Bulvarda dənizə düşən qadın xilas edildi - VİDEO .....                        İsrail Qəzzada 130 hədəfi vurdu .....                        Şərur yollarında selin fəsadları aradan qaldırılır .....                        Şəhid atası qəzada öldü .....                        19 uşaq qurğuşundan zəhərləndi .....                        Təl-Əvivdə hava limanına hücum .....                        DİM səhvini etiraf etdi .....                        2 və 3-cü qruplar imtahan verdi - YENİLƏNİB .....                        Sabahın hava proqnozu .....                       
18-11-2022, 18:50
Rusiya Azərbaycana qaz tədarük etməyə başlayıb


Rusiya Azərbaycana qaz tədarük etməyə başlayıb

Rusiyanın “Qazprom” şirkəti Azərbaycana qaz tədarükünün başlandığını elan edib. Butov.az-ın məlumatına görə, “Qazprom” özünün "Telegram" kanalında bildirib ki, yeni alqı-satqı müqaviləsi çərçivəsində Azərbaycana qaz tədarükü noyabrın 15-dən başlayıb. Çatdırılmalar 2023-cü ilin mart ayına qədər davam edəcək. Müvafiq sənəd Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə imzalanıb. Tədarükün ümumi həcminin 1 milyard kubmetr səviyyəsində olacağı gözlənilir. Qeyd olunur ki, Azərbaycanın öz qaz ehtiyatları var və onu fəal şəkildə ilk növbədə Türkiyəyə, sonra isə tranzit olaraq Avropaya ixrac edir. Rusiya yanacağının respublikaya tədarükü, Moskvanın əvvəllər svop satışı ilə bağlı razılaşdığı qazın İrana ixracının həcminin artması və ya sonrakı tranziti ilə izah oluna bilər.
18-11-2022, 18:46
Ömürlük məhkumlar videogörüş keçirə biləcəklər


Ömürlük məhkumlar videogörüş keçirə biləcəklər

Azərbaycanda ömürlük məhkumlar həftədə bir dəfə videogörüş keçirə biləcəklər. Bununla bağlı Prezident İlham Əliyevin Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunun imzalayıb. Dəyişikliklə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxslər həftədə iki dəfə, ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxslər isə həftədə bir dəfə müddəti on beş dəqiqə olmaqla telefonla danışmaq və ya videogörüş keçirmək hüququna malik olacaqlar. Şəhərlərarası telefon danışıqlarının haqqı məhkumun şəxsi vəsaiti hesabına və ya yaxın qohumları tərəfindən ödəniləcək. Texniki imkanlar olmadıqda bir telefon danışığı və ya videogörüş bir qısa müddətli görüşlə əvəz edilə ediləcək. Həmçinin cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlar arasında yaxın qohumlar istisna olmaqla videogörüşlərə icazə verilməyəcək.
18-11-2022, 18:44
Zabuxçay su anbarını Türkiyə şirkəti tikəcək


Zabuxçay su anbarını Türkiyə şirkəti tikəcək

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində tarixi bir layihəyə imza atılıb. Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətindən bildirilib ki, 18 noyabr 2022-ci ildə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində Zabuxçay su anbarının və magistral boru kəmərinin layihələndirilməsi və tikintisi ilə bağlı Türkiyənin “Cengiz İnşaat Sənaye və Ticarət” A.Ş və Azərbaycanın “Nort Vest Konstrakşn” MMC şirkətləri ilə müqavilələr imzalanıb. İmzalanma mərasimində Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Zaur Mikayılov, sədr müavini Rafiq Aslanov və cəmiyyətin digər nümayəndələri iştirak ediblər. Cəmiyyətin sədri Zaur Mikayılov bildirib ki, Cənab Prezident İlham Əliyevin qarşımıza qoyduğu bütün tapşırıqları yüksək keyfiyyətlə və vaxtında icra etməliyik. O, əlavə olaraq qeyd etdi ki, bu layihə tarixi əhəmiyyət daşıyır. Layihənin icarsından sonra Qubadlı, Zəngilan rayonları ərazisində 12100 ha əkin sahəsi suvarma suyu ilə təmin olunacaq və işğaldan azad olunmuş ərazilərə yeni həyat gələcək. Həmin ərazilərdə yeni müasir suvarma sistemləri tətbiq olunacaq və onların istismarı üçün məsafədən idarəetmə sistemi (SCADA) qurulacaq. Türkiyənin “Cengiz İnşaat Sənaye və Ticarət” A.Ş-nin rəhbəri Cengiz Asim bildirdi ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ilə birgə əməkdaşlıq təcrübəsinə sahibik və layihəni vaxtında və yüksək keyfiyyətlə təhvil verəcəyik. Xatırladaq ki, Laçın rayonu ərazisində tikiləcək Zabuxçay su anbarının və magistral boru kəmərlərinin tikintisindən sonra Qubadlı, Zəngilan rayonları ərazisində yaradılan aqroparkların 12100 ha torpaq sahələri suvarma suyu ilə təmin olunacaq. Qeyd edək ki, həcmi 26,7 mln kub metr olan Zabuxçay su anbarından 2023-cü ilin oktyabr ayında ilkin olaraq torpaq sahələrinin bir hissəsi, 2024-cü ildə isə bütövlükdə 12100 ha torpaq sahəsi suvarma suyu ilə təmin olunacaq.
18-11-2022, 18:34
İsraildə səfirliyimizin açılmasına Türkiyədən ilk reaksiya


İsraildə səfirliyimizin açılmasına Türkiyədən ilk reaksiya

“Azərbaycanın İsraildə səfirlik açmasından böyük məmnunluq duyuruq”. Bunu açıqlamasına Türkiyə Böyük Millət Məclisinin (TBMM) Cümhuriyyət Xalq Partiyasından (CHP) seçilmiş deputatı Uğur Bayraktutan deyib. Türkiyəli deputatın sözlərinə görə, Azərbaycanın İsraildə səfirliyinin açılması hər iki ölkənin əlaqələrini gücləndirəcək: “Bölgənin iki güclü dövləti arasında diplomatik əlaqələr regional və beynəlxalq barışa böyük töhfə verəcək. Ümumiyyətlə, İsrailin son zamanlar Türkiyə ilə əlaqələri yaxşılaşır. Azərbaycan kimi müttəfiqimizin də İsraillə diplomatik əlaqələrini yüksəltməsi bizi məmnun edir. Biz səfirliyin açılması qərarını dəstəkləyirik”. Qeyd edək ki, Azərbaycanın İsraildə səfirliyi təsis ediləcək. Səfirlik Tel-Əviv şəhərində fəaliyyət göstərəcək.
18-11-2022, 18:28
Rusiyanın 80 subyekti ilə sıx əlaqə saxlayırıq - Prezident


Rusiyanın 80 subyekti ilə sıx əlaqə saxlayırıq - Prezident

Bilirəm ki, dünən regionlararası forum uğurla keçib. Bu da bizim ikitərəfli qarşılıqlı fəaliyyətimizin mühüm elementidir. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin ilə geniş tərkibdə görüşündə söyləyib. “Biz Rusiya Federasiyasının təqribən 80 subyekti ilə sıx əlaqə saxlayırıq. Əlbəttə, bu tədbir çərçivəsində əvvəlki illərdə də və əminəm ki, dünən də yeni vəzifələr müəyyən edilib. Ona görə də gündəlik yetərincə genişdir. Biz 7 yol xəritəsi üzrə fəal iş aparırıq. Əminəm ki, ilin sonuna bu cür yaxşı göstəricilərlə yaxınlaşaraq növbəti ilə də belə dinamizm verəcəyik”, - deyə dövlətimizin başçısı vurğulayıb.
18-11-2022, 18:25
İsraildə səfirliyin açılması ilə bağlı sənədi Prezident təqdim edib


İsraildə səfirliyin açılması ilə bağlı sənədi Prezident təqdim edib

"İsraildə səfirliyimizin açılması dövlət başçısının təqdim etdiyi qanun layihəsi əsasında həyata keçirilir". Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.“Biz İsrailin dəstəyini hər zaman hiss etmişik. Bunu Amerikada, beynəlxalq platformalarda yaxşı bilirlər. Bu gün Azərbaycanın haqq səsini düzgün qiymətləndirən, dəstək olan İsraillə əlaqələri yüksək dəyərləndiririk. Dövlət başçısının təqdim etdiyi qanun layihəsi nəticəsində iki ölkə arasında əlaqələr yeni səviyyədə olacaq. Səfirliyin açılmasından sonra beynəlxalq platformalarda İsrailin dəstəyini hər kəs bir daha aydın görəcək”, - deyə komitə sədri vurğulayıb. Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə "Azərbaycan Respublikasının İsrail Dövlətində (Tel-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsi əlavə edilib.
18-11-2022, 18:20
İlham Əliyev Putinlə nələri müzakirə etdiyini açıqladı


İlham Əliyev Putinlə nələri müzakirə etdiyini açıqladı

“Bu ilin əvvəlindən Prezident Vladimir Vladimiroviç Putin ilə biz münasibətlərimizə yaxşı ton, yeni dinamika verdik və il ərzində dəfələrlə görüşdük”. Bunu Prezident İlham Əliyev Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin ilə geniş tərkibdə görüşü zamanı bildirib. Dövlət başçısı ötən gün Rusiya liderilə telefon danışığı apardığını söyləyib: "Dünən də ikitərəfli gündəliyə aid mühüm məsələlər barədə telefonla danışmaq imkanımız olub. Beləliklə, necə deyərlər, prezidentlər münasibətlərimizin bütün spektrini müəyyən edir. Əlbəttə, bütün müvafiq strukturlar da bu istiqamətdə fəaliyyət göstərir. Biz çox şadıq ki, qarşılıqlı ticarətin həcmi pandemiyadan əvvəlki səviyyəyə çatır və əminəm ki, bu dinamizm qorunub saxlanacaq. Ona görə ki, bu gün, o cümlədən sizin səfəriniz çərçivəsində müzakirələr qarşılıqlı ticarət potensialını artırmağa şərait yaradacaq".
18-11-2022, 18:18
İdmançılara vergi güzəştləri tətbiq ediləcək


İdmançılara vergi güzəştləri tətbiq ediləcək

İdman yarışlarının qaliblərinə vergi güzəştləri tətbiq ediləcək. Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Dəyişikliyə əsasən, beynəlxalq, ölkələrarası idman yarışları ilə bağlı həmin yarışların təşkilatçıları tərəfindən verilən mükafatların tam dəyərinin, habelə ölkədaxili idman yarışları ilə bağlı respublika idman federasiyaları və idman klubları tərəfindən pul şəklində verilən mükafatların dəyərinin 50 min manata qədər hissəsi gəlir vergisindən azad ediləcək. Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
18-11-2022, 17:44
Bu kirayə mənzillər ƏDV-dən azad edilir


Bu kirayə mənzillər ƏDV-dən azad edilir

Azərbaycanda gələn ildən yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi əlavə dəyər vergisindən (ƏDV) azad ediləcək. Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Məcəlləyə əlavə edilməsi nəzərdə tutulan yeni maddəyə əsasən, İpoteka və Kredit Zəmanət Fondu mənzillərin kirayəyə verilməsində görə ƏDV ödəməyəcək. Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
18-11-2022, 17:41
ƏDV ilə bağlı yeni qərar verildi


ƏDV ilə bağlı yeni qərar verildi

Milli Məclisdə “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Qanun layihəsinə dəyişiklik müzakirələrdən sonra qəbul olunub. Bu qanun işğaldan azad edilmiş ərazilərdə həmin ərazinin rezidentlərinə verilən vergi azadolmaları, həmin azadolmaların tətbiq edildiyi subyektlərin və əməliyyatların dairəsi ilə bağlı məsələləri tənzimləyir. İşğaldan azad edilmiş ərazilərdə vergitutma ilə bağlı bütün digər məsələlər bu Məcəllənin I - XVII fəsillərinə uyğun olaraq tənzimləyir. Bununla da işğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad olacaqlar. Eyni zamanda işğaldan azad edilmiş ərazinin rezidenti olan hüquqi şəxslərin səhmdarlarının (payçılarının) dividend gəlirləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində vergidən azad olacaq. ƏDV-nin geri qaytarılması qaydası aşağıdakı kimi olacaq: Fiziki şəxs olan istehlakçılar tərəfindən işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə (digər əlavə xidmətlər istisna olmaqla) görə nağdsız qaydada ödənilən ƏDV-nin 30 faizi, nağd qaydada ödənilən ƏDV-nin 5 faizi geri qaytarılacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!