Bakıda və rayonlarda leysan yağacaq - XƏBƏRDARLIQ .....                        Prezident Şuşada Selçuk Bayraktaroğlunu qəbul etdi - FOTO .....                        Kəlbəcərə köçən 32 ailəyə mənzillərin açarları təqdim edildi - FOTO .....                        Məktəb direktoru seçimində nələr dəyişir? - AÇIQLAMA .....                        2026-cı ildə Xocalı hava limanı istifadəyə verilə bilər - Deputat .....                        Azərbaycan bu Şəbəkəyə tamhüquqlu üzv oldu .....                        Kəlbəcərdə ilk təhsil zəngi çalındı - FOTO .....                        Yollarımıza düşən inam işığı .....                        Bütün dünyaya sübut etmişik ki, güclü xalqıq - Prezident .....                       
4-04-2023, 13:24
Azərbaycana qarşı yönəlmiş konfransla bağlı bəyanat hazırlandı


Azərbaycana qarşı yönəlmiş konfransla bağlı bəyanat hazırlandı

Milli Məclis Fransa Senatında martın 16-da Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş konfransla bağlı bəyanat hazırlayıb. Bəyanatı deputat Sevil Mikayılova səsləndirib. Bəyanatda bildirilir: “Fransa Senatı növbəti dəfə martın 16-da Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı addımlar atıb. Fransanın bu addımı Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına, sülh müqaviləsinə zərbə vurur. Azərbaycanda yaşayan ermənilərin hüquqlarından narahat olan Fransa parlamentinə daxili işlərinə baxmağı tövsiyə edirik. Azərbaycanın daxili işlərinə qarışan Fransanın öz qanunlarına hörmətlə yanaşmağını bildiririk. Fransa parlamentarilərinin bu mövqe ilə Cənubi Qafqaza qarşı ikili mövqe sərgilədiyini görürük. Biz son dəfə Fransanı Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinə töhfə verməyə səsləyirik".
4-04-2023, 13:11
“Elektron xəstəlik vərəqəsi” informasiya sistemi hazırlandı


“Elektron xəstəlik vərəqəsi” informasiya sistemi hazırlandı

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi tərəfindən “Elektron xəstəlik vərəqəsi” (e-bülleten) informasiya sistemini hazırlanıb. Layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə əmək qabiliyyətinin müvəqqəti itirilməsi haqqında vərəqələrə dair məlumatların vahid elektron reyestrdə birləşdirilməsi, kağız daşıyıcıların saxlanması və emalı ilə bağlı böyük işdən uzaqlaşması, o cümlədən sığortaçıların xərclərinin azaldılması və dövlət büdcəsinin yükünə qənaət edilməsi məqsədi ilə həyata keçirilir. Səhiyyə Nazirliyindən verilən məlumata görə, bu təşəbbüsə əsasən, tibb müəssisəsi tərəfindən yazılan və müvafiq tibb işçisinin gücləndirilmiş elektron imzası ilə təsdiq edilmiş elektron xəstəlik vərəqəsi müvəqqəti əmək qabiliyyətinin itirilməsinə görə müavinətlərin təyin edilməsi və ödənilməsi üçün əsas olacaq. İşəgötürənlər üçün e-bülleten Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya sistemində, tibb işçiləri üçün isə “e-Səhiyyə” portalı və mobil tətbiqində əlçatan olacaq. Xəstəlik vərəqəsinin elektron sənəd şəklində formalaşdırılması müvafiq tibb müəssisələri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və işəgötürənlər arasında məlumat mübadiləsi üçün avtomatlaşdırılmış məlumat mübadiləsi sistemindən istifadə etməklə həyata keçiriləcək. Proses iştirakçıları arasında qarşılıqlı informasiya mübadiləsi qaydaları bütün iştirakçılar üçün eyni olacaq və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hüquqi sənəd formasında təsdiq ediləcək. “Elektron xəstəlik vərəqəsi” sisteminə keçid sığorta dələduzluğu hallarının minimuma endirilməsi, analitik hesabatların və tibbi məlumatların etibarlılığının artırılması, bu növ müavinətlər üzrə ödənişlər üçün dövlətin maliyyə xərcləri ilə bağlı proqnozların keyfiyyətinin yüksəldilməsi, həmçinin xəstəlik vərəqəsinin statusu barədə məlumatların “online” formatda vətəndaşlar və işəgötürənlər üçün əlçatanlığını təmin edəcək. Elektron xəstəlik vərəqəsinin formalaşdırılması şərtləri və qaydaları səhiyyə sahəsində dövlət siyasətinin və hüquqi tənzimləmənin işlənib hazırlanması və həyata keçirilməsi funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən hazırlanıb və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılıb.
3-04-2023, 23:40
XİN İrana bu tələbi qoydu


XİN İrana bu tələbi qoydu

Xarici İşlər Nazirliyi (XİN) İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvidən İran rəsmilərinin həqiqətdən uzaq bəyanat və çıxışlarına son qoymasını tələb edib. Bu barədə Azərbaycan XİN-dən məlumat verilib. İranın Azərbaycandakı səfirinə bildirilib ki, İran mediasında mütəmadi olaraq Azərbaycan Respublikası, onun dövlət və hökumət rəsmiləri haqqında yayılan təhqir dolu, yalan, böhtan və qərəzli məlumatlar, eləcə də İranın tanınmış ictimai-siyasi xadimlərinin həqiqətdən uzaq bəyanat və çıxışları iki ölkə arasındakı münasibətlərə xələl gətirir və anlaşılmazlıqları daha da dərinləşdirir. Bununla yanaşı, iki ölkə arasında münasibətlər dövründə yaranan anlaşılmazlıqların daim İran tərəfinin birtərəfli davranış və addımlarından qaynaqlandığı, Azərbaycan tərəfinin ardıcıl və xoş niyyətli addımlarına İran tərəfindən lazımi qarşılıq verilmədiyi vurğulanıb. Qeyd edək ki, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi aprelin 3-də XİN-ə çağırılıb.
3-04-2023, 23:37
İranın ölkəmizdəki səfiri XİN-ə çağırıldı


İranın ölkəmizdəki səfiri XİN-ə çağırıldı

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin Xarici İşlər Nazirliyinə ünvanlanmış qeyd edilən notası 3 aprel tarixində daxil olub. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Qeyd edilən məsələ ilə əlaqədar eyni gündə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb. İran tərəfinin notasında Azərbaycan mediası ilə bağlı qeyd olunanların obyektivliyi əks etdirmədiyi vurğulanaraq, İran tərəfinə cavab notası, eləcə də İran mediasında Azərbaycan əleyhinə yayılmış bir sıra məqalələrin siyahısı təqdim olunub. İranın ölkəmizdəki səfirinə bildirilib ki, İran mediasında mütəmadi olaraq Azərbaycan Respublikası, onun dövlət və hökumət rəsmiləri haqqında yayılan təhqir dolu, yalan, böhtan və qərəzli məlumatlar, eləcə də İranın tanınmış ictimai-siyasi xadimlərinin həqiqətdən uzaq bəyanat və çıxışları ölkələrimiz arasındakı münasibətlərə xələl gətirir və anlaşılmazlıqları daha da dərinləşdirir. Bununla yanaşı, ölkələrimiz arasında münasibətlər dövründə yaranan anlaşılmazlıqların daim İran tərəfinin birtərəfli davranış və addımlarından qaynaqlandığı, Azərbaycan tərəfinin ardıcıl və xoş niyyətli addımlarına İran tərəfindən lazımi qarşılıq verilmədiyi qeyd olunub. Görüş zamanı, İran mediasında Azərbaycan əleyhinə yalan və qərəzli məlumatların yayılmasının qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər görülməsinin zəruriliyi vurğulanıb.
3-04-2023, 17:04
Selçuk Bayraktardan Prezidentə özəl hədiyyə


Selçuk Bayraktardan Prezidentə özəl hədiyyə

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarı qəbul edib. Söhbət zamanı Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün digər sahələrdə olduğu kimi hərbi və müdafiə sənayesi sahələrində də uğurla inkişaf etdiyi vurğulanıb, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Sonda dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim olunub.
3-04-2023, 16:49
Ermənistan qoyulan tələblərə əməl etməkdən boyun qaçırır - XİN başçısı


Ermənistan qoyulan tələblərə əməl etməkdən boyun qaçırır - XİN başçısı

3 aprel 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa Xarici Fəaliyyət Xidmətinin Şərq Tərəfdaşlığı məsələləri üzrə xüsusi nümayəndəsi Dirk Şubel ilə görüşüb. Bu barədə XİN-dən bildirilib. Görüşdə, Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında əməkdaşlıq gündəliyi, o cümlədən regionda cari vəziyyət müzakirə mövzusu olub. Nazir Ceyhun Bayramov, Azərbaycanla Aİ arasında müxtəlif, o cümlədən siyasi, iqtisadi, ticarət, investisiyalar, nəqliyyat, enerji təhlükəsizliyi və s. sahələr üzrə səmərəli əməkdaşlıq gündəliyinin mövcudluğundan bəhs edərək, bu xüsusda hal-hazırda müzakirə edilən yeni hərtərəfli saziş layihəsinin münasibətlərin daha da inkişafına töhfə verəcəyinə dair inamını ifadə edib. 18 iyul 2022-ci il tarixində imzalanmış Azərbaycan ilə Aİ arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumuna istinad edən nazir, sözügedən Memorandumun enerji təhlükəsizliyi sahəsində birgə fəaliyyət baxımından əhəmiyyətli olduğunu diqqətə çatdırıb. Bununla yanaşı, alternativ enerji resurslarının inkişaf etdirilmədisi və Avropaya ixracı baxımından Qara dəniz elektrik enerjisi kabeli üzrə sazişin vacibliyi vurğulanıb. Post-münaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycanın bərpa-quruculuq fəaliyyəti, bölgədə kommunikasiyaların açılması istiqamətində görülən işlər, o cümlədən Ermənistanla münasibətlərin normallaşması və sülh gündəliyinin irəli aparılması istiqamətində göstərilən səylər barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir, Ermənistanın öhdəliklərindən boyun qaçıraraq davamlı hərbi-siyasi təxribatlar törətməsinin, mina təhdidini davam etdirməsinin sülh quruculuğu prosesinə xələl gətirdiyini diqqətə çatdırıb. Son dövrlərdə Ermənistan tərəfindən törədilən təxribatların intensivləşməsinin Aİ-nin Ermənistanda missiyasının mövcudluğu dövrünə təsadüf etməsinin narahatlıq doğurduğunu bildirən nazir Ceyhun Bayramov, sözügedən Missiyadan Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə xələl gətirmək üçün bəhanə kimi sui-istifadə edilməsinin yolverilməz olduğunu vurğulayıb. Xüsusi nümayəndə Dirk Şubel, son dövrlərdə nəqliyyat-kommunikasiya sahəsində yaranmış çağırışların Şərq-Qərb Dəhlizinin önəmini artırdığını diqqətə çatdıraraq, Azərbaycanın bölgədə nəqliyyat və kommunikasiyaların açılması istiqamətində fəaliyyətinin təqdirəlayiq olduğunu bildirib. Regionda mülki şəxslərin həyatına və sağlamlığına təhdid törədən mina təhlükəsinə qarşı mübarizədə əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
3-04-2023, 16:46
Prezident Selçuk Bayraktarı qəbul etdi


Prezident Selçuk Bayraktarı qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarı qəbul edib. Selçuk Bayraktar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdıraraq Türkiyədə baş verən zəlzələnin fəsadlarının aradan qaldırılmasında göstərilən qardaşlıq yardımına görə Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidentinə minnətdarlığını bir daha ifadə etdi. Dövlətimizin başçısı salamlara görə təşəkkürünü bildirdi, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş etdi. Prezident İlham Əliyev zəlzələ zamanı həlak olanlara bir daha Allahdan rəhmət diləyərək, Azərbaycanın Türkiyəyə yardımını qardaşlıq borcu kimi dəyərləndirdi. Azərbaycan Prezidenti bu yaxınlarda Ankarada Türkiyə Prezidenti ilə görüşünü və Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərlərini məmnunluqla xatırlayaraq, Türkiyə Prezidentinin işğaldan azad edilmiş ərazilərimizə səfərlərinin xüsusi əhəmiyyət daşıdığını qeyd etdi. Prezident İlham Əliyev Türkiyənin müdafiə sənayesinin son illərdə çox böyük nailiyyətlər əldə etdiyini deyərək, bu xüsusda “Baykar” şirkətinin fəaliyyətinin aparıcı rol oynadığını vurğuladı və bu şirkətin istehsal etdiyi məhsulların Vətən müharibəsi dövründə erməni işğalçılarının hərbi texnikasının məhv edilməsində oynadığı rolu bir daha qeyd etdi. Söhbət zamanı Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün digər sahələrdə olduğu kimi hərbi və müdafiə sənayesi sahələrində də uğurla inkişaf etdiyi vurğulandı, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı. Sonda dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim olundu.
3-04-2023, 13:52
Güllələnən deputatın sui-qəsdində əli olanlardan biri də müəyyən oldu


Güllələnən deputatın sui-qəsdində əli olanlardan biri də müəyyən oldu

Milli Məclisin deputatı Fazil Mustafaya qarşı terror hücumunda iştirak edən daha bir nəfərin kimliyi açıqlanıb. Saxlanılan şəxslərdən biri İlkin Süleymanovdur. Onun Xocəsən ərazisində saxlanıldığı bildirilir. Qeyd edək ki, Fazil Mustafaya qarşı törədilən terrorla bağlı 6 nəfər saxlanılıb.

3-04-2023, 13:45
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Azərbaycanda aprelin 4-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 13-16° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-7° isti, gündüz 14-19° isti, dağlarda gecə 0-5° isti, gündüz 6-11° isti olacaq.
3-04-2023, 13:44
Bəzi səhiyyə ocaqlarında rentgen müayinəsi dayandırıldı - Rəsmi


Bəzi səhiyyə ocaqlarında rentgen müayinəsi dayandırıldı - Rəsmi

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq, ölkədə nüvə və radioloji təhlükəsizliyin təmin olunması məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. FHN-dən verilən məlumata görə, bu çərçivədə, “Bakı Baş Səhiyyə Mərkəzi” Publik Hüquqi Şəxsin müraciəti əsasında Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların mövcud olduğu bir sıra tibb müəssisələrində nəzarət-yoxlama tədbirləri həyata keçirilib. Keçirilən tədbirlər nəticəsində qanunvericiliyin tələblərinə uyğun olaraq nöqsanlar aşkar edilmiş, o cümlədən radiasiya təhlükəsizliyi tələblərinə riayət edilməməsi və “xüsusi icazə”nin olmaması səbəbindən müvafiq olaraq Bakı şəhərində yerləşən 19 nömrəli Uşaq və 2 nömrəli Şəhər poliklinikalarında rentgen kabinetlərinin fəaliyyəti, 20 nömrəli Uşaq, 35 və 37 nömrəli Şəhər poliklinikalarında rentgen avadanlıqlarının istismarı dayandırılıb. Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, təhlükəsizliyin təmin edilməsi məqsədilə rentgen və kompüter-tomoqrafiya müayinələri üçün yalnız “xüsusi icazə” əsasında fəaliyyət göstərən tibb müəssisələrinə müraciət olunmasını tövsiyə edir.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!