TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
5-12-2025, 08:31
BİR GÜN…


BİR GÜN…

(esse)

Əvvəl dediyim kimi, doğulub böyüdüyümüz həyətimizdə böyük bir hovuz vardı. Anam günün istisində də, soyuğunda da bizi suyun kənarına buraxmazdı. Çünki üç yaşlı böyük qardaşım həmin hovuzda boğulub halsız vəziyyətdə tapılmış, özünə gəlmədən dünyasını dəyişmiş imiş. O kədərli günlər yada düşəndə anamın gözlərinə yaş gələrdi.
Bir gün dirəyə bağlanmış inəklə buzovunu açıb aparan atamı görüb: “İnəyi hara aparırsan, a kişi?” – deyə soruşub. İnəyi bazara, satmağa apardığını eşidən anam onu dayandırmağa çalışıb. “Bir qaşıq südə möhtac olarıq axı, uşaqların ruzisi əskilməzmi?” – deyəndə atam belə cavab verib:
– Bu inəyin südü bircə mənim ailəmə yarayar. Mənə düşünməyə imkan versən, satıb həyata keçirmək istədiyim iş isə el-obaya xidmət edəcək, – deyib yoluna davam edib.
Mal satılandan sonra kolxoz qarajında yararsız halda qalmış “Pobeda” markalı avtomobili alıb təmir etdirib. Sonra uzaq məsafədən telefon xətti çəkib evə telefon qurdurub. Ev ünvanı, telefon nömrəsi və “Təcili yardım” maşını olması barədə səkkiz küçəyə xəbər göndərib.
Anamın dediyinə görə, o vaxtlar şəhər mərkəzinə getmək üçün bizim evdəki maşından başqa nəqliyyat yox imiş. Yazıq atam gecə birisi çağırsa, “gecikərəm” deyə çəkməsini belə çıxarmadan üst-başını tam soyunmadan yatarmış. On iki il boyu camaata belə saf niyyətlə xidmət edib.
Mən böyüyüb ağlım kəsəndə ona dedim:
– Dədə, sizə nə gərək idi? Gündüz işləyib gəlmisiniz, bir də bütün gecəni xəstə daşıyırsanmış. O zaman kimsə sizə “sağ ol” dedi? İnsanları razı salmaq mümkün idimi?
Atam belə dedi:
– Qızım, mən bu yaxşılıqları insanların razılığı üçün yox, Allah rizası üçün etdim. Təmiz niyyətlə görülən xeyirli işin arxasınca minnət edilməməlidir. İndiki dövrlə o günləri müqayisə eləmək olmaz. Xalq ac idi, çarəsiz idi. Ana və körpə ölümləri çox idi. Qızılca, çiçək, malyariyadan uşağı ölənlərin fəryadı ilə oyanardıq. Bir yaxın qohumumuz doqquz uşaq dünyaya gətirmişdi, amma birini də böyüdə bilməmişdi. Hamısını körpə vaxtında torpağa vermişdi. Yanmış, yarımçıq doğulmuş, yıxılıb qan itirmiş ana-balaların nə qədərinin canı o vaxtlar qurtuldu. Hər bəndə Allahın verdiyi ömür və ruzi ilə yaşayır, amma birinə bir səbəb lazımdır ki, dərdinə çarə tapsın. Məni səbəb edən Allahıma, Rəbbimə şükürlər olsun. Kaş məndən əvvəl də kimsə “Təcili yardım”la xəstəxanaya çatdırıb aparsaydı, muncuq kimi oğlum gözləri açıq halda torpağa tapşırılmazdı… – dedi.

Münəvvəra OSMANOVA
Şairə, “Səadət” qadınlar jurnalının baş redaktoru

Özbəkcədən tərcümə edən: Almaz Ülvi

Tanınmış özbək şairəsi, publisist Münəvvəra Osmanova 1965-ci il iyunun 13-də Əndican vilayətinin Mərhəmət rayonunda anadan olub. Ali təhsillidir. 1988-ci ildə Daşkənd Dövlət Pedaqoji Universitetinin özbək filologiyası fakültəsini bitirib. 2002-ci ildən “Saodat” jurnalında fəaliyyət göstərən Münəvvəra xanım hazırda “Saodat” jurnalının baş redaktoru (2018) vəzifəsində çalışır.

5-12-2025, 08:23
BƏHRUZ NİFTƏLİYEVƏ   SEVGİ DOLU TƏBRİK!


BƏHRUZ NİFTƏLİYEVƏ

SEVGİ DOLU TƏBRİK!


28 noyabr günü Bəhruz Niftəliyrvin Kitab təqdimatına dəvətli idik. Rəsmi bir tədbirə qatılacağımdan ehtiyatlanıb, hər ehtimala ona təbrik məktubu yazdım. Amma göndərmək fürsəti tapa bilmədim. Rəsmi tədbir bitər-bitməz tanınmış televiziya işçisi Fəxriyyə xanım İsayevanın “gəl, birlikdə bir kitab təqdimatına gedək, zatən bu məclis bitir.” Çox sevindim və birlikdə Bakı Kitab Evinə (“BAKU BOOK CENTER) getdik. Məclisin aparıcısı Fəxriyyə xanım İsayeva Proqramdan kənar mənə söz verdi. Axşamdam yazdığım məktubumu xatırladım, çantamdan tez çıxarıb səhnəyə yönəldim. Bəhruzu uşaq vaxtından–hələ 4-5 yaşı olandan tanıdığımı bildirərək, bəzi xatirələrimi bölüşdürəndən sonra sakitcə Məktubumu açıb oxudum:

“Hörmətli dostlar, əziz iştirakçılar, bu gün biz bir gəncin Bəhruz Niftəliyevin–özünü, Tanrını və insanı axtaran bir ruhun səsi ilə eyni aradayıq. Mən hələ kitabı tam oxumağa fürsət tapmamışam, amma müəllifin sosial şəbəkə üzərindən paylaşdığı bir neçə qeydi belə onun yazdıqlarının mahiyyətini çox aydın göstərir. Bu kitab Tanrıya yazılmış məktublardır–amma təkcə Tanrıya deyil, həm də insanın özünə, öz iç dünyasına yazılmış məktublar. Müəllif deyir ki, “Mən Allahdan qorxmayan biriyəm, çünki onu sevirəm.” Bu, cəsarətli bir fikirdir. Qorxu ilə yox, sevgi ilə inanan bir ruhun sözüdür. Bu məktublarda Tanrı təkcə uca və uzaq bir varlıq kimi deyil, həm də dost, sirdaş, bəzən küsdüyümüz, bəzən sığındığımız, bəzən üsyan etdiyimiz, amma hər dəfə yenidən qayıtdığımız bir məkan–bir səmt kimi görünür. Müəllifin sözlərində mən bir həqiqəti gördüm: Tanrıya inanmaq başqa şeydir, onu hiss etmək başqa şey. Bu kitab da elə hiss edənlərin kitabıdır.

O, sevgini təmənnasızlıq kimi anlayır–gözləntisiz bir bağlılıq, insanın özünə qayıtdıqca yenidən Tanrıya yaxınlaşması kimi.
Bu kitabda həm acı, həm etiraf, həm üsyan, həm də təslimiyyət var – yəni insan var. Bu mənada, məncə, “Tanrıya məktub” yalnız dini və ya fəlsəfi mətn deyil, həm də böyük bir daxili yolçuluğun gündəliyidir. Və ən gözəl cümlələrdən biri budur: “Bütün tabuları yıxmaq, bütün bütləri dağıdıb bütöv olmaqdır.”
Bu, həm gəncliyin cəsarətidir, həm də ruhun azadlıq çağırışı. Mən müəllifi bu səmimiyyətinə, hisslərini qorxmadan sözə çevirmək bacarığına görə təbrik edirəm. Hiss edən, axtaran, sual verən insanlar cəmiyyətin ruhunu diri saxlayır.
Arzu edirəm ki, bu kitab Tanrı ilə söhbət etmək istəyən hər oxucuya öz yolunda bir işıq olsun.
Əzizim Bəhruzu bir daha təbrik edir, uğurlar arzulayıram.

Səmimiyyət və sevgilərlə bibin Almaz Ülvi
4-12-2025, 18:19
Mahmud Səfəralıyev HƏBS EDİLDİ


Mahmud Səfəralıyev HƏBS EDİLDİ

Hərbi Prokurorluğun Biləsuvarda bir sıra cinayətlərdə, o cümlədən əsgərin intiharı ilə bağlı təqsirləndirilərək saxlanılan sabiq zastava rəisi Mahmud Səfəralıyev barəsindəki qərardan verdiyi apellyasiya protesti üzrə məhkəmə prosesi keçirilib.
Bu gün Şirvan Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, birinci instansiya məhkəməsinin qərarı ləğv edilib. Hərbi Prokurorluğun təqdimatı təmin edilib və Mahmud Səfəralıyev barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, ittihama görə, Dövlət Sərhəd Xidmətinin Biləsuvarda yerləşən hərbi hissəsinin əsgəri H.H. və başqa bir neçə əsgər hərbi xidməti zamanı kapitan Mahmud Hikmət oğlu Səfəralıyev tərəfindən çoxsaylı təhqir və zorakılıq hallarına məruz qalıb.
Həmin faktla bağlı Hərbi Prokurorluqda aparılan istintaq zamanı kapitan Mahmud Səfəralıyevin törətdiyi əməllər sübut olunub və barəsində müvafiq maddə ilə cinayət işi açılıb.
Onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Cəlilabad Hərbi məhkəməsinə təqdimat göndərilib.
Cəlilabad Hərbi Məhkəməsi əsgərlərə qarşı müxtəlif vaxtlarda qanunsuzluğa yol vermiş, buna görə vəzifədən azad olunmuş kapitan Mahmud Səfəralıyevlə bağlı təqdimatı təmin etməyib. Saxlanılan kapitan azadlığa buraxılıb.
Hərbi Prokurorluq M.Səfaralıyevin azadlıqda qalmasının həm cəmiyyətdə mənfi emosiya doğuracağını, həm də mərhum əsgərin yaxınları tərəfindən ciddi narazılığa səbəb olmasını nəzərə alaraq, qərardan apellyasiya şikayəti verib.
Cəlilabad Hərbi Məhkəməsindən bildirilib ki, noyabrın 27-də məhkəmədə Cinayət Məcəlləsinin 329.2.1, 329.2.2 və 329.3-cü maddələri ilə təqsirləndirilən Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin hərbi qulluqçusu, kapitan Mahmud Hikmət oğlu Səfəralıyevin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimata baxılıb və təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual əsaslar müəyyən edilmədiyindən məhkəmənin həmin tarixli qərarına əsasən təqdimat rədd edilib, M.H.Səfəralıyev dərhal məhkəmə iclas zalında həbsdən azad edilib.
4-12-2025, 18:13
Ermənistanda daha bir keşiş tutuldu


Ermənistanda daha bir keşiş tutuldu

Ermənistan Milli Təhlükəsizlik Xidməti arxiyepiskop Arşak Xaçatryanı saxlayıb.
Bu barədə Ermənistan mediası məlumat yayıb.
Din xadiminin hansı işlə bağlı saxlanıldığı hələ dəqiqləşməyib.
Qeyd edək ki, Eçmiədzinin kargüzarlıq idarəsinin rəhbəri Xaçaturyan bazar ertəsi keçirdiyi mətbuat konfransında MTX-nin nümayəndələri ilə bir neçə dəfə qeyri-rəsmi görüş keçirdiyini bildirib.
4-12-2025, 17:54
Ermənistan Konstitusiyasına dəyişiklik daimi sülhə imkan yaradacaq - Nazir


Ermənistan Konstitusiyasına dəyişiklik daimi sülhə imkan yaradacaq - Nazir

"Ermənistan Konstitusiyasında hələ də qalmaqda davam edən ərazi iddialarının çıxarılması, paraflanmış ikitərəfli sazişinin imzalanmasına və onun sonrakı ratifikasiyasına və həmişəlik sülhün təmin olunmasına imkan yaradacaq”.
Bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Vyanada ATƏT Nazirlər Şurasının 32-ci iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan sülh gündəliyinin təşəbbüskarı kimi bu yola sadiqdir və Ermənistan tərəfindən də qarşılıqlı siyasi iradə və məsuliyyəti gözləyir.
4-12-2025, 17:48
Putin Hindistana getdi


Putin Hindistana getdi

Rusiya Prezidenti Vladimir Putin iki günlük səfərlə Hindistana gedib. 4 dekabrda dövlət başçısının Hindistanın Baş naziri Narendra Modi ilə qeyri-rəsmi təkbətək görüşü planlaşdırılır.
Bu barədə Rusiya KİV-i məlumat yayıb.
Prezidentin təyyarəsi Hindistan Hərbi Hava Qüvvələri Palam bazasına eniş edib. Aeroportda onu Baş nazir Modi onu şəxsən pilləkənlərdə qarşılayıb.
Putini qatarda yeddi nazir müşayiət edir. Onların arasında müdafiə naziri Andrey Belousov, kənd təsərrüfatı naziri Oksana Lut, səhiyyə naziri Mixail Muraşko, nəqliyyat naziri Andrey Nikitin, iqtisadi inkişaf naziri Maksim Reşetnikov, maliyyə naziri Anton Siluanov və daxili işlər naziri Vladimir Kolokoltsev var.
4-12-2025, 17:32
Gültəkin Hacıbəyli nə vaxt deportasiya olunacaq? - Türkiyəli deputat DANIŞDI


Gültəkin Hacıbəyli nə vaxt deportasiya olunacaq? - Türkiyəli deputat DANIŞDI

"Ramiz Mehdiyev işi" çərçivəsində Azərbaycandakı istintaqa dəvət olunan Milli Şuranın üzvü Gültəkin Hacıbəyli hazırda Türkiyənin İstanbul şəhərindəki Arnavutköy Geri Göndərmə Mərkəzində saxlanılır.
O, sosial şəbəkədəki açıqlamasında noyabrın 29-dan Geri Göndərmə Mərkəzində saxlanıldığını deyib.
Maraqlıdır, Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana nə vaxt göndəriləcək?
Məsələ ilə əlaqədar Türkiyə Böyük Millət Məclisinin (TBMM) Dostluq Qrupunun sədri Şamil Ayrım bildirib ki, Türkiyə Gültəkin Hacıbəylini uzun müddət saxlaya bilməz:
"Belə bir məsələ varsa, Türkiyə ən qısa zaman kəsiyində onu ilk fürsətdə təyyarəyə mindirib geri yollayacaq. Türkiyə onu uzun müddət saxlaya bilməz. Biz Azərbaycanın daxili işlərinə heç kəsin qarışmasını istəmirik. Azərbaycan müstəqil, azad və demokratik bir dövlətdir. Təbii ki, Azərbaycanın ayaqda durması üçün öz daxilindəki qanunlarını tətbiq etməsi lazımdır. Bu məsələlərdə Azərbaycanın Türkiyə ilə anlaşmaları mövcuddur. Həmin şəxs geri göndərmə mərkəzinə aparılıbsa, ən qısa zamanda onu geri qaytararlar".
Qeyd edək ki, “Mehdiyev işi” çərçivəsində AXCP sədri Əli Kərimli və onun müavini Məmməd İbrahimli barəsində həbs qətimkan tədbiri seçilib. Milli Şuranın sədri Cəmil Həsənli DTX-da dindirilib, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli isə Türkiyədə saxlanılıb, onun Azərbaycana deportasiya ediləcəyi gözlənilir.
4-12-2025, 17:26
Azərbaycanla Ermənistan ən dinc və sabit dövrü yaşayır


Azərbaycanla Ermənistan ən dinc və sabit dövrü yaşayır

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının 32-ci iclasında çıxış edib.
XİN-dən verilən məlumata görə, nazir ilk növbədə, ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonenə il ərzində təşkilata sədrliyi həyata keçirdiyinə görə minnətdarlığımı bildirib və isveçrəli nazir İqnasio Kassisə gələn il uğurlu sədrlik arzu edib.
Eyni zamanda, Avstriya tərəfinə Vyanada bugünkü iclasımıza ev sahibliyinə görə təşəkkür edib.
"Nazirlər Şurasının iclası yenidən ATƏT məkanında davam edən təhlükəsizlik böhranı fonunda keçirilir. Helsinki Yekun Aktının imzalanmasının 50-ci ildönümü təntənə ilə qeyd edilməli olsa da, təəssüf ki, bu mümkün deyil. Bu, əslində daha çox keçmiş səhvlərdən dərs çıxarmaq və Yekun Aktın mətninə və mahiyyətinə yenidən sadiqliyimizi təsdiqləmək üçün kollektiv iradəmizi səfərbər etməyə dərin ehtiyacın olduğuna dair bir xatırlatmadır.
Bu baxımdan, xüsusən dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına hörmət kimi Yekun Aktda təsbit edilmiş prinsiplərin davamlı aktuallığını vurğulayırıq.
Bizim ağrılı təcrübəmiz göstərir ki, bu prinsiplər hamıya bərabər, ardıcıl, ayrı-seçkilik və ikili standartlar olmadan tətbiq edilməlidir", - nazir qeyd edib.
Onun sözlərinə görə, ötən ilin dekabr ayından etibarən Azərbaycan və Ermənistan arasında post-münaqişə dövründə normallaşma prosesində əhəmiyyətli tərəqqi əldə edilib və cari ilin 8 avqust tarixində keçirilmiş tarixi Vaşinqton Sülh Sammiti ilə ən yüksək səviyyəyə çatıb: "Sözügedən sammit nəticəsində şahid qismində ABŞ Prezidenti Donald Tramp tərəfindən imzalanmaqla Azərbaycan və Ermənistan ölkə başçıları arasında Birgə Bəyannamə qəbul edilib. Tərəflər münaqişənin artıq keçmişdə qaldığını, ona heç bir şəkildə geri dönməyəcəklərini, mövcud reallığa əsaslanaraq, mehriban qonşuluq münasibətləri qurmağa başlayacaqlarını təsdiqləyiblər.
Sammit çərçivəsində mən və erməni həmkarım cari ilin mart ayında yekunlaşan ikitərəfli danışıqların davamı olaraq, Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsini parafladıq.
Bundan əlavə, erməni həmkarımla birlikdə, 2020-ci ildə münaqişənin həllindən sonra həmin mexanizmlərə artıq ehtiyac qalmadığına dair qarşılıqlı anlayışın göstəricisi qismində, ölkələrimiz arasında münaqişənin nəticələrinin aradan qaldırılması üçün vaxtilə yaradılmış ATƏT-in Minsk Prosesi və əlaqədar strukturların bağlanması ilə bağlı birgə müraciəti imzaladıq. Nazirlər Şurasının müvafiq qərarının operativ qəbuluna görə Finlandiya sədrliyinə, ATƏT Baş katibinə, ATƏT Katibliyinə və iştirakçı dövlətlərə təşəkkür edirəm.
Nəticə etibarilə, regionda sülh de-fakto bərqərar olub. Bu gün qeyri-sabit ATƏT regionundan fərqli olaraq, Azərbaycan və Ermənistan ən dinc və sabit dövrü yaşayır. Hər iki tərəf hökumət, parlament və vətəndaş cəmiyyəti səviyyələrində müxtəlif ölçülər üzrə konkret tədbirlərin həyata keçirilməsi istiqamətində irəliləyir.
Sülh prosesinə əlavə təkan vermək məqsədilə, Azərbaycan xoşməramlı jest olaraq, Ermənistana münasibətdə məhsulların tranzit məhdudiyyətini birtərəfli qaydada aradan qaldırıb.
Azərbaycan tərəfindən uzun illər ərzində təşviq edildiyi kimi, bu nailiyyətlər aydın şəkildə nümayiş etdirir ki, birbaşa ikitərəfli danışıqlar irəliyə aparan ən yaxşı yoldur.
Azərbaycan sülh gündəliyinin təşəbbüskarı kimi bu yola sadiqdir və Ermənistan tərəfindən də qarşılıqlı siyasi iradə və məsuliyyəti gözləyir. Biz bu çərçivədə, normallaşma prosesinin yekunlaşdırılması naminə xoş niyyətin və bütün öhdəliklərin zamanında icrasının həlledici əhəmiyyətini vurğulayırıq".
Nazir diqqətə çatdırıb ki, Ermənistan Konstitusiyasında hələ də qalmaqda davam edən ərazi iddialarının çıxarılması, paraflanmış ikitərəfli sazişinin imzalanmasına və onun sonrakı ratifikasiyasına və birdəfəlik sülhün təmin olunmasına imkan yaradacaq: "Bununla yanaşı, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun zamanında həyata keçirilməsi böyük əhəmiyyət kəsb edir. Bu multimodal bağlantılar marşrutu dəmir yolu, avtomobil yolu və digər kommunikasiyaları əhatə etməli və Ermənistan üçün qarşılıqlı bağlantı faydaları ilə birlikdə Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin etməlidir. Dəfələrlə bəyan edildiyi kimi, kommunikasiyaların açılmasının əhəmiyyəti təkcə Ermənistan və Azərbaycan arasında sülhün dayanıqlı olmasına təsir göstərmir, daha geniş miqyasda böyük faydalar gətirir".
Ceyhun Bayramov əlavə edib ki, Qoşulmama Hərəkatı, COP-29, Türk Dövlətləri Təşkilatı, AQEM və digər platformalarda fəal və nəticəyönümlü sədrlikləri ilə əməli təsdiqini tapdığı kimi, Azərbaycan həqiqi körpü yaradan və konsensusa əsaslanan yanaşmaların sadiq təbliğatçısı olaraq effektiv çoxtərəfliliyin etibarlı tərəfdarıdır: "Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə bu yaxınlarda tam hüquqlu üzvlüyümüz çoxtərəfliliyə töhfə vermək imkanlarımızı daha da gücləndirəcək.
Azərbaycan özünün prinsipial və praqmatik xarici siyasətinə əsaslanaraq ATƏT çərçivəsində də konstruktiv əməkdaşlığa sadiqdir.
Bütün çatışmazlıqlara baxmayaraq, biz hərtərəfli təhlükəsizlik konsepsiyası və əhatəli üzvlük xüsusiyyətlərinə görə ATƏT-in roluna inanmaqda davam edirik. Bununla belə, aktual qalmaq üçün təşkilat adaptasiya etməyi bacarmalı və nəzərə çarpacaq nəticələr əldə etməlidir.
Yalnız birgə həll yolları nəticə verə bilər. Konsensus prinsipi həmişə bizim kollektiv səylərimizin əsas xüsusiyyəti və qərarların qəbulu prosesinin təməli olaraq qalmalıdır.
Bu anlayışla ATƏT-in funksionallığı və səmərəliliyi ilə bağlı çağırışların aradan qaldırılması naminə bütün ATƏT üzv dövlətləri ilə konstruktiv əməkdaşlığa hazırıq".
4-12-2025, 17:22
DTX Əli Kərimliyə göndərilən sovqatı qəbul etdi


DTX Əli Kərimliyə göndərilən sovqatı qəbul etdi

Hazırda DTX-da saxlanılan AXCP sədri Əli Kərimli üçün nəzərdə tutulmuş sovqat qəbul edilib.
Bu barədə AXCP-nin məlumatında bildirilib.
Vəkili Aqil Layicin sözlərinə görə, Əli Kərimliyə kimlərin sovqat aparacağı əvvəlcədən DTX-ya bildirilib.
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan AXCP sədri Əli Kərimli barəsində Səbail rayon Məhkəməsi 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçib.
Əli Kərimliyə Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.
4-12-2025, 17:18
ATƏT-in sədrindən Bakı və İrəvana mesaj


ATƏT-in sədrindən Bakı və İrəvana mesaj

Azərbaycan və Ermənistan arasında münaqişənin başa çatması bütün ATƏT regionunda nikbinlik yaradan çox uğurlu nümunədir.
Bu fikirləri Finlandiyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonen jurnalistlər üçün açıqlamasında səsləndirib.
O bildirib ki, Azərbaycanla Ermənistan arasında razılaşmaların əldə edilməsi irəliyə atılmış addımdır və bu məsələ ATƏT-in builki fəaliyyətində əsas uğurlardan biri olub:
“Mən hər iki ölkəyə səfər edərək, sülh prosesilə yaxından tanış olmaq şansı əldə etmişəm. Hər iki ölkə ilə daim məhsuldar əlaqələrimiz mövcuddur. ATƏT bundan sonra da tərəflər arasında hazırda müzakirə edilən msəsələrlə bağlı istənilən dəstəyi verməyə hazırdır”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!