TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
21-10-2025, 16:54
Güzəştlər ləğv olunur - Bu avtomobillər bahalaşacaq


Güzəştlər ləğv olunur - Bu avtomobillər bahalaşacaq

2026-cı il yanvarın 1-dən etibarən xaricdən idxal olunan hibrid və elektrik avtomobillərinə tətbiq edilən ƏDV və gömrük rüsumu güzəştlərinin müddəti başa çatır. Sözügedən güzəştlər sayəsində son illərdə ölkəmizin avtoparkında əhəmiyyətli dərəcədə yenilənmə baş verib. Hər il on minlərlə hibrid və elektromobilin ölkəyə gətirilməsi nəticəsində minlərlə köhnə və texniki cəhətdən nasaz nəqliyyat vasitəsi daha müasir və ekoloji baxımdan üstün avtomobillərlə əvəz olunub.
Nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, qeyd olunan güzəştlərin ləğvi əslində arzuolunan deyil.
“Çünki bu güzəştlərin tətbiq olunmasında əsas məqsəd Azərbaycanın avtomobil parkını yeniləmək, ekoloji cəhətdən daha təhlükəsiz və müasir texnologiyalara əsaslanan, ətraf mühitə az zərər vuran avtomobillərin ölkəyə gətirilməsinə stimul vermək idi”.
Ə.Hüseynovun sözlərinə görə, hazırda ölkəmizdə avtomobil parkı çox köhnəlib:
“Azərbaycanda istismarda olan avtomobillərin 85 faizindən çoxu 10 ildən artıq yaşı olan nəqliyyat vasitələridir. Avtobus və yük avtomobillərinin vəziyyəti isə daha da acınacaqlıdır. Bu kateqoriyalarda həm avtomobillərin yaşı daha çoxdur, həm də onların texniki vəziyyəti daha bərbaddır. Yük avtomobillərində isə müşahidə olunan vəziyyət xüsusilə narahatlıq yaradır”.
O həmçinin vurğulayıb ki, avtomobil parkının yenilənməsinə ciddi ehtiyac var:
“Bu məqsədlə utilizasiya proqramı da qəbul olunub və artıq qeyd edilən istiqamətdə müəyyən addımlar atılıb. Bir tərəfdən köhnə avtomobillərin utilizasiyası, digər tərəfdən isə elektromobillərə və ekoloji nəqliyyat vasitələrinə tətbiq edilən gömrük və vergi güzəştləri bu prosesi sürətləndirə bilərdi”.
Nəqliyyat eksperti eyni zamanda nəzərə çatdırıb ki, əvvəlki illərlə müqayisədə bu il xüsusilə Çin istehsalı olan avtomobillərə maraq daha da artıb. Onun fikrincə, bu baxımdan güzəştlərin ləğvi müəyyən olunmuş strateji hədəflərin yarımçıq qalması ilə nəticələnə bilər:
“Vurğulamaq vacibdir ki, güzəştlərin ləğv olunmasının birbaşa iqtisadi nəticələri də olacaq. Belə ki, idxal rüsumları və vergilər yenidən tətbiq olunarsa, bu, avtomobillərin idxal dəyərinin artmasına səbəb olacaq. Bu isə istər yeni, istərsə də ikinci əl avtomobillərin satış qiymətinə birbaşa təsir edəcək. Burada fərq etməz, avtomobil hansı ölkədən gətirilib və ya hansı üsulla gətirilib, güzəşt ləğv olunursa, qiymət artacaq. Nəticədə daxili bazarda avtomobillərin əlçatanlığı azalmaqla yanaşı, habelə satış qiymətləri də artacaq”,- deyə Ə.Hüseynov qeyd edib.
21-10-2025, 16:46
Bakıda qətl - Yeniyetmə saxlanıldı


Bakıda qətl - Yeniyetmə saxlanıldı

Oktyabrın 21-də Sabunçu rayonu ərazisində 1980-ci il təvəllüdlü Emil Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Sabunçu rayon prokurorluğundan məlumat verilib.
Araşdırma zamanı 2009-cu il təvəllüdlü şəxsin bıçaqla xəsarətlər yetirərək Emil Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Şəxs rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
21-10-2025, 16:42
Prezidentlər Beynəlxalq Süni İntellekt Mərkəzində - FOTO


Prezidentlər Beynəlxalq Süni İntellekt Mərkəzində - FOTO

Oktyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Astanada “Alem.ai” Beynəlxalq Süni İntellekt Mərkəzində olublar.
Dövlət başçısına bu il yaradılan Mərkəz barədə məlumat verilib.
Qeyd olunub ki, Mərkəzin yaradılmasında məqsəd Qazaxıstanda ictimai və iqtisadi həyatın bütün sahələrində innovasiyaları və süni intellekt texnologiyalarının inkişafını təmin etməkdir.
Mərkəzdə fəaliyyət göstərən “İctimai məkan” hər il buraya 10 min istedadlı insanın cəlb edilməsini nəzərdə tutur. Burada süni intellekt sahəsində ən son nailiyyətlərə həsr olunmuş forumlar, mütəxəssislərin görüşləri və açıq mühazirələrin keçirilməsi, həmçinin süni intellekt üzrə vakansiya yarmarkaları, hakatonlar və startap müsabiqələrinin təşkili planlaşdırılır.
Mərkəzdə proqramlaşdırma üzrə ilkin bacarıqlar tələb etmədən süni intellekt sahəsində pulsuz təhsil almaq üçün unikal imkan verən “Tomorrow School” və startapların sürətləndirilməsi məqsədi daşıyan süni intellekt kampusu fəaliyyət göstərir. Qabaqcıl texnologiyaların inkişafı və davamlı sahibkarlıq ekosisteminin formalaşdırılması yolu ilə hər il 100 yeni süni intellekt startapının fəaliyyətə başlaması planlaşdırılır.
Burada təşkil edilən tədqiqat laboratoriyalarının əsas məqsədi isə süni intellekt sahəsində elmi tədqiqatların inkişafı və dəstəklənməsi, innovasiyaların təşviqi və qabaqcıl texnologiyaların yaradılmasıdır. Laboratoriyalarda hər il 10 elmi tədqiqat layihəsinin həyata keçirilməsi planlaşdırılır.












21-10-2025, 16:39
Gürcüstanda aranı qatanlar kimlərdir?


Gürcüstanda aranı qatanlar kimlərdir?

Gürcüstanda etiraz aksiyaları davam etməkdədir. Etirazçılar əsasən bələdiyyə və parlament seçkilərinin nəticələrinə öz etirazlarını bildirirlər. Sonuncu dəfə oktyabrın 18-də etiraz aksiyaları keçirilib. Nəticədə, ümumilikdə 27 nəfər aksiya iştirakçısı müəyyən edilərək, onlardan 14-ü inzibati qaydada saxlanılıb, 13 nəfər barəsində isə inzibati icraat aparılır.
Milli Məclisin Azərbaycan-Gürcüstan Parlamentlərarası İşçi Qrupunun sədri Arzu Nağıyevin sözlərinə görə, əvvəllər parlament seçkiləri ilə bağlı aksiyalar keçirirdilər ki, seçkilər düzgün keçirilməyib və qanun pozuntuları olub:
"Lakin birmənalı olaraq, sübuta yetirildi ki, bu belə deyil. Hazırda parlament öz fəaliyyətini davam etdirməkdədir. İkinci məsələ bələdiyyə seçkiləri ilə bağlıydı. 64 bölgədə bələdiyyə seçkiləri keçirilib. Bu zaman da qanun pozuntuları olduğunu iddia edib küçələrə axışdılar. Lakin Mərkəzi Seçki Komissiyası bir daha öz qərarını elan edərək bildirdi ki, "Gürcü Arzusu" partiyası 70% səs toplayaraq qalib gəlib. Bunun əleyhinə olaraq, Qərbin atdığı addımlar nəticəsində, əvvəlki prosesləri yenə də davam etdirirlər. Buna görə də Gürcüstan hökuməti bu qanunsuz etiraz aksiyalarına qarşı addımlar atır".
Komitə sədri sonda qeyd edib ki, burada əsas məsələ siyasidir:
"Avropa İttifaqı, istərsə də digər qurumların rəhbərlərinin mitinqlərdə iştirakı bunu göstərir ki, əsas məram-məqsəd siyasidir".
Gürcüstanda yaşayan azərbaycanlı fəal Elvin Tağıyev isə bildirib ki, etirazçılar Avropayönümlü fəallardan ibarətdir:
"Aksiyalarda iştirak edənlər Avropayönümlü siyasi partiyaların üzvləridir. Təbii ki, hər kəs hər hansı bir partiyanın dəstəkçisi olmaya bilər. Ancaq buna baxmayaraq, indiki “41” hökumətini("Gürcü Arzusu" Partiyası-red) dəstəkləmədikləri üçün etiraz edirlər. 2020-ci ildə etirazçılar parlament seçkilərinin nəticələrini leqal saymadılar. 300 gündən artıq etirazlarını davam etdirirlər ki, yenidən növbədənkənar parlament seçkiləri keçirilsin. Demokratik bir seçkinini keçirilməsi tələbi ilə çıxış edirlər. Ölkədəki iqtsiadi, siyasi böhranın qarşısının alınması üçün hazırki rejimin dəyişməsini tələb edilir".
E.Tağıyev söyləyib ki, etirazçılar arasında azərbaycanlı gənclər də var: "Bu, kütləvi hal almasa da, proseslərlə fəal maraqlanan gənclərimiz də olur".
21-10-2025, 13:35
Daş Veysəllidə Şəhidlər   Abidə Kompleksi yaradıld


Daş Veysəllidə Şəhidlər

Abidə Kompleksi yaradıldı



18 oktyabr 2025-ci il tarixində Cəbrayıl rayonunun Daş Veysəlli kəndinin işğaldan azad edilməsinin 5-ci ildönümü münasibətilə anım tədbiri keçirilib və Şəhidlərin Abidə Kompleksinin açılışı olub. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ümummilli Liderin, eləcə də bütün şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Abidə Kompleksi Prezidentin Xüsusi Nümayəndəliyinin mənəvi dəstəyi, kənd icmasının və şəhid ailələrinin təşəbbüsü və iştirakı ilə inşa olunub.
Kompleksdə söhbətgah, bulaq, həmçinin şəhidlərin və Kompleksin tarixi haqqında məlumatları əks etdirən QR-kodlu lövhə quraşdırılıb. Abidə kompleksində 1992–1993-cü illərdə şəhid olmuş və həmin ərazidə dəfn edilən qəhrəmanların məzarları bərpa edilib. Digər ərazilərdə dəfn edilmiş 3 şəhidin nəşi ekshumasiya edilərək burada yenidən dəfn edilib. Hazırda xiyabanda kəndin 14 şəhidinin xatirəsi əbədiləşdirilib - onlardan 10 nəfəri hərbi, 4-ü mülki şəhiddir, 3 nəfər isə itkin hesab olunur. Abidəyə 2 km məsafədə yerləşən bulaqdan su çəkilib.

Mərasimdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyinin əməkdaşları, Yeni Azərbaycan Partiyası Cəbrayıl rayon təşkilatının və Rayon Ağsaqqallar Şurasının üzvləri, şəhid ailələri, Qarabağ müharibəsi veteranları və qazilər, ictimaiyyət nümayəndələri və ölkəmizin müxtəlif bölgələrindən gəlmiş qonaqlar iştirak ediblər.

21-10-2025, 13:00

Azərbaycan və Qazaxıstan beynəlxalq arenada biri birini dəstəkləyir


Azərbaycan və Qazaxıstan beynəlxalq arenada biri birini dəstəkləyir, bir çox məsələlərdə ortaq mövqeyi bölüşür. Azərbaycan ilə Qazaxıstan xalqlarını ortaq tarixi, dini və mədəni köklər, eyni yamanda mehriban dostluq, qardaşlıq münasibətləri birləşdirir. İki dost dövlət arasında siyasi əlaqələr yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimad üzərində qurulur.
Dövlət başçılarının sıx münasibətləri iki ölkə arasında əlaqələrə mühüm töhfə verir, ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da güclənməsinə xidmət edir.
Azərbaycan və Qazaxıstan Prezidentlərinin son illər qarşılıqlı yüksək səviyyəli səfərləri ikitərəfli münasibətlərə müsbət təsirini göstərib. Onu da qeyd edək ki, son üç il ərzində Azərbaycan Prezidenti Qazaxıstana yeddi dəfə, Qazaxıstan Prezidenti isə Azərbaycana altı dəfə səfər edib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2025-ci il oktyabrın 18-də Qazaxstanın “Kazinform” agentliyinə müsahibə verib. Müsahibəsində qeyd edib ki, Ötən onilliklər ərzində xalqlarımız arasında tarixi qardaşlığa, dostluğa və qarşılıqlı dəstəyə, ortaq türk kimliyinin möhkəm təməlinə, oxşar mədəni ənənələrə və mənəvi dəyərlərə əsaslanaraq, biz həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurmuşuq.
Sözsüz ki, ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə töhfə verən mühüm amil ən yüksək səviyyədə aparılan və dövlətlərarası əlaqələrin bütün səviyyələrdə hərtərəfli dərinləşməsinə təkan verən fəal və konstruktiv dialoqdur.
Qazaxıstan işğaldan azad edilmiş torpaqlarımızda gedən quruculuq işlərində də Azərbaycanın yanındadır. Füzuli şəhərinin işğaldan azad edilmiş ərazisində inşa edilmiş və istifadəyə verilmiş Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzini xalqlarımız arasında dostluq və qardaşlığın daha bir rəmzi və Azərbaycana mənəvi dəstəyin simvolu kimi qiymətləndirirlir. Bu gün Mərkəz mühüm mədəni-maarif müəssisəsinə çevrilib, hazırda orada 100-ə yaxın uşaq təhsil alır.
Onu da qeyd edək ki, Qazaxıstan və Azərbaycan arasında imzalanmış strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilənin artıq 20 yaşı var. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müsahibəsində bunu xatırladaraq demişdir: “Biz ötən illər ərzində möhkəm hüquq-müqavilə bazası - təqribən 170 sənəd işləyib hazırlamışıq, siyasi, iqtisadi-ticari, investisiya, mədəni-humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq mexanizmləri yaratmışıq. Bu il 20 illiyini qeyd etdiyimiz Azərbaycan ilə Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilənin əhəmiyyətini xüsusi qeyd etmək istərdim. Bu sənəd Azərbaycan-Qazaxıstan əməkdaşlığının müxtəlif sektorlarda inkişafının etibarlı təməlini qoyub və ötən illər ərzində ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlıq əhəmiyyətli dərəcədə genişlənib.”
Azərbaycan və Qazaxıstan, həmçinin çoxtərəfli formatlarda, xüsusilə beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi və digərləri çərçivəsində də səmərəli əməkdaşlıq edir. Ölkələrimiz beynəlxalq arenada bir-birini dəstəkləyir, bir çox məsələlərdə ortaq mövqeyi bölüşür. Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi-ticari əməkdaşlığın da spektri çox genişdir.
Prezident İlham Əliyev müsahibəsində hər iki ölkənin ardıcıl olaraq birgə təşəbbüslər həyata keçirdiyini, iqtisadiyyatın müxtəlif sektorlarında əməkdaşlığı genişləndirdiyini və bu prosesin məqsədyönlü dövlət siyasəti, biznes icmalarının nümayəndələri arasında fəal dialoq, qarşılıqlı faydalı və tərəfdaşlıq münasibətlərinin inkişafına ümumi sadiqlik sayəsində mümkün olduğunu bildirib.
Bildiyimiz kimi bu günə qədər Azərbaycanda Qazaxıstan kapitalı ilə 250-yə yaxın kommersiya strukturu qeydə alınıb.
2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 470 milyon dollar təşkil edib. 2025-ci ilin yanvar-avqust aylarında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə üç dəfə çox olmaqla, 547 milyon dollara çatıb. Bu artım Orta Dəhlizin potensialından səmərəli istifadə, nəqliyyat və logistika infrastrukturunun sistemli modernləşdirilməsi ilə bağlıdır.
Azərbaycan ilə Qazaxıstan arasında investisiya əməkdaşlığı möhkəmlənir. Azərbaycanın Qazaxıstan iqtisadiyyatına investisiyası 225 milyon dollara, Qazaxıstanın isə Azərbaycana sərmayəsi 136 milyon dollara çatıb.
2022-ci ildə Aktauda Türkiyə, Azərbaycan və Qazaxıstan ərazilərindən keçən Orta Dəhlizin inkişafı və istismarı üzrə “2022–2027-ci illər üçün Yol Xəritəsi” imzalanıb. Sənəd üç ölkənin nəqliyyat-logistika infrastrukturunun sinxron inkişafını, əməliyyatların optimallaşdırılmasını, əlavə yük axınının cəlb edilməsini, vahid tarif siyasətinin həyata keçirilməsini, logistika mərkəzləri şəbəkəsinin inkişafını və digər əsas məsələlərin həllini nəzərdə tutur.
Azərbaycan Prezidenti Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycan ilə Qazaxıstan arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində aparıcı rola malik olduğunu, siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və humanitar əməkdaşlığın inkişafı üçün hərəkətverici platforma rolunu oynadığını söyləyib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “2009-cu ildə qədim Azərbaycan torpağı Naxçıvanda yaradılan Türk Dövlətləri Təşkilatı türk xalqları və ölkələri arasında əməkdaşlığın və həmrəyliyin möhkəmlənməsinə mühüm töhfələr verib. Keçən il Şuşada ilk qeyri-rəsmi Zirvə Görüşü, bu yaxınlarda isə Qəbələdə TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilib. Bu yüksək səviyyəli görüşlərdə ölkələrimiz arasında təşkilat çərçivəsində əməkdaşlığın əsas məsələləri səmərəli şəkildə müzakirə edilib, Türk Dövlətləri Təşkilatının möhkəmlənməsinə, Türk dünyasının daha sıx birliyinə, onun siyasi, iqtisadi və hərbi gücünün artırılmasına, qlobal arenada güc mərkəzinə çevrilməsinə töhfə verən bəyannamələr imzalanıb.”
Cənab İlham Əliyev müsahibəsində Xəzər dənizinin bir sıra ciddi ekoloji problemlərlə üz-üzə olduğunu, həm ekoloji, həm də iqtisadi təhlükələr yaradan suyun səviyyəsinin sürətlə azalmasını diqqətə çatdırıb. Qeyd edib ki, yaranmış şəraitdə bütün Xəzəryanı ölkələr arasında sıx əməkdaşlıq qurmaq, fəal elmi informasiya mübadiləsi aparmaq və nəticələrin yumşaldılması üçün əlaqələndirilmiş tədbirlər işləyib hazırlamaq çox vacibdir.

Şəhla Ağbulud
Yazıçı-publisist, AYB Abşeron bölməsinin sədri

21-10-2025, 11:02
Duyğularım dalğalar kimidir

Ofelya QAFAROVA yazır:

Duyğularım dalğalar kimi...

Duyğularım sahilə vuran dalğalar kimidir.
Dinləsən rahatlıq taparsan, içinə girsən batıb gedərsən.
Bu dalğalar bir melodiyanı əks etdirsə də qulaqlarında, əslində özünü bitirir qaranlığında.
Artıq sadəcə bir yol var bu sonsuz ənginlikdə. Mən isə daha qeyb olmadan itirdim özümü, bitirdim hər fəlakətli, bəlağətli sözümü bu gərginlikdə. Geriyə boş misralar, mənasız söz yığınından ibarət sətirlər qaldı.
Bir parça mən qaldım, bir parça sən.
İncidənsə qalmaq deyilmidir yarım-yarım, olmaq deyilmidir parça-parça? Əlimdən gələnsə uzaqlaşmaqdır qaça-qaça.
Ruhunun bədənində məhv oluşunu hiss edirsən. Gündən-günə solar ləçəklərin, bitər seçənəklərin. Yanmış, kül olmuş ruhun qəsr olar beləcə bədəninə.
Sən də olursan onlardan biri - daim qaçışdıran, çatışdıran, acını hər yolla yatışdıran, bitkinliyi alışdıran - ölülərdən biri.
Ruhunu satmış, mənliyini atmış o kölələrdən biri.
Gün keçir, il keçir, saç ağarır, ruh bozarır, bədən qaralır.
İndi keçmiş olur, keçmiş bitmiş olur, sənsə itmiş.
Artıq bütün dəftərlər bağlanmış, qələmlər tükənmiş olur.
Gözlərin saralmış səhifələrdə, qara-qura yazılarda, qorxudan yarım qalmış fəsillərdə, ağrıdan heç bitməmiş olacaq yaralarda dolanır.
İçin daralır, zehnin qaralır, gözlər çarəsizliklə qapanır.
Gözlərin yaşarır, hıçqırığınsa həbs olur bədəninə. Fəryadın əbəs olur əcəlinə.
Ölmüş ruhunsa sadəcə bəsdir həcərinə...
Ofelya QAFAROVA,
Qaradağ Rayonu, Etibar Şirəliyev adına 274 nömrəli məktəbin "11 j" sinif şagirdi
21-10-2025, 00:03
Tramp Putinə daha bir şans verir


Tramp Putinə daha bir şans verir

ABŞ-ın Rusiyaya qarşı sanksiya qanun layihəsi ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında danışıqlara qədər təxirə salınıb.
Bu barədə Senat çoxluğunun lideri Con Tun bildirib.
Tramp daha əvvəl bəyan edib ki, Rusiya ilə Ukrayna arasında müharibə bitməsə, “çoxları ağır bədəl ödəmək məcburiyyətində qalacaqlar”.
Moskvaya qarşı sanksiya qanun layihəsi bir neçə aydır ki, nəzərdən keçirilir, lakin ABŞ Senatı və Nümayəndələr Palatasının rəhbərliyi layihəni səsverməyə çıxarmayıb.
20-10-2025, 23:38
Berlində güclü partlayış - Ölən və yaralılar var


Berlində güclü partlayış - Ölən və yaralıları var

Berlinin Noyköln rayonunda baş vermiş partlayış nəticəsində bir nəfər həlak olub, azı səkkiz nəfər xəsarət alıb.
Partlayışın birmərtəbəli evdə qaz sızması nəticəsində baş verdiyi, ölən şəxsin qadın olduğu bildirilir. Xəsarət alanların dördü uşaqdır.
Partlayış nəticəsində evə ciddi ziyan dəyib.
Hadisə yerinə Berlin Yanğınsöndürmə Xidmətinin 100-dək əməkdaşı cəlb olunub və təhlükəsizlik tədbirləri görülüb.
Faktla bağlı araşdırma aparılır.
20-10-2025, 22:54
Məktəbliyə qarşı qeyri-etik hərəkətlər edən taksi sürücüsü həbs olunub


Məktəbliyə qarşı qeyri-etik hərəkətlər edən taksi sürücüsü həbs olunub

Bakı şəhərində məktəbliyə qarşı qeyri-etik hərəkətlər edən taksi sürücüsü polis əməkdaşları tərəfindən müəyyən edilərək məsuliyyətə cəlb olunub.
Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı Yasamal rayonu ərazisində BYD markalı, 77-VK-571 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Emin Oruczadənin hazırlığa apardığı şagirdə qarşı etik normalara zidd davranış etdiyi müəyyən olunub və o saxlanılıb.
E.Oruczadə müvafiq qərarla həbs olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!