Özbəkistan səfirliyinin yeni binasının açılışı olub .....                        Azərbaycanla Özbəkistan arasında bu sənədlər imzalandı - SİYAHI .....                        Vardanyan yenidən hakim qarşısında .....                        “Sputnik Azərbaycan”ın əməkdaşları barədə qərar verildi .....                        İşğal nəticəsində Azərbaycana dəyən zərərin məbləği açıqlandı .....                        “Sputnik Azərbaycan” işinə görə saxlanılanların məhkəməsi keçirilir .....                        Azərbaycanda şəkər tozunun qiyməti bahalaşdı .....                        Ermənistan Azərbaycana 150 milyard dollarlıq zərər vurub - Samir Şərifov .....                        İlqar Mustafayevin qanunsuz əməlləri ifşa edildi - 11 milyon manat... .....                       
28-11-2022, 20:12
Qida təhlükəsizliyi ilə bağlı yeni rüsumlar


Qida təhlükəsizliyi ilə bağlı yeni rüsumlar

Qida təhlükəsizliyi sahəsində yeni rüsumlar müəyyənləşir. Bu barədə Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə olunaraq parlamentə tövsiyə edilən “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikdə qeyd olunub. Dəyişikliyə əsasən, qida təhlükəsizliyi ilə bağlı aşağıdakı rüsumlar müəyyənləşir:
- ixrac edilən qida və yem məhsullarına sağlamlıq sertifikatının verilməsi - 25 manat;
- Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunmuş qida və yem məhsulu, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlara idxal sağlamlıq aktının verilməsi – 25 manat;
- qida obyektlərinin “Qida təhlükəsizliyi haqqında” qanuna əsasən təsdiq olunması ilə bağlı Qida Təhlükəsizliyi Reyestrindən çıxarışın verilməsi – 150 manat.
Həmçinin, qida obyektlərinin təsdiq olunması ilə bağlı Qida Təhlükəsizliyi Reyestrindən çıxarışın verilməsinə göstərilən hərəkətlərə görə qida sahəsində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektlərindən, habelə bələdiyyə və dövlət orqanlarından (qurumlarından) dövlət rüsumu tutulmayacaq. Qüvvədə olan qanuna görə yalnız qida təhlükəsizliyi sertifikatının verilməsinə görə 25 manat dövlət rüsumu ödənilir. Eyni zamanda qüvvədə olan qanuna əsasən, qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına görə:
- reyestrdən çıxarışın verilməsi - 150 manat;
- reyestr məlumatlarında fəaliyyət sahəsindən asılı olaraq baş verən dəyişikliyin edilməsi - 50 manat;
- reyestrdən çıxarışın dublikatının verilməsi - 10 manat rüsum nəzərdə tutulur. Yeni qanun layihəsində bu rüsumların ləğvi təklif edilir. Qeyd edilib ki, “Qida təhlükəsizliyi haqqında” Qanunda qida və yem məhsullarının idxalı və ixracı zamanı müvafiq olaraq sağlamlıq sertifikatının və idxal sağlamlıq aktının verilməsi nəzərdə tutulmuş, qida obyektlərinin təsdiq olunması ilə bağlı müddəalar əks olunub. Həmçinin qeyd olunub ki, həmin sənədlərə görə dövlət rüsumunun məbləği və dövlət rüsumundan azadolmalar “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müəyyən olunur. Həmin hərəkətlərə görə alınan dövlət rüsumunun məbləğinin və azadolma hallarının müəyyənləşdirilməsi məqsədilə “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilməsi zərurəti yaranır.
28-11-2022, 20:04
Azərbaycan 13 erməni hərbçinin meyitini qaytardı


Azərbaycan 13 erməni hərbçinin meyitini qaytardı

2022-ci ilin 12-13 sentyabr tarixlərində Azərbaycan-Ermənistan sərhədində baş vermiş hərbi əməliyyatlar zamanı həlak olmuş erməni hərbi qulluqçularına aid meyitlərin axtarışı prosesi davam etdirilib. Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat açıqlayıb. Ərazidə aparılmış axtarış tədbirləri nəticəsində aşkar olunmuş Ermənistan hərbçilərinə məxsus 13 cəsəd cari ilin noyabrın 28-də Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun əməkdaşlarının iştirakı ilə baxış keçirildikdən və onların üzərində hər hansı zorakılıq əlamətlərinin olmaması müəyyən edildikdən sonra beynəlxalq humanitar hüquq normalarına uyğun qaydada Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə qarşı tərəfə təhvil verilib.
28-11-2022, 15:13
Heydər Əliyevin 100 illiyinə həsr olunmuş qızıl sikkələr hazırlanacaq


Heydər Əliyevin 100 illiyinə həsr olunmuş qızıl sikkələr hazırlanacaq

Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş qızıl sikkələr hazırlanacaq. Bu barədə Prezident İlham Əliyevin bu gün imzaladığı Sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda qeyd olunub. Sərəncama əsasən, icraçı orqanlar Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Mərkəzi Bankı (tövsiyə olunur) müəyyənləşib. Qızıl sikkələr 2023-cü il fevral–may aylarında hazırlanmalıdır.
28-11-2022, 15:11
“Heydər Əliyev təqaüdü” təsis edilir


“Heydər Əliyev təqaüdü” təsis edilir

“Heydər Əliyev təqaüdü” təsis ediləcək. Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na əksini tapıb. Prezident Administrasiyası, Elm və Təhsil Nazirliyi və Maliyyə Nazirliyi 2023-cü il may–iyun aylarında ali təhsildə yüksək akademik göstəriciləri olan tələbələr üçün “Heydər Əliyev təqaüdü” təsis edilməsini təmin etməlidir.
28-11-2022, 15:02
Azad edilən ərazilərdə daha 12 mina aşkarlandı


Azad edilən ərazilərdə daha 12 mina aşkarlandı

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə daha 248 partlamamış hərbi sursat aşkarlayıb. ANAMA-dan verilən məlumata görə, noyabrın 21-dən 26-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 2, tank əleyhinə 10 mina və 248 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 321 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
28-11-2022, 15:00
Sabahın havası - Külək, yağış, qar...


Sabahın havası - Külək, yağış, qar...

Noyabrın 29-na gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-10° isti, gündüz 11-13° isti, Bakıda gecə 8-10° isti, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-8° isti, gündüz 11-16° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-7° isti olacaq.
28-11-2022, 14:57
Cəbrayılda mobil şəhərcik tikilib


Cəbrayılda mobil şəhərcik tikilib

"Qarabağın sənaye potensialının dirçəldilməsi və inkişaf etdirilməsi məqsədilə Cəbrayıl rayonunda mobil şəhərcik tikilib". Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov twitter səhifəsində yazıb. “Qarabağın sənaye potensialının dirçəldilməsi və inkişaf etdirilməsi məqsədilə Cəbrayıl rayonunda 200 hektar ərazidə yaradılmış Araz Vadisi İqtisadi Zonasının sənaye parkında mobil şəhərciyin tikintisi başa çatdırılıb”, - paylaşımda deyilir. Nazir şəhərcikdə bütün lazımi infrastrukturun yaradıldığını vurğulayıb. Onun sözlərinə görə, sənaye parkında görülən işlər bölgənin ölkə iqtisadiyyatına reinteqrasiyasına, yerli istehsalın inkişafına böyük təkan verəcək, məşğulluq səviyyəsinin yüksəldilməsinə əlavə imkanlar yaradacaq.


28-11-2022, 14:51
Nazirlikdən havanın kəskin dəyişəcəyi ilə bağlı əhaliyə çağırış


Nazirlikdən havanın kəskin dəyişəcəyi ilə bağlı əhaliyə çağırış

Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib. “Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi, soyuq və yağıntılı keçəcəyi proqnozlaşdırılır. Soyuq havalarda isə adətən qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artması müşahidə olunur. Bu zaman xüsusilə mənzillərdə və ya fərdi yaşayış evlərində elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi, habelə nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qaz və elektrik qızdırıcı cihazlarından istifadə yanğınla nəticələnə bilər. Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasını tövsiyə edir. Bu məqsədlə, aşağıda göstərilən bəzi təhlükəsizlik qaydalarını bir daha xatırladırıq:
— nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə etməyin!
— elektrik şəbəkəsini həddindən artıq yükləməyin!
— işlək vəziyyətdə olan qızdırıcı cihazları nəzarətsiz qoymayın, onları uşaqlara həvalə etməyin!
— qızdırıcı cihazların bilavasitə yaxınlığında yanar materiallar və asan alışan mayelər saxlamayın!
— cihazlardan zavod istehsalçılarının təlimatlarına (tövsiyələrinə) uyğun istifadə edin!
— elektrik və qaz şəbəkəsinin quraşdırılmasını yalnız mütəxəssislərə həvalə edin və bu məqsədlə keyfiyyətli məhsullardan istifadə edin!
— mütəmadi olaraq qızdırıcı cihazların və tüstü bacalarının istismara yararlılığını mütəxəssislərə yoxlatdırın!
— mənzildə qaz qoxusu hiss etdikdə işığı yandırmayın, qapı-pəncərələri açın, mənzilə qazın girişini bağlayın və mütəxəssis çağırın. Unutmayın: Qaydalara biganəlik — həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!”
28-11-2022, 14:45
Qətərdə Braziliya futbolçuları arasında virus yayılıb


Qətərdə Braziliya futbolçuları arasında virus yayılıb

Qətərdə Braziliya futbolçuları arasında virus yayılıb
Futbol üzrə Braziliya milli komandasının üzvləri arasında virus yayılması şübhəsi mövcuddur. Bu barədə “Goal” nəşri özəl mənbələrinə istinadən məlumat yayıb. Bildirilib ki, qrip əlamətlərinə görə Lukas Paketa, Antoni və Alison məşqin bir hissəsini buraxıblar. Futbolçuların 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının qrup mərhələsinin 2-ci turu çərçivəsində İsveçrə ilə keçiriləcək oyuna hazır olduqları bildirilir. Həmçinin zədə səbəbindən Danilo və Neymar matçda iştirak etməyəcək.
28-11-2022, 14:42
Ermənilər 7 rayonu atəşə tutdular


Ermənilər 7 rayonu atəşə tutdular

Noyabrın 27-si saat 17:10-dan noyabrın 28-i saat 01:25-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Aşağı Şorca və Qaraiman, Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə, Daşkəsən rayonunun Astaf və Tovuz rayonunun Ağdam yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bundan başqa, noyabrın 27-si saat 19:35-dən noyabrın 28-i saat 08:10-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Şuşa, Xocavənd, Xocalı və Ağdam rayonları istiqamətlərində yerləşən mövqeləri də atəşə tutulub. Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!