TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
4-12-2025, 13:20
Proses başlayıb, II Qaregin getməlidir! - Paşinyan


Proses başlayıb, II Qaregin getməlidir! - Paşinyan

“Mən inanıram ki, kilsə əleyhinə düşüncə tərzi ilə hərəkət edən Ktriç Nersisyan (Bütün Ermənilərin Katolikosu II Qaregin – red.) və onun ətrafındakı kiçik bir dairədir”.
Bunu baş nazir Nikol Paşinyan 4 dekabrda jurnalistlərlə söhbətində bildirib.
"Ermənistan Apostol Kilsəsinə Ktriç Nersisyanın və digərlərinin Ana Taxtda olmasından daha çox zərər verən heç nə yoxdur.
Proses başlayıb və o, getməlidir. Onun istefa verib-verməyəcəyi ilə bağlı seçim yoxdur. O, getməlidir!", - deyə Paşinyan əlavə edib.
4-12-2025, 12:51
Ermənistanda hərbi xidmət müddəti niyə azaldılır? - Nazir cavab verdi


Ermənistanda hərbi xidmət müddəti niyə azaldılır? - Nazir cavab verdi

Ermənistanın müdafiə naziri Suren Papikyan hərbi xidmət müddətinin azaldılmasından danışıb.
Parlamentdə çıxış edən Papikyan deyib burada bir məqsəd var: Ermənistan ordusunu daha peşəkar etmək.
Onun sözlərinə görə, bu qərar orduya qəbulun səmərəliliyinin artırılmasına əsaslanır.
Nazir konkret rəqəmlər verməkdən imtina edib və qeyd edib ki, onları əvvəllər də səsləndirib.
"Lakin hesablamalarla bağlı hər hansı bir şübhə yaranarsa, bu məsələyə yenidən ətraflı baxmağa hazıram", - deyə Papikyan əlavə edib.
Xatırladaq ki, Ermənistanda sıravi əsgərlər üçün məcburi hərbi xidmət müddəti 24 aydan 18 aya endiriləcək. Bu qərar 2026-cı il yanvarın 1-dən sonra məcburi xidmətə çağırılan vətəndaşlara şamil ediləcək.
Orduya qış çağırışı prosesi 2026-cı il yanvarın 7-də başlayacaq.
4-12-2025, 12:48
QHT-lərdə də Mehdiyevin sifarişlərini həyata keçirənlər olub - AÇIQLAMA


QHT-lərdə də Mehdiyevin sifarişlərini həyata keçirənlər olub - AÇIQLAMA

Azərbaycan Xalq Cəbhəsi Partiyasının ( AXCP) sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barələrində aparılan araşdırma çərçivəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) dindiriliblər.
Onlar barəsində Səbail Rayon Məhkəməsində 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçib.
AXCP sədrinin dövlətə xəyanətdə ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə əlbir olduğu bildirilir.
Lakin bundan sonra da "Ramiz Mehdiyev işi" ilə əlaqəli olan başqa özünü müxalifət adlandıranların da olduğu və daha başqalarının da saxlanılacağını iddia edənlər var.
Azad Vətən Partiyasının sədri Akif Nağı bildirib ki, Ramiz Mehdiyevin yaratdığı şəbəkədə müxalifət rəhbərləri və ya başqa istiqamətdə olanlar da, yəqin ki var və onlar da istintaqa cəlb olunacaqlar:
“Ramiz Mehdiyev Azərbaycan dövlətinin içərisində olub. O, proseslərə rəhbərlik edib və müxtəlif işlərə maeçilik törədib. Bir sözlə öz şəbəkəsini qurub. Onun sifarişlərini həyata keçirən bu şəbəkənin içərində icra başçılaırı, məmurlar, nazirlik əməkdaşları, deputatlar olublar. Heç şübhəsiz onun müxalifətdə də,QHT-lərdə də sifarişlərini həyata keçirənlər olub. Bir sözlə o, həddindən artıq genişşaxəli bir şəbəkə yaratmışdı".
A.Nağı söyləyib ki, istintaq prosesinə hörmətlə yanaşmaq lazımdır:
"Böyük ehtimalla müxalifətin içərisində də-patiya rəhbərləri olsun, başqa istiqamətdə fəaliyyət göstərənlər mövcuddur. Onlar da istintaqın gedişində məsuliyyətə cəlb olunacaqlar. Azərbaycan hüquq-mühafizə orqanları istintaq aparır. Və istintaq prosesində aparılan işlərə hörmətlə yanaşmaq lazımdır. Biz bu mərhələdə hüquq-mhafizə xidmətlərinə inanmayılıyıq. Başqa sözlər, şaiyələr məncə düzgün deyil".
3-12-2025, 22:02
Qazaxıstan nefti Bakı–Tbilisi–Ceyhan kəmərinə yönəldir


Qazaxıstan nefti Bakı–Tbilisi–Ceyhan kəmərinə yönəldir

Qazaxıstan bu ay Bakı–Tbilisi–Ceyhan (BTC) neft kəməri ilə ixracın həcmini artıracaq.
Bu barədə Reuters-ə məlumat verən mənbələr bildirib ki, əsas ixrac marşrutu olan Xəzər Boru Konsorsiumunun (KBK) fəaliyyətində yaranan məhdudiyyətlər səbəbindən Astana nəqli daha çox BTC-yə yönəltməyə qərar verib.
KBK-nın Qara dəniz terminalındakı yanalma qurğularından biri ötən günlərdə pilotsuz aparatın zərbəsi nəticəsində zədələndiyi üçün konsorsium müvəqqəti dayandırılmışdı. Hazırda terminal üç yanalma qurğusundan yalnız biri ilə işləyir və gücü məhduddur. Təmir işlərinin gözləniləndən tez başa çatdırılması mümkündür, lakin terminalın tam bərpası yaxın vaxtlarda gözlənilmir.
Bu fonunda Qazaxıstan dekabrda Aktau limanından BTC-yə göndərilən neftin həcmini 30% artıraraq gündə 188 min tona çatdırmağı planlaşdırır. Ay ərzində BTC ilə 170 min ton Tengizchevroil (TŞO) nefti və 18 min ton Kaşaqan nefti nəql olunacaq.
Qazax nefti əsasən Tengiz və Kaşaqan yataqlarından çıxarılır, Aktau limanından tankerlərlə Bakıya gətirilir və buradan BTC vasitəsilə Ceyhan limanına çatdırılır.
Mənbələr həmçinin Qazaxıstanın Novorossiysk və Ust-Luqa limanları vasitəsilə tranziti artırma ehtimalını da istisna etmir. Həmçinin Almaniyaya “Drujba” boru kəməri ilə əlavə nəql imkanları nəzərdən keçirilir. Lakin Rusiyanın “Transneft” sistemi hazırda yüksək yüklənmə ilə işlədiyi, həmçinin Rusiya neftayırma zavodlarının PUA hücumlarından sonra emalı azaltması səbəbindən dekabr ayında nəzərəçarpacaq artım ehtimalı zəifdir.
Mənbələrdən birinin sözlərinə görə, dekabr üçün Ust-Luqa limanı vasitəsilə 140 min ton əlavə neft partiyası da razılaşdırılıb.
3-12-2025, 18:22
Murad Quliyev barəsində başlanılmış cinayət işi üzrə istintaq başa çatdı


Murad Quliyev barəsində başlanılmış cinayət işi üzrə istintaq başa çatdı

Murad Quliyev barəsində başlanılmış cinayət işi üzrə istintaq başa çatıb.
Bununla bağlı Baş Prokurorluğun rəsmi müraciəti İctimai Televiziyada yayımlanıb.
Məlumata görə, o, noyabrın 24-də Baş Prokurorluğa çağırılsa da, gəlməyib və barəsində qiyabi icraat başlanılıb. Binəqədi Rayon Məhkəməsinin 27 noyabr tarixli qərarı ilə barəsində qiyabi icraat açılıb və vəkil ilə təmin olunub.
Onun barəsində istintaq bu gün tamamlanıb. Murad Quliyevə və müdafiəçilərinə dekabrın 10-dan etibarən cinayət işi ilə tanış olmaq üçün vaxt məhdudiyyəti qoyulmadan Baş Prokurorluğun İstintaq İdarəsində şərait yaradılacağı bildirilib.
Ona xəbərdarlıq edilib ki, istintaqa gəlməzsə, cinayət işi qiyabi icraatda məhkəməyə göndərilə və barəsində qiyabi hökm çıxarıla bilər.
Qeyd edək ki, Quliyev Murad Qüdrət oğlu barəsində Cinayət Məcəlləsinin 281.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib. O, istintaqdan qaçaraq Azərbaycan hüdudlarından kənarda gizləndiyi üçün barəsində ittiham elan edilməsi ilə bağlı axtarış elan olunub. Binəqədi Rayon Məhkəməsinin bu il 15 fevral tarixli qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.
Sentyabrın 12-də ittihamın məzmununa əlavələr və dəyişikliklər edilərək Murad Quliyev barəsində Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib.
Qeyd olunub ki, o, 23 sentyabr 2019-cu ildə “Facebook” platformasında “Murad Quliyev” adlı səhifəsində və 24 dekabr 2023-cü ildə “Youtube” platforasında “RaffNaff” adlı kanalda qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı zor tətbiqi çıxmağı təşviq edən açıq çağırışlar yayıb.
3-12-2025, 18:16
Kreml Avropa liderlərini Moskvaya dəvət etdi


Kreml Avropa liderlərini Moskvaya dəvət etdi

Rusiya Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqları yalnız ABŞ-la apardığını açıqlayıb.
Vladimir Putinin xarici siyasət üzrə köməkçisi Yuri Uşakov bildirib ki, Moskvanın mövqeyi artıq formalaşıb və Vaşinqtonla aparılan müzakirələrdə Rusiyanın təklifləri nəzərə alınacağına dair siqnallar alınıb.
Uşakovun sözlərinə görə, danışıqların gedişinə Rusiya ordusunun cəbhədə əldə etdiyi irəliləyişlər “müsbət təsir göstərib”. O iddia edib ki, Ukrayna İstanbul formatını davam etdirməkdən imtina edib, Avropa ölkələri isə “bütün təmaslardan qaçır”.
“Kreml NATO məsələsini də ABŞ nümayəndə heyəti ilə müzakirə edib”, – Rusiya rəsmisi bildirib. Onun sözlərinə görə, Ukraynanın NATO üzvlüyü mövzusu görüşdə qaldırılıb.
Uşakov əlavə edib ki, Rusiya Avropadan gələcək hər hansı təklifə açıqdır:
“Əgər hansısa Avropa lideri dialoq aparmaq istəyirsə, buyursun, Moskvaya gəlsin”.
3-12-2025, 18:00
"Söyüş blogerləri"nin ekstradisiyası niyə baş tutmur? - Səbəblər AÇIQLANDI


"Söyüş blogerləri"nin ekstradisiyası niyə baş tutmur? - Səbəblər AÇIQLANDI

Xaricdəki "söyüş blogerləri" adlandırılan İlqar Hacıyev, Məhəmməd Mirzəli, Qurban Məmmədov, Elşad Məmmədov, Qabil Məmmədov, Tural Sadıqlı və digərləri barədə Azərbaycan Baş Prokurorluğu tərəfindən istintaq işləri başladılıb və onlardan bəziləri barədə qiyabi məhkəmə hökmü verilib.
Buna baxmayaraq, həmin şəxslərin hələ də ölkəyə ekstradisiyasının baş tutmaması ciddi müzakirələrə səbəb olur.
Bu proseslə bağlı hansı addımların atıldığı və məsələnin qarşısını alan nüansların nələr olduğu maraq doğrurur.
Hüquqşünas, Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əlimməmməd Nuriyev bildirib ki, Azərbaycan tərəfi üzərinə düşən hər bir hüquqi addımları atıb:
“İstintaq tamamlanıb, sübutlar toplanılıb və məhkəmənin hökmü çıxarılıb. Bir çoxları barədə beynəlxalq axtarış elan edilib. Ekstradisiya üçün lazım olan hüquqi baza tam formadadır. Bundan sonra top müraciət edilən tərəfdədir. Problem ondadır ki, bəzi ölkələr şəxslərin əməllərinə hüquqi deyil, siyasi yanaşır. Təhqir, şantaj, reketlik, nüfuzdan salma, ailə üzvlərinin alçaldılması kimi hərəkətlər Avropanın özündə, yəni həmin blogerlərin yaşadığı ölkələrdə cinayəttərkibli əməllərdir. Amma həmin dövlətlər bu adamları “ifadə azadlığı” altında qoruyur. Yəni hüquq işləmir, siyasi maraqlar işə düşür.
Azərbaycan ekstradisiya müraciətlərini diplomatik kanallarla göndərir. Sadəcə, bu cür müraciətlər ictimaiyyətə açıqlanmır. Bu da beynəlxalq praktikada tətbiq olunan alətlərdən biridir. Bu müraciətlər açıqlandığı təqdirdə həmin şəxslər o ölkələri tərk etməyə, yenidən gizlənmək və digər müxtəlif yollarla yayınmağa çalışarlar. Ona görə bu müraciətlər diplomatik kanallar, prokurorluq vasitəsi ilə müvafiq qaydada təqdim olunur. Bizim tərəf beynəlxalq sənədlərə və milli qanunvericiliyə uyğun olaraq bütün hüquqi öhdəlikləri yerinə yetirib. Qarşı tərəf buna siyasi motivlə yanaşır. Məhz siyasi səbəbdən proses saxlanılır. Burada bir sıra hallarda irəliləyişləri görmürük”.
Ə.Nuriyev blogerlərlə bağlı, Avropa ölkələrinin yanaşmasının ikiüzlülük olduğunu vurğulayıb:
“Barəsində ekstredisiya ilə bağlı müraciət edilən şəxslər ya həmin ölkələrdə oturum, ya da sığınacaq alıblar. Bunlar da prosesə mane olan tərəflərdir. Sığınacaq statusu verilən kimi ekstradisya məsələsi faktiki olaraq bağlanılır. Avropa sistemində “siyasi təqib” ehtimalı kifayətdir ki, həmin şəxslərin qaytarılması prosesi dayandırılsın. Bu mexanizm on illərdir ki, manipulyasiyaya açıqdır və indi çoxlarının maraqlarına xidmət edir. Əslində isə həmin şəxslərin demək olar ki, heç biri siyasi fəal deyil. Onların fəaliyyəti sırf kriminal xarakterlidir. Həmin blogerlərin çıxışlarının da yalnız kriminal, böhtan, şantaj xarakterli məlumatlar və bütün dəyərlərdən imtina var. Qanunların bütövlükdə geniş formada pozulması prosesi baş verir. Onların fəaliyyətinin yeganə məqsədi ayrı-ayrı siyasi-ictimai xadimləri, vəzifəli şəxsləri nüfuzdan salmaqdır, bunların arxasında bir çox hallarda əlbəttə ki, maliyyə tələbləri də olur. Eyni zamanda onların yaşadığı ölkələrdə siyasi sifarişlər olur ki, onu icra edirlər. Heç bir demokratik ölkə ailə üzvlərinə qarşı alçaldıcı ifadələri, sistemli təhqiri, şantajı, reketliyi, hədə-qorxunu rəsmi olaraq siyasi fəaliyyət saymır. Azərbaycana gələndə bu adamlar ya “siyasi məhbus” və ya “rejim tənqidçisi” imicində qorunur. Bu açıq-aşkar ikiüzlülük, ikili standartdır”.
Ə.Nuriyev barəsində məhkəmə hökmü olan blogerləri daxildən də müdafiə edənlərin olduğunu qeyd edib:
“Bəli, fakt ondan ibarətdir ki, müəyyən dövrlərdə Ramiz Mehdiyev və bəzi siyasi dairələr bu şəxslərin xaricə çıxmasına, “siyasi fəal” obrazı qazanmasına kömək edib. O zamanın siyasi oyunlarının nəticəsiydi ki, bu gün qarşımızda belə bir sistemli destruktiv qüvvə çıxır. Bir çox hallarda onlar ciddi sürətdə fəaliyyətlərini koordiasiya edirlər. Ölkə daxilindən onların fəaliyyəti koordinasiya edilir, onlara yalan informasiyalar ötürülür. Dezinformasiya bu şəxslərin əlindəki əsas alətlərdən biridir. Amma qeyd etməliyəm ki, həmin şəxslərin geri qayıtmaması xarici ölkələrin siyasi, iqtisadi, maliyyə maraqlarıdır. Onlar bu adamları Azərbaycana qarşı təzyiq rıçağı kimi saxlayırlar. Və hazırki şəraitdə onları qoruyurlar. Ola bilsin ki, yenə də bir çox dövlət qurumarında, siyasi qüvvələrdə bəzi şəxslər bu adamların ekstredisyasının qarşısını almaq üçün müxtəlif təsirlər göstərirlər.
Amma bu gün prosesin qarşısını alan daha çox xarici siyasi mərkəzlərdir. Onların sosial şəbəkələrdə yaratdığı aqressiya, yalan kampaniyaları, reputasiya hücumları bəzi ölkələrin siyasi dairələri üçün çox əlverişlidir. Heç bir xərc çəkmədən Azərbaycana qarşı informasiya müharibəsi aparmaq imkanı əldə edirlər. Dezinformasiyanın böyük bir şəbəkəsi yaradılıb. Bu təsir ucuz başa gəlir. Video “like” etmək, təhqir etmək yetər ki, regional proseslərdə Azərbaycana təzyiq üçün hazır materiallar olsun. Onlar bu alətlərdən zaman-zaman istifadə ediblər.
Azərbaycan doğru yol seçib, hüquqi prosesi tam başa çatdırıb. İndi əsas iş diplomatik xəttdədir. Daha müxtəlif diplomatik kanallarla qarşı tərəfə açıq sübutlar, dəlilər paketi təqdim edilir. Qarşı tərəfin “siyasi motiv” bəhanələri hüquqi arqumentlərlə tamamilə dağıdılmalıdır. Bu istiqamətdə addımlar atılsa da, qarşı tərəf buna bir çox hallarda məhəl qoymur. Bu şəxslərin kriminal xarakterli fəaliyyətləri beynəlxalq tərəfdaşlara daha sərt formada izah edilməlidir. Bu istiqamətdə Baş Prokurorluq, hüquq-mühafizə orqanları - Daxili İşlər Nazirliyi, Dövlət Təhülkəsizlik Xidməti izahat işi aparır. Bir çox hallarda bəzi nəticələr də var. Tərəflər nə qədər siyasi oyun oynasa da, hüquq öz sözünü deməlidir. Çünki bütün məsələlər sonda hüquq müstəvisində həll olunur. Amma bir məsələni də realist şəkildə qeyd etmək lazımdır ki, prosesin taleyi qarşı tərəfin siyasi iradəsindən də asılıdır. Bu adamları alət kimi saxlamaqdan imtina etməzlərsə, ekstradisiya çətin olacaq. Azərbaycan lazımi addımları atır və atmağa davam edəcək. Çünki bu məsələ artıq konkret şəxslərin deyil, dövlətin nüfuz məsələsidir”.
3-12-2025, 17:47
İlham Əliyev Fərman imzaladı


İlham Əliyev Fərman imzaladı

“Dövlət xidmətləri haqqında” Qanunun tələblərinin pozulmasına görə inzibati məsuliyyəti müəyyən edən qanun layihəsi hazırlanacaq.
Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, Nazirlər Kabinetinə “Dövlət Xidmətlərinin Elektron Reyestri” informasiya sisteminə daxil ediləcək məlumatların siyahısını, onun əsasnaməsini və dövlət xidmətinin reqlamentinin nümunəvi formasını hazırlamaq tapşırılıb.
3-12-2025, 17:40
Putin Trampın elçisi ilə kürəkənini 3 saat gözlədib


Putin Trampın elçisi ilə kürəkənini 3 saat gözlədib

Rusiya Prezidenti Vladimir Putin xarici qonaqları qəbul etmək də daxil olmaqla, əsas tədbirlərə gecikmək vərdişini dəyişməyib.
CNN müxbiri Alaina Treen öz mənbələrinə istinadən bildirib ki, Ukrayna ilə bağlı “sülh planı”nı müzakirə etmək üçün bir gün əvvəl Moskvaya səfər edən ABŞ-ın xüsusi nümayəndəsi Stiven Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner Kremldə gözlədiliblər.
“Politico”nun məlumatına görə, Putinin Uitkoff və Kuşnerlə görüşü təxminən üç saat gecikib. Sonrakı beş saatlıq danışıqlar sülh prosesinin irəliləməsində təsirsiz olub.
“Kreml üçün əsas məsələ olan ərazi məsələsində "heç bir kompromis tapılmayıb",- Putinin köməkçisi Yuri Uşakov bildirib.
3-12-2025, 17:28
Dövlət Xidmətlərinin Elektron Reyestri yaradılacaq


Dövlət Xidmətlərinin Elektron Reyestri yaradılacaq

Azərbaycanda Dövlət Xidmətlərinin Elektron Reyestri (DXER) yaradılacaq.
Bununla bağlı Prezident İlham Əliyev “Dövlət xidmətləri haqqında” Qanunu imzalayıb.
Sənəddə bildirilib ki, dövlət xidmətlərinin təminatçıları tərəfindən yeni xidmət müəyyən edən normativ hüquqi akt qüvvəyə mindiyi tarixdən 30 iş günündən gec olmayaraq dövlət xidmətinin reqlamenti DXER-ə daxil edilməsi üçün təqdim edilməlidir.
Xidmətlər barədə məlumatlar elektron kabinet üzərindən təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təsdiq edilərək göndəriləcək.
Qanunda həmçinin qeyd olunub ki, DXER operatoru tərəfindən 7 iş günü müddətində xidmət təminatçısı tərəfindən göndərilmiş məlumatların tamlığı və düzgünlüyü yoxlanılacaq və bu barədə xidmət təminatçısına elektron formada bildiriş göndəriləcək.
Aşkar edilmiş çatışmazlıqlar xidmət təminatçısı tərəfindən aradan qaldırılaraq 7 iş günü müddətində yenidən DXER-in operatoruna göndərilməlidir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!