Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
3-09-2025, 12:07
Zəngəzur dəhlizindən şəxsi avtomobilimizlə keçə biləcəyik


Zəngəzur dəhlizindən şəxsi avtomobilimizlə keçə biləcəyik

Avqustun 8-də Azərbaycan, Ermənistan və ABŞ liderləri Vaşinqtonda keçirilən sammitdə uzun müddətdir müzakirə olunan sülh sazişini paraflayıb və Zəngəzur dəhlizinin açılması barədə razılığa gəliblər.
“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) adlanan dəhlizin 42 kilometrlik Ermənistan ərazisinə düşən hissəsinə 99 il ərzində ABŞ (şirkəti) nəzarət edəcək.
Dəhlizin hüquqi rejimi tam məlum deyil, hələlik sazişin detalları açıqlanmayıb. Amma Azərbaycan vətəndaşlarının Zəngəzur dəhlizindən maneəsiz keçəcəyi bildirilir. Bir müddət əvvəl Ermənistan XİN başçısı Ararat Mirzoyan Azərbaycana məxsus yük və sərnişin avtomobillərinin Ermənistan ərazisindəki hərəkətinin gömrük nəzarətinə cəlb olunub-olunmayacağı ilə bağlı suala birbaşa cavab verməyib. O, yayımlanmış sənədə və baş nazir Nikol Paşinyanın açıqlamalarına istinad edərək, qarşılıqlı istifadə mexanizmini izah edib.
Milli Məclisin deputatı Rizvan Nəbiyev bildirib ki, Zəngəzur dəhlizi vasitəsi ilə şəxslərin, nəqliyyat vasitələrinin və yüklərin manesiz gediş-gəlişinin təmin olunması əvvəlcədən şərt kimi qoyulub:
“Bu şərt Ermənistan tərəfindən qəbul olunub. Sadəcə olaraq, Ermənistan bəzi məsələlərdə, xüsusilə yurisdiksiya məsələlərində təkid edir. Ermənistan yurisdiksiyasının icrası deyəndə hansı məqamları nəzərdə tutur, bu məqamlara aydınlıq gətirmək lazımdır. Amma Azərbaycan tərəfinin tələbi birmənalıdır və prinsipialdır. Ermənistanın sərhəd və gömrük məsələlərindən məsul dövlət orqanları ilə təmas olmadan vətəndaşlarımızın, yüklərimizin və nəqliyyat vasitələrinin manesiz və təhlükəsiz şəkildə gediş-gəlişi təmin edilməlidir".



Deputat vurğulayıb ki, nəqliyyat vasitəsi dedikdə, burada şəxsi nəqliyyat vasitələri ilə, yük avtomobili arasında heç bir fərq qoyulmur:
“Azərbaycan Respublikası vətəndaşlarının, ökəmizdə yaşamaq və işləmək icazəsi olan şəxslərin Azərbaycanın bir hissəsindən digərinə-Naxçıvan bölgəsinə öz şəxsi avtomobili və ya digər nəqliyyat vasitəsi ilə gediş-gəlişinin təmin edilməsi də həmin tənzimləmələr içərisində öz əksini tapacaq".
Zəngəzur dəhlizinin açılması Azərbaycanın geosiyasi mövqeyini gücləndirəcək, Naxçıvanla quru əlaqəsini bərpa etməklə ölkənin iqtisadi və sosial inteqrasiyasını artıracaq. Dəhliz həm də Türkiyə ilə birbaşa yol bağlantısını təmin etməklə türk dünyasının nəqliyyat xəritəsində strateji əhəmiyyət kəsb edəcək. Mütəxəssislərin fikrincə, bu layihə bölgədə yeni logistik imkanlar yaradacaq və Orta Asiyadan Avropaya uzanan tranzit marşrutlarının güclənməsinə töhfə verəcək.

3-09-2025, 09:44
Kəndlər niyə boşalır?

Ziyalı narahatlığı

Kəndlər niyə boşalır?

Sosial rifah tənəzzül keçirdikcə, əhali yaşadığı ocaqdan gen düşmək məcburiyyətində qalır. Bu səbəbdən, ucqar, hətta şəraiti olmayan yaxın kəndlərdən əhali şəhərə, yaxud əli keçən yerə köç edir, bir tikə çörək üzündən dədə-baba yurdundan ayrı düşür...
Sual olunur: Kəndlərin sürətlə boşalmasına səbəb nədir? Hansı hallar əhalinin kənddən üz döndərməsinə zəmin yaradır? Bu suala cavab tapmaq üçün aşağıda bir neçə vacib nüansa diqqət çəkmək istəyirəm.
Bu gün "Facebook" səhifəsində "Azərbaycanda bu kəndlər sürətlə boşalır" başlıqlı məqalə oxudum. Burada söhbət əsasən Lerik rayonundan, onun boşalan kəndlərindən gedir. Əlbəttə, kəskin sosial məsələdir, biz sadəcə, bu halı bir məqalə kimi oxumuruq, həm də buna içdən acıyırıq. Təəssüflər olsun ki, bu ciddi məsələ çox hallarda əlaqədar təşkilatları zərrə qədər narahat etmir...
Kəndlərimizin sürətlə boşalması bir yazıçı kimi məni çox narahat edir. Bu, əlbəttə, çoxlarında ciddi narahatlıq doğurur. Çünki oxuduğum məqalədə bəhs olunan məsələ - kəndlərin sürətlə boşalması təkcə Lerik rayonunda deyil, Azərbaycanın bir sıra rayonlarında da baş verir. Məsələn, Tovuz rayonunun dağ kəndlərində, Quba, Şamaxı, Ağsu və başqa rayonlarda da bu hallar var. Məsələ budur: əhali kəndləri tərk edir, rayonu da belə deyək, təkcə elə rayon camaatı təmsil edir. Bu isə əsl demoqrafik faciədir...
Bu günlərdə Gədəbəy rayonunun Hacılar ərazi dairəsində idim. Sovetlər dönəmində bu ərazidə dörd yüzdən çox ev var idi. Hal-hazırda isə bu ərazidə 70- 80 evdə yaşayış var. O evlərdə yaşayanlar da yaşlı nəslin nümayəndələridir. Ayağı yol tutan bu və ya digər səbəbdən Bakıya, Gəncəyə köçüb.
Maraqlıdır, boşalan kəndlərin əksərində müasir tipli məktəb, hamar asfalt örtüklü yol, qaz xətti, bir sözlə kommunikasiya xətlərinin olmasına baxmayaraq, əhali kütləvi şəkildə kəndləri boşaldır, dədə-baba yurdlarını tərk edib gedir. Statistik məlumatlar da göstərir ki, kəndlərdən köç edənlərin böyük əksəriyyəti Bakının Sabunçu, Binəqədi, Xəzər və digər rayonlarının ərazilərində buruqların arasında ərazi alır, orada ev tikib yaşayır. Bu isə ikiqat ağırlaşdırıcı hal yaradır, çünki büllur bulaqları, saf havası olan kəndlərin əhalisi neft buruqlarının arasında zəhər udur, səhhəti üçün bir sıra xəstəliklər qazanır.

Digər tərəfdən, bəs aidiyyəti şəxslər hansı səbəbdən onlara neft ərazilərində ev tikmək üçün şərait yaradır? Belə başa düşək ki, onlara əhalinin sağlamlığı lazım deyil, onlardan aldıqları pul əsadır. Qısası, kənddən gələnlərə kimlərsə pullarını alıb, ev tikmək üçün şərait yaradırlar, sonra da aidiyyəti orqan həmin şəxsləri məhkəməyə verir, qarşılarında ərazini boşaltmaq tələbi qoyurlar.
Əlaqədar təşkilatlardan xahiş edirəm, sürətlə boşalan kəndlərdə əhali üçün maraq doğuran hallar yaratsınlar. Məsələn, Gədəbyin kəndləri nə üçün boşalmalıdır? Bu prosesin qarşısını almaq olmazmı? Belə deyim, kəndlərdə iş yerləri açılsın, camaat işlə təmin olunsun, kənddə xeyirli bir iş görmək istəyən şəxsdən məmurlar rüşvət tələb etməsin və s. Əgər belə olmasa, kəndlərimiz boşalıb xarabalıqlara çevriləcək.
Bəs kəndlərin xaraba qalması kimə və ya kimlərə sərf edir? Bu demoqrafik vəziyyəti kökündən həll etmək olmur? Tutaq ki, seçki keçirilir, kəndlərdə əhali yox, hərə bir tərəfdə didərgin, bəs kim səs verəcək? Şəhərdən kəndə gedib səs vermək də əlavə sosial çıxardır...
Yaxud, əgər kəndçi həyətində mal-qara saxlamaq üçün tövlə tikə bilmirsə, bundan ötrü ondan rüşvət tələb olunursa, o, nə etməlidir? Zənnimcə, yerli rayon təşkilatı, yüksək çinli məmurlar kəndliyə şərait yaratmalı, köməklik etməlidirlər ki, kəndlilər ata-baba yurdlarını tərk etməsinlər.
Həmçinin, məmurlar kəndlinin örüş sahələrini başqa rayonlardan olan fermerlərə satır, pul qazanırlar. Kəndli isə qalır çarəsiz. Əgər onun ərazisi satılırsa, o, harada və necə əkinçiliklə, ya heyvandarlıqla məşğul olsun?
Cənab prezident, Ali Baş Komandan İlham Əliyev bütün çıxışlarında dəfələrlə deyib ki, məmurlar kəndlilərə şərait yaratmalı, köməklik etməlidirlər. Təəssüf ki, bu, heç də belə deyil və biz hələ bu barədə xoş fikir ifadə edə bilmirik.
Səmimi deyirəm, əgər hər hansı, özü də çox ciddi tədbirlər görülməsə yaxın iki-üç ildə demək olar ki, kəndlərin böyük əksəriyyəti boşalacaq, əhali müxtəlif səbəblərdən kəndlərdən qaçacaq.
Axı, Bakı nə boydadır ki? Hamının Bakıya toplanması vəziyyəti kritik həddə çatdırmırmı? Buna görədir ki, şəhərdə hər gün tıxac problemi yaşanır və s.
Bəhs olunan məsələ çox vacib, həm də çox ciddi məsələdir. Mən bütün rayonların cavabdeh şəxslərindən xahiş edirəm ki, kəndlərin sürətlə boşalmasının qarşısını almaq üçün səfərbər olsunlar...

Hüseyn İsaoğlu (Məmmədov),
yazıçı-publisist. AYB və AJB-nin üzvü.
2-09-2025, 22:38
Putin Trampı məyus edib


Putin Trampı məyus edib[/size]

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putindən çox məyus olduğunu bildirib.
ABŞ lideri bu barədə radioaparıcı Skott Cenninqsə müsahibəsində danışıb.
Onun sözlərinə görə, Vaşinqton insanların həyatını xilas etmək üçün müəyyən addımlar atacaq.
"Bu, mənasız müharibədir. Əgər mən prezident olsaydım, bu müharibə heç vaxt başlamazdı. Bu məni daha da çox narahat edir, çünki seçkilər tamamilə saxtalaşdırılmışdı. Bu, biabırçılıqdır. Görək nə olacaq. Amma indi mən prezident Putindən çox məyusam, bunu deyə bilərəm və biz insanların yaşaması üçün nələrsə edəcəyik. Bilirsiniz, bu, Ukrayna məsələsi deyil. Söhbət insanlara həyat bəxş etməkdən gedir", – deyə ABŞ lideri vurğulayıb.
2-09-2025, 21:00
Bəşər Əsədin həbsinə order verildi


Bəşər Əsədin həbsinə order verildi

Fransa məhkəməsi Suriyanın keçmiş prezidenti Bəşər Əsəd və Suriyanın 6 keçmiş hökumət rəsmisinin həbsinə order verib.
Onlar 2012-ci ildə Homs şəhərini atəşə tutmaqda ittiham olunurlar.
Fransa hakimiyyətinin məlumatına görə, atəş nəticəsində amerikalı jurnalist Mari Kolvin və fransız fotoqraf Remi Oçlik həlak olub.
Qeyd edək ki, bu Fransanın Bəşər Əsədin həbsi ilə bağlı verdiyi üçüncü orderdir. Bundan öncə Fransada istintaq hakimləri onun 2017-ci ildə ölkədə mülki obyektlərin bombalanmasında iştirak etdiyinə görə, daha əvvəl isə Suriya qoşunlarının kimyəvi silahdan istifadə etdiyi iddiası ilə həbsinə order verib.
2-09-2025, 20:32
Britaniya parlamentində etiraz


Britaniya parlamentində etiraz

Böyük Britaniya Parlamentində çalışan təhlükəsizlik əməkdaşları əməkhaqqı və iş şəraiti ilə bağlı narazılıq səbəbindən tətil elan ediblər.
İctimai və Ticarət Xidmətləri həmkarlar ittifaqının (PCS) yüzlərlə üzvü sentyabrın 3-də səhər saat 07:00-dan etibarən 24 saatlıq tətil keçirəcək. Eyni formada tətil sentyabrın 10-da da davam edəcək. Bununla yanaşı, sentyabrın 12-dək əlavə iş saatlarının qadağan olunması da daxil olmaqla digər etiraz tədbirləri nəzərdə tutulub.
Parlamentin sözçüsü açıqlamasında təhlükəsizlik əməkdaşlarının dəyərli həmkarlar olduqlarını vurğulayaraq tətil qərarını təəssüf doğuran nəticə adlandırıb. O, həmçinin aylarla davam edən danışıqlara baxmayaraq razılıq əldə edilmədiyini, lakin məsələlərin həlli üçün işçilərlə və həmkarlar ittifaqları ilə əməkdaşlığı davam etdirməyə sadiq olduqlarını qeyd edib.
2-09-2025, 20:04
İranın təxribatçı səfirinin fəaliyyəti başa çatdı


İranın təxribatçı səfirinin fəaliyyəti başa çatdı

İranın Ermənistandakı səfiri Mehdi Sübhanini diplomatik fəaliyyəti başa çatıb.
Bu münasibətlə o, Ermənistan müdafiə naziri Suren Papikyanla görüşüb.
Görüş zamanı ikitərəfli əlaqələr, o cümlədən regional və beynəlxalq təhlükəsizlik sahəsində son hadisələr müzakirə olunub.
Qeyd edək ki, Sübhani vəzifədə olduğu müddətdə Azərbaycana qarşı təxribatçı açıqlamaları ilə yadda qalıb.
2-09-2025, 19:33
Bakının bu küçələridə hərəkət dayandırılır


Bakının bu küçələridə hərəkət dayandırılır

Bakının "Azneft" dairəsi ərazisində aparılacaq işlərlə əlaqədar sentyabr 2-si saat 23:00-dan etibarən yollarda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.
Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən bildirilib.
Məlumata görə, Bayıl və şəhər istiqamətində nəqliyyatın hərəkətində hər hansı məhdudiyyət nəzərdə tutulmur.
Qeyd edək ki, məhdudiyyətlər 19-21 sentyabr tarixlərində keçiriləcək "Formula 1" Qatar Airways Azərbaycan Qran Prisi 2025-ə hazırlıq çərçivəsində şəhərin mərkəzi küçə və prospektlərində aparılan quraşdırma və infrastruktur işləri ilə bağlıdır. Məhdudiyyətlər mərhələli şəkildə tətbiq ediləcək.
Bakı Şəhər Halqası sürücülərdən və piyadalardan alternativ marşrutlardan istifadə etmələrini xahiş edir və sakinlərin göstərdiyi anlayışa görə əvvəlcədən təşəkkürünü bildirir.
2-09-2025, 19:17
14 yaşlı uşağa işgəncə verən xalası SAXLANILDI


14 yaşlı uşağa işgəncə verən xalası SAXLANILDI

Qəyyumu tərəfindən zorakılığa məruz qalan uşaqla bağlı prosessual tədbirlər DİN-in nəzarətinə götürülməklə davam etdirilir.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, fakta görə Sabunçu RPİ-də Cinayət Məcəlləsinin əzab vermə maddəsi ilə cinayət işi başlanılıb.
Yetkinlik yaşına çatmayan şəxsin qəyyumu Günay Ramiz qızı Novruzova cinayət məsuliyyətinə cəlb olunaraq saxlanılıb.
Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
2-09-2025, 18:24
Lənkəranın dağ kəndində yanğın


Lənkəranın dağ kəndində yanğın

Lənkəran rayonunun ucqar dağ kəndi olan Gərgiranda açıq sahədə başlayan yanğın Hirkan Milli Parkının ərazisinə keçib.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Lənkəran yanğından mühafizə hissəsinin 2 texnikası və 15 şəxsi heyəti cəlb olunub. Aidiyyəti qurumların nümayəndələri, eləcə də Hirkan Milli Parkının rəhbərliyi hadisə yerindədir.
Yanğın nəzarət altına alınıb.
2-09-2025, 17:35
Milli Məclisin komitəsində almanlarla görüş keçirilib


Milli Məclisin komitəsində almanlarla görüş keçirilib

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsində Almaniyanın “Allah və insanlar qarşısında məsuliyyət təşəbbüsü” təşkilatının nümayəndələri və “Əsas dəyərlər və Xalqlararası Anlaşma Fondu”nun rəhbərləri – Fondun İdarə Heyətinin sədri Erix Alfred Tilo Braun (Erich Alfred Tilo Braune) və icraçı direktor Dr. Folker Brext (Volker Brecht) ilə görüş keçirilib.
Komitə sədri Fazil Mustafa qonaqları salamlayaraq Azərbaycanın multikultural dəyərləri və dini icmaların fəaliyyəti barədə ətraflı məlumat verib. O bildirib:
“Hazırda Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş 38 qeyri-islam dini icması sərbəst fəaliyyət göstərir ki, onların 27-si xristian icmalarıdır. Bu icmaların ibadət yerlərinin qorunması və bərpası dövlət siyasətimizin mühüm istiqamətlərindən biridir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, multikulturalizm bizim həyat tərzimizdir.”
Komitə sədri katolik, pravoslav, lüteran və alban-udi icmalarının dini abidələrinin bərpası ilə bağlı görülən işlərdən, eləcə də Qarabağda ermənilər tərəfindən dağıdılmış tarixi-mədəni abidələrin bərpası zərurətindən danışıb. Fazil Mustafa müxtəlif dini icmaların parlamentlə əməkdaşlığını və bu məsələlərin qanunvericilik müstəvisində həllini vacib saydığını qeyd edib, Almaniya parlament təcrübəsi ilə tanışlığın da maraqlı olacağını vurğulayıb.
Fondun İdarə Heyətinin sədri Erix Alfred Tilo Braun görüş üçün təşəkkür edərək Azərbaycanda dini tolerantlıq və mədəni müxtəlifliyin qorunmasına verilən dəstəyi yüksək qiymətləndirib:
“Bizim üçün böyük şərəfdir ki, Azərbaycanda müxtəlif dini icmaların azad və sülh şəraitində fəaliyyətinə yaradılan mühiti öz gözlərimizlə görürük. Azərbaycanın təcrübəsi beynəlxalq miqyasda nümunə ola bilər.”
Braun həmçinin rəhbərlik etdiyi fondun fəaliyyətindən bəhs edərək qeyd edib ki, təşkilatın toplantıları ABŞ-da 1953-cü ildən keçirilən “Milli Dua Qəhvaltısı”na bənzər formatdadır. Sonuncu – XXIX Beynəlxalq Toplantı bu ilin iyun ayında Berlinin Reyxstaq binasında Bundestaq sədri Yuliya Klöknerin iştirakı ilə təşkil olunub. Tədbirdə Almaniya federal hökumətinin və Bundestaqın üzvləri, federal torpaqların hökumət nümayəndələri, tanınmış siyasətçilər, iş adamları və müxtəlif ölkələrin parlament üzvləri iştirak ediblər. Dünyanın 100-ə yaxın ölkəsində bu cür toplantılar təşkil olunur.
Fondun icraçı direktoru Dr. Folker Brext isə birgə əməkdaşlıq imkanlarına toxunub, gələcəkdə dini abidələrin qorunması və mədəniyyətlərarası dialoq sahəsində əməkdaşlığın faydalı nəticələr verəcəyinə inamını bildirib.
Görüşdə komitənin sədr müavini Sahib Alıyev, üzvlər Elşad Musayev, Səbinə Salmanova, Azər Allahverənov da çıxış edərək fikir və təkliflərini bölüşüblər.
Qeyd olunub ki, müxtəlif dinlərin və mədəniyyətlərin yüzillərdir birgə yaşadığı Azərbaycanda dini dözümlülük və qarşılıqlı hörmət prinsipləri bu gün də dövlət siyasətinin əsasını təşkil edir. Qonaqların təmsil etdikləri qurumların məqsədləri ilə Azərbaycanın multikulturalizm siyasətinin üst-üstə düşdüyü vurğulanıb.
Görüş qarşılıqlı əməkdaşlıq perspektivlərinin müzakirəsi ilə davam edib.
Görüşdə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin, Beynəlxalq münasibətlər şöbəsinin, eləcə də, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!