Bu ölkə ABŞ-dən kömək istədi .....                        Azərbaycanda sadəcə müəllimlər saathesabı işləyir - Nazir .....                        Tanınmış həkimin hesabından 11 min manat oğurlandı .....                        Şagirdlərə universitetə məktəbin özündə hazırlaşacaq - Nazir detalları açıqladı .....                        İki cüdoçumuz medal qazandı .....                        Azərbaycanda bu maşınlar 100 faiz bahalaşdı .....                        Müəllimlərin bir çoxu məktəbdə oturmağa yer tapa bilmir - Nazir .....                        20 min tamştatlı müəllim - İlk bu məktəblərdə olacaq .....                        Lavrov iranlı həmkarı ilə danışıqlar apardı .....                       
27-07-2023, 19:13
XİN Paşinyana cavab verdi


XİN Paşinyana cavab verdi

"Ermənistan tərəfinin ölkəmiz ilə razılaşdırmadan Azərbaycanın suveren ərazilərinə “humanitar yük” adı altında avtomobil konvoylarını göndərməsi Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı növbəti təxribatdır. Bu təxribatın Ermənistan dövləti və baş nazir səviyyəsində təşviq olunması qəbuledilməzdir".
Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan ərazilərinə yük göndərilməsi cəhdi ilə bağlı açıqlamasına dair şərhində əksini tapıb.
"Bu təxribat bir daha göstərir ki, Ermənistanın “bölgədə gərgin humanitar vəziyyət” iddiaları bu ölkənin qeyri-qanuni fəaliyyətləri davam etdirmək, əsassız siyasi manipulyasiya yolu ilə gərginlik yaratmaq niyyətindən başqa bir şey deyil.
Ermənistan tərəfi, Azərbaycanı qondarma “soyqırımı” cəhdlərində təqsirləndirmək əvəzinə, Ermənistan ərazisindən azərbaycanlıların məcburi şəkildə deportasiyasına, öz yurd-yuvalarından qovulan zaman insanların kütləvi ölüm hallarına, Azərbaycan ərazilərinə təcavüz və işğal nəticəsində soyqırımı daxil, insanlıq əleyhinə cinayətlərə, etnik təmizləmə siyasəti və törətdiyi əməllərə görə üzr istəməlidir.
Ermənistan tərəfi həqiqətən də bölgədə sülh və sabitlikdə maraqlıdırsa, o cümlədən Azərbaycanın ərazi bütövlüyü və suverenliyini yalnız sözdə deyil, əməldə də dəstəkləyirsə, bu kimi təhrikçi addımlardan çəkinməli, Azərbaycan tərəfinin erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün təklif etdiyi “Ağdam-Xankəndi” yolundan və digər alternativ yollardan istifadəni dəstəkləməlidir. Ermənistan tərəfi həmçinin Azərbaycanın erməni sakinlərin reinteqrasiyası üzrə səylərinə maneçilik törətməməlidir", - XİN-dən bildirilib.
27-07-2023, 17:46
Ermənistan anklavları Azərbaycana təhvil verəcək - Sabiq nazir


Ermənistan anklavları Azərbaycana təhvil verəcək - Sabiq nazir

Ermənistan anklavları Azərbaycana təhvil verəcək.
Bunu Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan özünün "Facebook" səhifəsində yazıb.
O qeyd edib ki, anklavlarda 85-100 min azərbaycanlı məskunlaşacaq. Oskanyan bunun Ermənistan üçün ciddi problemlər yaradacağını iddia edib.
Sabiq nazir onu da vurğulayıb ki, Ermənistan hakimiyyətinin hərəkətləri yeni müharibəyə gətirib çıxara bilər.
27-07-2023, 17:34
Ermənistan yanlış terminologiyadan çəkinməlidir - Araz Əzimov


Ermənistan yanlış terminologiyadan çəkinməlidir - Araz Əzimov

"Beynəlxalq ictimaiyyət Ermənistan tərəfinin manipulyasiyalarına aldanıb bəyanatlar verməzdən öncə, sözügedən bəyanatların nəyə xidmət edəcəyinin düşünülməli, habelə suverenlik və ərazi bütövlüyümüzə zidd addımlardan, o cümlədən yanlış terminologiyadan çəkinməlidir".
Bunu xarici işlər nazirinin müavini Araz Əzimov ölkəmizdə akkreditə olunmuş diplomatlar üçün XİN-də keçirilən brifinqdə deyib.
Nazir müavini daha sonra sülh danışıqlarının təşkilində dəstək göstərən ölkələrə təşəkkür ifadə edib, habelə beynəlxalq ictimaiyyət tərəfindən Ermənistana konstruktiv dialoqa sadiqlik göstərilməsinin izah olunmasının əhəmiyyətini qeyd edib.
27-07-2023, 17:21
Akkreditə olunmuş diplomatik korpus üçün brifinq keçirildi


Akkreditə olunmuş diplomatik korpus üçün brifinq keçirildi

27 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində nazir müavini Araz Əzimov tərəfindən ölkəmizdə akkreditə olunmuş diplomatik korpus üçün brifinq keçirilib.
XİN-dən verilən məlumata görə, brifinq zamanı iştirakçılar post-münaqişə dövründə regionda mövcud vəziyyət və reallıqlar, Azərbaycan və Ermənistan arasında sülh prosesi barədə məlumatlandırılıb.
Nazir müavini Araz Əzimov, müharibədən sonra Azərbaycanın sülh təşəbbüsü ilə çıxış edən tərəf olduğunu, beynəlxalq hüquq norma və prinsiplərinə, ələlxüsus dövlətlərin suveren bərabərliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə uyğun şəkildə ikitərəfli əsasda Ermənistanla münasibətlərin normallaşmasına hazır olduğunu bəyan etdiyini diqqətə çatdırıb.
İlk gündən bu mövqeyin hər kəsə aydın olduğu və prosesin üç istiqaməti, yəni sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və regional kommunikasiyaların açılması istiqamətində həll yollarının danışıqlar masasında olduğu bildirilib. Bu gün Azərbaycanın sülh niyyətinin ən aydın təzahürünün tərəfimizdən işğaldan azad olunmuş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, habelə iki ölkənin sərhədinə yaxın ərazilərdə tikilən hava limanlarının olduğu qeyd edilib. Bunun qarşılığında isə Ermənistanın erməni əsilli sakinlərin yaşadığı ərazilərimizdə hərbi təxribatlar törətməsinin, radiodalğalar ilə hava limanları vasitəsilə uçuşların həyata keçirilməsinə maneçilik törətməsinin bu ölkənin əsl niyyətini bəlli etdiyi diqqətə çatdırılıb.
Sülh gündəliyi ilə bağlı Azərbaycan tərəfindən sərgilənən aydın mövqeyə baxmayaraq, Ermənistan tərəfindən heç bir beynəlxalq hüquq normasına və məntiqə sığmayan, əsası olmayan tələblərin irəli sürülməsi, Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin edilməsinin qəbuledilməz olduğu bildirilib. Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan tərəfindən rəsmi şəkildə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tanınması ilə bağlı bəyanatın verilməsinə baxmayaraq, əməldə Ermənistan tərəfindən atılan addımların birbaşa ərazi bütövlüyümüz və suverenliyimizə qarşı olduğu, ölkəmizin daxili işlərinə qarışmaq cəhdləri ilə müşayiət olunduğu diqqətə çatdırılıb. Bu xüsusda, atılan addımların normallaşma və sülh prosesini ləngitməyə, yeni böhranlar və sülhə xidmət etməyən müzakirələr yaratmağa hesablandığı və bu baxımdan sülhə deyil, Ermənistanın təhlükəli məqsədləri və gündəliyinə xidmət etdiyi bildirilib.



Laçın yolu ilə bağlı vəziyyətdən bəhs edən nazir müavini, hər şeydən əvvəl bu yolun da Azərbaycanın suveren ərazisinin tərkib hissəsi olduğunu vurğulayıb və bu xüsusda, Azərbaycanın öz ərazisində, öz vətəndaşlarının istifadəsi üçün sərhəd-keçid məntəqəsi təsis etdiyini bildirib. Beynəlxalq Ədalət Məhkəməsinin son qərarında da bu hüququn təsbit olunduğu diqqətə çatdırılıb. Bunu həzm edə bilməyən Ermənistan tərəfindən isə Azərbaycan sərhədçisinə atəş açıldığı, dövlət bayrağımıza qarşı təxribat törədildiyi, Laçın yolundan sui-istifadə hallarının davam etdirildiyi vurğulanaraq, Laçın yolundan istifadəyə məhdudiyyət törədən tərəfin Ermənistan olduğu diqqətə çatdırılıb. Azərbaycan tərəfindən tibbi məqsədlər ilə əlaqədar yoldan erməni sakinlərin istifadəsi üçün şərait yaradıldığı, daha çox məhsulların tədarükü üçün isə onların cəmiyyətimizə reinteqrasiyasına töhfə verə biləcək “Ağdam-Xankəndi” yolundan istifadənin təklif olunduğunu diqqətə çatdırıb.
Ermənistan tərəfinin isə bir tərəfdən yerli erməni əhalinin bu imkanlardan istifadəsinin qarşısını aldığı, digər tərəfdən isə “humanitar yardım” adı ilə nümayişkaranə şəkildə daxili işlərimizə müdaxilə etdiyi, yaradılan şoular ilə beynəxalq ictimaiyyəti yanlış yönləndirdiyi bildirilib. Vurğulanıb ki, Ermənistan tərəfi həqiqətən Azərbaycan ərazi bütövlüyünü dəstəkləyirsə, “Ağdam-Xankəndi” yolundan yüklərin daşınmasına etiraz etməməli və reinteqrasiya prosesinə maneçilik törətməməlidir.
Bu xüsusda, beynəlxalq ictimaiyyətin məsuliyyətinin vacibliyini qeyd edən nazir müavini, Ermənistan tərəfinin manipulyasiyalarına aldanıb bəyanatlar verməzdən öncə, sözügedən bəyanatların nəyə xidmət edəcəyinin düşünülməli olduğunu, habelə suverenlik və ərazi bütövlüyümüzə zidd addımlardan, o cümlədən yanlış terminologiyadan çəkinilməsinin vacibliyini vurğulayıb.
Sülh danışıqlarının təşkilində dəstək göstərən ölkələrə təşəkkür ifadə olunub, habelə beynəlxalq ictimaiyyət tərəfindən Ermənistana konstruktiv dialoqa sadiqlik göstərilməsinin izah olunmasının əhəmiyyəti qeyd edilib.
Daha sonra brifinq sual-cavab hissəsi ilə davam edib.
27-07-2023, 15:15
Qatarlarda elektron ödəniş üsulu yenidən aktivləşdi


Qatarlarda elektron ödəniş üsulu yenidən aktivləşdi

"Azərbaycan Dəmir Yolları" QSC Abşeron dairəvi dəmir yolu xəttində (Bakı-Sumqayıt sürətli elektrik qatarları) "Visa" bank kartlarına bağlı olan “Apple pay”, “Google pay” və digər elektron ödəniş üsullarını yenidən aktivləşdirib.
Məlumata görə, sərnişin həm giriş, həm də çıxış zamanı eyni ödəniş vasitəsindən istifadə etməlidir. Yəni, əgər sərnişin “Google pay” vasitəsilə platformaya daxil olursa, mütləq çıxış zamanı da “Google pay”dən istifadə etməlidir. Əks halda həm plastik kart, həm də elektron ödəniş üsulu üzrə ən uzun məsafəyə uyğun cərimə tətbiq ediləcək.
27-07-2023, 14:55
Müharibə veteranlarının təhsil haqqı dövlət tərəfindən ödəniləcək - Sərəncam


Müharibə veteranlarının təhsil haqqı dövlət tərəfindən ödəniləcək - Sərəncam

Yeni tədris ilindən müharibə veteranlarının təhsil haqqı dövlət tərəfindən ödəniləcək.
Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycanın ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərin təhsil müddəti ərzində təhsil haqqı 2023/2024-cü tədris ilindən etibarən Nazirlər Kabinetinin təsdiq etdiyi təhsil xərcləri miqdarında dövlət büdcəsi vəsaiti hesabına ödəniləcək.
27-07-2023, 14:51
SOCAR-ın qaz hasilatında 14 faizdən çox artım qeydə alınıb


SOCAR-ın qaz hasilatında 14 faizdən çox artım qeydə alınıb

Cari ilin ikinci rübündə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 1,9 milyon tondan çox neft, 2,2 milyard kubmetrdən çox qaz hasil olunub.
SOCAR-dan verilən məlumata görə, neft hasilatı nisbətən sabit qalsa da, qaz hasilatında əvvəlki ilin analoji dövrü ilə müqayisədə 14,3% artım qeydə alınıb.
“Ölkə üzrə ümumilikdə 7,5 milyon ton neft və 11,9 milyard kubmetr qaz hasil edilib. Qaz hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5% artıb”, - məlumatda qeyd olunur.
Hesabat dövründə SOCAR tərəfindən dünya bazarlarına 4,6 milyon tondan çox xam neft, Gürcüstan bazarına isə təqribən 68 milyon kubmetr təbii qaz ixrac olunub. Qeyd edək ki, SOCAR öz imkanları ilə hasil etdiyi neftdən əlavə beynəlxalq konsorsiumlar çərçivəsində SOCAR və Azərbaycanın payına düşən neft həcmlərini də ixrac edir.
“Ümumilikdə isə ölkə üzrə 7 milyon tondan çox neft, 5,6 milyard kubmetrdən çox qaz ixrac edilib. Qaz ixracında ötən ilin analoji dövrü ilə müqayisədə 4,2% artım qeydə alınıb”, - məlumatda bildirilir.
Cari ilin ikinci rübündə SOCAR tərəfindən 19 min metrə 1 yaxın qazma işləri həyata keçirilib.
Şirkətin Azərbaycandakı emal kompleksində 1,6 milyon tona yaxın neft, 857 milyon kubmetrə yaxın təbii qaz emal olunub. Neft emalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 36,8% artıb. Rüb ərzində SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 610 min ton neft, neft-kimya və qaz-kimya məhsulu xarici ölkələrə ixrac edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 51,2% çoxdur. Hesabat dövründə ölkə ərazisində təbii qaz istehlakı 2,5 milyard kub metr təşkil edib.
27-07-2023, 14:30
Avtomobillərin gömrüyə gətirilməsinə görə utilizasiya haqqı alınacaq


Avtomobillərin gömrüyə gətirilməsinə görə utilizasiya haqqı alınacaq

Minik avtomobillərinin gömrük ərazisinə gətirilməsinə görə utilizasiya haqqı alınacaq.
Prezident İlham Əliyev bununla bağlı Gömrük Məcəlləsində dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
Belə ki, Məcəlləyə edilmiş dəyişikliklə "Minik avtomobillərinin gömrük ərazisinə gətirilməsinə görə utilizasiya haqqı" adlı yeni maddə (233-1-ci) əlavə olunub.
Dəyişikliklə gömrük ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 (dörd) il keçən minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) gömrük rəsmiləşdirilməsi zamanı “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə utilizasiya haqqı alınır.
Qanun 2024-cü il fevralın 1-dən qüvvəyə minəcək.
27-07-2023, 13:34
Qərbi Azərbaycan İcmasından Ermənistana bəyanat


Qərbi Azərbaycan İcmasından Ermənistana bəyanat

Qərbi Azərbaycan İcması Xankəndidəki qeyri-qanuni rejimin Azərbaycanın Qarabağ bölgəsində yaşayan əhaliyə Azərbaycanın digər bölgələrindən çatdırılan yüklərin qarşısını alması nəticəsində yaranan vəziyyətə münasibət bildirib. İcmanın bəyanatında deyilir:
"Biz – Qərbi Azərbaycan İcması Xankəndidəki qeyri-qanuni rejimin Azərbaycanın Qarabağ bölgəsində yaşayan əhaliyə Azərbaycanın digər bölgələrindən çatdırılan yüklərin qarşısını alması nəticəsində yaranan vəziyyəti diqqətlə izləyirik.
Ermənistandan qovulmuş azərbaycanlıları birləşdirən və onların hüquqlarını müdafiə edən təşkilat kimi Qərbi Azərbaycan İcması Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin re-inteqrasiyası istiqamətində Azərbaycan hökumətinin səylərini alqışlayır. Azərbaycan inklüziv və tolerant cəmiyyət nümayiş etdirməklə barışıq və Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüquqlarının bərpası ilə bağlı müsbət nümunə yaradır. Ümid edilir ki, Ermənistan bu nümunəni nəzərə alacaq və anlaşma, dialoq və Ermənistandakı öz yurd-yuvalarından zorla qovulmuş azərbaycanlıların təhlükəsiz repatriasiyası, bu ölkədə çoxmillətli cəmiyyətin bərpası istiqamətində addımlar atacaq.
Təəssüf ki, Ermənistan Azərbaycanın bu xoş məramlı tədbirlərinə oxşar cavab addımları atmayıb. Ermənistan nəinki öz ərazisindən qovulmuş azərbaycanlıların geri qayıtmasına qətiyyətlə əngəl törədir, həm də Azərbaycanda məskunlaşan ermənilər arasında separatizmi fəal şəkildə təşviq etməklə gərginliyi artırmaqda davam edir. Ermənistanın hərəkətləri, o cümlədən Azərbaycanın Qarabağ bölgəsində qanunsuz hərbi birləşmələrini saxlaması və Xankəndidəki qeyri-qanuni rejimə maliyyə dəstəyi yalnız vəziyyəti gərginləşdirməyə və regional sabitliyi pozmağa xidmət edir. Bu hərəkətlər Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə, eləcə də Ermənistandan qovulmuş azərbaycanlıların fundamental hüquqlarına açıq-aşkar hörmətsizlik nümayiş etdirir.
Xüsusilə, Qərbi Azərbaycan İcması Ermənistanın və Xankədidəki qeyri-qanuni rejimin Azərbaycanın digər bölgələrindən Qarabağ ermənilərinə təchizatı əngəlləməklə və heç bir sərhəd və gömrük nəzarəti olmadan Xankəndiyə eksklüziv təchizat marşrutları tələb etməklə süni humanitar böhran yaratmaq cəhdlərindən ciddi narahatlığını bildirir.
Qərbi Azərbaycan İcması barışıq prosesinə mane olan, həmçinin sakinlərin həqiqi ehtiyaclarının siyasi məqsədlər üçün sui-istifadə olunduğu bu manipulyasiya xarakterli taktikaları qətiyyətlə pisləyir.
Bundan əlavə, biz Avropa İttifaqının (Aİ) bu məsələyə qarışmasına dərin təəssüfümüzü və qəti şəkildə narazılığımızı bildiririk. Aİ missiyasının Azərbaycan hökumətinin razılığı olmadan Azərbaycana daxil olmağa cəhd edən konvoyla yanaşı olması suverenlik və ərazi bütövlüyü prinsiplərinə xələl gətirir və Ermənistana yanlış siqnal ötürür.
Xatırlatmaq istərdik ki, Aİ-nin Ermənistandakı missiyasının mandatına Ermənistanın Azərbaycanın suverenliyini pozmağa yönəlmiş hərəkətlərində iştirak etmək daxil deyil. Vaxtilə azərbaycanlıların məskunlaşdıqları ərazilərdə yerləşdirilmiş missiyanın mandatı münaqişənin Ermənistandan zorla qovulmuş azərbaycanlılara təsirini qiymətləndirmək, onların təhlükəsiz və ləyaqətlə öz evlərinə qayıtmasına imkan yaradan etimad tədbirlərini dəstəkləməkdən ibarətdir. Əgər Aİ həqiqətən də insan haqlarını müdafiə edirsə, onda o, Ermənistanın şantaj taktikasına ortaq olmaq əvəzinə bizim geri qayıtmaq hüququmuzu dəstəkləməlidir.
Biz Ermənistan hökumətindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı təcavüzünü dərhal dayandırmasını tələb edirik. Ermənistan Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyasının qarşısını almaq məqsədi daşıyan bədxah fəaliyyətinə son qoymalıdır. Biz, həmçinin Ermənistan hökumətinə insan hüquqlarına hörmət etmək, bizim təhlükəsiz və ləyaqətli qayıdışımıza imkan yaratmaq və bu məqsədlə bizimlə dialoq aparmaq çağırışımızı təkrarlayırıq".
27-07-2023, 13:12
Xəstə ermənilərin ”Laçın” dövlət sərhədindən keçidinə icazə verildi


Xəstə ermənilərin ”Laçın” dövlət sərhədindən keçidinə icazə verildi

Qarabağın erməni əhalisinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə Həkəri çayının üzərində Azərbaycan Ermənistan sərhədində fəaliyyət göstərən “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsindən sərbəst keçidinə növbəti dəfə şərait yaradılıb.
Xankəndidən Gorus İstiqamətində hərəkət edən 7 nəqliyyat vasitəsi və 34 şəxsin buraxılış məntəqəsində qaydalara uyğun olaraq yoxlanıldıqdan sonra Ermənistana keçidi təmin edilib. Həmin 34 şəxsin 11-i Beynəlxalq Qırmızı Xaç Komitəsinin üzvü, 12-si tibbi ehtiyacı olan şəxslər və onları müşayiət edən 10 ailə üzvü, eləcə də 1 nəfər tibb heyəti olub.
Bu, bir daha onu göstərir ki, dövlət sərhədindən buraxılış məntəqəsində Azərbaycan tərəfindən hər hansı maneə yoxdur. Son günlər Ermənistanın sərhədlə bağlı bəyanat və əməlləri isə sırf təxribat xarakteri daşıyır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!