Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
19-01-2024, 20:24
İsraildə 20 Yanvar faciəsiylə əlaqədar tədbirlər keçirildi


İsraildə 20 Yanvar faciəsiylə əlaqədar tədbirlər keçirildi

İsrailin Yerusəlim və Afula şəhərlərində 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib.
“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının Yerusəlimdəki şöbəsinin təşkil etdiyi tədbir qurumun rəhbəri Aleksandr Aqranovskinin şam yandırması ilə başlayıb. O, xalq arasında “Qara Yanvar” adlandırılan Bakıdakı məşum gecədə baş verənlərdən danışıb və faciə qurbanlarının xatirəsinin yad olunması üçün bir dəqiqəlik sükut elan edib.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Tədbirdə çıxış edən “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının vitse-prezidenti, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman bildirib ki, Azərbaycanı təmsil edən soydaşlarımız harada yaşamaqlarından asılı olmayaraq, həmin dəhşətli gecəni, sovet silahlı qüvvələrinin ən amansız şəkildə aralarında uşaqların, qocaların və ahılların olduğu günahsız dinc paytaxt sakinlərinə qarşı törətdiyi qanlı qırğını unutmayacaqlar. Həmin günlərdə müxtəlif millətlərdən olan Azərbaycan vətəndaşlarının, o cümlədən yəhudi əsilli azərbaycanlılar Yan Meeroviç, Aleksandr Marxevka və Vera Bessantinanın “can verən əjdaha”ın qurbanları olduğu vurğulanıb. Azərbaycanın ağır günlərdə o zaman Moskvada yaşayan Heydər Əliyevin sovet hökumətini qeyri-qanuni qoşun yeritməkdə ittiham etdiyi və ordunun Azərbaycanın mülki əhalisinə qarşı misli görünməmiş qəddarlıq törətdiyini pislədiyi diqqətə çatdırılıb.
Sonra Diasporla İş üzrə Dövlət Komitəsinin təqdim etdiyi “Blooded Carnations” (“Qanlı Qərənfillər”) qısametrajlı sənədli filmi nümayiş etdirilib. Qeyd edək ki, ABŞ-da yaşayan Azərbaycan icmasının fəal üzvü, rejissor Azim Sadıxovun müəllifi olduğu bu film “Telly Awards – 2023” mükafatına layiq görülüb.
Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Afulanın mərkəzi kitabxanasında keçirilən anım tədbirində də bu film nümayiş etdirilib.
Müxtəlif millətlərin nümayəndələrinin qatıldığı tədbirdə Azərbaycan tarixinin ən dəhşətli hadisələrindən biri olan 20 Yanvar faciəsi barədə məlumat verilib, hadisə şahidlərinin xatirələri səsləndirilib. Tədbir zamanı şamlar yandırılıb və faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
19-01-2024, 17:53
Polşa səfiri Şəhidlər xiyabanını ziyarət etdi


Polşa səfiri Şəhidlər xiyabanını ziyarət etdi

Polşanın Azərbaycandakı səfiri Rafal Poborski Şəhidlər xiyabanını ziyarət edib, burada 20 Yanvar faciəsi qurbanlarının xatirəsini ehtiramla yad edib.
Bu barədə Polşa səfirliyinin "X" sosial şəbəkəsindəki paylaşımında qeyd edilib.
“Qarşıdan gələn Ümumxalq Hüzn Günü - 20 Yanvar ilə əlaqədar Polşanın Azərbaycandakı səfiri Rafal Poborski Bakıdakı Şəhidlər xiyabanında şəhidlərin xatirəsini ehtiramla yad edib, ölkəsinin adından gül dəstələri düzüb”, - paylaşımda iştirak edib.

19-01-2024, 17:43
XİN Başçısı Robert Floyd ilə görüşdü


XİN Başçısı Robert Floyd ilə görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) Dövlət və Hökumət Başçılarının 19-cu zirvə görüşü çərçivəsində Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsi Təşkilatının icraçı katibi Robert Floyd ilə görüşüb.
Bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.
Bildirilib ki, tərəflər nüvə silahının yayılmaması sahəsində əməkdaşlığın perspektivlərini və regional məsələləri müzakirə ediblər.
19-01-2024, 17:16
Fransanın Azərbaycanla mədəni körpüləri yandırması ən son addımdır


Fransanın Azərbaycanla mədəni körpüləri yandırması ən son addımdır

Fransanın Azərbaycanla mədəni körpüləri yandırması ən son addımdır.
Bu barədə Fransanın “Le Monde” qəzetinə müsahibəsində XIX əsr Azərbaycan şairəsi Xurşidbanu Natəvanın 2017-ci ildə fransız Evianında qoyulmuş abidəsinə qarşı ötən il dekabrın 30-da törədilən vandalizm aktını pisləyən Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bildirib.
Fransanın Azərbaycana münasibətdə təəccüb və dərin təəssüf hissi doğuran fəhmsiz davranışını xatırladan Prezidentin nümayəndəsi qeyd edib ki, “xarici ölkələrlə münasibətlərimizin tarixində ilk dəfə hər hansı bir ölkə ikitərəfli münasibətlərimizə əsaslanmayan və erməni diasporunun təzyiqi altında bu qədər çoxlu sayda qərəzli qətnamələr qəbul edir”.
Paris ilə Bakı arasında münasibətlərdə davam edən diplomatik böhrana həsr olunmuş yazıda bu il yanvarın 18-də Milli Məclisin Fransa Senatının bir gün əvvəl qəbul etdiyi növbəti anti-Azərbaycan qətnaməsinə reaksiyası qismində Azərbaycan hökumətinə Fransa ilə bütün iqtisadi əlaqələri kəsmək barədə çağırışı da xatırladılır.
19-01-2024, 17:08
MSK üçün xidməti minik avtomobillərinin say həddi artırıldı


MSK üçün xidməti minik avtomobillərinin say həddi artırıldı

Mərkəzi Seçki Komissiyası üçün xidməti minik avtomobillərinin say həddi artırılıb.
Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərarda dəyişiklik edib.
Qərara əsasən, Mərkəzi Seçki Komissiyası üçün xidməti minik avtomobillərinin say həddi 19 ədəddən 22 ədədə qaldırılıb.
19-01-2024, 16:50
Sərhəddə qəribə hadisə: Yük maşınının arxa hissəsində qadın çıxdı


Sərhəddə qəribə hadisə: Yük maşınının arxa hissəsində qadın çıxdı

Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsi əməkdaşlarının sayıqlığı və peşəkarlığı nəticəsində Gürcüstandan Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulmasının qarşısı alınıb. Bu barədə Xidmətdən bildirilib.
Yanvarın 19-da saat 04:30-da “Qırmızı körpü” dövlət sərhədindən buraxılış məntəqəsində Füzuli rayon sakini 1987-ci il təvəllüdlü Sadıqov Ömər Tapdıq oğlunun idarə etdiyi “Daf” markalı 99-UL-655 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə birgə baxış zamanı avtomobilin qoşqusunun plomblanmış yük yerində gizli şəkildə dövlət sərhədini qanunsuz yolla keçməyə cəhd göstərən Gürcüstan vətəndaşı 1987-ci il təvəllüdlü Lamia Mamedova saxlanılıb.
Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.


19-01-2024, 16:04
Ələt iqtisadi zonasının ərazisi artırıldı - Fərman imzalandı


Ələt iqtisadi zonasının ərazisi artırıldı - Fərman imzalandı

Prezident İlham Əliyev “Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında” Fərmanda dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmana əsasən, İqtisadiyyat Nazirliyinin tərtib etdiyi “Bakı şəhəri, Qaradağ rayonu və Salyan rayonu inzibati əraziləri daxilində yerləşən sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, ehtiyat fondu torpaqları və kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid, dövlət mülkiyyətində olan ərazidən Ələt azad iqtisadi zonasına ayrılması nəzərdə tutulan (IV hissə) 4312,56 hektar torpaq sahəsi Ələt azad iqtisadi zonasının ərazisi qismində müəyyən edilib.
19-01-2024, 15:50
Vilayət Eyvazov tıxaclarla bağlı polislərə tapşırıq verdi


Vilayət Eyvazov tıxaclarla bağlı polislərə tapşırıq verdi

Xəbər verdiyimiz kimi, yanvarın 19-da Azərbaycanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə Bakı Şəhər Baş Polis İdarəsində 2023-cü ilin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.
Əməliyyat müşavirəsində şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitən, habelə 18 yaşı tamam olan vətəndaşların yeni sənədlərlə təmin olunması ilə bağlı görülən işlərin vəziyyəti, vətəndaşların yaşayış yeri üzrə qanunamüvafiq olaraq qeydiyyata alınmaları ilə bağlı tədbirlərin görülməsinə dair göstərişlərin icrası nəzərdən nəzərdən keçirilməklə nazir müvafiq tapşırıqlar verib.
Nazir vətəndaşların mənzil başına rahat və təhlükəsiz çatmaları üçün aidiyyəti orqanlarla birlikdə paytaxtda nəqliyyat sıxlığının və tıxacların qarşısının alınmasının, yolların kənarında qeyri-qanuni saxlanılan və nəqliyyatın normal axınına maneçilik törədən avtomobillərin kənarlaşdırılmasının, eləcə də sərnişindaşıma sahəsində olan nöqsanların aradan qaldırılmasının vacibliyinə toxunub.
19-01-2024, 15:34
Mərkəzi Seçki Komissoyası “Seçki günü üçün yaddaş kitabçası” hazırladı


Mərkəzi Seçki Komissoyası “Seçki günü üçün yaddaş kitabçası” hazırladı

Mərkəzi Seçki Komissiyası fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Prezidenti seçkiləri ilə əlaqədar müxtəlif statuslu seçki subyektlərinin maarifləndirilməsi proqramı çərçivəsində “Seçki günü üçün yaddaş kitabçası” hazırlayıb.
Bu barədə Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən məlumat verilib.
Layihənin həyata keçirilməsində əsas məqsəd məntəqə seçki komissiyaları üzvlərinin seçki günü prosedurları barədə biliklərini artırmaq, məlumatlılıq və peşəkarlıq səviyyələrini yüksəltmək, fəaliyyətlərini daha da təkmilləşdirməkdən ibarətdir.
Nəşrdə seçki günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, seçki məntəqəsinin açılması, səsvermə saatlarında tədbirlər, səsvermə prosesində müstəsna hallar, seçki məntəqəsinin bağlanması, səslərin hesablanması və səsvermənin nəticələri barədə rəsmi protokolların doldurulması da daxil olmaqla, bütün seçki günü prosedurları ilə bağlı aydın və müfəssəl məlumat verilib.
Seçki Məcəlləsinin müvafiq müddəaları və Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi təlimat, izah, qayda və digər normativ xarakterli sənədlər əsasında hazırlanan yaddaş kitabçası dairə və məntəqə seçki komissiyalarının üzvlərinə, müşahidəçilərə, habelə maraqlanan seçki subyektlərinə çatdırılıb.
“Seçki günü üçün yaddaş kitabçası”nı aşağı seçki komissiyalarından, eləcə də Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsindən (www.msk.gov.az) əldə etmək mümkündür.
19-01-2024, 15:27
Daxili İşlər Nazirliyinin vəzifələri artırıldı


Daxili İşlər Nazirliyinin vəzifələri artırıldı

Daxili İşlər Nazirliyinin vəzifələri artırılıb.
Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nda edilən dəyişiklikdə əksini tapıb.
Daxili İşlər Nazirliyi pornoqrafiya tamaşalarında iştirak etməyə cəlb etmiş şəxslərin aşkar edilməsini, onlar barəsində Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etməlidir.
Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası sahəsində Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların da vəzifələri artırılıb.
Bu vəzifələr sırasına cinsi istismarın və ya cinsi zorakılığın qurbanı olmuş uşaqların hüquqlarının və mənafelərinin qorunması üçün tədbirlər görmək daxil edilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!