20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
20-10-2021, 08:57
5 erməni nəyin qarşılığında qaytarıldı?


5 erməni nəyin qarşılığında qaytarıldı? Niyə yenə Muradov?
Qaytarılan şəxslərin artıq adları açıqlanıb. Bunlar Mels Ambardanyan, Rafik Karapetyan, Jora Manukyan, Ovsep Manukyan və Sedrak Soqomonyandır.
Onların qaytarılmasında isə olduqca maraqlı məqamlar var.
1. Qaytarılanlar bundan öncəkilərdən fərqli olaraq, yüngül cinayət edən və 6 ay cəza alanlar, yaxud sərhədi səhvən keçənlər deyil. Bu şəxslər konkret cinayət əməlinə görə ittiham olunublar. Məsələn:
- Karapetyan Rafik Robertoviç, Soqomonyan Setrak Samveloviç, Ambardanyan Mels Karapetoviçin cinayət işi (digərləri ilə birgə) Azad Məcidovun sədrliyi ilə Ağır Cinayətlər Məhkəməsində aparılıb. Onlar CM-in 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə suçlu biliniblər. 23 iyul 2021-ci ildə barələrində 6 il müddətinə həbs qərarı verilib.
- Manukyan Ovsep Robertoviçin (digərləri ilə birlikdə) cinayət işi hakim Faiq Qəniyevin sədrliyi ilə Ağır Cinayətlər Məhkəməsində sübut olunub. O da CM-nin Məcəlləsinin 228.3-cü və 318.2-ci maddələri ilə təqsirli bilinib. 29 iyul tarixində barəsindən hökm verilib, 6 il cəza alıb.
- Manukyan Jora Vanoeviçin (və digərlərinin) cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə baxılıb. CM-in 228.3-cü və 318.2-ci maddələri ilə təqsirli bilinib, 22 iyulda barəsində 6 il həbs cəzası çıxarılıb.
2. Bu qaytarılma zamanı yenə də Rüstəm Muradovun birbaşa iştirakını görürük. Maraqlıdır, Rüstəm Muradov artıq bir aydan çoxdur ki, sülhməramlıların komandanı deyil. Hətta ondan sonra Mixail Kosobokov təyin edilmişdi, 2 həftədən sonra Kosobokovu Gennadi Anaşkin əvəz etdi.
R.Muradovdan sonra az müddət olsa belə, iki komandan dəyişib. Amma terrorçuların qaytarılmasına yenə Rüstəm Muradov rəhbərlik etdi.
Belə məlum olur ki, bu, sülhməramlı missiyadan daha artıq bir məsələdir. Əgər “sülhməramlı dəyişmə” olsa idi, onda Anaşkin fəallıq göstərərdi.
Terrorçular nəyin əvəzində verildi?
Bir neçə gün öncə Qarabağda erməni terrorçularının Azərbaycan əsgərini şəhid etməsi və cavablarını alması qarşılığında bu gün terrorçuların geri verilməsi ciddi bir anlaşmadan xəbər verir.
Ona görə də mina xəritəsi (1), Qarabağdakı erməni terrorçuların çıxarılması (2) və dəhliz məsələsi (3) ehtimalları və ya bunların hamısının “bir səbətdə” olması gündəmə gəlir.
3-cü variantı gücləndirən səbəb baş nazir müavinlərinin Moskva görüşünə hazırlıq və bu görüşdə kommunikasiyaların açılmasının müzakirə ediləcəyidir.
Mümkündür ki, məhz buna görə vasitəçiliyi yenə R.Muradov edib.
19-10-2021, 23:29
Azərbaycanda komando hərbi hissəsi yaradılıb


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması istiqamətində fəaliyyətlər davam edir. Oktyabrın 19-da Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti yeni yaradılmış əməliyyat (komando) hərbi hissəsində olub.
Bu barədə Müdafiə Nazirliyi xəbər verir. Açılış mərasiminə dəvət olunan Vətən müharibəsi qaziləri ilə görüşən Müdafiə naziri onların problemləri və istəkləri ilə maraqlanıb. Sonra Türkiyədə uzun müddətli “Komando hazırlığı kursu” keçmiş şəxsi heyətə beretlərin təqdim edilməsi mərasimi keçirilib.
Vətən müharibəsində əldə edilən təcrübə nəzərə alınmaqla hazırlanmış hərbi qulluqçulara beretlər təqdim olunub. Mərasimdə çıxış edən Müdafiə naziri Azərbaycan Ordusunun hərbi qulluqçularının peşəkarlığının daha da yüksəldilməsinə böyük töhfə verən belə kursların davam etdiriləcəyini bildirib.
Hərbi hissənin ərazisindəki təlim mərkəzinə baxış keçirən nazir komandoların nümunəvi çıxışlarını izləyib. Sonda Müdafiə Nazirliyinin rəhbərliyi şəxsi heyətlə birgə nahar edib.
19-10-2021, 22:46
Pakistana qarşı təxribat:

Pakistana qarşı təxribat olub. Dost ölkənin döyüş təyyarəsi havaya qaldırılıb.
Pakistan Hərbi Dəniz Qüvvələri ölkənin ərazi sularına girməyə çalışan Hindistan sualtı gəmisinin qarşısını alıb. Bu barədə Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Açıqlamada hərbi dəniz qüvvələrinin ölkənin dəniz sərhədlərini qorumaq üçün fasiləsiz müşahidə apardığı bildirilib. Pakistanın ərazi sularına girməyə çalışan Hindistan ordusunun sualtı gəmisinin qarşısının dəniz patrul təyyarəsi tərəfindən alındığı və bunun üçüncü belə hal olduğu deyilib. Digər yandan, açıqlamada əvvəlki 2 olayın vaxtı ilə bağlı məlumat verilməyib.
Xatırladaq ki, 2019-cu ilin martında və 2016-cı ilin noyabrında Hindistanın sualtı gəmiləri Pakistanın ərazi sularına girmək istəyərkən ələ keçirilmişdi.

19-10-2021, 21:40
Ölkədə bu gün peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 31 060 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12 604, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 456 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 226 083, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 976 945, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 249 138 təşkil edir.

Bütov.az

19-10-2021, 21:29
Bakıda avtobuslarda gediş haqqı artırılacaq? - AÇIQLAMA


Bakıda şəhərdaxili marşrut avtobuslarında gediş haqlarının bahalaşacağı ilə bağlı məlumatlar yayılır.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev yayılan məlumatları təkzib edib.

O bildirib ki, bununla bağlı təmsil etdiyi qurum heç bir müraciət etməyib:

“İctimai nəqliyyatda gediş haqlarının tənzimlənməsi Bakı Nəqliyyat Agentliyinin səlahiyyətində deyil. Bu məsələlər Tarif Şurasının səlahiyyətindədir. Bakı Nəqliyyat Agentliyi məsələ ilə bağlı Tarif Şurasına heç bir müraciət etməyib”.

Xatırladaq ki, sonuncu dəfə Tarif Şurası 2018-ci ildə ictimai nəqliyyatda gediş haqlarının tənzimlənməsi ilə bağlı qərar verib. Qərara əsasən, Bakıda ictimai nəqliyyatda gediş haqları 20 qəpikdən 30 qəpiyə qaldırılıb.

Bütov.az
19-10-2021, 21:23
İlham Əliyev Türk Şurasına üzv dövlətlərlə vacib memorandumu TƏSDİQLƏDİ

“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin dövlət orqanları arasında Müxtəlif İqtisadi Zonalar sahəsində məlumat və təcrübə mübadiləsi haqqında Anlaşma Memorandumu” təsdiq edilib.

Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Qeyd edək ki, Anlaşma Memorandumu 2021-ci il sentyabrın 10-da Bakı şəhərində imzalanıb.

Bütov.az
19-10-2021, 14:38
Nazirlikdən məktəblərin bağlanması xəbərinə REAKSİYA

Sosial şəbəkələrdə noyabrın 1-dən ölkədə fəaliyyət göstərən təhsil müəssisələrində dərslərin əyani şəkildə dayandırılacağı ilə bağlı məlumatlar yayılıb.

Bütov.az xəbər verir ki, bu iddialara Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov aydınlıq gətirib.
Qurum rəsmisi “Facebook” hesabında yazıb:

“Sosial mediada Təhsil Nazirliyinin adından yayılan və məktəblərin bağlanmasını tirajlayan "xəbər" dezinformasiya xarakterlidir”.
19-10-2021, 14:08
SEPAH komandanı öldürüldü

İranın "Mərkəzi" vilayətində yerləşən Xomeyn şəhərində azadlıq tərəfdarı olan bir qrup gənc "Sepah"ın Aerokosmik Qüvvələrinin bu şəhərin ətrafında yerləşən qərargahlarından birinə hücum edib. Onlar bir neçə saatlıq qərargahı nəzarətdə saxlamağa, eləcə də çoxlu sayda silah və digər döyüş vasitələrini qənimət götürməyə nail olublar.
Bir neçə saat sonra isə həmin qərargah, yəni "Ruhullah Sepahı" yaydığı rəsmi məlumatda hadisəni təsdiq edib və qərargahın komandanı Mehdi Mükərrəminin baş vermiş atışmada öldürüldüyünü bildirib. Məlumata əsasən, bir qrup silahlı şəxs Xomeyn şəhəri ətrafında yerləşən "Sepah" qərargahlarından birinin silah deposuna hücum edib. Nəticədə tərəflər arasında atışma baş verib və həmin əsnada qərargahın komandanı Mehdi Mükərrəmi güllə yarası alaraq ölüb.
19-10-2021, 13:59
İran PKK-nı Qarabağda döyüşə buna görə cəlb etmişdi


Dövlətlərin görünməz alətlərindən biri də narkotik ticarətidir. Bəzi ölkələr dövlət iqtisadiyyatının cari boşluğunu doldurmaq məqsədilə və ya digər müxtəlif səbəblərdən qeyri-qanuni iqtisadiyyatdan gəlir əldə edirlər. Bu kontekstdə İran narkotikin Avropaya göndərilməsində mühüm rol oynayır, narkoticarət İran üçün əhəmiyyətli bir gəlir mənbəyidir.
Bu sözlər türk hərbi ekspert Həsən Məsud Öndərə məxsusdur.
Türk mütəxəssisin sözlərinə görə, embarqo səbəbindən ciddi bir iqtisadi çətinlik yaşayan İran narkotik ticarəti ilə iqtisadi cəhətdən nəfəs almağa çalışır:
“İran kəşfiyyatı isə bu missiyanı mafiya təşkilatlarına yol göstərməklə həyata keçirir. Bu mafiya qruplarını idarə edən elementlər arasında “Bəsic” yaraqlıları da var. İran narkotik ticarəti sahəsində Ermənistan kimi ölkələrlə də işləyir. İran bu ticarəti Ermənistansız da apara bilər. Ermənistanı bu ticarətdə tərəfdaş etməsinin məqsədi İrəvanda özünə qruplar cəlb etməkdir. Ermənistanda narkotik ticarəti ilə məşğul olan qruplar İranın bu ölkədəki “5-ci kolon”una çevrilir. Yəni İran maraq ortaqlıqları quraraq Ermənistan dövlətinə təsir edir”.
Türkiyəli ekspertin fikrincə, İranın İkinci Qarabağ savaşında Ermənistana gizli dəstək verməsinin səbəbləri sırasında narkotik ticarəti də dayanır:
“Bu sahədəki “dövriyyə” milyard dollarla ifadə olunur. İranın son vaxtlar Azərbaycana qarşı qəzəblənməsinin səbəblərindən biri də Ermənistanla qurduğu narkotik dövriyyəsinin məhv olmasıdır. İranın narkotik alverində PKK terror təşkilatının əhəmiyyətli rolunu da nəzərə alsaq, İkinci Qarabağ müharibəsində PKK ünsürlərinin Ermənistanla birlikdə döyüşməsinin səbəbi də ortaya çıxar”, – deyə ekspert bildirib.

19-10-2021, 12:17
İlham Əliyev slovakiyalı naziri qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Slovakiyanın xarici işlər və Avropa naziri İvan Korçoku qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanla Slovakiya arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə edilib, siyasi təmasların fəal şəkildə olduğu bildirilib. Bu baxımdan qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olunub.

Slovakiyanın xarici işlər və Avropa naziri İvan Korçok ölkəsinin Azərbaycanı iqtisadi əməkdaşlıq üçün yaxşı imkanlara malik olan bir ölkə kimi qəbul etdiyini vurğulayıb və bildirib ki, Slovakiya tərəfi Azərbaycanla iqtisadi əlaqələrin inkişafı istiqamətində səylərin Prezident İlham Əliyev tərəfindən dəstəklənməsinə böyük önəm verir. Qonaq iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə bağlı hüquqi bazanın təkmilləşdirilməsinin əhəmiyyətinə toxunub. İvan Korçok Slovakiya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində quruculuq və yenidənqurma layihələrində yaxından iştirak etməkdə maraqlı olduqlarını bildirib.

Qonaq qeyd etdi ki, Slovakiya dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsiplərinə sadiqdir və bu əsasda ölkəsi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.

Söhbət zamanı Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq və ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Bütov.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!