34 il əvvəl Qarakənddə kimlər həlak olmuşdu... - SİYAHI .....                        Azərbaycanda iki şəhidin məzarı qarət edildi - VİDEO .....                        Prezident Ağdamla bağlı paylaşım etdi .....                        Ağdamın azadlığının beşinci ili .....                        Qonşusunun qulağını dişləyib qopardı, həbs edildi .....                        ABŞ Ukraynanın təslim olmasını tələb edir – ŞOK PLAN .....                        Xocavənddə 140 ev təmir olunacaq - 12 MİLYONLUQ SİFARİŞ .....                        Həmin açarı bu dəfə Ronaldoya hədiyyə etdi .....                        Kremldə nə baş verir? .....                       
20-06-2023, 11:44
Şuşa ssenari üzrə Azərbaycana təslim edilməliydi - Paşinyan


Şuşa ssenari üzrə Azərbaycana təslim edilməliydi - Paşinyan

"Oktyabrın 1-də günortadan sonra mənim Putinlə telefon danışığım oldu və o, Rusiyanın illər əvvəl işləyib hazırladığı plan əsasında müharibəni dayandırmağa cəhd etməyin mümkün olduğunu təsdiq etdi". Bunu ölkənin baş naziri Nikol Paşinyan 44 günlük müharibənin şəraitini araşdıran komissiyanın iclasında deyib. "Şərtlər belə idi ki, 5+2 düsturuna əsasən 7 rayon geri qaytarılır, Qarabağla Ermənistan arasında Laçın dəhlizi boyunca kommunikasiyanın təmin edilməsi məsələsi həll olunur, Rusiya sülhməramlıları bölgəyə yerləşdirilir, status isə qeyri-müəyyən olaraq qalır. Putinlə razılaşdıq ki, axşam mövqeyimizi bildirəcəyəm. Günün ikinci yarısında parlamentdənkənar müxalifət nümayəndələri ilə görüşdüm. Daha sonra prezidentin, katolikosun və parlament qüvvələrinin nümayəndələrinin iştirakı ilə Təhlükəsizlik Şurası çağırıldı və bu zaman mən zəng edib Putinin təklifini qəbul etdiyimi bildirmək fikrində olduğumu dedim. Eyni zamanda əlavə etdim ki, mən orada olanlardan kiminsə bu qərara görə məsuliyyəti mənimlə bölüşəcəyini gözləmirəm, sadəcə olaraq onlara gedən proseslər barədə məlumat verdim", - baş nazir qeyd edib. Paşinyan müxalifət təmsilçiləri ilə görüşü və Putinlə telefon danışığından da söz açıb: "Parlamentdənkənar qüvvələrlə görüşdə dedim ki, mən onları ona görə dəvət etmişəm ki, onlara məlumat verməklə mən ictimaiyyəti məlumatlandırıram, çünki canlı yayımda insanlara hər şeyi deyə bilmərəm. Axşam Putinə zəng edib dedim ki, bu şərtlərlə müharibəni dayandırmağa razıyam. Rusiya prezidenti dedi ki, Əliyevlə danışacaq, mənə zəng edəcək. O zaman 2 rayon praktiki olaraq Azərbaycanın nəzarətində idi. Ertəsi gün, oktyabrın 20-də səhər saatlarında Putin zəng edərək diqqətə çatdırdı ki, Azərbaycan 7 rayonun hamısını alarsa, müharibəni dayandırmağa razıdır və şəhər əhalisinin 90 faizini təşkil edən Şuşanın azərbaycanlı sakinlərinin qayıtmasına zəmanət almaq istəyir. Bu, Rusiya üçün məqbul həll idi. Çünki onlar deyirdilər ki, uzun illər əvvəl müzakirə olunan həll planında həmişə qaçqın və köçkünlərin qayıtması ilə bağlı bənd olub. Bu bənd ortaya çıxanda soruşdum ki, Azərbaycanın fikrincə, bu təminatlar necə olmalıdır? Məlum oldu ki, mən bəyan etməliyəm ki, azərbaycanlıların Şuşaya və Qarabağın digər yaşayış məntəqələrinə qayıtmasına razıyam. Putin təklif etdi ki, bu məsələ status ilə bağlı qalsın, yəni azərbaycanlıların qayıtması statusun müzakirəsi kontekstində müzakirə olunsun. Razılaşdım, lakin Azərbaycan statusla bağlı heç nəyi müzakirə etmək fikrində olmadığını bildirərək bu təklifi rədd etdi. Üstəlik, indiki təklifə görə, təkcə Şuşa azərbaycanlılarının deyil, bütün rayonların azərbaycanlılarının şəhərə birbaşa və maneəsiz çıxışı olmalıdır. Daha bir tələb əlavə olundu ki, Azərbaycanın Naxçıvanla əlaqəsini təmin etmək üçün sülhməramlılar təkcə Qarabağ və Laçında deyil, Mehridə də yerləşdirilməlidir". "Mən buna razı olmadım, Ermənistan ərazisindən eksterritorial dəhlizin yaradılmasına razı olmadım, bildirdim ki, dəhlizə yox, yolların açılmasına razıyam. Beləliklə, 19 oktyabr təklifi kontekstində müharibənin dayandırılması üçün şərtlər belə idi ki, 7 rayonun hamısı Azərbaycanın nəzarəti altında olmalıdır, Qarabağın statusu dəqiqləşdirilməməlidir, keçmiş DQMV-nin əldən çıxmış əraziləri Azərbaycanın nəzarətində olmalıdır, Şuşa yuxarıdakı ssenari üzrə Azərbaycana təslim edilməlidir, sülhməramlılar Mehridə yerləşdirilməli və faktiki olaraq eksterritorial dəhliz yaradılmalıdır. Vəziyyətin ağırlığını başa düşsəm də, belə şərtlərlə razılaşa bilməzdim. İndi arxaya baxıb yenə deyirəm ki, razılaşa bilməzdim. Əgər bu şərtlərlə razılaşa biləcəyinə inanan varsa, açıq desin. Oktyabrın 23-də ABŞ-ın hərbi əməliyyatları dayandırmaq təşəbbüsü ortaya çıxdı. Təşəbbüs yalnız oktyabrın 25-də razılaşdırıldı. Oktyabrın 26-da səhər saat 8-dən atəşkəs başlamalı idi. Amma olmadı", - Paşinyan çıxışına əlavə edib.
19-06-2023, 21:54
Düşmən atəş açarkən biz silahsız idik - Yaralanan hərbiçimiz


Düşmən atəş açarkən biz silahsız idik - Yaralanan hərbiçimiz

Ermənilərin iyun ayının 15-də “Laçın” sərhəd-buraxılış məntəqəsini atəşə tutması nəticəsində sərhədçimiz yaralanıb. Ermənistan tərəfinin təxribata əl ataraq, atəşkəsi pozması nəticəsində yaralanan hərbçimiz Elşən Rüstəmov Trend-ə açıqlama verib. O bildirib ki, xidməti ərazimizdə üçrəngli Zəfər bayrağımızı dalğalandıran zaman düşmən tərəfi növbəti təxribata əl atıb. “Bizə atəş açmağa başladılar. Düşmən atəş açarkən biz silahsız idik. Atəş açıldığını görüb tez mövqe tutduq. Mən mövqe tutarkən sol ayağımdan yaralandım. Mənə heyətimiz tərəfindən orada ilkin tibbi yardım göstərildi və həmin ərazidən Füzuli Rayon Xəstəxanasına təxliyə edildim. Xəstəxanada mənə lazımı ilkin tibbi müayinələr göstərildi və Bakı şəhərinə gətirildim”. E.Rüstəmov qeyd edib ki, iki dəfə sol ayağından əməliyyat olunub. “Hazırda özümü yaxşı hiss edirəm. Xəstəxananın tibbi heyəti və Dövlət Sərhəd Xidmətinin bütün rəhbərliyinə təşəkkür edirəm. Yaxın müddətdə ayağa qalxıb xidmətimi davam etdirəcəyəm. Sərhədçi olmağımla qürur duyuram”, - deyə sərhədçimiz bildirib.
Xatırladaq ki, 15 iyun 2023-cü il tarixdə saat 08:45-də Ermənistan silahlı qüvvələri “Laçın” sərhəd-buraxılış məntəqəsi istiqamətini pulemyotla atəşə tutublar. Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu yaralanıb. Cavab atəşi ilə düşmənin atəş nöqtəsi susdurulub, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
19-06-2023, 20:06
13 məcburi köçkün ailəsi evlərinin açarını təhvil aldı


13 məcburi köçkün ailəsi evlərinin açarını təhvil aldı

Böyük Qayıdış proqramı çərçivəsində bu gün geri qayıdan 13 keçmiş məcburi köçkün ailəsi evlərinin açarlarını təhvil alıb. Laçın şəhərinə doğma sakinlərinin qayıdışı davam edir. Bu gün Laçına qədəm qoyan ailələrə evlərinin açarları təqdim olunub. Bununla da, Laçın şəhərində ümumilikdə 55 ailənin, yəni 213 nəfərin daimi məskunlaşması təmin edilib. Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşırlar.
19-06-2023, 17:13
Hərbi qulluqçumuz atəş açaraq özünü öldürdü


Hərbi qulluqçumuz atəş açaraq özünü öldürdü

Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, baş əsgər Əzizov Fərid Əbülfəz oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Füzuli hərbi prokurorluğuna məlumat daxil olub. Bu barədə Hərbi Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Daxil olmuş məlumat əsasında Füzuli hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib. Fakt üzrə Füzuli hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır.
19-06-2023, 16:42
Prezident keçən ilin dövlət büdcəsinin icrası haqqında qanunu təsdiq etdi


Prezident keçən ilin dövlət büdcəsinin icrası haqqında qanunu təsdiq etdi

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında" Qanunu təsdiqləyib. Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası gəlirlər 30 679 646,4 min manat, xərclər 32 064 568,0 min manat məbləğində olmaqla təsdiq edilib. Sənədə əsasən, Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası nəticəsində həmin ilin sonuna dövlət büdcəsinin vahid xəzinə hesabında yaranan qalıq “Büdcə sistemi haqqında” Qanunun tələbinə uyğun olaraq istifadə edilməlidir.
19-06-2023, 15:45
Faciəvi qəza: Üzünü “laqonda” kəsən kişi həyatını itirdi


Faciəvi qəza: Üzünü “laqonda” kəsən kişi həyatını itirdi

Astarada üzünü "laqonda" kəsən kişi dünyasını dəyişib. Bu barədə Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, iyunun 16-sı saat 09 radələrində 1961-ci il təvəllüdlü Firudin Zeynalov Astara rayonun Pensər kəndindəki mağazalardan birinin həyətində diskli kəsici alətlə ("laqonda") işləyərkən val yerindən çıxaraq sifət nahiyəsini kəsib və nəticəsində o, aldığı xəsarətlərdən dünyasını dəyişib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
19-06-2023, 14:50
Yaşı 60 və yuxarı olan müəllimlər MİQ imtahanında iştirak etməyəcək


Yaşı 60 və yuxarı olan müəllimlər MİQ imtahanında iştirak etməyəcək

Yaşı 60 və yuxarı olan müəllimlərin MİQ imtahanında iştirakı ləğv edilib. Bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov bildirib. "20-24 iyul tarixində keçirilən imtahanda yaşı 60 və daha artıq olan müəllimlərin iştirakı nəzərdə tutulmur. Könüllü də iştirak edə bilməyəcəklər. Onların iştirakı ləğv olunub", - deyə qurum rəhbəri qeyd edib.
19-06-2023, 14:14
Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu


Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

İyunun 19-u saat 13:35 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb.
19-06-2023, 12:15
Baş Prokurorluq Ağdamdakı kütləvi məzarlıqla bağlı məlumat yaydı


Baş Prokurorluq Ağdamdakı kütləvi məzarlıqla bağlı məlumat yaydı

Baş Prokurorluq Ağdamda tapılan kütləvi məzarlıq barədə məlumat yayıb. Məlumatda deyilir: "İyunun 19-u saat 09 radələrində Ağdam rayonunun işğaldan azad olunmuş Sarıcalı kəndi ərazisində mina təmizləmə işləri aparılan zaman insan sümüklərinə bənzər sümük fraqmentlərinin aşkar edilməsi faktı üzrə Ağdam rayon prokurorluğunda araşdırma aparılır".
19-06-2023, 11:30
Rayonlara yağış yağıb, dolu düşüb


Rayonlara yağış yağıb, dolu düşüb

Milli Hidrometeorologiya Xidmətinin iyunun 19-u saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb, bəzi yerlərdə intensiv və güclü olub. Xidmətdən verilən xəbərə görə, düşən yağıntının miqdarı Qaxda 35 mm, Tovuzda 31 mm (aylıq normanın 55 faizi ), Cəfərxan (aylıq normanın 97 faizi), Şəkidə 25 mm, Naftalanda 24 mm, Sabirabadda 20 mm (aylıq normanın 73 faizi), Hacıqabulda 19 mm (aylıq normanın 98 faizi), Gəncədə 19 mm, Göygöl, Ağdamda 18 mm, Qusarda 13 mm, Oğuzda 10 mm, İmişli, Şahdağda 9 mm, Tovuzda 7 mm Balakən, Biləsuvarda 6 mm, Qəbələ, Şabran, Şirvan, Şahbuz, Daşkəsən, Şəmkirdə, Gədəbəy, Xaltan, Quba, Altıağac, Beyləqan, Şamaxı, Tərtər, Mingəçevir, Şamaxı, Qrız, Sədərək, Ceyrançöl, Ağstafa, Zaqatala, Qobustan, Bərdə, Yevlax, Zərdab, Yardımlı, Neftçalada 1-5 mm, Bakıda və Abşeron yarımadasında 2 mm-dək olub. Şimal-qərb küləyi Bərdədə 28, Goranboyda 25, Gəncədə 24, Cocuqmərcanlı, Daşkəsəndə 23, Naftalan, İsmayıllı, Göyçayda 22, Şəmkir, Oğuz, Tərtər, Bərdə, Mingəçevirdə 18, Sabirabadda 17, Naxçıvan, Göygöldə 16, Zaqatala, Şəkidə 15, Bakıda və Abşeron yarımadasında 22 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2 metrə çatıb. İyunun 18-də saat 20:00 radələrində Tovuz rayonu ərazisindən axan Əsrikçaydan sel keçib. Saat 17:00 radələrində Qubadlı rayonu ərazisinə dolu düşüb. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-da 34, dağlıq rayonlarda 24, Aran rayonlarında 37 dərəcəyədək isti olub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!