20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
19-12-2025, 14:48
Emin Əmrullayev türkiyəli rektorlarla görüşdü


Emin Əmrullayev türkiyəli rektorlarla görüşdü

Elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Memarlıq və İnşaat Universitetinin 50 illik yubiley tədbiri çərçivəsində ölkəmizdə səfərdə olan Türkiyənin aparıcı ali təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə İstanbul Universitetinin rektoru Osman Bülent Zülfikar, Qazi Universitetinin rektoru Uğur Ünal, Yıldız Teknik Universitetinin prorektoru Hüseyn Yılmaz və digər nümayəndələr iştirak ediblər.
Tərəflər arasında aparılan müzakirələrdə iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları, birgə layihələr, tələbə və müəllim mübadiləsi, həmçinin ali təhsil sahəsində mövcud inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Emin Əmrullayev görüş zamanı Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb, bu istiqamətdə yeni təşəbbüslərin reallaşdırılmasının hər iki ölkənin ali təhsil sisteminə töhfə verəcəyini bildirib.
Türkiyənin ali təhsil müəssisələrinin rəhbərləri də öz növbələrində Azərbaycanla təhsil sahəsində əməkdaşlığın mövcud səviyyəsindən məmnunluqlarını ifadə edərək qarşılıqlı səfərlərin və birgə təşəbbüslərin artırılmasının əhəmiyyətini qeyd ediblər.
19-12-2025, 14:41
Ermənilərin məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilir


Ermənilərin məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilir

Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
Dekabrın 19-da keçirilən məhkəmədə təqsirləndirilən şəxs David Manukyan son söz çıxışını davam etdirib. O, ittiham tərəfinin bildirdikləri ilə bağlı özünün əks arqumentlərini səsləndirib.
Təqsirləndirilən şəxs dövlət ittihamını müdafiə edən prokurorların elan etdiyi məqamlarla razılaşmadığını deyib.
D.Manukyan qondarma rejimin "təhlükəsizlik şurasının iclaslarında" nə iştirakçı, nə də müşahidəçi qismində iştirak etmədiyini, buna onun vəzifə öhdəliklərinin icazə vermədiyini də söyləyib.
D.Manukyan çıxışında öz vəkillərinə təşəkkürünü bildirib.
Təqsirləndirilən şəxs Arayik Harutyunyan son söz çıxışında dövlət ittihamını müdafiə edən prokurorların arqumentləri ilə razılaşmadığını söyləyib.
O, çıxışında özünün və iki qardaşının Qarabağda məktəbdə təhsil aldığını, erməni dilində təhsil almaqla bağlı problem olmadığını deyib. A.Harutyunyan azərbaycanlılarla aralarında heç bir problem olmadığını da bildirib və əlavə edib: "Bir-birimizin tədbirində iştirak edirdik".
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
19-12-2025, 14:36
Zelenski istedadlı artistdir! - Putin istehza etdi


Zelenski istedadlı artistdir! - Putin istehza etdi

“İndiyə qədər Ukraynanın sülhə və ya ərazi güzəştlərinə hazır olduğuna dair heç bir əlamət görmürük”.
Bunu Rusiya prezidenti Vladimir Putin ilin yekunlarına dair canlı yayımda bildirib.
“Lakin Rusiya Kiyevdən dialoqa hazırlıq barədə müəyyən siqnalların fərqindədir”, - Putin əlavə edib.
O bildirib ki, Ukrayna Silahlı Qüvvələri strateji ehtiyatlarında ciddi itkilər verib: “Bu, Ukrayna hakimiyyətini münaqişəni sülh yolu ilə həll etməyə sövq etməlidir”.
Putin deyib ki, strateji təşəbbüs Ukrayna ordusu Kursk vilayətindən qovulduqdan sonra tamamilə Rusiya Silahlı Qüvvələrinin əlinə keçib: “Düşmən bütün istiqamətlərdə geri çəkilir”.
“Krasnıy Liman çox yaxın gələcəkdə alınacaq; şəhərin 50%-i Rusiyanın nəzarəti altındadır.
Azad edilmiş Severskdən Slavyanska gedən yol açılır.
Şübhəsiz ki, Rusiya Silahlı Qüvvələri Konstantinovkanı da ələ keçirəcək", - Putin əlavə edib.
Onun sözlərinə görə, Dimitrov şəhəri tamamilə mühasirəyə alınıb. Hulyaipole şəhərində döyüşlər davam edir; şəhərin 50%-i Rusiyanın nəzarəti altındadır.
“Sumı istiqamətində və Xarkov vilayətində təhlükəsizlik zonaları yaradılır. Rusiya Silahlı Qüvvələrinə Oskol çayının sol sahilindəki Ukrayna Silahlı Qüvvələri qrupunu məhv etmək və Kupyansk-Uzlovayanı ələ keçirmək tapşırılıb.
Kupyansk yaxınlığında 3500 Ukrayna əsgəri nin demək olar ki, heç bir şansı yoxdur”.
Putin Ukrayna lidero Volodimir Zelenskinin Kupyanskın girişindən yaydığı videoya da münasibət bildirib.
“Mən Ukrayna prezidentinin çıxışlarını, guya cəbhə xəttində olduğunu izləmirəm. Zelenski istedadlı artistdir, burada istehza yoxdur.
Onun dayandlğı yer Kupyanskdan 1 km məsafədə yerləşir. Niyə qapının ağzında dayanmalısan? Onda içəri gir”, - Putin ironiya ilə deyib.
19-12-2025, 14:33
Xəstələrlə təmas qurmayan həkimlərlə bağlı tədbirlər görüləcək - TƏBİB


Xəstələrlə təmas qurmayan həkimlərlə bağlı tədbirlər görüləcək - TƏBİB

“Ay ərzində xəstələrlə heç bir təmas qurmayan həkimlər var və bu hallarla bağlı müvafiq tədbirlər görüləcək”.
Bu fikirləri TƏBİB-in sədri Vüqar Qurbanov hesabat brifinqində səsləndirib.
Onun sözlərinə görə, problemin əsas səbəblərindən biri bəzi həkimlərin peşə hazırlığı və savad səviyyəsi ilə bağlıdır. Sədr qeyd edib ki, oxşar hallar əvvəllər stomatoloqlar arasında da aşkarlanıb və həmin vaxt müvafiq tədbirlər görülüb.
Vüqar Qurbanov əlavə edib ki, hazırda səhiyyə müəssisələrində həkimlərin optimallaşdırılması prosesi də başlanacaq.
19-12-2025, 14:22
"Ambulansın dərhal gəlməsi yalnış düşüncədir"


"Ambulansın dərhal gəlməsi yalnış düşüncədir"

“Təcili tibbi yardımın bütün çağırışlara dərhal ünvana gəlməsi ilə bağlı yanaşma düzgün deyil”.
Bunu TƏBİB-in sədri Vüqar Qurbanov təcili tibbi yardımın çağırışlara cavab mexanizmini izah edərkən bildirib.
Onun sözlərinə görə, müraciət daxil olduqdan sonra ilkin tibbi sorğu aparılır və çağırışlar vətəndaşların vəziyyətinin ağırlıq dərəcəsinə uyğun olaraq prioritet əsasında ardıcıllığa salınır. Müraciətlərin sayının çoxluğu bu prosesdə əsas amillərdən biridir.
Vüqar Bayramov qeyd edib ki, kritik və həyati təhlükə yaradan hallarda təcili tibbi yardım briqadaları vaxtında hadisə yerinə çatır və bu istiqamətdə hazırda ciddi şikayətlər qeydə alınmır.
19-12-2025, 14:20
Putin rusların suallarını canlı yayımla cavablandırır


Putin rusların suallarını canlı yayımla cavablandırır

"Vladimir Putinlə ilin icmalı" teleproqramı başlayıb.
Teleyayım "Rossiya 1" və "Rossiya 24" televiziya kanalları tərəfindən aparılır.
Rusiya KİV-nin məlumatına görə, vətəndaşlardan təxminən 1 milyondan çox sorğu daxil olub.
Rusiya lideri ictimaiyyətin və medianın suallarını canlı olaraq cavablandırır.
Prezidentin çıxışı zamanı rusların sualları ənənəvi olaraq salondakı ekranlarda nümayiş olunur. Mövzular sosialdan siyasiyə qədər müxtəlifdir.
Keçən il "Vladimir Putinlə ilin icmalı" dörd saatdan çox davam edib.
19-12-2025, 10:36
Elan-bildiriş


Elan-bildiriş

2005-ci ildə 1439 reyestr nömrəsi ilə Ədliyyə Nazirliyində qeydiyyata alınmış “Xalq Hakimiyyəti” İctimai-siyasi qəzeti Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin qeydiyyatından keçmədiyindən fəaliyyətini dayandırır. Ona görə də qəzetin 2023, 2024 və 2025-ci illərdə bağladığı müqavilələr qüvvəsini itirir. Qəzetin möhür və ştampı etibarsız sayıldığından, əməkdaşlara verilən vəsiqələr də etibarsız hesab olunur. Qəzetin vəsiqəsindən istifadə edəcək əməkdaşlar qanun qarşısında məsuliyyət daşıyacaqlar.
.

18-12-2025, 19:14
Gözün arxada qalmasın, Gülüm!


İki qərinəlik ömür yaşamışam. İlk dəfədir ki, qaynana itkisindən təsirlənib yazan gəlinin ağısı çıxır qarşıma. Gülnarə Babaşovanın yazdıqlarından duyğulandım. İstədim ki, “Bütöv Azərbaycan” qəzetinin, “Butov.az” portalının oxucuları ilə bölüşüm. Yol-ərkan gözləyənlərə sayğıyla: Tamxil Ziyəddinoğlu

Gözün arxada

qalmasın, Gülüm!



İnanmağım gəlmir, heç inana bilmirəm. Həyatımın yarıdan çoxunu bərabər yaşadığım, canım qaynanam. Dostum deyim, sirdaşım deyim, ikinci anam deyim, mən axı nə deyim ki, ürəyim soyusun. Məni tək qoymayacağını demişdin, bəs niyə tərk etdin bizi. Biz bərabər necə çətinliklərin öhdəsindən gəlmişdik, Gülüm. Bu xəstəlik necə dizini yerə gətirdi? Sən axı güclü idin. Ürəyi yaralım, necə məni tək qoya bildin. Evimin isti ocağı idin. Nəvələrini niyə belə gözü yaşlı qoydun. Sən axı onlara tək nənə yox, həm də ana idin. Məndən çox səni ana görürdülər. Balalarına qovuşdun, indi dincəl. Ayrılıq həsrətin bitti, amma mənim ailəmdə böyük bir boşluq qoydun. Canım mənim, qəlbinin, bədəninin yaralarına qurban olduğum rahat yat, məkanın cənnət olsun! Nəvələrinə sənin istədiyin kimi baxacağam, gözün arxada qalmasın, Gülüm!
18-12-2025, 17:30
Paşinyan Qarabağ ermənilərinə çağırış etdi


Paşinyan Qarabağ ermənilərinə çağırış etdi

"Tutaq ki, Qarabağ ermənilərinin geri qaytarılması gündəliyini qəbul etdik, bəs bundan kim faydalanacaq? Onlar bundan faydalanacaqmı?”
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan 18 dekabrda jurnalistlərlə söhbətində bildirib.
O, səhvlərdən dərs və nəticə çıxarmağın vacibliyini vurğulayıb.
Paşinyan deyib ki, Qarabağ ermənilərinin geri qaytarılması tələbini qaldıranlar onları sərgərdan statusuna məhkum etməyə çağırırlar.
“Amma artıq onların ünvanı var. Və bu, beynəlxalq səviyyədə tanınmış suveren ərazisi olan Ermənistandır", - deyə Paşinyan qeyd edib.
Baş nazir Qarabağ ermənilərini Ermənistan vətəndaşlığını qəbul etməyə çağırıb.
18-12-2025, 17:22
Paşinyan NATO baş katibinin müavinini qəbul edib


Paşinyan NATO baş katibinin müavinini qəbul edib

Paşinyan NATO baş katibinin müavini Radmila Şekerinskanı İrəvanda qəbul edib.
NATO rəsmisi Ermənistanla tərəfdaşlığı yüksək qiymətləndirib.
Paşinyan isə bildirib ki, o, "regionda təhlükəsizlik və sabitlik gündəliyini irəli aparmaq üçün NATO da daxil olmaqla beynəlxalq tərəfdaşlarla əməkdaşlığa böyük əhəmiyyət verir".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!