TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
26-10-2025, 13:55
Fəzail Ağamalının səhhəti pisləşdi - Təcili həkim gətirildi


Fəzail Ağamalının səhhəti pisləşdi - Təcili həkim gətirildi

Ana Vətən Partiyasının sabiq sədri və keçmiş millət vəkili Fəzail Ağamalının səhhəti pisləşib.
Dünən gecə anidən Fəzail Ağamalının sağlamlığında problem yaranıb. Dərhal paytaxtda yerləşən özəl klinikalardan birindən təcili tibbi yardım çağırılıb. Ona ilkin tibbi yardım göstərilib və müalicə təyin edilib.
Fəzail Ağamalı faktı təsdiq edib. O bildirib ki, dünən qurultayda baş verənlər ona pis təsir edib:
"Dünən olanlardan mən hələ də özümə gələ bilmirəm. Gecə qəfil özümü pis hiss etməyə başladım. Dərhal ailə həkimimi çağırdıq. Mənə tibbi yardım göstərdi. Həkim dedi ki, bu stressdən və əsəb gərginliyindən olub. Bilirsiniz, mən ürəyimdən əməliyyat olunmuşam. Çox təəssüf ki, oğlum buna baxmayaraq hələ də peşman deyil".
Qeyd edək ki, Fəzail Ağamalının sədri olduğu Ana Vətən Partiyasının ötən gün keçirilən qurultayında qalmaqal yaşanıb. F. Ağamalı partiyaya rəhbərliyi deputat qızı Günay Ağamalıya həvalə etmək istəyib. Lakin partiya üzvlərinin bir qismi onun oğlu Elçin Ağamalının namizədliyini dəstəkləyib. Qurultayda F. Ağamalı ilə oğlu arasında gərginlik yaşanıb.
26-10-2025, 13:30
Boksçularımızdan Avropa çempionatında 8 medal


Boksçularımızdan Avropa çempionatında 8 medal

Azərbaycan boksçuları Monteneqronun Budva şəhərində keçirilən U-15 Avropa çempionatını 8 (2 qızıl, 3 gümüş və 3 bürünc) medalla başa vurublar.
Bu barədə federasiyadan məlumat verilib.
Komandamızın heyətində Xumar Cəfərli (75 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, finalda Yağmur Eryurtu (Türkiyə) 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub etməklə Budvada Azərbaycan himnini səsləndirib. Bu qızıl medal ölkəmiz üçün əlamətdar olub. Boks tariximizdə ilk dəfə qız idmançımız U-15 Avropa çempionatının qalibi adına yiyələnib.
Onun uğurunu Mehran Rəsulov (80 kq) da təkrarlayıb. Finalda Serqiy Kotovskini (Ukrayna) 5:0 (30:27, 29:28, 29:28, 30:27, 30:27) hesabı ilə məğlub edən boksçumuz qızıl medala layiq görülüb. Bu, Rəsulovun karyerasında Avropa birinciliklərinin 3-cü mükafatı olub. O, bunadək 2 dəfə bürünc medal əldə edib.
Digər boksçularımızdan Nəsrin Abdullazadə (40 kq), Nurlan Müseyibli (66 kq), Yusif Ağakişiyev (75 kq) gümüş, Onur Qurbanov (42 kq), Elcan Musazadə (50 kq) və Ərdəm Təkin (90 kq) bürünc medal qazanıblar.
Qeyd edək ki, 32 ölkədən 369 idmançının qatıldığı yarışı Azərbaycan millisi komanda hesabında 6-cı yeri tutub.
26-10-2025, 13:18
Bakıda yağış yağacaq, şimşək çaxacaq


Bakıda yağış yağacaq, şimşək çaxacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 26-dan 27-nə gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Məlumata əsasən havanın temperaturu gecə 14-16° isti, gündüz 18-20° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 60-70 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi gecə və səhər bəzi yerlərdə güclənəcək.
Havanın temperaturu gecə 12-17° isti, gündüz 20-25° isti, dağlarda gecə 2-7° isti, gündüz 10-15° isti olacaq.
26-10-2025, 13:03
Tramp: Müharibələri dayandırmağı sevirəm


Tramp: Müharibələri dayandırmağı sevirəm

ABŞ Prezidenti Donald Tramp müharibələri dayandırmağı sevdiyini deyib, amma bildirib ki, bunu hobbi adlandırmazdı.
O, bu açıqlamanı Kuala-Lumpurda, Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) sammiti çərçivəsində Tailand və Kambocanın münasibətləri haqqında birgə bəyannamənin imzaladığı vaxt verib.
"Tailand və Kamboca liderlərinə zəng etdiyim günü heç vaxt unutmayacağam, çünki bu, həllinə kömək etdiyim ilk müharibələrdən biri idi. Mən bunu etməkdən zövq aldım. Bunu hobbi adlandırmazdım, çünki bu, hobbidən daha ciddidir, amma mən bu işi yaxşı görürəm və bunu etməyi sevirəm", - o qeyd edib.
"BMT bunu etməlidir, amma etmir", - o, BMT Baş Assambleyasındakı çıxışı zamanı teleprompterin söndüyünü və eskalatorda da problemlərin olduğunu xatırladaraq əlavə edib.
26-10-2025, 12:51
Azərbaycanda bu avtomobillərin qiyməti artdı


Azərbaycanda bu avtomobillərin qiyməti artdı

Bəzi avtomobillər üçün vergi güzəştlərinin ləğvi xəbərinin yayılması bazarda qiymətlərin artmasına səbəb olub.
Qiymət artımı ən çox hibrid avtomobillərdə özünü göstərməkdədir.
Belə ki, gələn ilin dövlət büdcəsində bu avtomobillərə tətbiq edilən vergi güzəştlərinin ləğv ediləcəyi deyilir. Bu da öz növbəsində alıcıların diqqətini cəlb edir.
26-10-2025, 12:16
Tbilisidə son üç gündə 60 etirazçı saxlanıldı


Tbilisidə son üç gündə 60 etirazçı saxlanıldı

Son üç gün ərzində Tbilisidə 60 etirazçı saxlanılıb.
Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Məlumata əsasən, həmin şəxslər yığıncaqların və nümayişlərin keçirilməsi ilə bağlı qaydaları pozublar.
Qeyd olunub ki, patrul polisi dəfələrlə aksiya iştirakçılarını qanunsuz hərəkətlərdən çəkinməyə çağırsa da, onlar yolu bağlayaraq nəqliyyatın hərəkətinə maneələr yaradıblar.
DİN bir daha aksiyaçıları qanuna zidd hərəkətlərdən çəkinməyə çağırıb.
Xatırladaq ki, oktyabrın 17-dən Gürcüstanda aksiyaların keçirilmə qaydalarının pozulmasına görə cəzalar sərtləşdirilib. Aksiya zamanı yolun qanunsuz olaraq bağlanılmasına görə 15 sutkalıq inzibati həbs tətbiq olunur.
26-10-2025, 11:48
PKK Türkiyədən tamamilə çıxdı


PKK Türkiyədən tamamilə çıxdı

PKK terror təşkilatı Türkiyədən tamamilə çıxdığını açıqlayıb.
Qeyd olunur ki, PKK rəhbəri Abdulla Öcalanın çağırışı ilə 12-ci toplantıda qəbul edilən qərarlara müvafiq olaraq yeni addım atıb. Bununla da terror təşkilatı bu gün Türkiyədən tamamilə çıxdığını elan edib.

***

11:06

PKK terror təşkilatı bu gün Türkiyədən tamamilə çıxacağını açıqlayacaq.
Bu barədə "Hürriyet" məlumat yayıb.
Bildirilib ki, terror təşkilatı müvafiq qərarı bu gün Türkiyə vaxtı ilə saat 11:00-da İraqın şimalındakı Kandil bölgəsində açıqlayacaq.
Beləliklə, PKK-nın lideri Abdulla Öcalanın çağırışı ilə özünü ləğv etmək barədə qərar qəbul edən təşkilatın tərksilah prosesində yeni mərhələ başlanacaq.
Qeyd edək ki, oktyabrın 25-də PKK-ya yaxın media orqanın internet səhifəsində təşkilatın yeni bir açıqlama ilə çıxış edəcəyi bildirilib.
Xatırladaq ki, daha əvvəl A.Öcalan tərəfdarlarına silahı yerə qoymaqla bağlı çağırış edib.
26-10-2025, 10:13
Rus rəsmisi ABŞ-yə Putinin şəkli olan konfetlər apardı


Rus rəsmisi ABŞ-yə Putinin şəkli olan konfetlər apardı

Rusiya prezidentinin investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun (RİF) rəhbəri Kirill Dmitriev diplomatik hədiyyə olaraq Nyu-Yorka Rusiya prezidenti Vladimir Putinin şəkli olan şokoladlar aparıb.
O, bu barədə "Telegram" kanalında məlumat verib.
Rəsmi qeyd edib ki, konfetlər Rusiya- ABŞ dialoqu üçün hədiyyə kimi nəzərdə tutulub.
Konfetlərin üzərində Putinin “Rusiya ilə güclü mövqedən dialoq aparmaq mənasızdır”, sözləri yer alıb.
26-10-2025, 10:04
Türkiyədə məhkumlar arasında zəhərlənmə


Türkiyədə məhkumlar arasında zəhərlənmə

Türkiyənin Amasya vilayətində yerləşən cəzaçəkmə müəssisələrindən birində məhkumlar arasında zəhərlənmə baş verib.
Axşam yeməyindən sonra 6 məhkumun halı pisləşib.
Zəhərlənmə əlamətləri nümayiş etdirən məhkumlar öncə həbsxananın poliklinikasına, daha sonra isə vilayətin universitet xəstəxanasına aprılıblar.
Qida zəhərlənməsi diaqnozu qoyulan məhkumlardan dördü xəstəxanadan buraxılıb, iksinin isə müalicəsi davam edir.
Faktla bağlı araşdırma başladılıb.
26-10-2025, 09:58
ADSEA-nın YARITMAZ İŞLƏRİ


ÇİÇƏK QƏSƏBƏSİNİN

PROBLEMLƏRİ



ADSEA-nın

YARITMAZ İŞLƏRİ


Binəqədi rayonu Çiçək qəsəbəsində (Xocasən ərazi dairəsinə tabe qəsəbə) uzun illərdir su problemi dayanmadan artır. Lakin ADSEA hələ də problemə məsuliyyətsiz yanaşır. Nəticədə burda yaşayan əhali artıq dəfələrlə cənab Prezidentə müraciət ünvanlayır. Hazırda isə, Çiçək qəsəbəsində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti və Azərişığın xidmət göstərmələrində tam bir xaos var. Xatırladım ki, Çiçək qəsəbəsi inzibati ərazi olaraq, Binəqədi rayonuna tabe olsa da, dövlət xidmətlərini Abşeron rayonu icra edir.
Qəsəbəyə 2020-2021-ci illərdə köhnə Azərsu ASC tərəfindən su çəkilişi üçün ayrılmış tender məvacibi (1.2 mln manat, 0.9 mln manat) iki dəfə su xətləri çəkilmədən mənimsənilib. Bu haqda məlumat Binəqədi rayon prokrorluğunda iş üzrə açılmış cinayət işində mövcuddur. Nəhayət, qəsəbə sakinləri 2021-ci ilin iyun ayında öz şəxsi məvacibləri hesabına su xəttinin çəkilişinə nail olmuşdur. Həmin vaxt xətti çəkən və suyu verən Abşeron Rayon Su İdarəsi hər kəsin abunə kodunu, sayğac və daimi su ilə təminatına söz vermişdir. Lakin, bu günə kimi su gah gəlib, gah gəlməyib. Bununla yanaşı, dəfələrlə əhalinin müraciətinə baxmayaraq, heç bir vədə əməl edilməyib, kod, sayğac və suyu əraziyə yarı-yarımçıq verilib. Yəni, təxminən 300 evdən 80-ni yalnız abunəçi kodu ilə təmin edilib və su gəlmədiyinə baxmayaraq, dayanmadan bu abunəçi kodlarına ADSEA cərimə tətbiq edir.

Prezdentə 2024-cü ildə əhalinin müraciətindən sonra, Abşeron Rayon Sukanal İdarəsi, 2024-2025-ci illərdə, çox məsuliyyətsiz vəziyyətdə Binəqədi rayonun Xocasən qəsəbəsindən 63 mm diametrli bir su xətti aldı. Məsuliyyətdən uzaq olmaq üçün, işbilməz fəhlələrin öhdəsinə işi buraxmaqla, qanunsuz, məsuliyyətsiz və heç bir hidrotexniki qaydaya uyğun olmayan su xətti çəkdi. Təsəvvür edin ki, Abşeron Rayon Sukanal İdarəsinin texnikası su xəttini qazdığı vaxt, bir neçə sakinin öz məhəllələrinin torpaq yolunun qazılmasına görə etdikləri etiraz zamanı, Abşeron rayonundan gələn məsul şəxslər iş gedə-gedə qəbir daşlarının arasında gizlənirdi. Həmin yerdə polis müşahidə kamerası var, həmin prosesi tam izləmək mümkündür.
Nəhayət, sakinlərin şikayəti əsasında çəkilmiş bu su xətti qanunsuz olaraq, 6 məhəlləyə (300-dən artıq ailəyə) satıldı. Yenidən hər kəs susuz qaldı. Çəkilmiş xətlərin heç biri hidrotexniki qaydalara uyğun deyil. Beləki kim hardan və necə gəldi xətt aparıb. Sayğac və abunə kodu olmamaqla yanaşı, suyu vuran elektrik motorları da enerji xəttinə qanunsuz birləşdirilib. İş bilməz İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti qayda qanunsuz iş görməyi bir tərəfə qalsın, indi həmin ərazinin suyunu vuran motorların elektrik xətti, Azərişıq tərəfindən qanunsuz birləşdirildiyi üçün kəsilmişdir. Bu quruma dəfələrlə sakinlərin müraciət etməsinə baxmayaraq, özünü “xalq düşməni” kimi aparan Azərişıq və Abşeron Su Kanal İdarəsi məsələni həll etmək, qanuni sayğaclaşdırma əvəzinə, sakinləri qanunlarla hədələyir. Hansı quruma (Azərişıq, Bələdiyyə, Sukanal idarəsi və s.) müraciətə baxmayaraq, sakinlərə “rəsmi məktub” yazılacağını bildirirlər.

Həmin qurumlardan soruşmaq lazımdır: Rəsmi məktubu kim yazmalıdır? Məktubu yazmaq üçün hansı vaxtı gözləyirlər? Niyə bu məsuliyyətsiz Su idarəsinin regional rəisləri neçə illərdi Çiçək qəsəbəsini susuz qoyub? Niyə qaydalara uyğun olaraq su çəkilmir?
Diqqətinizə çatdıraq ki, bu qəsəbədə onlarla şəhid, qazi, ağır xəstəli və sosial qayğıya ehtiyacı olan ailələr yaşayır. Onlar hər ay 10-15 ton suyu hansı pulla ala bilər?! Minimum istehlak paketində su xidməti aylıq bir ailə üçün 35 AZN-mi nəzərdə tutulub?
Əhali şikayət edəndə, onlara Prezidentin sənədsiz evlərə kommunal xidmətlərin dayandırılması haqqında sərəncamı göstərilir. Bu şəxslər anlamır ki, bu qəsəbənin su çəkilişi üçün tenderi 2021-ci ildə udulub və mənimsənib, su xətti isə əhalinin şəxsi büdcəsi (250-600 azn civarında) hesabına çəkilmişdir. Yəni sərəncamdan çox-çox əvvəl.
Digər məmurlar isə deyir ki, həmin ərazidəki heç bir xətdə su yoxdur ki, biz oranı su ilə təmin edə bilək. Su yoxdursa, qəsəbədən 700 m aşağıda ana yolun qırağında, niyə iri maşınlar suyu doldurub əhaliyə, 10 tonunun 35 AZN-ə gətirib satır?
ADSEA-nın müvafiq su idarə rəisləri sakinləri burada susuzluqdan qırmaqla yanaşı, heç bir məsuliyyət hiss etmirlər. Əhali tələb edir ki, hazırda çəkilmiş su xəttinə elektrik sayğacı qoyulsun və burada qanuni, bütün hidrotexniki qaydalara uyğun su xəttinin çəkilməsi təmin edilsin.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!