi üzərində sərəncam vermək vəzifəsi Salyan rayon icra hakimiyyətinin başçısına məxsusdur. Yaranacaq hüquqların qeydiyyatı isə Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestr Xidmətinin Salyan Ərazi İdarəsi tərəfindən yerinə yetirilir". “Müdafiə etdiyim şəxs xəstə olub” Vəkilin sözlərinə görə, Oqtay Quliyev hələ 2005-ci ildə avtoqəza nəticəsində kəllə-beyin travması, ürəyinin genişlənməsi, qabırğalarının sınması, qara və ağ ciyərindən aldığı travma nəticəsində uzun müddət Salyan rayon mərkəzi xəstəxanasında müalicə olunub: “Bundan sonra xəstəliyi ağırlaşdığından İranda müayinə və müalicə olunub. Həbs olunandan bir neçə gün sonra vəziyyəti pisləşib, Ədliyyə Nazirlyinin Penitensiar Xidmətinin Mərkəzi xəstəxanasına köçürülüb. İki aydan artıq bir müddət həmin xəstəxanada müalicə olunub. Qapalı şəkildə həbsdə saxlanılması onun həyatı üçün təhlükə yaradır. Onun sağlamlıq durumunun hazırkı vəziyyəti, həbsdə saxlanılması şəraitində müalicənin mümkün olmaması və bu xəstəliyinin onun həyatı üçün təhlükə yaratmasını nəzərə alaraq barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmasına dair qərar çıxarılmasına dair vəsatətim müzakirə olundu. Lakin heç bir qərar qəbul olunmadı. Cinayət-Prosessual Məcəlləsinin 28.4.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələr cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək vəzifəsini yerinə yetirməlidirlər. Həmin Məcəllənin 42.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülüb. Cinayətin törədilməsində onun təqsirliliyini təsdiq edən bəraət hökmü onun əməlində cinayət tərkibi olmadıqda çıxarılır. Qanunun bu tələbi də pozulub, məhkəmə baxışı nəticəsində təqsirləndirilən Oqtay Quliyevə qarşı irəli sürülmüş ittihamın əsassızlığı, cinayətin törədilməsində onun bu ittiham üzrə təqsirsizliyini təsdiq edən kifayət qədər sübutların olmasına baxmayaraq onun əməli düzgün tövsif olunmayıb". “Sübutlar haqqında mübahisə etmirəm” Nizami Abasov onu da əlavə edib ki, cinayət işi üzrə toplanmış və məhkəmədə yoxlanılan sübutlarla cinayət hadisəsinin baş vermə faktı və halları təsdiq edilib: “Lakin Oqtay Quliyevin bu cinayət hadisəsi ilə əlaqəsi və ona istinad olunan cinayət əməlinin törədilməsində təqsirliliyi nəinki sübut olunmyıb. Ona qarşı cinayət hüquq norması düzgün tətbiq edilməyib. Oqtay Quliyevə verilmiş ittihamın əsasını 2004-cü ildə ləğv edilmiş qanun təşkil edir. Torpaq sahəsi üzərində hüquqların qeydiyyatı səlahiyyəti 2004-cü ildə başqa bir orqana, Dövlət Reystr Xidmətinin Ərazi İdarələrinə verilib. Müdafiə tərəfi olaraq həmin sübutlar haqqında mübahisə etmək fikrimiz yoxdur. Lakin təqsirləndirilən şəxsin əməlinin məhkəmə tərəfındən düzgün tövsif olmamasından narazıyıq". Vəkil çıxışının sonunda Oqtay Quliyevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməsini, ona şərti cəza verilərək məhkəmə zalından azadlığa buraxılmasını istəyib. Hakim heyəti sonda Oqtay Quliyevin apelyasiya şikayətinin təmin edilməməsi barədə qərar açıqlayıb.


Paylaş



Bölmə: Kriminal / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!