TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
6-12-2025, 12:59
Trampa verilən döş nişanı və mükafat Bakıda hazırlanıb - Müəllifdən AÇIQLAMA


Trampa verilən döş nişanı və mükafat Bakıda hazırlanıb - Müəllifdən AÇIQLAMA

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda 2026 FIFA Dünya Kubokunun püşkatma mərasimi çərçivəsində 2025-ci il üzrə ilk dəfə təsis olunan FİFA Sülh Mükafatına layiq görülüb.
Mükafat Trampa FİFA prezidenti Canni İnfantino tərəfindən təqdim edilib və rəsmi videoçarxda digər münaqişələrlə yanaşı, Prezidentin Ermənistan–Azərbaycan istiqamətində sülh təşəbbüslərinə də xüsusi yer verilib.
Trampa təqdim edilən tunc heykəl Azərbaycanın Xalq rəssamları Səlhab Məmmədov və Əli İbadullayevin BMT-nin Cenevrədəki Millətlər Sarayının qarşısında ucaldılmış, sülh rəmzi sayılan “Düşüncələr və arzular” abidəsinin miniatür variantıdır.
Mükafatın həmmüəllifi Rəssamlıq Akademiyasının prorektoru, İttifaqı sədrinin birinci müavini, Xalq rəssamı Səlhab Məmmədov bildirib ki, onlar bir neçə ay əvvəl müsabiqədə qalib gəliblər:
“Bildirdilər ki, FİFA Sülh Mükafatı təsis etmək istəyirlər. Onlara başqa ölkələrdən də müxtəlif eskizlər göndərildi. Xalq rəssamı Əli İbadullayevlə birlikdə Cenevrədə, BMT-nin Millətlər Sarayının qarşısındakı parkda yerləşən “Düşüncələr və arzular” əsərimizin eskizini hazırlayıb onlara göndərdik. Ondan sonra xəbər gəldi ki, münsiflər heyəti bizim işimizi seçib və onun əsasında döş nişanı ilə medal hazırlanacaq. Mükafat hər il sülhə töhfə verən, slühlə idmanı birləşdirən müxtəlif dövlət başçılarına, beynəlxalq nüfuzu olan şəxslərə veriləcək” – deyə Xalq rəssamı vurğulayıb.
S. Məmmədov onu da qeyd edib ki, mükafat və döş nişanı Bakıda hazırlanıb:
“Mükafat və döş nişanı Bakıda hazırlanıb. Medal isə mükafatın eskizləri əsasında FİFA tərəfindən hazırlandı. Bu bizim mədəniyyətin, incəsənətin təntənəsidir. Cənab Prezidentimiz də sülhə hər zaman töhfə verib. Mükafat Trampa veriləndə cənab Prezidentin də görüntülərini orada gördük. Bu səbəbdən bizim də sülh mükafatının hazırlanmasında iştirakımız çox böyük şərəf oldu” – o sonda qeyd edib.


6-12-2025, 12:47
Sabah Bakıda yağış gözlənilir


Sabah Bakıda yağış gözlənilir

Dekabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə az çiskinli olacağı, axşam isə arabir yağış yağacağı gözlənilir.
Mülayim şimal-qərb küləyi axşam şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 8-11, gündüz 12-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət 75-85% təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2-7, gündüz 10-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-7 dərəcə isti olacaq.
6-12-2025, 12:26
Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb


Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb

Qətərdə keçirilən “Doha Forumu” çərçivəsində Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qətərin beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri Məryəm bint əli bin-Nasser əl Misnad ilə görüşüb.
Bu barədə Hikmət Hacıyev X hesabında bildirib.
“Görüş zamanı ölkələrimiz arasında qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsini müzakirə etdik və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımızın intensivləşdirilməsi barədə razılığa gəldik”,-deyə paylaşımda bildirilib.
6-12-2025, 12:20
Əsgərliyə yararsız olanlar məcburi müalicəyə göndəriləcək


Əsgərliyə yararsız olanlar məcburi müalicəyə göndəriləcək

Nazirlər Kabinetinin ötən həftə qəbul etdiyi qərarla hərbi xidmətə çağırışda bir sıra yeniliklər edilib.
Qeyd edək ki, yeniliklər “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə dəyişiklikdə öz əksini tapıb. Sənəd Baş nazir Əli Əsədov tərəfindən imzalanıb və çağırışaqədər yaşda olan gənclərlə çağırışçıların tibbi müayinəsi prosesinə yeni tənzimləmələr gətirir.
Əvvəlki qaydada tibbi müayinə zamanı diaqnozun dəqiqləşdirilməsinə və ya müalicəyə ehtiyac yarandıqda gənclər yalnız əlavə ambulator və ya stasionar müayinələrə və ya lazım gəldikdə müalicəyə göndərilirdi.
Yeni dəyişiklik müalicə məsələsini daha konkret və məcburi hala gətirir.
Dəyişikliyə əsasən, tibbi müayinə nəticələri diaqnozun dəqiqləşdirilməsini tələb etdikdə həmin şəxslər əvvəlki kimi tibb müəssisələrinə əlavə müayinəyə göndəriləcək. Lakin gənc “hərbi xidmətə müvəqqəti yararsız” hesab olunarsa, artıq o, tibb müəssisələrində mütləq qaydada müalicəyə cəlb ediləcək.
Bu müalicənin maliyyə təminatı da dəqiqləşdirilib. Proses dövlət büdcəsinin vəsaiti hesabına, xidmətlər zərfində nəzərdə tutulduğu halda isə icbari tibbi sığorta çərçivəsində həyata keçiriləcək.
6-12-2025, 12:13
Naxçıvanda dəmir yollarının tikinti-bərpa işləri başladı


Naxçıvanda dəmir yollarının tikinti-bərpa işləri başladı

"Azərbaycan Dəmir Yolları" QSC Naxçıvan Muxtar Respublikasında dəmir yolları infrastrukturunun yenidən qurulması və modernləşdirilməsi üçün layihələndirmə işlərini başa çatdırıb və artıq Ordubad rayonunda, Ermənistanla sərhəddə tikinti işlərinə start verilib.
ADY-dən bildirilib ki, tikinti işləri 188 km-lik dəmiryol xəttini əhatə edir. Məqsəd müasir tələblərə cavab verən yeni dəmir yolu şəbəkəsinin qurulmasıdır.
Əsaslı təmir işləri başa çatdıqdan sonra dəmir yolunun illik yükötürmə qabiliyyəti 15 milyon ton təşkil edəcək.
2025-ci il avqustun 8-də Vaşinqtonda “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) açılmasına dair razılaşma çərçivəsində Zəngəzur dəhlizi boyunca dəmir yolu əlaqəsi bərpa olunacaq.
Orta dəhlizin mühüm tərkib hissəsi kimi Avropa və Asiya arasında yükdaşımalarda mühüm marşrut kimi qiymətləndirilən Zəngəzur dəhlizi Şimal-Cənub dəhlizinin də əsas halqalarından birini təşkil edəcək.
6-12-2025, 12:10
Ov tüfəngi ilə özünü güllələdi


Ov tüfəngi ilə özünü güllələdi

Ov tüfəngindən ehtiyatsız davranış hadisəsi rayonun Baydarlı kəndinin otlaq sahəsində baş verib.
46 yaşlı rayon sakini Rasim Məmmədov Baydarlı kəndi ərazisində qoyun otararkən ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəşdən xəsarət alıb. Müxtəlif dərəcəli bədən xəsarəti alan sakin Rayon Mərkəzi Xəstəxana yerləşdirilib. Həkimlər onun vəziyyətini qənaətbəxş hesab edir.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata əsasən, R. Məmmədovdan müvafiq sənədləri olan ov tüfəngi götürülüb.
Faktla bağlı Qax rayon polis şöbəsində istintaq araşdırmaları aparılır.
6-12-2025, 11:26
Pensiyalarla bağlı vacib xəbər


Pensiyalarla bağlı vacib xəbər

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən dekabr ayının pensiya ödənişi başa çatdırılıb.
Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Pensiyaçılar öz pensiyalarını plastik kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.
5-12-2025, 18:25
Daha bir marşrut xəttinin avtobusları yeniləndi


Daha bir marşrut xəttinin avtobusları yeniləndi

Bakının Xətai rayonunun Cavanşir küçəsini Nizami rayonunun Məmmədəli Şərifli küçəsi ilə əlaqələndirən 12 nömrəli marşrutda istismar olunan avtobuslar yenilənir.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata əsasən, dekabrın 7-dən sərnişinlərin xidmətinə veriləcək 18 yeni "Yutong" markalı avtobus müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub.
Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,6 manat müəyyən edilib.
5-12-2025, 17:39
36 nömrəli marşrut üzrə avtobuslar qismən yenilənəcək


36 nömrəli marşrut üzrə avtobuslar qismən yenilənəcək

"Bakı Metropoliteni" QSC-nin "Ulduz" stansiyasını Yeni Günəşli qəsəbəsi ilə əlaqələndirən 36 nömrəli marşrut üzrə mövcud avtobuslar qismən yenilənəcək.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata əsasən, dekabrın 7-dən marşrutda istismar olunan nəqliyyat vasitələri müasir "İsuzu" markalı avtobuslarla əvəz ediləcək. Avtobuslarda ödəniş nağdsız qaydadadır.
5-12-2025, 17:32
Mişustin və Əli Əsədov telefonla danışdı


Mişustin və Əli Əsədov telefonla danışdı

Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovla telefon danışığı aparıb.
Bu barədə Rusiya Hökuməti məlumat yayıb.
Hökumət başçıları Rusiya-Azərbaycan ticari-iqtisadi və elmi-texniki əməkdaşlığının aktual məsələlərini, habelə Müstəqil Dövlətlər Birliyi çərçivəsində qarşılıqlı fəaliyyətin dərinləşdirilməsini müzakirə ediblər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!