İsrail parlamentində İrana qarşı mümkün müharibə müzakirə olunur .....                        Temperatur 4-6 dərəcə enəcək, bəzi yerlərdə qar yağacaq .....                        On şagirdin zəhərləndiyi məktəb bufeti BAĞLANDI .....                        İranla müharibənin başlama ehtimalı ÇOX BÖYÜKDÜR .....                        Cenevrə danışıqları çətin keçdi, lakin zəruri idi .....                        Müdafiə Nazirliyinin sabiq rəisi rüşvətdə ittiham olunur .....                        "Amnesty International"ın bəyanatı əsassız və böhtan xarakterlidir .....                        Azərbaycanda 1 biletlə iki dəmir yolundan istifadə etmək olacaq .....                        İlham Əliyev Xalq şairini “Heydər Əliyev” ordeni ilə təltif etdi .....                       
Tarix : 7-04-2017, 18:09
BDU-da Ağdaban soyqırımının 25-ci ildönümünə həsr olunmuş tədbir

Bu gün Bakı Dövlət Universitetində “Aşıq Şəmşir” Mədəniyyət İctimai Birliyinin və BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin birgə təşkilatçılıgı ilə Ağdaban soyqırımının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Butov.az xəbər verir ki, Universitetdən Publika.az-a verilən məlumata görə, tədbiri açan rektor Abel Məhərrəmov 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə baş verən Ağdaban soyqırımının Kəlbəcəri ələ keçirmək üçün erməni separatçılarının xalqımıza qarşı törətdiyi dəhşətli faciə olduğunu deyib.
Rektor qeyd edib ki, həmin soyqırımı zamanı Kəlbəcər rayonunun Ağdaban kəndi tamamilə yandırılıb, kənd sakinləri amansız işgəncələrə məruz qalıb, 40 nəfər vəhşicəsinə öldürülüb. Onlardan 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər uşaq, 7 qadın diri-diri yandırılıb, xeyli insan girov götürülüb və itkin düşüb.
Milli Məclisin deputatı, Bakı Dövlət Universitetinin professoru Musa Qasımlı ermənilərin Ağdabanda törətdikləri vəhşiliklərdən və bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyətindən bəhs edib.
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov işğal altında olan ərazilərin geri qaytarılacağına əminliyini ifadə edib.
Tədbridə çıxış edən Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı, Ağdaban sakini Cavid Qurbanov faciənin dəhşətli faktları haqqında məlumat verib, soyqırım zamanı Azərbaycan söz sənətinin ustalarından Ağdabanlı Şair Qurbanın və Dədə Şəmşirin nadir əlyazmalarının da yandırıldığını bildirib.
Sonda Kəlbəcər məktəblilərinin ifasında Ağdaban faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib, Ağdaban soyqırımına həsr edilmiş yazı müsabiqəsinin qaliblərinə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin adından diplomlar verilib.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!