Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
16-08-2024, 17:34
Hansı rayonda daha çox taxıl biçilib? - RƏSMİ


Hansı rayonda daha çox taxıl biçilib? - RƏSMİ

Dənli və dənli paxlalı bitkilərin kütləvi biçini başa çatmaq üzrədir. 2024-cü il avqust ayının 13-nə olan operativ məlumata əsasən payızlıq və yazlıq dənli və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş 995,7 min hektar sahənin 979,3 min hektarı və yaxud 98,3 faizi biçilərək məhsulu yığılıb.
Dövlət Statistika Komitəsindən bildirilib ki, sahələrdən 2937,3 min ton məhsul toplanmış, məhsuldarlıq 30,0 sentnerə bərabər olub.
Respublikanın 26 rayonunda dənli və dənli paxlalı (qarğıdalısız) bitkilərin biçini tam başa çatıb. Naxçıvan Muxtar Respublikasında və 29 rayonda biçilməsi nəzərdə tutulan sahənin 90,0 faizindən çoxu biçilib, digərlərində isə biçinin aparılması səviyyəsi 90,0 faizdən aşağı olub.
Ən yüksək məhsuldarlıq Hacıqabul (1 hektardan 51,4 sentner), Ağcabədi (müvafiq olaraq 44,4), Sabirabad (43,4), Salyan (42,0), Bərdə (41,6), Ağdam (41,5), Saatlı (41,0), İmişli (39,6), Samux (37,6), Zaqatala (36,1) və Beyləqan (35,9) rayonlarında olub.
Dənli və dənli paxlalı (qarğıdalısız) bitkiçilik məhsullarının digər rayonlara nisbətən daha çox istehsalı Cəlilabad (224,7 min ton), Şəki (152,7 min ton), Ağcabədi (144,9 min ton), Füzuli (130,7 min ton), Kürdəmir (125,2 min ton), Ağsu (108,2 min ton), Hacıqabul (106,2 min ton) və İsmayıllı (97,0 min ton) rayonlarında müşahidə olunub", - açıqlamada deyilir.
16-08-2024, 17:20
Qobuda geyim malları anbarı yandı - VİDEO


Qobuda geyim malları anbarı yandı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən geyim malları anbarında yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində anbarda baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb. Yanğın nəticəsində təkrar istehsalı nəzərdə tutulan geyim malları ümumilikdə 700kv.m. sahədə yanıb. Anbar və geyim malları yığılmış digər kisələr yanğından mühafizə olunub.


16-08-2024, 17:15
Qarabağ Universitetində qiyabi təhsil olacaq?


Qarabağ Universitetində qiyabi təhsil olacaq?

“Qarabağ Universitetində 2024-2025-ci tədris ili üçün əlavə, qiyabi, magistratura və doktorantura səviyyəsində təhsilin təşkili nəzərdə tutulmayıb”.
Bu fikirləri Qarabağ Universitetinin rektoru Şahin Bayramov “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində qeyd edib.
Ş.Bayramov bildirib ki, növbəti tədris illərindəki fəaliyyətimizlə bağlı müvafiq qərar verildikdən sonra ictimaiyyətə məlumat çatdırılacaq.
16-08-2024, 16:43
Yakup Ömeroğlu vəfat etdi


Yakup Ömeroğlu vəfat etdi

Türkiyənin Avrasiya Yazıçılar Birliyinin rəhbəri Yakup Ömeroğlu vəfat edib.
Türkiyə ilə Türk dünyası arasında əlaqələrin gücləndirilməsi istiqamətindəki səyləri və mədəni diplomatiyaya verdiyi töhfələrlə tanınan Ömeroğlu həyatını turançılıq ideologiyasına həsr edib.
Qeyd edək ki, Avrasiya Yazıçılar Birliyinin “Bengü” nəşriyyatının yayımladığı “Türk dünyasından 500-cü kitab” Azərbaycanın bədii və ictimai fikir tarixində yeni ədəbi məktəbin banisi Mirzə Ələkbər Sabirin “Hophopnamə”si olub.
16-08-2024, 16:37
Azərbaycandakı seçicilərin sayı açıqlandı


Azərbaycandakı seçicilərin sayı açıqlandı

Milli Məclisə seçkilər 6477 seçki məntəqəsində keçiriləcək.
Bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın avqustun 16-da keçirilən iclasında söyləyib.
O deyib ki, onlardan 6343 daimi, 134 müvəqqəti seçki məntəqələridir.
Bildirilib ki, müvəqqəti məntəqələr səsvermə gününə 5 gün qalmış yaradılır, ona görə də bu say dəyişə bilər.
Məlumata görə, Azərbaycanda hazırda 6 421 073 nəfər seçici var. MSK sədri bildirib ki, azad olunmuş ərazilərdə 42 mindən çox seçici Milli Məclisə seçkilərdə səs verəcək: "Orada 54 seçi məntəqəsi fəaliyyət göstərəcək. Onların 34-ü daimi, 20-i müvəqqətidir. Amma müvəqqəti seçki məntəqələrinin sayı artırıla bilər".
16-08-2024, 16:29
Qeydiyyatdan keçən müşahidəçilərin sayı


Qeydiyyatdan keçən müşahidəçilərin sayı keçən müşahidəçilərin sayı

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə müşahidəçi qismində iştirak etmək üçün indiyədək ümumilikdə 93 min 744 yerli müşahidəçi akkreditasiyadan keçib.
Bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın avqustun 16-da keçirilən iclasında söyləyib.
O bildirib ki, bu müşahidəçilərdən 5859 nəfəri Mərkəzi Seçki Komissiyasında, 88 min 105 nəfəri dairə seçki komissiyalarında qeydiyyatdan keçib.
M.Pənahov deyib ki, növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün 39 beynəlxalq qurumdan və 46 ölkədən 321 nəfər akkreditə olunub.
16-08-2024, 16:12
Putin Azərbaycana gəlir - Tarix açıqlandı


Putin Azərbaycana gəlir - Tarix açıqlandı

Rusiya Prezidenti Vladimir Putin Azərbaycana səfər edəcək.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Səfər avqustun 18-19-da baş tutacaq.
Məlumata görə, səfər zamanı Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsi məsələləri, habelə aktual beynəlxalq və regional problemlər müzakirə olunacaq.
Səfərin yekunları üzrə dövlət başçılarının Birgə Bəyanatının qəbul edilməsi, hökumətlərarası və digər sənədlərin imzalanması planlaşdırılır.
16-08-2024, 16:06
Rəqəmsal tələbə kartı artıq tələbələrin istifadəsinə verilir


Rəqəmsal tələbə kartı artıq tələbələrin istifadəsinə verilir[/color]

Yeni tədris ilindən AzTU tələbələri “mygov” platforması üzərindən tələbə biletlərini rəqəmsal formada təqdim edəcəklər.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Elm və Təhsil Nazirliyi və Azərbaycan Texniki Universitetinin (AzTU) birgə təşəbbüsü ilə rəqəmsal tələbə kartlarından istifadəyə start verilir. Belə ki, artıq AzTU tələbələri tələbə bileti məlumatlarını “mygov” tətbiqi üzərindən rəqəmsal formada təqdim edəcəklər. Növbəti tədris ilindən universitetə daxil olmaq, universitetdə imtahanlara giriş zamanı kimi bir çox hallar üçün rəqəmsal tələbə kartından isitifadə nəzərdə tutulub.
Bunun üçün tələbə “mygov” tətbiqində öz hesabına daxil olaraq rəqəmsal sənədlərin təqdim olunduğu “kartlar” bölməsində tələbə məlumatlarını əks etdirən tələbə kartı ilə tanış ola bilər. Kartın üzərindəki “QR paylaş” düyməsinə klikləyərək və ya həmin bölmədə əks olunan unikal nömrəni təqdim edərək məlumatları digər tərəflərlə paylaşa bilərlər. Eyni zamanda tələbə kartının PDF sənəd formatında paylaşılması da mümkündür. Qarşı tərəf isə bu məlumatları “mygov Checker” mobil tətbiqi və ya veb platforması vasitəsilə yoxlaya biləcək.
Tələbə daha sonra “mygov” mobil tətbiqində “paylaşdığım məlumatlarım” bölməsində paylaşdığı məlumatların tarixçəsi ilə tanış ola bilər.
Qeyd edək ki, “mygov” rəqəmsal hökumət platforması İnnoasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən təqdim olunur. Platforma dövlət və vətəndaş arasında vahid kommunikasiya kanalı yaradır və yeni nəsil rəqəmsal hökumət yanaşmasına dair funksionallıqları özündə birləşdirir.
16-08-2024, 15:09
Tələbələr Bakıya qayıdır: kirayə bahalaşır, yataqxanalar isə...


Tələbələr Bakıya qayıdır: kirayə bahalaşır, yataqxanalar isə...

Yeni tədris ilinin başlamasına 1 ay qalıb. Artıq ali təhsil müəssisələrinin yuxarı kursda oxuyan tələbələri, həmçinin ixtisas seçimində Bakıda yerləşən universitetlərə müraciət edən şəxslər paytaxtda kirayə mənzil və yataqxanalar barədə maraqlanmağa başlayıb.
Kirayə mənzil axtarmaq üçü Bakıya gələn tələbələrin bəziləri qiymətlərin artmasından şikayətlənir. Yataqxanalarda isə vəziyyət ürəkaçan deyil.
Əmlak eksperti Ramil Osmanlı da gələn ay kirayə qiymətlərində artım gözlədiyini bildirib.
Onun sözlərinə görə, sentyabr ayında tələbə axını nəticəsində kirayə evlərdə qiymət artımı gözlənilir:
“Azərbaycan kirayə mənzil bazarında son illərdə daha çox təklif portfelinin məhdudlaşmasını, daralmasını müşahidə edirik. Kirayə mənzil kimi bazara çıxarılan ucuz mənzillərin sayı sürətlə azalır. Şəhərsalma prosesi sürətləndikcə bir və ya iki mərtəbəli yaşayış binaları söküntüyə məruz qalır. Eyni zamanda köhnə mənzil fonduna aid olan bəzi çox mənzilli binalar da söküntüyə məruz qalır. Bu səbəbdən də biz xüsusi ilə kirayə mənzil bazarında təklif portfeylinin məhdudlaşması və daralmasını müşahidə edirik. Bunun müqabilində yeni tikililər inşa olunur və bazara daha bahalı mənzillər daxil olur. Bütün indiki iqtisadi şərtlər kirayə mənzil bazarı üçün qiymət artımını şərtləndirir”.
Bakıda tələbələrin qalmaq üçün üz tutduğu növbəti ünvanlar yataqxanalar olur. Azərbaycanda bir çox universitetin yataqxanalarında keçmiş məcburi köçkünlər yaşayır, ancaq bəzi ali təhsil ocaqlarının yataqxanalarında tələbələr üçün yaxşı şərait var.
Yataqxanaların qiyməti hər universitetə görə fərqlidir. Qiymətlər yataqxananın şəraitinə görə dəyişir.
Bakı Dövlət Universitetinin yeni istifadəyə verilmiş 5 mərtəbəli, 220 yerlik tələbə evində bir nəfər üçün aylıq ödəniş 75 manatdır.
Memarlıq və İnşaat Universitetinin 112 otağı olan və hər il 252 tələbə qəbul edilən təbələ şəhərciyində isə aylıq qiymət 40 manat təşkil edir. Azərbaycan Tibb Universitetinin 4 yataqxanası mövcuddur. Yataqxanalar oğlan, qız və xarici tələbələr üçün ayrılıqda bölünüb. Tələbənin qalması üçün 968 yer mövcuddur. Qiymətlər 50-80 manat arasında dəyişir. Universitet yataqxanasında otaq tutumu 1 nəfərlik, 2 nəfərlik, 3 nəfərlik və 4 nəfərlik olaraq bölünür.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 320 nəfərlik tələbə şəhərciyi fəaliyyət göstərir. Burada hər otağın qiyməti 100 manatdır. Otaqlar 2, 3 nəfərlikdir.
Bakı Avrasiya Universitetinin yataqxanası isə yalnız qız tələbələrin qalması üçün nəzərdə tutulub. Otaqların aylıq ödənişi 80-100 manat arasında dəyişir. Aztəminatlı tələbələrin burada qalması üçün şərait yaradılacaq və qiymət barəsində müəyyən güzəşt ediləcək.
Ali məktəblərdən bildirilib ki, şəhid və qazi övladlarına, valideynlərini itirmiş və digər həssas qrupa aid olan tələbələrə güzəştlər edilir. İxtisas seçiminin nəticələri bəlli olduqdan sonra yataqxanalarda tələblərin yerləşdirilmə planı daha dəqiq bilinəcək.
16-08-2024, 14:41
Britaniyada fövqəladə vəziyyət - Meymunçiçəyinə görə


Britaniyada fövqəladə vəziyyət - Meymunçiçəyinə görə

Böyük Britaniyanın səhiyyə rəsmiləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Afrikada virusun yayılmasını beynəlxalq fövqəladə vəziyyət elan etməsindən sonra yeni “Mpox” ştamının potensial yayılması hallarına hazırlaşırlar.
“Clade 1b” kimi tanınan ştam ötən il Konqo Demokratik Respublikasında peyda olub.
Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi bildirib ki, hazırda İngiltərədə yoluxma riski aşağı hesab edilsə də, Krallıqda ortaya çıxa biləcək hər hansı hal üçün hazırlıq görülür.
Əvvəllər meymunçiçəyi kimi tanınan “Mpox” yaxın fiziki təmasla ötürülür. Xəstəlik qripə bənzər simptomlara, habelə dəridə irinli yaralara səbəb olur və adətən yüngül keçir, lakin ölümcül də ola bilər. Uşaqlar, hamilə qadınlar və immun sistemi zəif olan insanlarda fəsadlar riski daha yüksəkdir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!