Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
22-09-2025, 12:46
Müqavilə imzalandı - Bakıda 5 milyard dollarlıq LAYİHƏ


Müqavilə imzalandı - Bakıda 5 milyard dollarlıq LAYİHƏ

Bu gün Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya forumunun plenar sessiyası çərçivəsində Azərbaycan Baş nazirinin müavini Samir Şərifov və Birləşmiş Ərəb Əmirliyinin investisiya naziri Muhəmməd Həsən əs-Suveydinin iştirakı ilə Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin “Modon Holding”i arasında “Şəhər daxilində şəhər” ("City within a City") konsepsiyasının inkişafına dair əməkdaşlıq müqaviləsi imzalanıb.
Sənədi "Holding”in sədri Cəssəm Muhəmməd Bu Ataba əz-Zəəbi imzalayıblar.
5 milyard dollaradək investisiya yatırımı nəzərdə tutan konsepsiya Böyükşor gölü ətrafında sağlamlıq, ticarət, təhsil və mehmanxana obyektlərini əhatə edən müasir sahilyanı zonanın yaradılmasını nəzərdə tutur.
Daha sonra Azərbaycan Respublikasının Baş nazirinin müavini Samir Şərifov, iqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə ölkəmizdə dəniz suyunun duzsuzlaşdırılması layihəsi ilə bağlı bir sıra sənədlərin imzalanma mərasimi keçirilib. Tədbir zamanı aşağıdakı sənədlər imzalanıb:
Xəzər dənizi suyunun duzsuzlaşdırılması zavodunun layihələndirilməsi, tikintisi, maliyyələşdirilməsi, istismarına dair Dövlət-Özəl Tərəfdaşlığı Müqaviləsi - sənədi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov və Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin baş icraçı direktoru Marco Arçelli imzalayıblar.
Təmizlənmiş suyun alqı-satqısı üzrə Su Satınalma Müqaviləsi - sənədi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Tahir Xəlilov və Marco Arçelli imzalayıblar.
Torpaq Sahəsinin İcarəsinə dair Müqavilə - sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov və İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov və Marco Arçelli imzalayıblar.
Dövlət Zəmanəti Müqaviləsi - sənədi maliyyə naziri Sahil Babayev və Marco Arçelli imzalayıblar.
Dəniz suyunun duzsuzlaşdırılması layihəsi İqtisadiyyat Nazirliyi tərəfindən dövlət-özəl tərəfdaşlığı çərçivəsində ölkəmizdə icrası nəzərdə tutulan ilk pilot layihədir. Layihə çərçivəsində Sumqayıt Sənaye Parkında tikiləcək zavodda dəniz suyunun duzsuzlaşdırılması ilə içməli su istehsalı həyata keçiriləcək. Gündəlk 300 min kubmetr məhsuldarlığa malik layihənin dəyəri 407 milyon dollar təşkil edir. Müqaviləyə əsasən zavodun layihələndirilməsi, tikintisi və 25 il müddətində istismarı “ACWA Power” tərəfindən həyata keçiriləcək.
Layihə Abşeron yarımadasının içməli suya artan tələbatını təmin etmək, şirin su mənbələrini şaxələndirmək məqsədilə həyata keçirilir. Hədəf dövlətin içməli su təchizatında yükünü azaltmaq, bu sahədə beynəlxalq təcrübəni və texnologiya transferini stimullaşdırmaq, iqtisadiyyata xarici sərmayələri cəlb etmək məqsədlərimiz sırasındadır.
22-09-2025, 12:19
Sabahdan temperatur artır - 25 dərəcə isti olacaq


Sabahdan temperatur artır - 25 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 14-18, gündüz 20-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 50-60 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 11-16, gündüz 20-25, dağlarda gecə 0-4, gündüz 5-9 dərəcə isti olacaq.
22-09-2025, 07:13
“Ulu Xudafərin” qəzeti işıq üzü görüb


“Ulu Xudafərin” qəzeti işıq üzü görüb

Şakir Albalıyev 2002-ci ildən “Xudafərin” qəzetinin baş redaktor müavini, 2009-cu ilin yanvarından isə baş redaktor kimi fəaliyyət göstərib. Qeyd edək ki, “Xudafərin” qəzeti 1932-ci ildən Cəbrayıl RİH-nin orqanı kimi “Lenin bayrağı”, 1960-cı illərdən 1990-cı illərə kimi isə “Kolxozçu” adları ilə nəşr olunub.
Müəyyən səbəblərə görə “Xudafərin” qəzeti fəaliyyətini dayandırdığından, qəzetin baş redaktorunun təşəbbüsü ilə “Ulu Xudafərin” qəzeti işıq üzü görüb. Cəbrayıl rayonunun ictimai-siyasi, ədəbi-mədəni həyatından bəhs edən yazılarla oxucuların görüşünə gələn “Ulu Xudafərin” qəzetinin qədəmləri uğurlu olsun!

21-09-2025, 21:28
Bu ilin ikinci Günəş tutulması başlayıb


Bu ilin ikinci Günəş tutulması başlayıb

Sentyabrın 21-də saat 21:29-da ilin ikinci Günəş tutulması başlayıb. Bu, qismən Günəş tutulmasıdır.
Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, tutulma hadisəsi sentyabrın 22-si saat 01:53-də sona çatacaq. Tutulmanın maksimumu sentyabrın 21-i saat 23:43-də olacaq.
Tutulma hadisəsi Sakit okean, Yeni Zelandiya və Antarktidada görünəcək, lakin Azərbaycan ərazisindən müşahidə olunmayacaq.
21-09-2025, 21:08
Taliban Trampa cavab verdi: “20 il də döyüşə hazırıq!”


Taliban Trampa cavab verdi: “20 il də döyüşə hazırıq!”

ABŞ Prezidenti Donald Tramp yenidən Əfqanıstanın gündəminə çevrilib. O, Baqram hərbi bazasının ABŞ-a qaytarılmasını tələb edib və əks halda “pis şeylərin baş verəcəyini” deyib. O, bu sözləri həm sosial şəbəkədəki hesabında, həm də Ağ Evin qarşısında jurnalistlərə açıqlamasında səsləndirilib.
Tramp bazanı “dünyanın ən güclü hərbi obyektlərindən biri” adlandırıb və onun “Çinin nüvə silahı istehsal etdiyi bölgəyə cəmi bir saatlıq məsafədə” yerləşdiyini vurğulayıb. O, həmçinin keçmiş prezident Co Baydeni ABŞ qoşunlarını 2021-ci ildə Əfqanıstandan çıxardığına görə sərt tənqid edib.
"The Wall Street Journal"ın məlumatına görə, hazırda Vaşinqton Kabil ilə bazada kiçik ABŞ kontingentinin yerləşdirilməsi üçün danışıqlar aparır.
Taliban bu bəyanata sərt reaksiya verib.
Hərəkatın yaydığı rəsmi açıqlamada ABŞ-a “realizm və rasional siyasət” yürütmək tövsiyə olunub və Dohadakı razılaşmanı xatırladaraq Vaşinqtonun “Əfqanıstanın daxili işlərinə qarışmamaq” öhdəliyinə sadiq qalmalı olduğu bildirilib.
“Əgər ABŞ Bagram bazasına qayıtmağa cəhd etsə, biz daha 20 il döyüşməyə hazırıq”, - Əfqanıstan müdafiə naziri Məhəmməd Yaqub Mücahid bildirib.
Taliban sözçüsü Zabihullah Mücahid də ABŞ hərbi iştirakının qəbuledilməz olduğunu deyib və illərlə davam edən müharibəni xatırladıb.
Xatırladaq ki, Baqram bazası Kabildən 60 km məsafədə yerləşir və 1950-ci illərdə inşa edilib. Sovet işğalı dövründə SSRİ-nin əsas hava bazası olub, daha sonra ABŞ-ın Əfqanıstandakı əməliyyatlarının mərkəzinə çevrilib. 2012-ci ildə buradan 100 mindən çox ABŞ hərbçisi keçib. Hal-hazırda baza Əfqanıstan Müdafiə Nazirliyinin idarəsindədir.
21-09-2025, 21:03
DİRİLİ QURBANİ YARADICILIĞNDA QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR ŞİVƏLƏRİ


DİRİLİ QURBANİ YARADICILIĞNDA
QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR ŞİVƏLƏRİ


Dirili Qurbani XV-XVI əsrlərdə yaşamış Azərbaycan aşıq ədəbiyyatının görkəmli nümayəndəsi olub, ozan-aşıq keçidində bu sənətin banisidir. Onun şeirlərində Qarabağ və Şərqi Zəngəzur dialekt və şivələrin izlərinə rast gəlinir. Bu, əsasən fonetik, leksik və qrammatik xüsusiyyətlərdə özünü göstərir. Konkret desək, Qurbaninin əsərlərində Qarabağ və Şərqi Zəngəzur dialektlərinə aid bəzi fonetik xüsusiyyətlər müşahidə edilir. Əminliklə deyə bilərik ki, Dirili Qurbaninin şeirlərində Qarabağ və Şərqi Zəngəzur dialektlərinin təsiri açıq-aşkar hiss olunur. Onun yaradıcılığında rastlaşdığımız fonetik, leksik və qrammatik xüsusiyyətlər həmin bölgələrin dil xüsusiyyətlərini əks etdirir. Şeirlərindəki şivə elementləri aşıq ədəbiyyatında xalq dilinin necə qorunduğunu və inkişaf etdiyini göstərən dəyərli nümunələrdir. Tədqiqatlarda Qurbaninin poeziyasına Qarabağ mühitində mövcud olan bir sıra şivə xüsusiyyətlərinin əlavə olunduğu qeyd edilir. “Nobat gəldi mana yetdi”, “Günüz səbrü qəralımı, gecə yuxum kəsən dilbər!” “Vəzir sana qarğayıram”, “Mana ola etibarın istərəm” və s. Bunların bir qismi dastançı aşıqların şivə xüsusyyətindən irəli gələ bilməsi fikirlərinin olduğu qeyd olunmalıdır. Professor Qəzənfər Kazımova (1996) görə, “Qapına gəlmişəm, sayılam, sayıl. Haq verən paylara olmuşam qayıl” – kimi misralarda “sayıl”, “qayıl” sözləri müəllif tərəfindən “sail”, “qail” şəklində yazılmış və tələffüz edilmiş, sonralar aşıqlar tərəfindən lorulaşdırılmışdır. Şairin qoşma və gəraylılarında bu gün canlı danışıq dilində özünü geniş şəkildə göstərən, tarixi tələffüzün nəticəsi kimi formalaşmış “dır” şəxs şəkilçisinin qısa formasıdır və mənsubiyyət şəkilçili sözün təsirlik hal şəkilçisiz formalaşma halları işlək formalar kimi diqqəti cəlb edir. “Adətdi dərəllər yaz bənövşəni”, “Ayrılıqmı çəkib, boynu əyridi?” “Mənim dərdim ara tez-tez”, “Haq diləyin yetirməsin” və s. “Bülbül ayrılığı sitəmdi gülə, Gülabatın naxış süsən sünbülə...” (Kazımov, 1996) Bu nümunələrdən də görünür ki, Qurbaninin şeirlərində bəzən elə misralarla rastlaşırıq ki, onlar daha çox bu bölgələrin dialektinə uyğundur. “Adətdi dərəllər” əvəzinə “adətdir dərərlər” ifadələri bu gün daha çox işlənməklə çağdaş ədəbi qaydalara uyğunlaşdırılmışdır. Yeri gəlmişkən, lap yaxın nəşrlərdə “Bənövşə” şeiri “Bənəfşəni” kimi gedirdi. Bu o dövr danışıq dilinə tam uyğundur. Indi bu bölgələrdən olan yaşlı insanların dialektində belə ifadələr yenə də işlənməkdədir.
Dirili Qurbaninin şeirlərində bəzi sözlər məhz Qarabağ və Şərqi Zəngəzur dialektlərinə məxsusdur:

“dağaşanı” – sərt, inadkar
“heş” – heç
“dədə” – ata mənasında deyil, həm də böyük, ağsaqqal anlamında işlənir.
Qarabağ və Şərqi Zəngəzur şivələrində “dır” şəkilçisi “dı”, “du”, “dü” formasında işlənir:
“yaxşıdır”əvəzinə “yaxşıdı”, “düzdür” əvəzinə “düzdü” və s.

Qurbani irsinin fundamental tədqiqatçılarından olan Tariyel Abbaslı “Qurbaninin poetik irsi” adlı dissertasiya işinin monoqrafiyasında bizim fikrimizə rəğmən qeyd edir ki, “Qurbaninin yaradıcılığında doğulduğu Diri zonasının təbii gözəllikləri, o cümlədən ətraf mühitin ekoloji təsvirləri, eyni zamanda bu yerlərin insanlarının dialekt və şivələrinə uyğun söz və ifadələr çoxdur. Bütün bunlar Dirili Qurbaninin həyat və yaradıcılığı haqqında bir çox elmi əsərlərin, habelə dissertasiya işinin yazılması ilə nəticələnmişdir.” Filologiya üzrə fəlsəfə doktoru Tariyel Abbaslının “Qurbaninin poetik irsi”adlı monoqrafiyasında toxunulan məsələ ilə bağlı geniş nümunələr vardır:

“Nə ola bir şadlıq xəbəri gələ,
Yüklənə barxanam ellərə doğru.
Naşı ovçu bərə bəklər bəllənər,
Marallar sayrışar yollara doğru.”


- şeirindəki “barxana”, “naşı”, “bərə”, “bəkləmək”, “sayrışmaq” sözləri o vaxt, elə indi də Qarabağ bölgəsində işlədilən ifadələrdir. Qurbani göz açdığı bağlı-bağatlı, nanəli-nərgizli, tər bənövşəli, hər cür meyvəli, əncir, üzüm kolları və yaşayış üçün zəruri qidaların olduğu doğma yurdunun gözəlliklərini öz əsərlərində tərənnüm etmişdir.”
Bəzi tədqiqatlarda Qurbaninin ədəbi dilində Qaradağ şivəsinə aid söz və ifadələrin olduğunu da qeyd etmək lazımdır. Onun şeirləri sadə xalq danışığına əsaslandığı üçün burada müxtəlif bölgə şivələrinin təsiri olduğunu da unutmamalıyıq. Qaradağ şivələri də bura daxildir. Xüsusən, aşıq üslübunda işlədilən qoşma və gəraylılar bu təsirin ən çox nəzərə çarpdığı janrlardır. Yalnız Quzey Azərbaycanda deyil, həm də Güney Azərbaycanda, xüsusən Qaradağ bölgəsində geniş yayılmış dialektik ifadələr Qarabağ və Şərqi Anadolu bölgələrinin ləhcə və şivə xüsusiyyətləri ilə yanaşı, Güney Azərbaycan, xüsusən də Qaradağ şivələrinin izlərinə də rast gəlinir. Aşıq-şairin əlimizdə olan “Əsərləri” toplusu (Qurbani, 2006) əsasında apardığımız araşdırmalar maraqlı məluamatlar ortaya qoyur.

“Dolana–dolana” (s.37) şeirində NOBAT (növbə)

Nobat gəldi mana yetdi
Saqi dolana-dolana.

“Pərim gəlsin” (s.40) şeirində YALAV (alov),

Əyninə geyib qırmızı,
Yalav kimi yanır üzü...

Yenə orada, “Dilbər” şeirində SƏBRÜ-QƏRALIMI (səbrü-qərarimi),

İtirmişəm maralımı,
Bir sinəsi yaralımı,
Günüz səbrü qəralımı,
Gecə yuxum kəsən dilbər.


“Qızların” (s.50) şeirində ADNA AXŞAMI (cümə axşamı)

Adna axşamında bəlgə qoyasız,
Kəsilə qovğası, qalı qızların.

“Gedirəm” (s.53) şeirində CƏLAY-VƏTƏN (vətəndən ayri düşmək, dərbədər olmaq)

Nə müdətdi cəlay-vətən olmuşam,
Baş götürüb Gəncə deyib gedirəm.

“Deyərsən” (s.56) şeirində XAYIN (xain)

Aralıqdan haq götürsün xayını,
Xain olan haqdan almaz payını.

“Bu qızın” (s.58, 59) şeirində LALA (lalə)

Ləblər mirvarıdı, incidi dəndan,
Al yanağı əlvan lala bu qızın.

“Gətiri” (s.59) şeirində İRƏNGİN (rəngin)

Başına döndüyüm vəfalı dilbər,
İrəngin dağlardan lala gətiri.

“Saqinin” (s.72) şeirində QARA BAĞRIM (qara çiyərim) və ÇATILI (çatılmaq, bir-birinə sarılmaq mənasında)

Ay ilə gün bir-birinə çatılı,
Sevdiciyim yağnan bala qatılı,
Doğram-doğram olub közə tutulu,
Qara bağrım bıçağında saqinin.


“Ras gəldim” şeirində (s.60) RAS (rast gəlmək, rastlaşmaq)

Pərinin bağında seyran eylədim,
Almalı, alçalı yaza ras gəldim.

“Ayrı” (s.78) şeirində KİMSƏNƏM (bir kimsəm)

Sənin elin, günün, qardaşların var,
Mənim kimsənəm yox, yar, səndən ayrı.

“Mənim” (s.76) şeirində MƏTAH, MATAH (qiymətli, əziz)

Sərim təvəlladır, üzüm payəndaz,
Yoxdur bundan qeyri bir mətah mənim!

“Dönübdü” (s.77) şeirində BƏDƏSİL (əsli olmayan)

Bədəsilin eşidən tək sözlərin,
Yəqin etdim, ömrüm zayə dönübdü.

“Dolanım” (s.83) şeirində ARIX (arıq)

Qarı nənə, sən bir arıx dəvəsən.
Qanqal gərək, xırda-xırda gəvə sən

“İmdi” (s.84) şeirində UMSUX (umsuq, ümidin boşa çıxması )
Umsux etdin məni, qoydun avara,
Dedim, yəqin bir şir, aslandır imdi.

“ Haralar mənim” (s.90) şeirində İRƏNG (rəng)
Ha aradım, əlim yara yetmədi,
Günbəgün irəngim saralar mənim!

“Dedim “Bəli”di” şeirində (s.94) TUŞUNDA (tuşu, yönü, tərəfində, üzbəüz mənasında)

Oturmuşdum Təktüklünün başında,
Ocaq qırağında, pirin tuşunda.


Yara üz (s.98) şeirində NAGÜMAN (gümanı çatmayan, ümidsiz)
Nagümanam mən bur dərddən sağalım,
Təbib birdi, dərd min birdi, yara yüz.

“Ay əsər indi” (s.99) şeirində ZAİL (zayolmaq) LƏMYESİR
Ağlım zail oldu, halım didərgun,
Nə ki var əndamım ay əsər indi.

“Qaldı” (Dədə Yediyarla I deyişmə, s.107 ) şeirində LƏMYESİR (yetim, kimsəz)
De kimə can gəldi, qələm çalındı,
Neçə min il dünya ləmyesir qaldı

Bayatıların (s.118) birində AVLAR (ovlayar) və ZƏRDABLAR (ilan vurduqdan sonra zəhərin bədənə yayılması mənasında)
Pərim bağda gül avlar,
Sərim bağda gül avlar.
Qurbanı vurub təlxələr,
Canın alıb zərdablar.

Yaxud, aşağıdakı bayatıda XALXA ŞƏMS ETMƏK (xalqa gün kimi aydınlatmaq, aşkarlamaq, bəyan etmək, əslində ifşa etmək anlamında) və SAL SÜDƏ ÇALXA MƏNİ (süd məhsulları, xüsusilə qatıq və süd zəhəri çürüdüb neytrallaşdırır, təhlükəni aradan qaldırır. Onun bu xüsusiyyətindən ilan vurmuş, yaxud qida zəhərlənmələri zamanı istifadə etmişlər. Burada “südə sal çalxa məni”, yəni “mənə bol süd işirin ki, təhlükə sovşsun” mənasını ifadə edir.)
Vurubdu təlxə məni,
Şəms etmə xalxa məni.
Aləm gəlsə, əlac yox,
Sal südə çalxa məni.

Göründüyü kimi, biz burada bəzi ifadə və anlayışların, sözlərin Qarabağ və Şərqi Zəngəzur bölgəsində bu gün də işləndiyinin şahidi oluruq. Belə nəticəyə gəlirik ki, Dirili Qurbani bu ifadələri saxlamaqla özünün kimliyi və arxaik sözlərin haradan qaynaqlandığı fikrini ortaya qoymuş olur.

Yusif DİRİLİ,
tarix üzrə fəlsəfə doktoru,
ətraf mühit üzrə tədqiqatçı

21-09-2025, 20:37
Ordubada 19 sm qar yağıb


Ordubada 19 sm qar yağıb

Naxçıvan Muxtar Respublikasının yüksək dağlıq ərazilərinə qar yağmağa davam edir.
Bununla bağlı görüntüləri “Nuhçıxan” paylaşıb.
Məlumata görə, Ordubad rayonunun 3500-3900 metr yüksəkliklərində qarın hündürlüyü 19 santimetrə çatıb.
21-09-2025, 19:20
Londona uçan təyyarə Bakıda təcili eniş etdi


Londona uçan təyyarə Bakıda təcili eniş etdi

"EVA Air" aviaşirkətinə məxsus və Banqkok-London marşrutu üzrə hərəkət edən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün sorğu göndərib.
Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat Xidməti məlumat verilib.
Bildirilib ki, buna səbəb göyərtədəki sərnişinlərdən birinin səhhətində yaranmış kəskin problem olub:
"Boeing 777 tipli təyyarə yerli vaxtla saat 17:44-da Bakı hava limanına uğurla eniş edib. Sərnişinə dərhal yerində tibbi yardım göstərilib. Hazırda zəruri tibbi qiymətləndirmə aparılır və sərnişinin vəziyyətinə nəzarət davam etdirilir".
21-09-2025, 18:15
Suriya ilə danışıqlarda irəliləyiş var - Netanyahu


Suriya ilə danışıqlarda irəliləyiş var - Netanyahu

İsrailin Baş naziri Benyamin Netanyahu Suriyanın yeni rəhbərliyi ilə aparılan danışıqlarda müəyyən irəliləyiş olduğunu bildirib.
Bu barədə məlumatı baş nazirin ofisi yayıb.
Netanyahu həftəlik hökumət iclasında çıxış edərək deyib:
“Livanda '"Hizbullah" üzərində qazandığımız qələbə bizə heç xəyal etmədiyimiz imkanlar açdı, o cümlədən şimal qonşularımızla sülh imkanı əldə etdik. Biz suriyalılarla danışıqlar aparırıq və müəyyən irəliləyiş var”.
21-09-2025, 18:03
Polşa ilə döyüşmək istəmirik - Xrenin


Polşa ilə döyüşmək istəmirik - Xrenin

Belarus tərəfi Polşa ilə münasibətlərdə gərginliyin azaldılmasında maraqlıdır və qonşuları ilə döyüşmək istəmir.
Bunu Belarus müdafiə naziri Viktor Xrenin deyib.
“Biz görürük ki, Polşa hərbçilərinin hərəkət kursu siyasi rəhbərliyin sözlərindən bir qədər fərqlidir. Təbii ki, biz hərbi gərginliyin, xüsusən də müharibə ilə bağlı gərginliyin azalmasında maraqlıyıq. Polşa bizim qonşumuzdur. Prezidentimizin dediyi kimi, siz qonşularınızı seçmirsiniz. Biz onlarla döyüşmək istəmirik”, - Xrenin bildirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!