Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
22-09-2025, 15:26
Xaricdə ali təhsil alanlar Bakıda imtahan verəcəklər


Xaricdə ali təhsil alanlar Bakıda imtahan verəcəklər

Sentyabrın 29-da xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə növbəti imtahan keçiriləcək
DİM-dən verilən məlumata görə, peşə tanınması üzrə növbəti imtahan 29 sentyabr 2025-ci il tarixində saat 11:00-da DİM-in Elektron imtahanlar korpusunda kompüterlər vasitəsilə keçiriləcək.
İmtahanda iştirak etmək üçün TKTA-da qeydiyyatdan keçmiş ərizəçilər sentyabrın 23-dən etibarən DİM-in internet saytına daxil olaraq “Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı” xidməti vasitəsilə “İmtahana buraxılış vərəqəsi”ni çap edə biləcəklər. Buraxılış vərəqəsində imtahan yeri, binası, imtahanın keçirilmə vaxtı və digər zəruri məlumatlar göstəriləcək.
Ərizəçilər ixtisasları üzrə proqramla və test tapşırığı nümunələri ilə müvafiq linklərə (“Müəllimlik”, “Mühəndislik”, “Hüquq”) keçid etməklə tanış ola bilərlər.
Müəllimlik ixtisasları üzrə ərizəçilərin ixtisas bilikləri, peşə bilikləri və verbal test tapşırıqları ilə məntiqi təfəkkürləri yoxlanılır.
Mühəndislik ixtisasları üzrə ərizəçilərin ixtisas bilikləri, situasiya-mühakimə test tapşırıqları vasitəsilə peşə səriştələri və məntiqi təfəkkürləri yoxlanılır.
Hüquq üzrə ərizəçilərin ixtisas bilikləri və verbal test tapşırıqları vasitəsilə məntiqi təfəkkürləri yoxlanılır.
İmtahanda iştirakçılara 30 test tapşırığı təqdim olunur. Hər doğru cavab bir balla, səhv və ya cavab verilməyən tapşırıqlar sıfır balla qiymətləndirilir. Səhv cavablar düz cavabların sayına təsir göstərmir. Ərizəçinin imtahanda müvəffəqiyyət qazanması üçün ən azı 15 bal toplaması tələb olunur.
22-09-2025, 15:09
Azərbaycanla Belarusun Baş Qərargah rəisləri görüşdü


Azərbaycanla Belarusun Baş Qərargah rəisləri görüşdü

Belarus Respublikasında işgüzar səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev sentyabrın 22-də bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi – müdafiə nazirinin birinci müavini general-mayor Pavel Muraveyko ilə görüşüb.
Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, təkbətək və geniş tərkibdə keçirilən görüşlərdə hərbi əməkdaşlığın daha da genişləndirilməsi və inkişaf perspektivləri, habelə regional təhlükəsizlik məsələləri müzakirə edilib.
Tərəflər qarşılıqlı maraq doğuran mövzular barəsində də ətraflı fikir mübadiləsi aparıblar.
22-09-2025, 14:51
Həsənriz kəndinə köç edən sakinlərə mənzillərin açarları təqdim edildi


Həsənriz kəndinə köç edən sakinlərə mənzillərin açarları təqdim edildi - FOTO

Sentyabrın 22-də Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç prosesi həyata keçirilib. Uzun illər məcburi köçkün həyatı yaşayan ailələr doğma yurdlarına qayıdaraq yeni evlərə köçürülüblər.
Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu mərhələdə Həsənriz kəndinə 29 ailədən ibarət 115 nəfər köçürülüb. Kənddə ailələrin qarşılanma mərasimi keçirilib. Daha sonra sakinlərə yenidən bərpa edilən mənzillərin açarları Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Mahmud Əfəndiyev tərəfindən təqdim olunub. M. Əfəndiyev çıxışında sakinləri ata-baba torpaqlarında salamlayaraq, bildirib ki, “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Kəndlərdə müasir infrastruktur qurulur, yollar, məktəblər, səhiyyə müəssisələri və digər sosial obyektlər inşa edilir. O, qeyd edib ki, Həsənriz kəndinə bundan əvvəl də köç həyata keçirilib. Belə ki, əvvəlki mərhələlərdə kəndə 556 nəfərdən ibarət 159 ailə köçürülüb. Kənddə sakinlərin rahat yaşaması üçün bütün zəruri infrastruktur yenidən qurulub, kənd elektrik enerjisi, təbii qaz və içməli su ilə təmin edilib., məktəb binası əsaslı təmir edilərək şagirdlərin istifadəsinə verilib.






22-09-2025, 14:42
Ter-Petrosyan hirsləndi: Paşinyanın həyasızlığının həddi yoxdur!


Ter-Petrosyan hirsləndi: Paşinyanın həyasızlığının həddi yoxdur!

"Nikol Paşinyanın həyasızlığının həddi-hüdudu yoxdur". Bunu Facebook səhifəsində Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan yazıb.
O, xüsusilə qeyd edib: “Ermənistanın Müstəqillik Gününü korlamamaq üçün dünənki mesajımda mövzuya toxunmadım. Amma artıq yazmalıyam: Siz “Artsax Ermənistandır, nöqtə” şüarı ilə Azərbaycana müharibə elan etdiniz və sarsıdıcı məğlubiyyətə uğradınız;
Rusiya prezidenti Vladimir Putinin müharibəni bitirmək təklifini axmaqcasına rədd etdiniz;
Siz Qarabağı tamamilə ermənisizləşdirib 5000 gənci qurban verdiniz, 10 mindən çox əsgəri şikəst etdiniz;
Siz "Qarabağın hərbi-siyasi rəhbərliyinin üzvləri"ni girov kimi Azərbaycana təhvil verdisiniz və Bakı həbsxanalarında saxlanılan onlarla erməninin imdad çağırışına məhəl qoymursunuz;
Cinayət siyasətiniz nəticəsində Ermənistanda sığınacaq tapmış minlərlə Qarabağ qaçqınına qarşı qəddarlıq edirsiniz;
Və bütün bunlardan sonra siz hər gün erməni xalqına sülh gətirdiyinizi, bunun müqabilində minnətdarlıq gözlədiyinizi, daha doğrusu, tələb etdiyinizi kinayə ilə bəyan edir, öyünürsünüz, amma bunu almayaraq bütün ödünüzü onlara yönəldirsiniz.
Yeri gəlmişkən, müstəqilliyin ildönümü Paşinyanın bayramı deyil. O bu müstəqilliyə nifrət edir, çünki onu o yox, başqaları gətirib.
Bir şey dəqiqdir: Paşinyan artıq Meruzan Artsruni, Vahan Mamikonyan, Vasak Syuni, Melik Şahnazarov və Melik Frangüllə yanaşı, məşhur erməni satqınlarının xatirə lövhəsində özünə yer tutub".
22-09-2025, 14:13
Qaxda kişi qoz ağacından yıxılıb öldü


Qaxda kişi qoz ağacından yıxılıb öldü

Qaxda kişi bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Qax rayonunun Çinarlı kəndində qoz çırpmaq istəyən Bakı şəhər sakini Nizami Şəkərəliyev ağacdan yıxılaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.
22-09-2025, 14:05
İctimai nəqliyyatda aylıq və illik paketlər olacaq


İctimai nəqliyyatda aylıq və illik paketlər olacaq

"Nağdsız sistemin genişlənməsi "Tarif menyusu"na keçidi sürətləndirəcək".
Bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin sədri Anar Rzayev deyib:
"Yəni, bir xətt üzrə müəyyən zaman kəsiyində bir neçə marşrutdan istifadə, aylıq və illik paketlərin tətbiqi buna aid ola bilər. Xarici təcrübədə bu geniş yayılıb. Amma hazırda burada tətbiq edilməsi üçün bütün sistemin nağdsız ödənişlərə keçidi zəruridir. Bu sistem tamamilə elektron olmalıdır ki, hər hansı bir vətəndaş aylıq və ya aylıq paket alırsa, sistem onu tanıya bilsin. Əks halda bir nəqliyyat vasitəsi bileti tanıyacağı halda digəri elektron sistemə keçmədiyi üçün tanımayacaq".
O əlavə edib ki, bu sahədə yeni fərmanın tətbiqi ilə elektron, yəni nağdsız sistemə keçid ciddi şəkildə sürətlənəcək. Bunun üzərində də hazırda iş gedir:
"Sərnişin daşımalarında elə avtobuslar var ki, nağdsız ödəniş aparatları fiziki olaraq yerləşmir. Hazırda lazımdır ki, operatorlar yeni avtobuslar alsınlar. Müsabiqə keçirək, operator udsun və sərnişindaşımaya cəlb olunsun. Bu isə zaman tələb edir".
22-09-2025, 13:57
Məhkəmədə Malıbəyli və Quşçular kəndlərinə hücumla bağlı sənədlər elan edildi


Məhkəmədə Malıbəyli və Quşçular kəndlərinə hücumla bağlı sənədlər elan edildi

Sentyabrın 22-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi sənədlərin elan olunması ilə davam etdirilir.
Elan edilən sənədlərdən biri 1992-ci ilin fevralında Şuşa rayonunun Malıbəyli və Quşçular kəndlərinin iri və kiçikçaplı silahlardan intensiv atəşə tutulması, ağır texnikalardan istifadə etməklə hər iki kəndə hücumla bağlı olub. Bu hadisələr nəticəsində Malıbəyi kənd sakinlərindən 12 nəfər öldürülüb, 3 nəfər itkin düşüb, Quşçular kəndində isə 4 nəfər öldürülüb, 9 nəfər girov götürülüb.
Daha bir cinayət işi - 1991-ci il sentyabrın 8-də Xocavənd rayonunda “Laz” markalı avtobusun atəşə tutulması faktı üzrə sənəd tədqiq olunarkən bildirilib ki, Kiş kəndinin fermasının yaxınlığında avtomat silahlarla silahlanmış ermənilər tərəfindən avtobusa açılan atəş nəticəsində 7 nəfər hadisə yerində ölüb, 27 nəfər yaralanıb.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
22-09-2025, 13:38
İranın xarici işlər naziri ABŞ-a getdi


İranın xarici işlər naziri ABŞ-a getdi

İranın xarici işlər naziri Abbas Arakçi və rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün ABŞ-ın Nyu-York şəhərinə səfər edib.
Xarici işlər naziri bu səfər zamanı BMT Baş Assambleyasının gündəliyi ilə bağlı sessiya və müzakirələrdə iştirak edəcək, İranın mövqeyini və fikirlərini izah edəcək.
Arakçi həmçinin digər ölkələrdən olan həmkarları və mətbuat mənsubları ilə ayrı-ayrılıqda görüşlər keçirəcək və müzakirələr aparacaq.
22-09-2025, 13:11
Həsənriz kəndinə köçənlərə mənzillərin açarları təqdim edildi - FOTO


Həsənriz kəndinə köçənlərə mənzillərin açarları təqdim edildi - FOTO

Sentyabrın 22-də Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç prosesi həyata keçirilib. Uzun illər məcburi köçkün həyatı yaşayan ailələr doğma yurdlarına qayıdaraq yeni evlərə köçürülüblər.
Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu mərhələdə Həsənriz kəndinə 29 ailədən ibarət 115 nəfər köçürülüb. Kənddə ailələrin qarşılanma mərasimi keçirilib. Daha sonra sakinlərə yenidən bərpa edilən mənzillərin açarları Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Mahmud Əfəndiyev tərəfindən təqdim olunub. M. Əfəndiyev çıxışında sakinləri ata-baba torpaqlarında salamlayaraq, bildirib ki, “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Kəndlərdə müasir infrastruktur qurulur, yollar, məktəblər, səhiyyə müəssisələri və digər sosial obyektlər inşa edilir. O, qeyd edib ki, Həsənriz kəndinə bundan əvvəl də köç həyata keçirilib. Belə ki, əvvəlki mərhələlərdə kəndə 556 nəfərdən ibarət 159 ailə köçürülüb. Kənddə sakinlərin rahat yaşaması üçün bütün zəruri infrastruktur yenidən qurulub, kənd elektrik enerjisi, təbii qaz və içməli su ilə təmin edilib., məktəb binası əsaslı təmir edilərək şagirdlərin istifadəsinə verilib.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir. Sentyabrın 22-də respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Tərtərdən Ağdərənin Həsənriz kəndinə yola salınıb.
Həsənriz kəndinə bu mərhələdə 29 ailə - 115 nəfər köçürülür. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, bundan əvvəlki köçlərdə Həsənriz kəndinə mərhələli şəkildə 159 ailədən ibarət, 556 nəfər köçürülüb.











22-09-2025, 12:57
İstanbulda Azərbaycan məktəbi istifadəyə veriləcək - RƏSMİ


İstanbulda Azərbaycan məktəbi istifadəyə veriləcək - RƏSMİ

Növbəti tədris ilində İstanbulda Azərbaycan məktəbi istifadəyə veriləcək.
Bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə müsahibəsində deyib.
Nazir bildirib ki, İstanbulda məktəbin yerləşəcəyi bina Türkiyə tərəfindən ayrılıb:
“Hazırda məktəb binasında təmir işləri gedir. İstanbulda Azərbaycan vətəndaşı çox olduğu üçün buna ehtiyac olduğunu düşündük. Məktəbdə Türkiyən və Azərbaycan tədrisi məzmunundan istifadə olunacaq. Azərbaycan məktəbi orada yaşayan soydaşlarımızın uşaqlarının ana dilində və milli ruhda təhsil almasına, həm də iki ölkə arasında təhsil əməkdaşlığının daha da güclənməsinə xidmət edəcək. Bu imkan iki qardaş ölkə arasında təhsil əməkdaşlığının daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!