TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
23-10-2025, 22:24
Rusiya bu ölkənin hava məkanını pozdu


Rusiya bu ölkənin hava məkanını pozdu

Litva Prezidenti Gitanas Nauseda oktyabrın 23-ü axşam saatlarında Rusiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin Litvanın hava məkanını pozduğunu bəyan edib.
Litva Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya Hərbi Hava Qüvvələrinin “Su-30” qırıcı təyyarəsi və “İl-78” yanacaqdaşıyan təyyarəsi Kıbartay şəhəri yaxınlığında, Kalininqrad vilayəti ilə sərhəd zonasında – Litva hava sərhədini keçib. Təyyarələr təxminən 700 metr məsafədə Litva üzərində uçduqdan 18 saniyə sonra yenidən Rusiya ərazisinə qayıdıb.
Hadisədən dərhal sonra NATO-nun hava patrul missiyası çərçivəsində İspaniyaya məxsus iki “Eurofighter Typhoon” qırıcısı havaya qalxıb.
Litva Müdafiə Nazirliyi hadisənin havada yanacaq doldurma təlimi zamanı baş verdiyini istisna etmir.
Prezident Nauseda isə Rusiyanın bu addımını “beynəlxalq hüququn və Litvanın ərazi bütövlüyünün kobud şəkildə pozulması” kimi qiymətləndirib:
“Bu hadisə Avropanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsinin vacibliyini bir daha göstərir,” – deyə dövlət başçısı bildirib.
Litva Xarici İşlər Nazirliyi hadisə ilə bağlı Rusiyanın Vilnüsdəki səfirliyinin nümayəndələrini çağıraraq “təhlükəli və məsuliyyətsiz davranışa” etiraz notası təqdim edəcək.
23-10-2025, 21:37
Bu xidmət ödənişli olacaq - DİM sədri açıqladı


Bu xidmət ödənişli olacaq - DİM sədri açıqladı

"Biz hər ay peşə testlərini açıq şəkildə ictimaiyyətə təqdim edirik. Qeydiyyatdan keçən şagirdlər və abituriyentlər gəlib bu testlərdən keçə bilirlər".
Bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib.
Onun sözlərinə görə, hazırda testlər DİM-in binasında keçirilir, lakin yaxın müddətdə platformanın onlayn versiyası da istifadəyə veriləcək:
"Yaxın vaxtlarda testləri onlayn formada təqdim etməyi planlaşdırırıq ki, hər kəs evdən keçə bilsin. Əsas şərt budur ki, cavabları verən şəxs səmimi olsun və testləri başqasına tapşırmasın. Əks halda, insan yalnız özünü aldatmış olur. Bu testlər diaqnostik xarakter daşıyır. Daha geniş və fərdi məlumat almaq istəyənlər mərkəzin psixoloqlarına müraciət edə bilərlər".
Məleykə Abbaszadə qeyd edib ki, testdən sonra psixoloqlarla individual məsləhət almaq mümkündür, lakin hələlik bu xidmətə müraciət edənlərin sayı azdır.
Testlərin müddəti və sualların həcminə gəlincə, DİM sədri bildirib ki, bu testlər ciddi elmi əsaslarla hazırlanıb və onların "yüngülləşdirilməsi" məqsədəuyğun deyil:
"Həkimə gedəndə dəqiq diaqnoz istəyirsinizsə, müxtəlif müayinələrdən keçmək lazımdır. Bu test də həmin prinsipə əsaslanır. Məqsəd sürətli yoxlama deyil, dəqiq nəticədir".
O həmçinin əlavə edib ki, hazırda testlər oflayn şəkildə pulsuz keçirilir, lakin onlayn versiya ödənişli olacaq:
"Hələlik ödənişin məbləği müəyyənləşdirilməyib. Bu məsələ müvafiq orqanlarla razılaşdırıldıqdan sonra ictimaiyyətə açıqlanacaq".
Abituriyentlərin ixtisas seçimi zamanı qarşılaşdığı çətinliklərə toxunan M.Abbaszadə bildirib ki, bir çox hallarda valideynlər və şagirdlər qərarı yanlış verir, nəticədə hətta yüksək bal toplayan abituriyentlər belə qəbul ola bilmirlər.
"Peşə seçimi yalnız toplanan bala görə yox, həm də maraq və istəyə uyğun olmalıdır. Peşə testlərinin keçirilməsinin məqsədi də məhz budur - uşaqlar öz meyillərinə əsasən peşə seçsinlər".
Onun sözlərinə görə, hazırda Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərən Abituriyent Məsləhət Mərkəzləri (AMM) bu sahədə ödənişsiz xidmət göstərir:
"Bu mərkəzlərdə süni intellekt tətbiq olunmur, məsləhətlər birbaşa mütəxəssislər tərəfindən verilir. Artıq 9 ali təhsil müəssisəsində belə mərkəzlər yaradılıb və abituriyentlər istənilən vaxt müraciət edə bilərlər".
23-10-2025, 21:09
Putin Qərbi hədələdi: “...cavabımız ciddi olacaq!”


Putin Qərbi hədələdi: “...cavabımız ciddi olacaq!”

Rusiya Prezidenti Vladimir Putin Budapeştdə keçiriləcək sammitə hazırlıqsız getməyin “böyük səhv olacağını” bildirib. Onun sözlərinə görə, bu görüşün təşəbbüsü ABŞ tərəfindən irəli sürülüb.
Putin qeyd edib ki, ABŞ-ın Rusiyaya qarşı elan etdiyi yeni sanksiyalar ölkə iqtisadiyyatına ciddi təsir göstərməyəcək:
“Bu, Rusiyaya təzyiq göstərmək cəhdidir. Lakin özünə hörmət edən heç bir dövlət təzyiq altında qərar qəbul etmir”, – deyə prezident vurğulayıb.
O, Rusiyanın qlobal enerji balansındakı rolunun hələ də böyük olduğunu xatırladıb:

“Rusiya və Səudiyyə Ərəbistanı daha çox neft satır, ABŞ isə daha çox istehlak edir. Rus neftinin bazarda tam əvəzlənməsi vaxt tələb edir”.
Putin ABŞ Prezidenti Donald Trampın yeni sanksiyalar qərarını “dostluqdan uzaq addım” adlandırıb və bunun Moskva-Vaşinqton münasibətlərini möhkəmləndirmədiyini deyib. Bununla belə, o, iki ölkə arasında “ciddi dialoqa keçid baş tutarsa, əməkdaşlıq üçün geniş sahələrin” mövcud olduğunu vurğulayıb.
Rusiya lideri, həmçinin Ukraynaya “Tomahawk” raketlərinin verilməsi ehtimalını “təxribat və eskalasiyaya cəhd” kimi qiymətləndirib və xəbərdarlıq edib:
“Əgər bu silahlarla Rusiya hədəflərinə zərbə endirilsə, cavabımız ciddi olacaq.”
23-10-2025, 20:36
6600-dən çox müəllimin maaşı 35 faiz artacaq


6600-dən çox müəllimin maaşı 35 faiz artacaq

2025-ci il üçün təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsi başa çatıb.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, sertifikasiya imtahanında iştirak edən müəllimlərin 6628 nəfəri 51 və yuxarı bal toplayıb. Qeyd olunan nəticəni göstərən müəllimlərin maaşlarına 35 faiz artım əlavə olunacaq.
Bundan əlavə, 11 316 nəfər iştirakçı 30–50 bal aralığında nəticə göstərib, həmin müəllimlərin maaşlarına isə 10 faiz artım əlavə olunacaq.
Test və müsahibə mərhələsində uğur qazanmayan və ya iştirak etməyən 3129 müəllim üçün isə təlimlər təşkil ediləcək.
23-10-2025, 19:49
Kamilo Duranın son durumu açıqlandı


Kamilo Duranın son durumu açıqlandı

UEFA Çempionlar Liqasının əsas mərhələsində İspaniyada "Atletik"lə III tur oyununda (1:3) zədələnən "Qarabağ"ın futbolçusu Kamilo Duranın son durumu açıqlanıb.
Klubdan bildirilib ki, kolumbiyalı hücumameyilli yarımmüdafiəçinin zədəsi ciddi deyil. Bildirilib ki, oyun vaxtı yüngül spazm olsa da, hazırda hər şey qaydasındadır.
Qeyd edək ki, Kamilo Duran matçın 67-ci dəqiqəsində Aleksey Kaşukla əvəzləqnib.
23-10-2025, 19:27
Azərbaycanlı zabitə “Tələbələrin şərəf qılıncı” təqdim edildi


Azərbaycanlı zabitə “Tələbələrin şərəf qılıncı” təqdim edildi

Azərbaycan və İtaliya Hərbi Dəniz Qüvvələri (HDQ) arasında əlaqələr uğurla davam etdirilir.
Müdafiə Nazirliyindən verilən məlumata görə, HDQ komandanı 1-ci dərəcəli kapitan Şahin Məmmədov İtaliya Respublikasının ölkəmizdəki hərbi attaşesi 1-ci dərəcəli kapitan Cianfranko Vizzini ilə görüşüb.
Görüşdə Azərbaycan-İtaliya HDQ-lərinin hərbi, hərbi təhsil və digər sahələrdə əməkdaşlığına dair geniş fikir mübadiləsi aparılıb və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub.
Sonda italiyalı qonaq "Azərbaycan Respublikasının müdafiə naziri ilə İtaliya Respublikasının müdafiə naziri arasında Hərbi Dəniz Qüvvələrinin şəxsi heyətinin təlim və təhsili sahəsində əməkdaşlıq haqqında Niyyət Protokolu"na əsasən, Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutun HDQ fakültəsini 2024-2025-ci tədris ilində fərqlənmə ilə bitirən leytenant Hümbət Qasımova İtaliya HDQ komandanı adından “Tələbələrin şərəf qılıncı” xatirə hədiyyəsini və sertifikatı təqdim edib.
23-10-2025, 19:06
Azərbaycan Qəzzada sülhməramlılara rəhbərlik edə bilər


Azərbaycan Qəzzada sülhməramlılara rəhbərlik edə bilər

Azərbaycan və İndoneziya Qəzza sektoruna göndərilməsi planlaşdırılan Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin (International Stabilization Force) rəhbərliyini öz üzərinə götürə bilər.
Bu barədə İsrailin "Israel Hayom" nəşri yazıb.
Məlumata görə, bu iki ölkə “on minlərlə hərbçidən ibarət çoxmillətli kontingentin nüvəsini” təşkil edəcək.
Qəzet yazır ki, Azərbaycan və İndoneziyanın missiyaya daxil edilməsi barədə qərar İsrailin Türkiyə qoşunlarının əməliyyata qatılmasına veto qoymasından sonra qəbul edilib. ABŞ da bu məsələdə İsrailin mövqeyini dəstəkləyib.
Məlumatda qeyd olunur ki, İndoneziya BMT mandatı altında beynəlxalq sülhməramlı missiyalarda geniş təcrübəyə malikdir. Azərbaycan isə İsrailin təhlükəsizlik və müdafiə sahəsində ən yaxın tərəfdaşlarından biri hesab olunur.
Hazırda Azərbaycan və İndoneziya bölmələrinin Qəzzaya yerləşdirilməsi ilə bağlı koordinasiya prosesi aparılır. Bununla belə, missiyanın formalaşması ilkin mərhələdədir. İndoneziya tərəfi iştirak üçün əsas şərt kimi missiyanın BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə təsdiqlənməsini tələb edir.
23-10-2025, 18:50
İran bu şəxsi Azərbaycana təhvil verdi


İran bu şəxsi Azərbaycana təhvil verdi

“Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında təslim etmə haqqında” 21 fevral 1998-ci il tarixli Müqavilənin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşı Hüseynov Ülvi Rafik oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti İran İslam Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib.
Baş Prokurorluqdan verilən məlumata görə, Ülvi Hüseynovun oğurluq cinayət əməli törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa elan edilib.
Təqsirləndirilən şəxsin ölkəmizə gətirilməsi məqsədilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən zəruri tədbirlər görülür.
23-10-2025, 15:03
Xocalının Təzəbinə kəndinə növbəti köç oldu


Xocalının Təzəbinə kəndinə

növbəti köç oldu
- FOTO

Oktyabrın 23-də Xocalı rayonunun Təzəbinə kəndinə növbəti köç prosesi həyata keçirilib. Bu gün 55 nəfərdən ibarət 12 ailə doğma yurduna qayıdıb.
Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata əsasən sakinlərə bərpa olunmuş fərdi yaşayış evlərinin açarları təqdim edilib.Köç mərasimi zamanı çıxış edən Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov qeyd edib ki, Təzəbinə kəndində sakinlərin rahat və təhlükəsiz yaşayışı üçün bütün lazımi şərait yaradılıb. Kənddə sosial infrastruktur tam yenilənib, kommunal xidmətlər bərpa olunub və zəruri təminat işləri yekunlaşdırılıb.
S. Qəhrəmanov həmçinin vurğulayıb ki, bölgədə məşğulluq məsələləri də diqqət mərkəzində saxlanılır. Ehtiyacı olan ailələr üçün dövlət və özəl sektorda iş imkanlarının yaradılması istiqamətində müvafiq tədbirlər görülür.
Qeyd edək ki, bundan əvvəlki mərhələlərdə Təzəbinə kəndinə 84 ailə köçürülüb. Sonuncu mərhələnin yekunlaşması ilə birlikdə kənddə ümumilikdə 96 ailə daimi məskunlaşıb.













23-10-2025, 14:40
MƏNALI ÖMRÜN SƏHİFƏLƏRİ


İmran Əbilov - 90


MƏNALI ÖMRÜN

SƏHİFƏLƏRİ


Hər ömür bir kitabdır, deyirlər. Fəqət hər kitab oxunaqlı olmur. Kitab var, oxuyanda cəhd edirsən ki, sonuna çatıb canını qurtarasan. Kitab da var, ayrıla bilmirsən, qəhrəmanın yaşantılarını onunla birgə izləyirsən...
Bir kitabla tanış oldum – İmran Əbilov “Vətənə vurğun: Ömürdən səhifələr”. Redaktoru pedaqogika üzrə fəlsəfə doktoru, Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Şahrza Ağayev. Ş.Ağayevin “Müdrik insan” başlıqlı yazısı diqqətimi çəkdi: “Alovlu vətənəpərvər İmran Əbilovda xalq sevgisi, torpaq eşqi, Vətən istəyi çox böyükdür”.
Bioqrafik kitabı müəllif Azərbaycanın ilk poliqrafçı alimi Şəddat Cəfərova avtoqrafla bağışlamışdı. Kitabı birnəfəsə oxudum. Maraqlı bir müsahiblə həmsöhbət olduğuma, ləyaqətli bir ömrü izlədiyimə sevindim. Həqiqi mənada vətənə vurğun ömürdən səhifələr... Gəlin, birlikdə vərəqləyək...
İmran Əbilov 1935-ci il oktyabrın 23-də Masallı rayonunun Mahmudavar kəndində dünyaya göz açıb. Yaşı çatanda məktəbə gedib. Müharibə dövrünün bütün uşaqları kimi zamanın ağrı-acılarını yaşayıb. Yeddillik təhsildən sonra Lənkəran Pedaqoji Texnikumunda təhsil alıb. Təyinatla Masallının Boradigah kəndində müəllim işləyib. 1954-1959-cu illərdə Gəncə Kənd Təsərrüfatı İnstitutunda oxuyub, oranı fərqlənmə diplomu ilə bitirib. Masallı rayonunun Həsənli kəndində “Şən həyat” kolxozunda baş zootexnik kimi fəaliyyətə başlayıb. 1960-1962-ci illərdə Masallı rayon Partiya Komitəsində təlimatçı, Masallı rayon Komsomol Komitəsində birinci katib, həmin ilin mart ayından Azərbaycan LKGİ MK-nın təşkilatçısı, 1963-1969-cu illərdə Masallı rayon Kənd Təsərrüfatı İstehsalat İdarəsinin rəisi işləyib. Masallı və Yardımlı rayonlarının tabe olduqları bu idarənin rəisliyi o dövrdə hər hansı rayonun birinci katibinin vəzifə səlahiyyətində idi. 1969-cu ilin iyun ayından bu vəzifədən Kənd Təsərrüfatı nazirinin müavini təyin olunub. 1991-ci ilə kimi bu vəzifədə çalışıb. Sonra Dövlət Aqrar-Sənaye Komitəsinin sədr müavini, 1991-ci ildən Azərquşsənaye Dövlət Şirkətində vitse-prezident kimi fəaliyyət göstərib. 1997-ci ildən Nazirlər Kabinetinin Aqrar-Sənaye şöbəsində baş məsləhətçi işləyib. 2011-ci ildən dövlət qulluğu təqaüdçüsüdür.

Sadalanan bu rəqəmlər arasında vətən naminə, insanpərvərlik naminə o qədər unudulmaz anlar var ki, bir yazıya sığmaz. İmran Əbilov o xoşbəxtlərdəndir ki, ömrün müdriklik zirvəsindən fəxarətlə boylanır geriyə. 90 illik ömrünün sevincli anlarını da yaşadır yaddaşında, nisgilli anlarını da. Uşaqlıq illərinin nisgilini ürəyində gəzdirsə də, sonrakı illərin uğurları rahatlıq gətirir qəlbinə. Uğurlu günlərini atasının görə bilməməsinə təəssüflənir. II Dünya müharibəsinin ağır illərində atası Rəşid Əbilov öz kəndlərində kolxoz sədri işləyib. 1943-cü ildə Bədəlan kəndinə sovet sədri təyin edilir. Bədəlan kənd sovetliyinə 8 kənd, 6 kolxoz daxil idi. 1945-ci ildə yenə Mahmudavara kolxoz sədri göndərilir. Qarşısına şərt qoyulur – ya dağılmış kəndi qaldırmalı, ya da partbileti təhvil verməli... Əyninin kostyumunu, ev əşyalarını satıb Astaradan, Lənkərandan çəltik toxumu, işlək heyvan, Biləsuvardan buğda toxumu alır. Qısa müddətdə kolxozun göstəriciləri qalxır, adamların güzəranı düzəlir. Lakin qəlbiqaraların, dargözlərin paxıllığı başlayır. İntriqaların kökü rayon mərkəzindən gəlir. Rayona, kolxoza dəfə-dəfə yoxlamalar, komissiyalar göndərilir. Bütün bunlara mərdliklə sinə gərsə də, Rəşid Əbilovun ürəyi sarsıntılara tab gətirmir. Həyata keçirəcəyi arzular, görəcəyi işlər yarımçıq qalır. 1961-ci ildə dünyasını dəyişir.
Övladları – Şirvan və İmran Əbilov qardaşları atalarının yarımçıq arzularını onun istəyindən də artıq həyata keçiriblər. Və atalarının vəsiyyətinə görə heç kimlə kin, ədavət saxlamayıblar. Yaxşı əməlləri, cəmiyyətdəki nüfuzlu mövqeləri ilə onları “cəzalandırıblar”.
Rəşid kişiylə bağlı yaddaşında nisgilli nüanslar yaşasa da, qəlbinə rahatlıq gətirən həzin xatirələr də var. Boradigah məktəbində müəllim işləyərkən ilk maaşını atasına verdiyi gün atasının oğul qazancına sevinməsi hər zaman yaddaşındadır. Gəncədə Kənd Təsərrüfatı İnstitutunda Stalin təqaüdü ilə oxuması atasına başucalığı gətirib. Hər ay 800 manat təqaüd alması bir ailənin aylıq qazancına bərabər idi.
İmran müəllimlə şəxsən tanış olanda illərin dostu kimi görüşdük. “Ömür kitabı”ndan çox şey əxz etmişdim. Danışdıqca yaddaşında canlandırdığı işıqlı simaları olduğu kimi təqdim etməyə çalışır. Yüksək kürsülərdə olsa da, ləyaqətli övlad, təmkinli ər, qayğıkeş ata, əsl vətəndaş, vicdanlı məmur ömrü yaşayır. Lap cavanlığından şeirə üz tutub. Sözə, sənətə vurğunluq onu söz, sənət nəhəngləri ilə birləşdirib.

Pedaqoji Texnikumda oxuduğu illərdə “Komsomol yolu” qəzetinin redaktoru olur. Sevimli müəllimi Ülvi təxəllüslü Qüdrət Xəlilov tələbələrə hər zaman ruh verir. Əlaçı, istedadlı tələbə İmrana isə xüsusi diqqət göstərir. Günlərin birində Qüdrət müəllim İmrana Səməd Vurğuna məktub yazmağı tapşırır. İmran böyük şairə məktub yazır və divar qəzetlərinə nəsihət və tövsiyələrini yazmasını xahiş edir. Amma inanmır ki, nəinki Azərbaycanda sevilən, Sovetlər İttifaqında tanınan şair ona cavab yazmağa vaxt tapa. Lakin dahilər hər zaman böyük insani xüsusiyyətləri ilə yaşayırlar tarixdə. Bir də eşidir, texnikumun direktoru onu axtarır. Xalq şairi Azərbaycan Yazıçılar İttifaqının xüsusi zərfi ilə tələbəyə cavab göndərir. Zərfdə iki məktub olur – birinci məktub şəxsən İmrana, ikincisi divar qəzetinə. Xalq şairinin məktubları nəinki İmranın, texnikumun tarixində hadisəyə çevrilir. Bu hadisə yerli qəzetdə də işıqlandırılır. İmran üçün ikinci unudulmaz hal o idi ki, məktubu Səməd Vurğun onun doğum günündə - 23 oktyabr 1952-ci ildə imzalamışdı... 1955-ci ildə Gəncə Kənd Təsərrüfatı İnstitutunda oxuyarkən tələbələrin görüşündə Səməd Vurğunla şəxsən tanış olur. Tələbə yoldaşlarına şairlə məktublaşmasını qürurla söyləyir (Həmin məktub Səməd Vurğunun ev muzeyində qorunur – S.Ə.). Tələbələrlə görüşə Səməd Vurğunla yanaşı, bütün türk dünyasının sevimli şairi Nazim Hikmət də gəlibmiş. Görüşdə şairin yaradıcılığı haqqında İmran Əbilov məruzə edir və “Oğlum Mehmete” adlı şeirini söyləyir. Yaradıcılığı haqqında ətraflı məruzə və şeirdən mütəəssir olan Nazim Hikmət İmranı bağrına basıb öpür.
Poeziya nəhəngi Rəsul Rza, ədəbi tənqidin atası sayılan Mehdi Hüseynlə Qızılağac Dövlət Qoruğunda quş, balıq ovladıqlarını xoş xatirələrlə anır. Məşhur simalardan İlyas Əfəndiyev, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Xəlil Rza Ulutürk, İmamverdi Əbilov, İsmayıl Dağıstanlı, Habil Əliyevlə ömürlərinin sonuna kimi dostluq münasibətində olub.

İmran Əbilov yaddaşının ən işıqlı simaları arasında dahi şəxsiyyət Heydər Əliyevi xüsusi sevgiylə yaşadır. 1969-cu ildən başlayan görüşlərini ən kiçik incəliklərinə kimi qələmə alıb: “1969-cu ilin iyununda nazir müavini kimi fəaliyyətə başlayandan bir ay sonra Heydər Əliyev hakimiyyətə gəldi. Sonrakı fəaliyyətimin əsas hissəsi bu dahi şəxsiyyətin rəhbərliyi altında oldu. Yaxşı bilirdik ki, H.Əliyevlə hər hansı bir məsələ haqqında danışmaq üçün ciddi hazırlaşmaq lazımdır. İlk kəlmələrindən bilirdi ki, işin içindəsən, ya yox. Danışanda hər sözünə diqqət yetirməli idin. Lakin müsahibinə elə şərait yaradırdı, adam özünü sərbəst hiss edir, fikrini tam bildirirdi... Yaddaşı haqqında isə əfsanələr danışmaq olar. 1979-cu ilin yayında Bərdədə kənd təsərrüfatı işçilərinin zona müşavirəsi keçirilməli idi. Nazir Məmməd Əsgərov Heydər Əliyevin Bərdəyə gedəcəyini, Kirov adına sovxozun fermasına baxacağını söylədi və mənim orda hazırlıq işlərinə başlamağımı tapşırdı. Bir gün əvvəl fermada olub hazırlıq işləri gördük. Ertəsi gün respublika rəhbəri əlaqədar nazir və katiblərlə fermaya gəldi. Hamımız ağ xalatda Heydər Əliyevi qarşıladıq. Bərdənin raykom katibi Rüstəm Səfərəliyev məni respublika başçısına təqdim edərək – nazir müavinidir – dedi. Heydər Əliyev Səfərəliyev tərəfə döndü və bir qədər acıqla dedi: “Deyirsən mən nazir müavini Əbilovu tanımıram?” Heydər Əliyev 1982-ci ilin mart ayında heyvandarlıq üzrə plenum keçirməli idi. Biz buna çox ciddi hazırlaşırdıq. Həmin dövrdə mən onunla kabinetində iki dəfə şəxsən görüşdüm. O bütün sahələrdə olduğu kimi, sanki heyvandarlıq üzrə də akademik idi. Bütün incəlikləri soruşdu və axırda dedi ki, heyvandarlıq adi sahə deyil, böyük bir elm sahəsidir.”
Böyük qardaşı Şirvan Əbilov da Ulu Öndərin sadiq silahdaşlarındandır. Yeni Azərbaycan Partiyasının Masallı rayon şöbəsinin yaranmasında xüsusi səyi olanlardandır. Bu gün hər iki qardaş özünü Heydər Əliyev dövrünün yetirməsi hesab edir. Azərbaycan dövlətçiliyinə, cənab prezident İlham Əliyev işinə sədaqətli olduqlarını hər sahədə nümayiş etdirirlər.
İmran Əbilov kitabın “Görkəmli şəxsiyyət” bölümündə bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə haqqında fikirlərini bölüşür: “Lənkəranın kiçik Cil kəndində dünyaya göz açan bu insan bilməzdi ki, sonralar öz dövrünün ən böyük din xadimi olacaq. Cil kəndini əsrarəngiz edən Sexəlifə ocağı öz əzəməti ilə cənub bölgəsində məşhurdur. Adam ordan keçəndə sirlər dünyasına düşür, qəlbini saf hisslər bürüyür. Lənkəran Pedaqoji Texnikumunda oxuyarkən o yolu piyada keçər, ocağın həyətində bitən əzəmətli ağaclara uzaqdan baxar və Allaha dualar edərdim... Deyirlər, bir nəfər şöhrətin ardınca qaçır, əldən-ayaqdan düşür, lakin onu tuta bilmir. Bir nəfər isə şöhrətdən qaçır, şöhrət onu qovur. Nəhayət, şöhrət o adamı tutur və bir daha buraxmır. Deyərdim ki, bu şəxs Şeyxin özüdür. Şöhrət əsl sahibi kimi onu tapıb.”
İmran müəllim uşaqlığından din, iman sahibidir. Allah sevgisi onu ömrünün müdrik çağında Məkkədə müqəddəslərlə qovuşdurub. Müqəddəs yerləri ömür-gün yoldaşı Gülsara xanımla və övladları Azər, Vüsal və Ülkərlə birgə ziyarət edib.
“Vətənə vurğun ömürdən səhifələr”dən başqa nüanslar da əldə etdim. Dünya ölkələrində İmran Əbilov dəfələrlə Azərbaycanın təmsilçisi olub. Təkcə kənd təsərrüfatı mütəxəssisi kimi deyil, bir vətəndaş, bir ziyalı olaraq öz simasında Azərbaycan haqqında fikir formalaşdırıb. Hindistanda SSRİ-dən gedən nümayəndə heyətinə başçılıq edib. Gəncədə təhsil illərində müəllimi və himayədarı olmuş professor Ağaxan Ağabəylinin də orda iştirakını xüsusi vurğulayır: “Ağaxan Ağabəyli mənim üçün sanki yenidən kəşf olundu, ucaldı, dahiləşdi.” Azərbaycan heyvandarlığına yardımçı olan digər xalqların nümayəndələrinin adlarını – Lev Kuznetsovu, İvan Kuzmini hörmətlə anır.
Misirdə keçirilən Ümumdünya Camışçılıq Konqresinə SSRİ Kənd Təsərrüfatı Nazirliyinin razılığı ilə Sovet İttifaqından yalnız İmran Əbilovun iştirakı məsləhət görülür. Çünki camışçılıq əsasən Azərbaycanda idi. Konqresə qədər Qahirədə Azərbaycan xalqının qonaqpərvərliyini, süfrə mədəniyyətini nümayiş etdirir. Məruzəsiylə bütün dünya alimlərini razı salır. Suallara ətraflı cavablar verir. Konqresdən sonra dünyanın 5 görkəmli aliminə, o cümlədən, İmran Əbilova Misir Elmlər Akademiyasının Fəxri Diplomu və medal verilir. Bolqarıstanda keçirilən Beynəlxalq Camışçılıq Konqresindəki məruzələri dünya alimlərinin diqqətini cəlb edir. Konqresin Daimi Komitəsinin üzvü seçilir. Sonrakı tədbirlərdə SSRİ Damazlıq Şurasının üzvü, zebuçuluq üzrə Damazlıq Şurasının həmsədri seçilir.

İsveç görüşləri də unudulmazdır. Xalq şairi Nəbi Xəzri, xalq artisti Emin Sabitoğlu, yazıçı-dramaturq, professor Aqşin Babayev, ADU-nun (BDU) rektoru, professor Faiq Bağırzadə, Sosialist Əməyi Qəhrəmanı Boran Quliyevlə keçirdiyi işgüzar səfərlər yaddaşında əziz xatirə kimi yaşayır.
Erkən gəncliyindən özünü vətənpərvər ziyalı kimi formalaşdıran İmran Əbilovun taleyinə Qarabağ müharibəsinin iştirakçısı olmaq da düşüb. 1991-ci ildə – hadisələrin qızğın vaxtında azərbaycanlılar yaşayan kəndlərdə, kolxoz və sovxozlarda müşavirə keçirilir. Müşavirədə görülmüş və görüləcək işlər barədə Əbilovun hesabatı dinlənilir. Hesabat məruzəsindən rayonların da, təsərrüfatların da rəhbərləri razı qalırlar... Şuşada, Xankəndidə, Laçında, Kəlbəcərdə, Ağdam və Xocalıda üzləşdiyi ağlasığmaz erməni vəhşiliklərini unuda bilmir. Dəfələrlə özü də ölümlə üzləşib. Görünür, Tanrının nəzəri üzərində imiş... Azərbaycan bayrağının Qarabağda dalğalanacağı günü böyük inam və səbirsizliklə gözləyirdi. Nə xoş ki, böyük Zəfərin sevincini yaşamaq nəsibi oldu.
Respublikanın Əməkdar Kənd Təsərrüfatı işçisi, Əmək və Qarabağ müharibəsi veteranı İmran Əbilov ömrünün ahıl çağını yaşasa da, yenə fəaliyyətdədir. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Rəyasət Heyətinin üzvüdür. Heç bir dövlət qulluğunda işləməsə də, İmran müəllimlə görüşmək mənə o qədər də asan olmadı. Hər dəfə zəngləşəndə bir tədbirdə olduğunu söylədi. Dostlarına bu gün də sədaqətlidir və onları həyatda qazandığı ən böyük nemətlərdən biri hesab edir. Dosta sədaqət xarakterinin dəyişməz cizgilərindəndir.
Vaxtını əsasən Pirşağıdakı bağında keçirir. Ömür-gün yoldaşı Gülsara xanımla bu il toylarının 63 illiyini qeyd edəcəklər. Bağının sakitliyinə, sərinliyinə, özünün qonaqpərvərliyinə, xoş aurasına dostları da yığışır, oğul-uşaqları da, qohum-əqrəbası da. Belə birgəliklərdə hamı xoş ovqat yaşayır.
İmran müəllim Gülsara xanımla dörd övlad böyüdüb. Ülkər, Azər, Sevinc, Vüsal – cəmiyyətdə layiqli nüfuz sahibidirlər. Onlardan törəyənlər də ailəyə yalnız başucalığı gətirirlər.
Bir insan ömrünü vərəqlədim. Ömrün bəzi məqamlarını qələmə alıb yazıya gətirdim. İmran Əbilovdan yazmaq üçün yalnız “ömür kitabı” kifayət etmir adama. Özü ilə ünsiyyətdə olanda dahi bir insanı kəşf etmiş olursan. İki-üç görüşümüzdə bunun şahidi oldum.
Yenidən görüşənədək, İmran müəllim!

Sevda ƏLİBƏYLİ,
“Söz” jurnalının baş redaktoru
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!