Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
23-09-2025, 21:48
Cəmi 7 dəqiqə görüşdülər


Cəmi 7 dəqiqə görüşdülər

Ukrayna prezidenti Volodimir Zelenski Nyu-Yorkda ABŞ prezidenti Donald Trampla görüşüb.
Bu barədə Ukrayna lideri "Telegram" kanalında məlumat verib.
Görüş 7 dəqiqə davam edib.
“Ukraynanın mübarizəsinə böyük hörmətlə yanaşırıq. Bu, həqiqətən təsirli və dəyərlidir", - Tramp deyib.
23-09-2025, 21:40
İlham Əliyev BMT çərçivəsində daha bir görüş keçirdi


İlham Əliyev BMT çərçivəsində daha bir görüş keçirdi

Sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Avropa Şurasının Baş katibi Alen Berse ilə görüşüb.



23-09-2025, 21:37
Ukrayna "İskəndər"i partlatdı


Ukrayna "İskəndər"i partlatdı

Ukrayna Müdafiə Qüvvələri avqustun sonunda Rusiyanın Krasnodar diyarında yerləşən "Molkinо" poliqonuna zərbə endirib. Hücum nəticəsində bir neçə "İskəndər" operativ-taktiki raket kompleksi məhv edilib, "Pantsir-S1" zenit-raket qurğusu isə zədələnib.
Bu barədə Ukrayna mediası məlumat yayıb. Zərbədən sonra yayımlanan fotolarda tamamilə yanmış hərbi anqarlar, dağıdılmış yük maşınları və texnika görünür.
Şəkillərdə "İskander" qurğularının ciddi şəkildə dağıldığı, güclü yanğının izlərinin qaldığı əks olunub.
Hazırda məhv edilən maşınların neçə ədədinin buraxılış qurğusu, neçə ədədinin isə transport-yükləmə texnikası olduğu dəqiqləşdirilməyib. Ukrayna tərəfi hücumla bağlı rəsmi açıqlama verməyib.
"Molkinо" poliqonu Sovet dövründən fəaliyyət göstərir və uzun müddət Rusiya hərbi bazalarından biri olub. 2015-ci ildən etibarən bu ərazi "Vaqner" muzdlu dəstələrinin məşq poliqonu kimi tanınıb. Daha sonra baza Rusiya Müdafiə Nazirliyinin nəzarətində olan "Afrika korpusu"nun istifadəsinə verilib.
Məlumatlara görə, poliqonun yaxınlığında yerləşən Qoryaçiy Klyuç şəhərində Rusiya Silahlı Qüvvələrinin 1-ci raket briqadası daimi dislokasiyada saxlanılır. Briqadanın əsas silahı məhz "İskəndər" operativ-taktiki raket kompleksləridir.
23-09-2025, 21:26
Prezident Mitsotakis ilə görüşdü


Prezident Mitsotakis ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 23-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Yunanıstan Respublikasının Baş naziri Kiriakos Mitsotakis ilə görüşü olub.
23-09-2025, 21:20
İtaliya Fələstini bu şərtlə tanıyacaq


İtaliya Fələstini bu şərtlə tanıyacaq

İtaliya Fələstin dövlətini girovların azad edilməsi və HƏMAS-ın Qəzzadan çıxarılması şərti ilə rəsmən tanıya bilər.
Bunu İtaliyanın Baş naziri Ciorcia Meloni Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
“Əksər ölkələr Fələstini tanımaq üçün öz təklifini təqdim edəcək. Lakin bütün girovların azad edilməsi və HƏMAS-ın Qəzzadan çıxarılması əsas şərtdir”, - deyə o bildirib.
Qeyd edək ki, daha əvvəl Böyük Britaniya, Kanada, Avstraliya, Portuqaliya, Fransa, Belçika, Lüksemburq, Malta, Andorra və Monako Fələstin dövlətini rəsmən tanıdıqlarını elan ediblər.
23-09-2025, 21:01
Azərbaycan və Keniya liderləri bir arada


Azərbaycan və Keniya liderləri bir arada

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 23-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Keniya Respublikasının Prezidenti Uilyam Samoei Ruto ilə görüşü olub.


23-09-2025, 18:41
Tramp Bakı və İrəvan arasındakı sülhdən danışdı


Tramp Bakı və İrəvan arasındakı sülhdən danışdı

7 ayda 7 müharibəni dayandırdım. Hamı deyir ki, mən Nobel mükafatına layiqəm.
Bu barədə ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkda keçirilən 80-ci BMT Baş Assambleyasında çıxışında bildirib.
Tramp çıxışında yeddi uzunmüddətli müharibəyə son qoyduğunu qeyd edib:
"Mən yeddi uzunmüddətli müharibəyə son qoydum. Onları heç vaxt həll etməyəcəksiniz dedilər. Bəziləri 31 il idi ki davam edirdi. Biri 36, biri 28 il. Yeddi müharibəni bitirdim və bütün hallarda onlar saysız-hesabsız minlərlə insanın öldürülməsi ilə qızışırdılar. Bura Kamboca və Tayland, Kosovo və Serbiya, Konqo və Ruanda, Pakistan və Hindistan, İsrail və İran, Misir və Efiopiya, Ermənistan və Azərbaycan arasında olan müharibə daxildir”.
ABŞ Prezidenti əlavə edib ki, indiyədək heç bir dövlət başçısı və ya ölkə bu qədər münaqişənin qarşısını almaqda bu səviyyəyə çatmayıb:
“Heç bir Prezident və ya Baş nazir, heç bir başqa ölkə buna yaxın bir şey etməyib. Mən bunu cəmi yeddi ay ərzində etdim. Əvvəllər belə olmayıb. Heç vaxt belə bir şey olmayıb. Bunu etməkdən çox qürur duyuram”, – deyə Tramp bildirib.
23-09-2025, 18:39
250 manat alıb kiməsə sənəd verməmişəm - MƏHKƏMƏ


250 manat alıb kiməsə sənəd verməmişəm - MƏHKƏMƏ

Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi Publik Hüquqi Şəxsinin baş direktoru işləmiş Elşən Mustafayev və həmin qurumun direktor müavini işləmiş Zamin Əliyevin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Elşən Mustafayev ifadə verib.
O, ittihamlara cavab verərkən bildirib ki, direktor vəzifəsini icra etdiyi dövrdə Narkoloji Mərkəzdə ciddi çatışmazlıqlar olub: "Mən mərkəzdə təşkilatı işlərə cavabdeh şəxs olmuşam. İşlədiyim dövrdə bir dəfə FHN tərəfindən rentgen cihazının keyfiyyətsiz olması ilə əlaqədar 2500 manat cərimə edilmişəm. Daha sonra sistem cihazları ilə əlaqədar cərimələndim, su ilə əlaqədar problem yaşadıq, dərman çatışmazlığı oldu. Hamısını cibimdən ödədim. Həmin çatışmazlıqlarla bağlı hər həftə, hər ay TƏBİB-ə müraciət eləmişəm. Cavab gəlib ki, hazırda əllərində vəsait yoxdur. Buna görə bizim işçilərdən soruşdum ki, məndən öncə belə problemlər olanda nə ediblər? Mənə dedilər ki, fond yaratmışıq, işçilərlə pul yığıb xəstəxananın xərclərini ödəyirdik. Orqanizm kimi düşünün, bir orqanda problem olanda digər bütün orqanlar səfərbər olur, xəstəxanada da elə bir sistem yaranmışdı. Fonda pul qoymağa görə heç kimi məcbur etmirdik. Pulun həkimlər tərəfindən xəstələrin etdiyi "hörmət"dən verildiyini eşitmişdim. İmkanlı xəstə yaxınları, xəstələrin özləri onlara yaxşı baxılsın deyə "hörmət" edirdilər. Sistem həmişə belə olub, mən də belə görmüşəm".
Prokurorun suallarını cavablandıran sabiq direktor bildirib ki, cərimələri özəl xəstəxanaların birində psixiatr vəzifəsində çalışaraq qazandığı maaşla ödəyib.
O, fonddan yığılan pulu Zamin Əliyevdən aldığını deyib: "Zamin doktor şöbə müdiri işlədiyi zamandan güvənilən biri olub. Hamı bilirdi ki, pul xəstəxananın ehtiyacları üçün xərclənir. Heç bir gizli işimiz olmayıb. Müxtəlif vaxtlarda Zamin doktordan 1000, 1100, 1700 manat pul götürüb təsərrüfat işlərinə xərcləmişəm. Narkoloji Mərkəzə qəbulla bağlı isə heç bir pul alınmayıb. Könüllü verilənlər götürülüb".
O, elan olunmuş ittihamda özünü qismən təqsirli bilib: "Özümü qismən təqsirli bildiyim məsələ vəzifəmi layiqincə yerinə yetirə bilməmək olub. Bəzi boşluqlar olub və mən bilməmişəm. Heç vaxt komissiyanın üzvü olmamışam. İddia edildiyi kimi 250 manat alıb kiməsə sənəd verməmişəm".
Mərkəzdə işləyən həkimlərin fəaliyyətinin uzadılması ilə bağlı sualları cavablandıran sabiq direktor bildirib ki, onun elə bir səlahiyyəti olmayıb, bu işlərə Səhiyyə Nazirliyi baxır.
Daha sonra Zamin Əliyev ifadə verib. O bildirib ki, müalicə alan şəxslərin xəstəxanaya verdiyi ziyanı da ödəməyə çalışıblar: "Bizim xəstəxanalardakı xəstələr digər xəstəxanalardakılar kimi normal deyildilər. Onlar maddənin təsiri altında şüşə sındırıb, ziyan vurub, nəsə edibsə, bunu əlbəttə, biz ödəyirdik. Əlavə edim ki, digər xəstəxanalardan fərqli olaraq, bizdə xəstələr qəbul olunduqdan sonra həkim gəlib xəstəni görürdü. Elə vaxt olub ki, xəstə yerləşdirilib sonra ailəsinin xəbəri olub. Mümkün deyildi ki, biz ailədən pul istəyib xəstə qəbul edək".
O bildirib ki, dərman çatışmazlığı problemində də pulu onlar verib: "Elə xəstələr var idi ki, həm narkotik problemi vardı, həm də pnevmaniya xəstəliyindən əziyyət çəkirdi. Bizim əlimizdə isə sadəcə, psixotrop - asılılıqdan xilas edəcək dərmanlar vardı. Müalicə üçün valideynlərdən xahiş edirdik. Eləsi var imkanı olmurdu, elə xəstə var idi ailəsi yox idi. Onu da biz ödəyirdik".
Elşən Mustafayevin vəkili vəsatət verərək müdafiə etdiyi şəxsin işlədiyi dövrdə çatışmazlıqlarla əlaqədar TƏBİB və digər orqanlara etdiyi müraciətlərlə bağlı sənədlərin məhkəməyə təqdim edilməsini xahiş edib.
Məhkəmə vəsatəti təmin edib.
Daha sonra prosesdə sənədlər tədqiq edilib.
Növbəti proses sentyabrın 30-na təyin edilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi Şəxsinin baş direktoru işləmiş Mustafayev Elşən Hümbət oğlu və həmin qurumun direktor müavini işləmiş Əliyev Zamin Sabir oğlunun qanunsuz əməlləri barədə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
İbtidai istintaqla Elşən Mustafayevin vəzifəyə təyin olunduğu 2023-cü ilin aprel ayından etibarən müavini Zamin Əliyev ilə əlbir olub həmin Mərkəzdə işləyən həkimlərin gələcəkdə fəaliyyətinə maneələrin yaradılmaması, pasiyentlərin stasionar müalicə müddətlərinin uzadılması, onların daha keyfiyyətli müalicə almaları üçün xəstə sayı daha az olan şöbələrə və ya tək nəfərlik palatalara qəbul edilməsi, narkomaniya xəstəliyindən əziyyət çəkən şəxslərin xüsusi terapiya proqramına qəbul olunması və digər məqsədlərlə ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Elşən Mustafayev və Zamin Əliyevə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 və 311.3.2-ci (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və təkrar törədildikdə) maddələri ilə yekun ittiham elan edilərək barələrində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
23-09-2025, 18:20
Baş katib Azərbaycanla Ermənistanı nümunə göstərdi


Baş katib Azərbaycanla Ermənistanı nümunə göstərdi

BMT-nin baş katibi Antoniu Quterreş Nyu-Yorkda keçirilən 80-ci Baş Assambleyanın açılışında çıxışı zamanı Azərbaycan və Ermənistanı nümunə göstərib.
Quterreş bildirib ki, bu il beynəlxalq aləmdə sülh proseslərinə dair mühüm addımlar atılıb.
O, Kamboca ilə Tailand arasında atəşkəsin əldə olunmasını və ABŞ-ın vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında razılaşmanın imzalanmasını xüsusi vurğulayıb.
“Biz beynəlxalq hüquqa əsaslanan sülhü seçməliyik. Bu il Kamboca ilə Tailand arasında atəşkəs əldə olunub, Azərbaycan və Ermənistan isə ABŞ-ın vasitəçiliyi ilə razılaşmaya gəlib. Amma çoxlu böhranlar hələ də nəzarətsiz qalır. Cəzasızlıq hökm sürür, qanunsuzluq hər yerdə yayılır”, – deyə o qeyd edib.
BMT baş katibi həmçinin xəbərdarlıq edib ki, belə vəziyyətlər xaosa gətirib çıxara bilər və bu da terrorun güclənməsinə səbəb olacaq:
“Cavabdehlik azalır, qəbiristanlıqlar isə böyüyür”, – Quterreş vurğulayıb.
23-09-2025, 17:53
Bakıda yeni marşrut xətti fəaliyyətə başlayır


Bakıda yeni marşrut xətti fəaliyyətə başlayır

Vətəndaşların rahat gediş-gəlişinin və ictimai nəqliyyata əlçatanlığının təmin edilməsi məqsədilə sabahdan 340 nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayacaq.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Bildirilib ki, yeni marşrut xətti Binə qəsəbəsinin Əli İsazadə küçəsini Mərdəkan qəsəbəsinin Hacı Zeynalabdin Tağıyev küçəsi ilə əlaqələndirəcək.
10 ortatutumlu avtobus 10 dəqiqə hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərəcək. Marşrutda gedişhaqqı 0,50 manat təşkil edir. Avtobuslarda ödəniş nağdsız qaydadadır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!