Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
3-11-2025, 23:37
Komaya düşən polkovnik vəfat etdi


Komaya düşən polkovnik vəfat etdi

Ehtiyatda olan polis polkovniki Fazil Hüseynov vəfat edib.
Bu barədə "Yeni Sabah"a onun yaxınları məlumat veriblər.
Ağır xəstəlikdən əziyyət çəkən polkovnik bir müddət əvvəl komaya düşübmüş.
Qeyd edək ki, Fazil Kamil oğlu Hüseynov 1950-ci ildə Laçın şəhərində anadan olub. İndiki Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Əvvəlcə Türkmənistan SSR-də işləyib. Azərbaycana qayıtdıqdan sonra Bakı və Sumqayıt polis sistemində çalışıb.
Mərhumun iki oğlu, bir qızı var.
Oğlu Anar Hüseynov "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-də şöbə müdirinin müavini vəzifəsində, qızı Sürəyya Hüseynova isə Dövlət Gömrük Komitəsində işləyir.
3-11-2025, 23:07
Xəzər sahilində ölü suitilər aşkarlandı


Xəzər sahilində ölü suitilər aşkarlandı

Qazaxıstanın Tupqarağan rayonunun Bautino kəndi yaxınlığında, Xəzər dənizinin sahilində suiti cəsədləri tapılıb.
İri dəniz məməlisini görən və bu barədə aidiyyəti orqanlara məlumat verən yerli sakin sahildə altı ölü suitinin uzandığını bildirib. Onlardan ikisinin boğazına balıqçı torları dolaşmış vəziyyətdə olub.
Mangistau vilayətinin balıq ehtiyatlarının mühafizəsi idarəsi məlumat yayıb ki, faktla bağlı hadisə yerinə bütün səlahiyyətli qurumların inspektorları ezam edilib.
Xatırladaq ki, bu ilin may ayında Mangistau sahillərində 279, iyul ayında isə Aktau sahilində bir ölü suiti aşkarlanmışdı.
3-11-2025, 21:27
Sevan deyil, Göyçədir! - Tarixi XƏRİTƏ


Sevan deyil, Göyçədir! - Tarixi XƏRİTƏ

Prezident İlham Əliyev bu gün Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) çıxışı zamanı Göyçə gölündən bəhs edib.
"O xəritələrdə Sevan gölü adlı göl yoxdur. O xəritələrdə Göyçə gölüdür və bütün digər bizim istifadə etdiyimiz tarixi toponimlərimiz orada öz əksini tapıb. O xəritələri biz tərtib etməmişik ki, kimsə desin biz burada saxtakarlıq eləyirik. Bunu çar Rusiyası edib. ...Yəni, bu xəritələr tamamilə tarixi həqiqətə əsaslanan xəritələrdir", - dövlət başçısı bildirib.
Qərbi Azərbaycan İcmasının rəhbəri Əziz Ələkbərli sözügedən xəritələrdən birini paylaşıb.
Onun paylaşdığı sənəd 1827-ci ilə aid tarixi xəritədir.
Xəritədə Göyçə gölü öz tarixi adı ilə göstərilib.
Həmin xəritəni təqdim edirik:

3-11-2025, 21:21
İki gəncin öldüyü dəhşətli qəzanın görüntüləri: 220 ilə gedirlərmiş


İki gəncin öldüyü dəhşətli qəzanın görüntüləri: 220 ilə gedirlərmiş

Ötən gecə Göygöldə iki nəfərin ölümü, ikisinin isə yaralanması ilə nəticələnən ağır yol qəzasının detalları məlum olub.
Ağır yaralanan gənclərdən biri atasının avtomobilini qaçırıb.
Minik vasitəsini idarə etmək üçün dostu, 27 yaşlı Elvin Məmmədova verib.
Kadrlardan da aydın olduğu kimi, hadisəyə səbəb Elvinin avtomobili yüksək sürətlə idarə etməsi olub.
Maşındakı sərnişinlər ondan dəfələrlə yavaş sürməsini xahiş etsələr də, o, deyilənlərə məhəl qoymayıb:
“Ay Elvin, nəsə olsa, tikəmizi də tapmayacaqlar. Yavaş sür!”
Qeyd edək ki, hadisə zamanı minik vasitəsini idarə edən Elvin Məmmədov və 11-ci sinif şagirdi İsbi Alıyev həlak olub.
Digər iki gənc 2008-ci il təvəllüdlü S. Əsgərov və 2009-cu il təvəllüdlü T. Süleymanov isə ağır yaralanıb. Avtomobil yaralılardan birinin atasına məxsus olub.
3-11-2025, 20:54
Azərbaycan UNESCO-nun qərarını alqışladı


Azərbaycan UNESCO-nun qərarını alqışladı

Azərbaycan Xarici İşlər Nazirliyi UNESCO-nun 15 dekabrı “Dünya Türk Dilləri Ailəsi Günü” elan etməsini alqışlayıb.
Bu barədə nazirliyin "X" hesabında məlumat verilib.
"Özbəkistanın Səmərqənd şəhərində keçirilən UNESCO-nun 43-cü Baş Konfransında qəbul edilən tarixi qərara əsasən, 15 dekabr “Dünya Türk Dilləri Ailəsi Günü” elan olunub. Bu tarix, Orxon-Yenisey abidələrinin – bütün türk dillərinin ortaq köklərini və paylaşılmış tarixi irsini əks etdirən ən qədim yazılı abidələrin oxunmasının ildönümünə təsadüf edir.
Azərbaycan bu mühüm qərarı zəngin dil irsimizin qeyd olunması, qlobal mədəni müxtəlifliyin təşviqi və Türk dünyası daxilində əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində əlamətdar addım kimi alqışlayır", - məlumatda deyilir.
3-11-2025, 20:23
Həbs edilən icra başçısı apellyasiya vermədi


Həbs edilən icra başçısı apellyasiya vermədi

Balakənin həbs edilən keçmiş icra başçısı İslam Rzayev apellyasiya şikayəti verməkdən imtina edib.
Bu barədə keçmiş icra başçısının hüquqlarını müdafiə edən vəkil Elvin Əliyev məlumat verib.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyatda saxlanılan sabiq icra başçısı İslam Rzayev barəsində həbs qətimkan tədbiri seçilib.
Ona 179.3.2 (külli miqdarda mənimsəmə) və 311.3.2 (təkrarən rüşvət alma) maddələri üzrə ittiham elan olunub.
Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə İslam Vahid oğlu Rzayev Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdi.
3-11-2025, 19:22
Türkiyədə vəfat edən azərbaycanlı həkim sabiq icra başçısının bacısı qızı imiş


Türkiyədə vəfat edən azərbaycanlı həkim sabiq icra başçısının bacısı qızı imiş

Türkiyədə vəfat edən azərbaycanlı həkim Fərqanə Abbasovanın nəşi Azərbaycana gətirilib.
Mərhum Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn edilib.
Fərqanə Abbasova infarktdan vəfat etsə də, Türkiyə mətbuatı gənc həkimin intihar etməsi ilə bağlı iddialar irəli sürüb. Abbasovanın yaxınları intihar xəbərlərini yalanlayıblar.
Qeyd edək ki, Azərbaycan Tibb Universitetinin məzunu olan Fərqanə Abbasova təhsilini Türkiyədə davam etdirib. O, təhsilini başa vurduqdan sonra bu ölkədə ixtisası üzrə çalışıb.
Fərqanə Abbasova Gədəbəyin sabiq icra başçısı Saleh Rüstəmlinin bacısı qızıdır.
3-11-2025, 19:17
"Neftçi"də dəyişiklik


"Neftçi"də dəyişiklik

"Neftçi" İdman Klubunun rəhbərliyində kadr dəyişikliyi olub.
İdarəetmə aparatının rəhbəri Sadıq Sadıqov öz istəyi ilə vəzifəsindən azad edilərək klubun İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyinat alıb.
Buna qədər İdarə Heyəti sədrinin müşaviri vəzifəsini tutan Fərəc Əliyev isə klubun İdarə Heyəti sədrinin müavini və klubun icraçı direktoru əvəzi təyin edilib.
Qeyd edək ki, icraçı direktor vəzifəsi İdarəetmə aparatının rəhbəri vəzifəsinin yerinə təsis edilib.
3-11-2025, 18:17
Bakıda mənzildən meyit tapıldı


Bakıda mənzildən meyit tapıldı

Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Məlumatla əlaqədar Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
3-11-2025, 17:28
İsa Həbibbəyli Akif Əlizadəni təltif etdi


İsa Həbibbəyli Akif Əlizadəni təltif etdi

Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti, Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadə təltif edilib.
O, “AMEA-nın döş nişanı”na layiq görülüb.
Mükafatı AMEA-nın prezidenti akademik İsa Həbibbəyli təqdim edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!