18-05-2024, 14:36
Nohur gölündə suyun səviyyəsi artdı - FHN müdaxilə etdiQəbələdə Nohur gölündə suyun səviyyəsinin endirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Qeyd olunub ki, nazirliyin “112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Qəbələ rayonu, Nohurqışlaq kəndi ərazisindəki Nohur gölündə suyun səviyyəsinin artması və ətraf ərazilər üçün təhlükəli vəziyyətin yaranması barədə daxil olan məlumatla əlaqədar əraziyə FHN-in Şimal-qərb Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Mərkəzin qüvvələri tərəfindən gölün daşmasının qarşısının alınması məqsədilə suyun səviyyəsinin endirilməsi istiqamətində müvafiq tədbirlər davam etdirilir.
17-05-2024, 23:48
37 mindən çox namizəd müəllim olmaq istəyirBu günə qədər 37 mindən çox namizəd www.miq.edu.az saytı vasitəsilə müəllimlərin işə qəbulu üzrə müsabiqədən qeydiyyatdan keçib.
Bu barədə İnsan Resursları Mərkəzi öz sosial şəbəkə hesablarında məlumat yayıb. Qeyd olunub ki, bu günə qədər 37 155 namizəd qeydiyyat prosesini tamamlayıb.
Qeyd edək ki, 15 may tarixindən etibarən start verilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi 22 may saat 11:00-dək davam edəcək.
Müsabiqə iştirakçılarına uğurlar arzulayırıq!
17-05-2024, 22:46
"Qarabağ"ın növbəti qələbəsiBu gün Azərbaycan Premyer Liqasında XXXV tura start verilib.
Çempion "Qarabağ" bu mövsüm heç bir iddiası qalmayan "Turan Tovuz"u qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda reallaşan görüş Ağdam təmsilçisinin 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 19-cu dəqiqədə Olavio Juninyo açıb. Emmanuel Hakman 47-ci dəqiqədə tablodakı rəqəmləri bərabərləşdirib. Luis Paçu 53-cü dəqiqədə Tovuz klubunu önə keçirib. Leandro Andrade 69-cu dəqiqədə "köhlən atlar"ın ikinci qoluna imza atıb. 75-ci dəqiqədə Mateus Silva "köhlən atlar"ı yenidən hesabda önə çıxarıb. 10 dəqiqə sonra Emmanuel Hakman dublunu rəsmiləşdirib. Matçın yekun nəticəsini 90-cu dəqiqədə özünün ikinci qoluna imza atan Leandro Anrade müəyyənləşdirib.
Bu nəticədən sonra xallarını 82-yə çatdıran "Qarabağ" turnir cədvəlinə başçılıq edir. "Turan Tovuz" isə 45 xalla altıncı pillədə qalıb.
Qeyd edək ki, turun digər oyunları mayın 17-18-də keçiriləcək.
17-05-2024, 20:13
Prezidentlər Şuşada birgə nahar etdilərMayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Şuşada birgə nahar ediblər.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
17-05-2024, 19:57
8 milyon insana bir milyon qaçqın və köçkün düşürdü1993-cü ilə qədər bizdə 8 milyon insana bir milyon qaçqın və köçkün düşürdü. Onlar çadırlarda, vaqonlarda, uşaq bağçalarında, yataqxanalarda yaşayırdılar.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 17-də Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Füzuli şəhərinin dağıdılmış yerləri və şəhərin Baş planı ilə tanış olarkən deyib.
"Biz 2007-ci ildə çadır şəhərciklərini ləğv etdik, lakin hələ də yataqxanalarda yaşayan insanlar var. Buna görə də onları oradan buraya köçürürük. Hər şey pulsuzdur. Onlar burada yaşayırlar", - dövlət başçısı vurğulayıb.
17-05-2024, 18:43
Türkiyədəki hərbi təlim başa çatdı Türkiyəmn Konya şəhərində keçirilən “Anadolu Ankası – 2024” ("Anatolian Phoenix - 2024") beynəlxalq axtarış-xilasetmə təlimi başa çatıb.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Bağlanış mərasimində çıxış edənlər beynəlxalq təlimdə icra olunan fəaliyyətlərin təhlili barədə danışıblar.
Tədbirin sonunda iştirakçı heyətlər tərəfindən qarşılıqlı hədiyyələr təqdim edilib, xatirə fotoları çəkdirilib.
Qeyd edək ki, təlimdə hərbi pilotlarımız tərəfindən Su-25 ML hücum təyyarələri ilə şərti düşmənin yerüstü hədəflərinin aşkar olunması, onlara aviasiya zərbələrinin endirilməsi və irəliləyən qruplara yaxın hava dəstəyinin verilməsi üzrə tapşırıqlar qarşılıqlı əlaqədə müvəffəqiyyətlə yerinə yetirilib.
17-05-2024, 17:52
Millimizin oyunları ləğv edildiBakıda təlim-məşq toplanışı keçirən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının hazırlıq proqramında dəyişiklik edilib.
Bu barədə AFFA-nın məlumatında bildirilib.
Qeyd olunub ki, Azərbaycan və Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandaları arasında mayın 18-də və 21-də Bakı Olimpiya Stadionunda keçirilməsi planlaşdırılan iki yoldaşlıq görüşü baş tutmayacaq.
Buna səbəb Gürcüstan millisinin Azərbaycana səfər edə bilməməsidir.
Qeyd edək ki, U-17-nin təlim-məşq toplanışı mayın 21-dək davam edəcək.
17-05-2024, 17:36
“Tərtər işi”nə görə tutulanların cəzası azaldıldı“Tərtər işi” ilə bağlı təqsirli bilinən general-mayor Bəkir Orucov və digərləri barəsindəki hökmdən verilmiş apellyasiya şikayətlərinə baxılıb.
Bakı Apellyasiya Məhkəməsində keçirilən sonuncu iclasda birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib.
General Bəkir Orucova qarşı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma-ehtiyatsızlıqdan zərərçəkmişin ölümümə səbəb olduqda ) maddəsi ittihamdan xaric edilib. Generalın cəzası 12 ildən 6 il 6 aya endirilib.
Ziya Kazımov, İntiqam Məmmədov, Rahib Məmmədov və Ülvi Rəşidovun cəzası isə 4 ay azaldılıb.
Qeyd edək ki,Bakı Hərbi Məhkəməsinin hökmü ilə B.Orucov 9 il 6 ay, Z.Kazımov və Ü.Rəşidov 9 il 6 ay, İ. Məmmədov və R.Məmmədov isə 6 il 6 ay azadlıqdan məhrum edilib. İstintaq dövründə azadlıqda olan polkovnik-leytenant Ziya Kazımov və mayor məhkəmə zalında həbs ediliblər.
17-05-2024, 17:28
Lerikdə dağ uçqunu - Kəndin yolu bağlandıLerikdə dağ uçqunu olub.
Lerik rayonunun mərkəzindən 18 km uzaqda yerləşən Çayrud kəndində dağ uçqunu olub.
Dağdan düşən iri qaya parçası yolu bağlayıb. Lerik Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov bildirib ki, baş verən uçqun zamanı Çayrud kəndinə gedən yol bağlanıb. Hazırda ağır texnikalar əraziyə cəlb olunub, yolun açılması istiqamətində işlər davam etdirilir. Günün sonuna kimi yolun açılması nəzərdə tutulub.
17-05-2024, 17:16
Çılpaq görüntülərini paylaşan vəzifəli şəxs tutulduNərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşlarının rayon polis idarəsinə müraciəti əsasında sosial şəbəkələrdə onları təhqir edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, əvvəllər məhkum olunmuş, 1954-cü il təvəllüdlü, “Qayğı-1” kiçik müəssisəsinin direktoru Fəxrəddin Sultan oğlu Əskərov sosial şəbəkələrdə qeyri-etik görüntülər yaymaqla vəzifəli şəxsləri qanunsuz tikinti cəhdinin qarşısını aldıqlarına görə təhqir edib.
Polis əməkdaşları tərəfindən saxlanılan F.Əskərov barəsində toplanmış materiallar aidiyyəti üzrə məhkəməyə göndərilib.
Qeyd edək ki, F.Əskərov sosial şəbəkədə özünün çılpaq videosunu yayaraq orada qeyri-etik ifadələrlə işçilərini təhqir və təhdid edib.