İranda azı 5 etirazçı öldürülüb .....                        Qızıl ucuzlaşacaq? .....                        BMT-də islahat aparılmalıdır! - Almaniyadan ÇAĞIRIŞ .....                        Bakıda mənzil yandı - tüstüdən zəhərlənən var .....                        Soydaşlarımız vətəndaşlıqdan məhrum edildi .....                        Səudiyyə Ərəbistanı qonşusunu bombaladı .....                        Minlərlə insan bayram günü niyə qazsız qalıb? .....                        Polşa 300 min nəfəri orduya çağırır .....                        Bu şəhərdə Rusiya qarnizonu mühasirəyə alındı .....                       
3-08-2023, 22:40
Suriyada saxlanılan 16 nəfər Azərbaycana gətirildi


Suriyada saxlanılan 16 nəfər Azərbaycana gətirildi

3 avqust 2023-cü il tarixində Suriya Ərəb Respublikasının Cerablus şəhərindəki Amerna düşərgəsində saxlanılan Azərbaycan Respublikası vətəndaşı olan 16 nəfərin repatriasiyası həyata keçirilib.
Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.
Qeyd edilib ki, repatriantların 3-ü qadın və 13-ü uşaqdır. Uşaqlardan bir nəfəri hər iki valideynini itirib.
Azərbaycan Respublikasının hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində qeyd olunan şəxslərin ölkəmizə gətirilməsi baş tutub.
Bu prosesin reallaşmasına Türkiyə Respublikası tərəfindən dəstək verilib. Belə ki, əvvəl vətənə repatriasiyası nəzərdə tutulan vətəndaşların yeri, şəxsiyyəti və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müəyyən edilərək, razılıq əsasında onların Türkiyə Respublikasının ərazisinə keçidi təmin olunub.
İraq və Suriyadan Azərbaycan Respublikasının vətəndaşlarının repatriasiyasına məsul işçi qrupa daxil olan aidiyyəti dövlət qurumlarının nümayəndələri həmin repatriantların vətənə qayıdışı üçün Türkiyə Respublikasına ezam edilib.
Sözügedən şəxslərin ilkin tibbi və psixoloji müayinəsi həyata keçirilib və onlara zəruri yardım göstərilib. Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi tərəfindən ölkəyə qayıtması üçün vətəndaşlarımız “Azərbaycan Respublikasına qayıdış şəhadətnamə”ləri və onlar ölkəmizə müvafiq təyyarə biletləri ilə təmin edilib.
Azərbaycan Respublikasının hökuməti tərəfindən müvafiq şəxslərin reinteqrasiyası və reabilitasiyası üçün bütün lazımi tədbirlərin görülməsi nəzərdə tutulub.
Azərbaycan Respublikasının hökuməti milli qanunvericiliyə və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq öz vətəndaşlarının hüquq və azadlıqlarının qorunması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsini davam etdirir.
3-08-2023, 22:31
Ukraynalı hərbiçilərin övladlarının ilk qrupu Azərbaycana yola salındı


Ukraynalı hərbiçilərin övladlarının ilk qrupu Azərbaycana yola salındı

Ukrayna Ali Radası sədrinin müavini Olena Kondratyuk Ukraynadan Azərbaycana istirahətə gedən ukraynalı hərbçilərin övladlarının ilk qrupunu yola salıb.
Ukrayna Ali Radasından verilən məlumata görə, valideynləri hazırda cəbhədə olan, o cümlədən Ukraynanın həlak olmuş hərbçilərinin uşaqları da daxil olmaqla, Kiyevdən Bakıya 30 uşaq yola düşüb. İki həftə ərzində onları zəngin istirahət proqramı, ölkə ilə tanışlıq və psixoloji reabilitasiya gözləyir.
“Hazırda bu uşaqların ən çox ehtiyacı olan şey budur - diqqət, qayğı, daha çox gülümsəmək. Birinci qrup uşaqlar getdi. Bu il daha ikicisi olacaq. Biz, həmçinin Azərbaycanda Ukrayna hərbçilərinin reabilitasiyası və protezləşdirilməsi üzrə kompleks proqramın işə salınmasına hazırlaşırıq”, - deyə Olena Kondratyuk bildirib.
Vitse-spiker qeyd edib ki, Azərbaycan Ukraynanın dost və strateji tərəfdaşıdır, ona görə də valideynlər, qohumlar və müşayiətçilər narahat olmasın.
“Onlar bizi yaxşı başa düşürlər və müharibə uşaqları ilə işləməkdə böyük təcrübəyə malikdirlər. Uşaqlara xoş istirahətlər, həmyaşıdları ilə dostluq etmək, yeni bir şey kəşf etmək və sadəcə yaxşı vaxt keçirməyi və müsbət emosiyalar qazanmağı arzulayıram!” - deyə Ali Radanın müavini vurğulayıb.
3-08-2023, 21:21
Bərdə-Ağdam dəmir yolunun 90 faizi tamamlanıb


Bərdə-Ağdam dəmir yolunun 90 faizi tamamlanıb

Tarixi Bərdə-Ağdam dəmir yolu xəttində yenidənqurma işləri sürətlə davam etdirilir.
Uzunluğu 47,1 kilometr olan yolun 90 faiz layihələndirilməsi yerinə yetirilib.
Uzunölçülü relslər 100 faiz quraşdırılıb, 128 mühəndis qurğusunun tikintisi başa çatdırılıb, onlardan 2-si müxtəlif ölçülü körpülərdir.
Ümumilikdə tikinti işlərinin 70 faizi tamamlanıb və layihənin 2023-cü ildə yekunlaşdırılması nəzərdə tutulur.
3-08-2023, 20:26
Tblisidə silahlı insident: Azərbaycanlı iş adamı güllələndi


Tblisidə silahlı insident: Azərbaycanlı iş adamı güllələndi

Gürcüstanın paytaxtı Tbilisi şəhərində silahlı insident baş verib.
Azərbaycanlı iş adamı hücuma məruz qalıb.
Bildirilir ki, Roman İsayevə şəxsi mağazasında atəş açılıb, onun vəziyyətinin ağırdır.
Polis hücum edən şəxsi axtarır. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 19/108-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.
3-08-2023, 19:10
İlham Əliyev Blinkenin müşavirini qəbul etdi


İlham Əliyev Blinkenin müşavirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edib.
Dövlətimizin başçısı bu yaxınlarda ABŞ Dövlət katibi Antoni Blinkenlə keçirdiyi telefon söhbəti zamanı qaldırılmış məsələlər ətrafında fikir mübadiləsini davam etdirib. Prezident İlham Əliyev Azərbaycan tərəfinin sülh prosesini davam etdirmək əzmini bir daha təsdiqləyib və tezliklə danışıqlar çərçivəsində müzakirə olunan əsas istiqamətlər üzrə nəticələrin əldə ediləcəyinə ümidvar olduğunu bildirib.
Söhbət zamanı Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparılıb.
3-08-2023, 18:43
Masallıda meşə massivində yanğın baş verdi


Masallıda meşə massivində yanğın baş verdi

Masallı rayonunun Yeyənkənd kəndi ərazisindəki meşə massivində yanğın baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən meşə ərazisində kol-kos və xəzəlin yandığı və alovun meşədəki çoxillik ağaclara keçmə riskinin yüksək olduğu müəyyən edilib.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən ağaclara keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində təxminən 500 m² sahədə kol-kos və xəzəl yanıb, meşə massivi yanğından mühafizə olunub.
3-08-2023, 15:24
Paytaxtda yeni dələduzluq növü yayılıb


Paytaxtda yeni dələduzluq növü yayılıb

Bakıda yeni dələduzluq növü ilə bağlı xəbərlər yayılıb.
Sosial şəbəkələrdə edilən paylaşımlarda bildirilir ki, Məhərrəm ayı ilə bağlı yaşlı nəslə yardım ediləcəyi adı ilə vətəndaşların pulu mənimsənilir.
İddia edilir ki, Yasamal rayonu ərazisində kimliyi bilinməyən 30-35 yaşlı oğlan vətəndaşlara yaxınlaşaraq onlara guya 150 manat ehsan verir. Sözügedən şəxsin dediyinə görə, pul hansısa institut rektorlarının birinin adından təqdim edilir. Məsələ burasındadır ki, pul verilərkən 200 manatlıq saxta əsginas formasında verilir və qarşılığında 50 manat qalıq istənilir.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanladıq. Nazirliyin mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarovun bildirdi ki, məsələ ilə bağlı araşdırma aparılır: “Sosial şəbəkələrdə yayılan iddialar araşdırma predmetidir. Hazırda məsələ ilə bağlı DİN-in müvafiq qurumunda araşdırma aparılır.”
3-08-2023, 15:11
“Qarabağ”ın HİK-ə qarşı keçirəcəyi oyunların hakimi müəyyənləşdi


“Qarabağ”ın HİK-ə qarşı keçirəcəyi oyunların hakimi müəyyənləşdi

“Qarabağ”ın Avropa Liqasının III təsnifat mərhələsində HİK-ə qarşı keçirəcəyi oyunların hakimləri müəyyənləşib.
Bunu UEFA-nın mətbuat xidməti açıqlayıb.
Avqustun 10-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmanı İsraildən olan ədalət təmsilçiləri idarə edəcək. Roy Reynşreyiber baş hakim olacaq. Ona David Elias Biton və Saqi Metzamber kömək edəcək. Dördüncü hakim funksiyasını Erez Papir yerinə yetirəcək.
Bir həftə sonra Helsinki stadionunda təşkil olunacaq cavab qarşılaşmasında ədaləti fransalılar qoruyacaq. Villi Delajodun baş hakim olduğu matçda ona Ervan Finjean və Filipp Jan kömək edəcək. Tomas Leonard isə dördüncü hakim olacaq.
Qeyd edək ki, ilk oyun saat 20:00-da, cavab matçı 21:00-da başlayacaq.
3-08-2023, 14:56
Ermənistanın eyni təxribatı yenidən törədəcəyinə zəmanət verilmir - XİN Başçısı


Ermənistanın eyni təxribatı yenidən törədəcəyinə zəmanət verilmir - XİN Başçısı

"Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun yaralanması ilə nəticələnmiş hücumdan sonra, bu təxribatın səbəblərinin araşdırılması, Laçın sərhəd buraxılış məntəqəsinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan tərəfindən həyata keçirilən müvafiq tədbirlərin görülməsinin Ermənistan tərəfindən “blokada” kimi qiymətləndirilməsi əsassızdır".
Bu, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun BMT baş katibinə ünvanlandığı məktubda bildirilib.
Qeyd olunub ki, Azərbaycanın sərhəd keçid məntəqəsindən buraxılışla tənzimlənməsi istiqamətində göstərdiyi səylərə baxmayaraq, Ermənistan tərəfindən eyni təxribatın yenidən törədilməyəcəyi ilə bağlı zəmanət verilmədiyindən, hazırda Laçın yolundan yalnız Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə tibbi məqsədlər üçün istifadə olunduğu bildirilib.
Lakin erməni əsilli sakinlərin daha çox məhsulla təchiz olunması üçün tərəfimizdən Ağdam-Xankəndi yolundan istifadənin təklif edildiyi, Ermənistan tərəfindən isə bu təklifə etiraz olunduğu məktubda diqqətə çatdırılıb.
3-08-2023, 13:37
Qaziyə şiddət göstərən idmançı məhkəməyə ifadə verdi


Qaziyə şiddət göstərən idmançı məhkəməyə ifadə verdi

Bu gün Binəqədi Rayon Məhkəməsində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı, qazi Namiq Babayevə xəsarət yetirməkdə təqsirləndirilən idmançı Rəvan Nəbizadənin cinayət işi üzrə məhkəmənın baxış iclası keçirilib.
Hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hər iki tərəf işin aidiyyatı üzrə ifadələr veriblər.
Məhkəmənin növbəti iclası sentyabrın 5-nə təyin edilib.
Qeyd edək ki, rəsmi məlumata görə, sağlamlığı qaydasında olmasına baxmayaraq, əlillik dərəcəsi almaq üçün komissiyaya gələn R.Nəbizadə növbədənkənar müayinəyə daxil olmağa cəhd edib. N.Babayev onu sakitləşdirmək niyyəti ilə yaxınlaşaraq izahat verən zaman R.Nəbizadə ona yumruq zərbələri ilə ağır bədən xəsarəti yetirib. N.Babayevin çənə sümüyü sınıb, dişləri qırılıb.
R.Nəbizadəyə qarşı Cinayət Məcəlləsinin 127.2.3 (Qəsdən sağlamlığa az zərər vurma) və 221-ci (Xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.
İdmançı bir müddət əvvəl ev dustaqlığına buraxılıb.
N.Babayev və R.Nəbizadə hər ikisi Vətən müharibəsi iştirakçısı olub. N.Babayev Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib, 5 medalla təltif olunub. R.Nəbizadə isə döyüş növləri üzrə peşəkar idmançıdır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!