TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
5-12-2025, 17:27
Bakıda kafedə partlayış - 3 nəfər YARALANDI


Bakıda kafedə partlayış - 3 nəfər YARALANDI

Bakıda kafedə partlayış olub.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, S.Məmmədova küçəsində obyektdə partlayış baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 40kv.m. olan kafe kimi fəaliyyət göstərən obyektdə, ilkin ehtimala görə, qaz borusunda ani alışma nəticəsində partlayışın baş verdiyi müəyyən olunub.
Hadisə nəticəsində kafeyə ziyan dəyib, kafenin 3 nəfər işçisi xəsarət alıb.
FHN əməkdaşları tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Faktla əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

***

17:20

Paytaxtın Binəqədi rayonunda obyektlərdən birində partlayış baş verib.
Bu barədə Baku.ws məlumat yayıb.
Qeyd edilib ki, hadisə rayonun 6-cı mikrorayon ərazisində yaşanıb. Partlayış güclü yanğınla müşayiət olunmayıb.
Hadisə şahidlərinin bildirdiklərinə görə, partlayış zamanı xəsarət alanlar var.
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, əraziyə qurumun müvafiq əməkdaşları cəlb edilib.
5-12-2025, 17:23
Türkiyə Ermənistanla sərhədi 6 aya açacaq? - Ankaradan REAKSİYA


Türkiyə Ermənistanla sərhədi 6 aya açacaq? - Ankaradan REAKSİYA

"Bloomberg" agentliyi Türkiyənin Ermənistanla quru sərhədini yaxın altı ay ərzində açmağı nəzərdən keçirdiyini yazıb. Agentlik məlumatı yayarkən adı açıqlanmayan mənbələrə istinad edib.
Qeyd olunur ki, bu addım Avropada "soyuq müharibə" dövründən qalan son bağlı sərhəd xəttinin aradan qaldırılması demək olacaq və bu, Cənubi Qafqazda ticarət və kommunikasiya xəritəsini dəyişə bilər.
Türkiyə Böyük Millət Məclisinin(TBMM) Türkiyə-Azərbaycan Dostluq Qrupunun sədri Şamil Ayrım bildirib ki, Ermənistanla 6 ay ərzində sərhədlərin açılacağı ilə bağlı yayılan xəbərlər dezinformasiyadır:
“Azərbaycanla Ermənistan arasında müharibə bitib. Azərbaycan torpaqlarını işğaldan azad edib. Amma Azərbaycanın müharibədən sonra Ermənistan qarşısında qoyduğu iki mühüm şərt vardı: Minsk qrupunun ləğvi və Ermənistan konstitusiyasına dəyişiklik etmək. Ermənistan konstitusiyasında Qarabağın Ermənistana aid olması ilə bağlı torpaq iddiası var ki, bunu Azərbaycanın qəbul etməsi mümkün deyil. Hazırda bu istiqamətdə müəyyən işlər gedir.
Cənab İlham Əliyevlə cənab Nikol Paşinyan arasında gedən dialoqlar yaxşı səviyyədədir. Onu gözləmək lazımdır. Türkiyə Azərbaycana rəğmən "mən Ermənistanla sərhədləri açıram" deməz. Bu istiqamətdə yayılan xəbərləri yalan və dezinformasiya olaraq qəbul etmək lazımdır. Prezident və xarici işlər nazirinin açıqlaması yoxdursa, deməli, bu yöndəki xəbərlərin hamısı yalandır”.
5-12-2025, 17:18
İlqar Hacıyevin istintaqı başa çatdı


İlqar Hacıyevin istintaqı başa çatdı

İlqar Hacıyev barəsində başlanılmış cinayət işi üzrə istintaq başa çatıb.
Bununla bağlı Baş Prokurorluğun rəsmi müraciəti İctimai Televiziyada yayımlanıb.
Məlumata görə, o, noyabrın 24-də Baş Prokurorluğa çağırılsa da, gəlməyib və barəsində qiyabi icraat başlanılıb. Binəqədi Rayon Məhkəməsinin 27 noyabr tarixli qərarı ilə barəsində qiyabi icraat açılıb və vəkil ilə təmin olunub.
Onun barəsində istintaq bu gün tamamlanıb. İlqar Hacıyev və müdafiəçilərinə dekabrın 12-dən etibarən cinayət işi ilə tanış olmaq üçün vaxt məhdudiyyəti qoyulmadan Baş Prokurorluğun İstintaq İdarəsində şərait yaradılacağı bildirilib.
İlqar Hacıyevə xəbərdarlıq edilib ki, əgər o istintaqa gəlməsə, cinayət işi qiyabi icraatda məhkəməyə göndərilə və barəsində qiyabi hökm çıxarıla bilər.
Qeyd edək ki, İlqar Hacıyev barəsində 2017-ci ilədək qüvvədə olan AR Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib. O, istintaqdan qaçaraq Azərbaycan hüdudlarından kənarda gizləndiyi üçün barəsində ittiham elan edilməsi ilə bağlı axtarış elan olunub. Nərimanov Rayon Məhkəməsinin 13 yanvar 2021-ci il tarixli qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.
Noyabrın 14-də ittihamın məzmununa əlavələr və dəyişikliklər edilərək İlqar Hacıyev barəsində Cinayət Məcəlləsinin 1 dekabr 2017-ci ilədək qüvvədə olan 178.3.2 və 193-1.3.2 maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib.
Qeyd olunub ki, o, 2016-cı ildən 2017-ci ilədək "SDI Group" MMC-nin rəhbəri olarkən öz qulluq mövqeyindən istifadə etməklə 10 milyon dollar, yəni 16 milyon 270 min manat pulu Rusiya Federasiyasının Moskva şəhərində və Bakı şəhərinin Xəzər rayonu ərazisində yerləşən Heydər Əliyev Beynəlxalq Aeroportunun qarşısında alıb, zərərçəkmiş şəxsin külli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirib və leqallaşdırıb.
5-12-2025, 17:16
Təbiətə 36 min manatdan çox ziyan dəyib


Təbiətə 36 min manatdan çox ziyan dəyib

Son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri, Abşeron, Yevlax və Ağstafa rayonlarının inzibati ərazilərində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.
Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.
Belə ki, araşdırma zamanı Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi İ.Əhlimanov küçəsində, Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi H.Ağamalıyev küçəsində, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 34 ünvanında, Yevlax rayonu Yeni Çobankərə kəndi və Ağstafa rayonu Poylu qəsəbəsi ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 36 min 380 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.
5-12-2025, 17:11
Adnan Əhmədzadə Vahid Ələkbərovla əlbir imiş


Adnan Əhmədzadə Vahid Ələkbərovla əlbir imiş

Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb.
Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub.
Nəşr yazıb ki, bu ilin sentyabr ayında Adnan Əhmədzadə Bodrumda Vahid Ələkbərovun “Genesis” yaxtasında “Lukoil” şirkətinin təsisçisinin ad günü mərasimində iştirak edib.
108 milyonluq yaxta niyə Adnan Əhmədzadənin adına qeydiyyatdan keçirilib?
Bundan əlavə, Əhmədzadə Ələkbərovla koordinasiyalı şəkildə 108 milyon dollarlıq "Galactica Super Nova" superyaxtasını öz adına qeydiyyatdan keçirməkdə şübhəli bilinir.
Nəşrin yazdığına görə sözügedən yaxta müsadirə olunmasının qarşısını almaq üçün Aralıq dənizindəki limanlardan birində gizlədilib:
“Lukoil şirkətinin həmtəsisçisi, milyarder Vahid Ələkbərov, çox güman ki, 70 metrlik superyaxtası olan “Galactica Super Nova”nı satıb və “Genesis” adlı yeni 80 metrlik yaxta alıb. “Galactica Super Nova” yaxtasının mülkiyyəti ötən il dəyişib. Bu ilin yayına qədər gəmi Ələkbərova məxsus olduğu bildirilən Malta şirkəti Nova 70 LTD-nin adına qeydiyyatda olub.
Lakin Dəniz Portalının məlumatına görə, 11 iyulda yaxta Marşal Adalarında qeydiyyatdan keçmiş dəniz şirkəti olan “Six Star Shipping LTD”yə verilib. İki ay sonra yaxtanın adı dəyişdirilib. Daha sonra azərbaycanlı iş adamı Adnan Əhmədzadənin adına qeydiyyatdan keçirilib”, - deyə “VÇK-OQPU”nun araşdırmasında qeyd olunub.
Britaniya vətəndaşlığının arxasındakı gizli əməkdaşlıq
Nəşr Adnan Əhmədzadənin Vahid Ələkbərovun aktivlərini sanksiyalardan gizlətmək üçün Böyük Britaniya vətəndaşlığı aldığını yazıb:
“Böyük Britaniya tərəfindən sanksiya tətbiq edilən aktiv - 100 milyon dollarlıq superyaxta - Britaniya vətəndaşının (Adnan Əhmədzadə) adına qeydiyyata alınıb və sonradan Aralıq dənizində beynəlxalq izləmə sistemlərindən (GPS deaktivasiyası vasitəsilə) yoxa çıxıb”.
Bundan əlavə, Adnan Əhmədzadənin uzun illər Rusiya neftini saxta sertifikatlarla dünya bazarına çıxardığı ilə bağlı məqamlar da üzə çıxıb.
Sözügedən səbəblərə görə, Adnan Əhmədzadə Britaniya vətəndaşlığından Ələkbərovun aktivlərini qanuni şəkildə gizlətməkdə və Lukoil, Tatneft, Sibur, Surqutneftegaz və digər Rusiya neft şirkətləri üçün neft ticarətini asanlaşdırmaq məqsədilə istifadə etməkdə ittiham olunur”
Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Adnan Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur. Sentyabrın 20-də Səbail rayon məhkəməsinin qərarı ilə Adnan Əhmədzadə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Əhmədzadənin həbsi ölkə qanunlarını kobud şəkildə pozaraq “Azeri Light” markalı nefti digər xam neft məhsulları ilə qarışdırmaqda ittiham olunması ilə əlaqələndirilir. Bu əməl Azərbaycanın neft sənayesinin etibarlılığına və bazar şəffaflığına ciddi zərbə kimi qiymətləndirilir.
5-12-2025, 17:10
Yollarda görünüş məsafəsi məhdudlaşacaq


Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sabah hava şəraiti ilə əlaqədar avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, dekabrın 6-da bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava müşahidə olunacaq. Bu hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
5-12-2025, 16:52
Saxta iş təklifləri ilə bağlı XƏBƏRDARLIQ


Saxta iş təklifləri ilə bağlı XƏBƏRDARLIQ

Son günlər sosial şəbəkələrdə və ani mesajlaşma platformalarında, xüsusilə teleqram vasitəsilə “Temu 1106” adlı kanal tərəfindən vətəndaşlara saxta iş təkliflərinin göndərilməsi halları müşahidə olunur.
Elektron Təhlükəsizlik Xidmətindən (ETX) verilən məlumata görə, “Temu iş təklifi” adı altında təqdim edilən bu məlumatlar dələduzluq xarakteri daşıyır.
Dələduzlar vətəndaşlara “ev şəraitində onlayn qazanc”, “asan iş”, “sifarişlərin yerinə yetirilməsi ilə yüksək gəlir” kimi saxta və cəlbedici təkliflər göndərir, daha sonra onları müxtəlif keçidlərə yönləndirərək fərdi məlumatlar vasitəsilə vəsaitlərini ələ keçirirlər.
ETX vətəndaşlara bu kimi paylaşımlara etibar etməməyi, şübhəli mənbələrdən daxil olan mesajlardakı keçidlərə daxil olmamağı, eləcə də bank və digər şəxsi məlumatları heç bir halda təqdim etməməyi tövsiyə edir.
5-12-2025, 16:47
Azərbaycanda yeni konsepsiya hazırlandı


Azərbaycanda yeni konsepsiya hazırlandı

Prezident İlham Əliyev "Etibarlı Tərəfdaş Konsepsiyası"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
Konsepsiyanın məqsədi sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin səmərəliliyinin və şəffaflığının artırılması, eləcə də iqtisadiyyatın dayanıqlı inkişafının təmin edilməsidir.

Konsepsiyanın hədəf göstəriciləri

- Konsepsiyanın icrası nəticəsində aşağıdakı hədəflərə nail olunması nəzərdə tutulur:

- "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququnun səlahiyyətli iqtisadi operator statusu ilə əhatələnməsi və səlahiyyətli iqtisadi operatorların dairəsinin genişləndirilməsi;

- gömrük anbarının və gömrük təmsilçiliyinin qlobal çağırışlara uyğunlaşdırılması;

- biznes subyektlərinin inkişafı üçün münbit şərait və etibarlı ticarət mühiti yaradılması;

- gömrük orqanları tərəfindən biznes subyektlərinə təqdim edilən sadələşdirmə mexanizmlərinin artırılması;

- müvafiq dövlət orqanlarının (qurumlarının) etibarlı tərəfdaş sisteminin qurulmasına aktiv cəlb edilməsi;

- "dövlət – sahibkar – istehlakçı" zəncirinin işləmə mexanizminin əlverişli və sadələşdirilmiş səviyyəyə çatdırılması;

- gömrük–biznes əməkdaşlığında beynəlxalq standartların tətbiqi ilə yeni tənzimləmə mexanizmlərinin formalaşdırılması;

- biznes dürüstlüyü prinsipinin təşviqi və biznes subyektləri tərəfindən özünüqiymətləndirmə imkanının genişləndirilməsi;

- ticarət-təchizat zənciri boyu təhlükəsizlik tədbirlərinin gücləndirilməsi;

- gömrük işi sahəsində qərarların qəbul edilməsi prosesində rəqəmsallaşma və rəqəmsal gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsində "Yaşıl texnologiyalar"dan istifadə edilməsi.

Konsepsiyanın məqsədləri

Konsepsiya dövlət və biznes maraqları nəzərə alınmaqla, aşağıdakı məqsədlərə nail olunmasına xidmət edir:

- dövlət nöqteyi-nəzərindən:

- təhlükəsiz və sadələşdirilmiş ticarətin təşviq edilməsi;

- transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi;

5.1.1.3. iqtisadiyyatın diversifikasiyasının təmin edilməsi;

5.1.1.4. dövlətin sosial-iqtisadi siyasətinə xidmət edilməsi;

5.1.1.5. səmərəli gömrük–biznes dialoqunun qurulması;

5.1.2. biznes nöqteyi-nəzərindən:

5.1.2.1. gömrük–biznes dialoqunun inkişaf etdirilməsi;

5.1.2.2. gömrük nəzarətinin sadələşdirilmiş formalarından istifadə edilməsi;

5.1.2.3. idxal, ixrac və tranzit əməliyyatları üzrə "özünüqiymətləndirmə" prinsipinin

tətbiqi, gəlirlərin artması və biznesin düzgün proqnozlaşdırılması;

5.1.2.4. dövlət dəstək mexanizminin gücləndirilməsi.

5.2. Qarşılıqlı münasibətlər müstəvisində dayanıqlı əməkdaşlığın qanuni

əsaslarla qurulması üçün biznes subyektləri ilə birgə fəaliyyət proqramı olan Konsepsiya mövcud normativ hüquqi bazanın təkmilləşdirilməsinə və beynəlxalq standartlara uyğun yeni normativ hüquqi aktların hazırlanmasına münbit şərait yaradacaqdır. ÜGT-nin müəyyən etdiyi strateji hədəflərə və standartlara uyğun biznes yönümlü islahatların həyata keçirilməsi, normativ hüquqi aktların dünya ticarət sistemində tətbiq edilən təcrübəyə uyğunlaşdırılması, nəticə olaraq yerli şirkətlərin və bütövlükdə ölkə iqtisadiyyatının inkişafına yeni imkanlar açacaqdır. Büdcə vəsaitinin formalaşması sahəsində fiskal intizamın təmin edilməsinə, vəsaitin düzgün bölüşdürülməsinə və xərclərin səmərəliliyinin artırılmasına zəmin yaranacaq, gömrük ödənişlərindən yayınma
riskləri üzrə çevik qiymətləndirmə aparılacaqdır.
5-12-2025, 16:31
Azərbaycanda 21 peşə məktəbi tikiləcək - Prezidentdən SƏRƏNCAM


Azərbaycanda 21 peşə məktəbi tikiləcək - Prezidentdən SƏRƏNCAM

Prezident İlham Əliyev peşə təhsili sisteminin potensialının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir:
"Əmək bazarının tələblərinə uyğun səriştələr formalaşdıran yüksəkkeyfiyyətli peşə təhsili məşğulluq səviyyəsinin və əmək məhsuldarlığının artırılmasına mühüm töhfə verir. Bu sahəyə yönəlmiş tədbirlərin həyata keçirilməsinin vacibliyi son illərdə qəbul edilmiş bir sıra sənədlərdə, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda öz əksini tapmışdır.
Ölkənin dinamik inkişafı və əmək bazarının dəyişən tələbləri əmək bazarında rəqabətqabiliyyətli ixtisaslı kadr potensialına tələbatı artırmaqla yanaşı, bu tələbatın ödənilməsinə imkan verən müasir standartlara uyğun infrastruktura və tədris bazasına malik yeni peşə təhsili müəssisələrinin yaradılmasını zəruri edir.
Müasir standartlara uyğun infrastruktura və tədris bazasına malik yeni peşə təhsili müəssisələrinin yaradılması peşə təhsilli şəxslərin əmək bazarında xüsusi çəkisini artırmaqla müxtəlif peşələr üzrə ixtisaslı kadrların hazırlanmasını təmin edəcəkdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, peşə təhsili sisteminin potensialının gücləndirilməsi məqsədi ilə qərara alıram:

1. 2026‒2030-cu illərdə müasir standartlara cavab verən 21 peşə təhsili müəssisəsinin tikintisi və 2 peşə təhsili müəssisəsinin əsaslı təmiri işlərinin aparılması təmin edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikasında peşə təhsili sisteminin potensialının gücləndirilməsinə dair tədbirlər planını dörd ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi bu Sərəncamın 1-ci hissəsində tikintisi və əsaslı təmiri nəzərdə tutulmuş peşə təhsili müəssisələrinin siyahısını təsdiq etsin və bu məqsədlə tələb olunan maliyyə vəsaitinin illər üzrə bölgüsünü hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Dövlət Neft Fonduna təqdim etsin.

4. Azərbaycan Respublikasının Dövlət Neft Fondu bu Sərəncamın 1-ci hissəsində göstərilmiş tədbirlərin icrası üçün tələb olunan maliyyə vəsaitini Fondun hər il üçün tərtib edilən büdcəsində nəzərdə tutsun".
5-12-2025, 16:23
Azərbaycan Türk Dünyası Bələdiyyələr Birliyinin toplantısında - FOTO


Azərbaycan Türk Dünyası Bələdiyyələr Birliyinin toplantısında - FOTO

Türk Dünyası Bələdiyyələr Birliyi (TDBB) və Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) birgə təşkilatçılığı ilə TDBB-nin İstanbuldakı mənzil-qərargahında “Yerli rəhbərliklər və sərhədlərarası əməkdaşlıq” mövzusunda toplantı keçirilib.
Ölkəmizi toplantıda Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının (AŞBMA) sədri Təmraz Tağıyev və Assosiasiyanın məsləhətçisi Rövşən Məmmədov təmsil ediblər.
TDBB-nin baş katibi Fahri Solak çıxışında türk dövlətlərinin yerli özünüidarəetmələri arasında olan əməkdaşlıq əlaqələrinə toxunaraq, bu münasibətlərin TÜRKPA ilə əməkdaşlıq çərçivəsində daha da genişləndirilməsinin zəruriliyini qeyd edib.
Toplantıda AŞBMA-nın sədri və TDBB İdarə Heyətinin üzvü Təmraz Tağıyev çıxış edərək, Azərbaycan bələdiyyələrinin beynəlxalq müstəvidə, əsasən də türk dövlətləri bələdiyyələri ilə apardığı əməkdaşlıqlar barədə danışıb. Azərbaycan Prezidenti İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır” fikrini xatırladan T.Tağıyev dövlətimizin başçısının Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirdiyi siyasətin mühüm əhəmiyyətini qeyd edib. Bildirilib ki, bu dövlətlər arasında aparılan əməkdaşlığın digər sahələrdə olduğu kimi, yerli özünüidarəetmə səviyyəsində də intensiv şəkildə aparılmasına ehtiyac var.
AŞBMA-nın sədri, həmçinin ötən dövr ərzində Assosiasiyanın dəstəyi ilə Azərbaycan bələdiyyələri ilə Türkiyə, Şimali Kipr və Bosniya və Herseqovina bələdiyyələri arasında aparılmış görüşlərin, təcrübə mübadilələrinin önəmini vurğulayıb. O, ötən ilin sentyabrında Şimali Kipr Türk Bələdiyyələr Birliyi (KTBB) ilə Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyası (AŞBMA) arasında yerli özünüidarəetmə sahəsində əməkdaşlıq haqqında protokolun imzalandığını, belə sənədlərin digər türk dövlətlərinin yerli özünüidarəetmə orqanları ilə də imzalanmasının vacibliyini diqqətə çatdırıb.
Qeyd edək ki, toplantıda Özbəkistan Respublikası Ali Məclisinin Komitə sədrinin müavini Səyarə Abdukərimova, Özbəkistanın və Qırğızıstanın Ali məclislərinin üzvləri, Türkiyə, Şimali Kipr və Azərbaycan parlamentlərindən digər rəsmi nümayəndələr, habelə TÜRKPA katibliyinin rəsmiləri iştirak ediblər.



����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!