Xınalığa dolu düşüb .....                        Qəbul imtahalarında yenilik olacaqsa, azı iki il əvvəl elan edilir - DİM rəsmisi .....                        Binəqədidə baş vermiş yanğında 1 nəfər xəsarət alıb .....                        Bakı Fransız Liseyinin bağlanma səbəbi açıqlandı .....                        Bağlanan liseyin şagirdləri bu məktəblərə köçürüləcək - RƏSMİ .....                        G7 ölkələrindən İrəvan və Bakıya çağırış .....                        Tovuzda qadın tanışı tərəfindən yandırıldı .....                        İsmayıllıda torpaq qatı uçdu - Evlər təhlükə altındadır - ViDEO .....                        Gürcüstanın XİN Lui Bonoyla görüşdü .....                       
17-06-2022, 08:25


Vətənpərvərliyinin gücündən yaşanan ləyaqət
Əli İbrahimov,
AMEA Fəlsəfə və Sosiologiya İnstitutu “Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi” şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent

Vətənpərvərliyinin gücündən yaşanan ləyaqət
Ölümün qolları güclü olsa da,
Vətən məhəbbəti güclüdür ondan!
Bax, bu məhəbbətdir, aparan bizi,
Ağır döyüşlərə hər vaxt, hər zaman.


Tatar şairi Musa Cəlilin (1906-1944) bir bənddən ibarət aforizm motivli şeirini məqalə üçün epiqraf götürməkdən məqsədim budur ki, bir zaman hələ 1995-96-cı illərdə Astaranın doğulduğum Artupa kənd tam orta məktəbində ədəbiyyatdan keçdiyim dərslərin tədrisində üstünlük verdiyim inşa yazılarının hansı istiqamətdə aparılmasının metodikasını yada salmaq, “Vətən qarşısında öz borcumu nədə görürəm” sualı ətrafında gedən düşüncələrdən məktəblilərin çıxardığı nəticələri bilmək, onların vətənpərvərlik, qəhrəmanlıqla bağlı təəssüratlarının rəngarəngliyi ilə maraqlanmaq, nəhayət hər birinin vətənə fərqli sevgi münasibətləri barədə xatirələrini yazıya köçürməkdən ibarətdir. İnşa yazılardan yadıma düşən tezisləri sadaladıqca belə düşünürəm ki, 1995-96-97-ci illərdə “Talış Qartalı” ləqəbli tank komandiri kimi tarix yazan və şəhidlər zirvəsinə ucalan Nadir Ağadadaş oğlu Xəlilov da digər sinif yoldaşları kimi o dövrün inşa mövularına etinasız deyildi. Tezislər kimi sadalanan həmin mövzular təxminən belədir: “Mən öz vətənimi – doğma Azərbaycanımı, onun Talış bölgəsini, zümrüd meşələrini, Şindan zirvəsini hədsiz bir məhəbbətlə sevirəm. Mənim müqəddəs borcum Vətənə, onun çiçəklənməsinə xidmət etmək, Vətənin hər qarış torpağına sinəmi sipər edib onu qorumaqdır. Xüsusən, indiki vaxtda, vətən ərazisinin beşdən bir hissəsinin yağı düşmən tapdağı altında olduğu bir zamanda Vətən bizdən daha böyük hünərlər gözləyir və mən bütün qanımla, bütün canımla onu qorumağa hazıram. Mən bu gün oxumaqla, sabah isə müstəqil Azərbaycan ordusunda vuruşmaqla, iqtisadiyyatın və mədəni siyasi həyatın müxtəlif sahələrində çalışmaqla vətənə olan borcumu verəcəyəm. Vətəni qorumaq, onu inkişaf etdirmək və çiçəkləndirmək bizim hamımızın şərəf işi, vətəndaşlıq borcudur.” Minlərlə Nadir Xəlilov kimi azərbaycanlının həyat devizinə çevrilən bu arzu, bu niyyətlər milyonların asudə, sakit yaşayışına təminat verdi, xalq belə şəhidlərə elegiyalar yazmaq, məzarlarını ziyarət etməklə təskinlik tapır.
Deməli, biz yanılmamışıq, vətənpərvərliyin əxlaqi və siyasi prinsip, sosial hiss olduğunu izah edərkən davamını “Vətənə məhəbbət, ona sadiqlik, onun keçmişi, indisi və gələcəyi üçün iftixar, onun mənafeyini müdafiə etmək səyinin bu hissin məzmununu təşkil etməsi kimi dəyərləndirməyə çalışmışıq.
Doğma torpağa, dilə, ənənələrə, milli-mənəvi dəyərlərə bağlılıq şəklində hələ qədimlərdə formalaşdığını yada saldıqca düşünürəm ki, mənim vətənpərvərlik, vətənsevərlik, ümumiyyətlə azərbaycançılıq ideyası əsasında qurduğum dərslər heç də nəticəsiz qalmamışdır.
Haqqında bəhs etdiyim şəhid Nadir Ağadadaş oğlu Xəlilovun timsalında doğma Artupa kənd orta məktəbinin digər məzunları: Miryaqub Əsgər oğlu Ağayev, İlkin Xanməmməd oğlu Kazımov, Səxavət Qüdrət oğlu Səttarov da nəticəsiz qalmayan həmin dərslərimin şəhidlik mərtəbəsinə yüksələn yadigarlarıdır.
2-ci Qarabağ Vətən müharibəsinə qədər vaxt qazanmağımız, tam orta məktəblərdə, ali və orta təhsil müəssisələrində, orduda, hərbi təhsil verən kolleclərdə düşmənə qarşı açıq və gizli zərbələr endirməyin yolları barədə düşünməyə bizə imkan verdi. Ali Baş Komandanın tapşırığı əsasında mükəmməl hazırlıq təlimləri keçmiş ordu gələcəyin strateji planlarını hazırlamağa girişmişdi. Müstəqilliyi yenidən qazanmalı olsaq da hərçənd ki, 1990-cı illərdə 4 il müddətində müqəddəs torpaqlarımızı – Qarabağı erməni faşistlərindən və onların havadarlarından qorumaq üçün bir çox şəhidlər verdik, məhrumiyyətlərə qatlaşdıq. 4 ildə itirdiyimiz torpaqlarımızı 44 gündə azad etdik. Amma necə?
Tədqiqatçı-alim, professor İlham Məmmədzadə Prezident İlham Əliyevin dərin məntiqə söykənən fikirlərini, bizim tarixi yaddaşımızı və gələcək hədəflərə nail olmağımız üçün növbəti strateji yol xəritəsinin istiqamətindən doğan düşüncələrini misal çəkir və bu məntiqin mahiyyəti ilə bağlı mətni olduğu kimi verir: “Dünyadakı münaqişələrə əgər nəzər salsaq, onların mənşəyini və indiki vəziyyətini təhlil etsək görərik ki, artıq o ölkələrin vətəndaşları da, beynəlxalq ictimaiyyət də elə bil ki, bu vəziyyətlə müəyyən dərəcədə barışıb, razılaşıb. Yaxud da, bunu alternativsiz bir variant kimi qəbul edir. Müəyyən dərəcədə burada məntiq var. Çünki uzun illər davam edən nə hərb, nə sülh vəziyyəti, dondurulmuş münaqişələr istər-istəməz belə fikirlərin yaranmasına gətirib çıxarır... Birincisi, güclü siyasi iradə olmalıdır: liderlərin güclü siyasi iradəsi və istənilən təzyiqə davam gətirmə qabiliyyəti. Bu, hesab edirəm ki, birinci dərəcəli məsələdir. Çünki öz təcrübəmə istinad etsəm deyərəm ki, 17 il ərzində müxtəlif dövrlərdə mənə təzyiq cəhdləri gah artırdı, gah səngiyirdi...
Bax, mən bu barədə də demişəm. Reallıq var və siz gərək reallıqla barışasınız, indi sizə nə təklif olunur, bununla da kifayətlənin, qalan torpaqlar qalsın, Ermənistan razı deyil, orada referendum keçirilməlidir” [”Azərbaycanın strateji hədəfləri və cənubi Qafqazda yeni reallıqlar” kitabı, Bakı-2021-ci il, səh.15].
Prezidentin mətndəki çıxışının sonuncu cümlələri bütün xalqımıza, ölkə başçımıza, ordumuza əsas verirdi ki, güclü siyasi iradəni işə salmaq, nəhayət azğınlaşmış düşmənin dərsini vermək məqamı yetişmişdir. Yetişmiş məqam nəzərdə tutduğumuz strateji planlarımızın reallaşmasına səbəb oldu. 30 illik səbr, təmkin, dözüm nümayiş etdirməyimizin pozulan harmoniyası 27 sentyabr-10 noyabr 2020-ci ildə apardığımız 44 günlük müharibə ilə bərpa edildi. Qarabağ vətən müharibəsi düşmənin ağır, amansız itkiləri ilə müşaiyyət edilən kapitulyasiyası ilə nəticələndi. Bu müharibənin qələbə ilə nəticələnməsi 3 minə yaxın şəhid verməyimizin, çoxlu sayda yaralı və qazilərimizin sayəsində, onların “güclü siyasi iradə” nümayiş etdirmək çağırışlarına qoşulmaq səyindən mümkün olmuşdur.
Aydındır ki, II Qarabağ vətən müharibəsində 3 minə yaxın verdiyimiz şəhidlərin 41 nəfəri Astara rayonunun payına düşür. Bu bir reallıqdır.

Nadir Ağadadaş oğlu Xəlilovun genində irsi olaraq cəsurluq, igidlik, mətinlik, qorxmazlıq və mərdlik əlamətlərini hələ uşaqlıq, gənclik çağlarından əmiləri: Firudin və Əkrəm Xəlilovlarda müşahidə edib qürur duymuşam. Ukraynanın Donbas bölgəsində polis polkovniki rütbəsinə qədər yüksələn əmisi Firudinin şərəfli həyat yolunun yolçusu olmaq arzusunun fövqündə yaşadıqca Nadir həyatda, orduya, müharibəyə səfərbər olunduğu çağlarda nadirliyini, döyüşdəki unikallığını nümayiş etdirdi. 2002-ci ildə həqiqi hərbi xidmətə çağırılan Nadir xidməti borcunu layiqincə yerinə yetirdikdən sonra vaxtilə məktəbdə ölməz qəhrəmanlar haqqında keçirilən inşa yazılarında fəallıq göstərməyini həyatda nümayiş etdirmək istəyib. Özünü layiqli bir tankçı kimi görmək arzusu ilə 2005-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təlim və tədris mərkəzində “Tank qoşunları üzrə gizirlərin 6 aylıq hazırlıq kursu”nda oxuyaraq buranı uğurla başa vurmuş, “N” saylı tankçılıq üzrə hərbi hissədə xidmətə başlamışdır. İki dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş həmyerlimiz Həzi Aslanovun özü və tankçıları haqqında oxuduğu kitablardan və qəhrəmanın döyüş yoluna həsr olunmuş bədii kino-filmlərindən öyrəndiyi cəsarətlilik, təşkilatçılıq, dəqiqlik, texnikanın sirrlərinə bələd olmaq, mətanətlilik, təmkinlilik, əsgərləri qələbəyə ruhlandırmaq qabiliyyəti bir an olsun belə onun nəzərindən yayınmamışdı. Özünü nümunəvi tankçı kimi tanıtdığı üçün Nadir Xəlilova tank komandiri kimi məsuliyyətli vəzifə etibar edilir və düşmənlə üzbəüz təmas xəttinə yaxın tank qoşunlarının yerləşdiyi hərbi hissələrin birində ona xidmət etmək vəzifəsi tapşırılır. 2016-cı ilə qədər tank qoşunlarında tank komandiri olaraq xidmət edən gizir Nadir Ağadadaş oğlu 2016-cı ilin aprel döyüşlərində düşmən tərəfi üçün böyük strateji əhəmiyyət kəsb edən Lələtəpənin alınmasında misilsiz şücaət, qoçaqlıq göstərdiyindən ona igidliyə görə baş gizir rütbəsi verilir və o, “Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi medalı” ilə təltif edilir. Baş gizir rütbəli Nadir Xəlilov 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edərək erməni vandallarının 6 tankından 4-nün məhv edilməsinə nail olaraq qəhrəmanlıq göstərmiş, sentyabrın 30-da Füzuli döyüşləri zamanı şəhid olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra düşmənin canlı qüvvəsini və atəş nöqtələrini məhv etdiyinə görə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medallarına layiq görülmüşdür. Ömrünün 18 ilini hərbiyə həsr edən tank komandiri, şəhid gizirin Ağadadaş və Nihad adlı iki oğul övladı yadigar qalıb. Anası Pakizə xanımın dediyinə görə Nadir öz sağlığında göz bəbəyi kimi sevdiyi Vətənini – Azərbaycanı, onun dilbər guşələrini Qarabağı, Gəncəni, Bakını, Qazaxı, Şəki-Şirvanı, Bərdəni, Yevlaxı, İsmayıllını, Şamaxını, Quba, Qusar bölgələrini; gözəl Lənkəranı, Astaranı, vətənin dağlarını, çaylarını, göz oxşayan Xəzəri sevməyi, bərəkətli torpağının, daşının qədrini bilməyi övladlarına oxuduğu S.Vurğunun “Azərbaycan”, Abbas Səhhətin “Vətənim” şeirləri vasitəsilə təlqin edirdi. Nadirin atası Ağadadaş, anası Pakizə Xəlilovlar övladlarının itkisindən kədərlənsələr də, Vətənin – Azərbaycanın, qədirbilən azərbaycanlıların yaşaması naminə bu şəhidliyi Allahın qisməti, şərafət hesab edirlər. Xalq şairi Bəxtiyar Vahabzadə Azərbaycanın sabahı – gələcəyi naminə şəhidliyi əbədiləşdirən misralarla vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyənlərin – cəsarətli, ləyaqətli insanların bu uca zirvəyə layiq olduqlarını bəyan edir:
...Qatil gülləsinə qurban gedirkən,
Gözünü sabaha dikdi şəhidlər!
Üç rəngli bayrağı öz qanlarıyla,
Vətən göylərinə çəkdi şəhidlər!

Nadirin qardaşları Sabir və Qədir Xəlilovlar, bacıları Əsmər və Gülnarə də şəhidlik məqamına yüksələn və əbədiləşənlərə daim dua oxuyur, bununla qürur duyurlar. Beləliklə, Azərbaycan üçün önəmli olan Qarabağ münaqişəsi 30 ildən sonra öz həllini tapdı. Qarabağı azadlığa qovuşduran isə müqəddəs şəhidlik məqamına yüksələn neçə-neçə cəsur, mərd qəhrəmanlar oldu. Bu qəhrəmanlardan biri də Nadir Ağadadaş oğlu Xəlilovdur. Onun vətənpərvərliyinin gücündən yaşanan ləyaqət bundan sonra da kim bilir neçə-neçə nəslin qəhrəmanlıq səlnamələrinin ibrət doğuran səhifələri kimi diqqət çəkəcək.

17-06-2022, 08:14
RƏMZİ DÖNMƏZ YENİ KİTABINI TƏQDİM EDİB

RƏMZİ DÖNMƏZ YENİ KİTABINI TƏQDİM EDİB
11 iyun 2022-ci il tarixində Bakı şəhərində, “28 may” metro stansiyası yaxınlığında yerləşən “Kitabevim.az” kitab satışı və təbliği mərkəzi millət, cəmiyyət olaraq inkişafımıza xidmət edən növbəti maraqlı tədbirlərdən birinə ev sahibliyi etdi. Vətən Müharibəsi (II Qarabağ Müharibəsi) Şəhidi Baş-leytenant Hikmət Səfərovun qardaşı tanınmış yazar və pedaqoq Rəmzi Dönməz “Günahın kğlgəsi” adlı yeni kitabı ilə oxucuların görüşünə gəlmişdi. Qazilərimizin, ziyalıların, dəyərli oxucuların, müəllifin öyrəncilərinin və doğmalarının iştirak etdiyi möhtəşəm tədbirə vətənpərvərlik ruhu, yurd həsrəti hopmuş qəribə duyğusal bir ab-hava hakim idi.
QISA ARAYIŞ
Rəmzi Dönməz (Səfərov Rəmzi İldırım oğlu) 5 August 1977 -ci ildə Qarabağın dilbər guşələrindən biri olan Ağdam rayonu, Yusifcanlı kəndində ziyalı ailəsində – uzun illər kəndin məktəbinə rəhbərlik etmiş İldırım müəllimin evində – ziya ocağında dünyaya göz açmışdır. İlk təhsilinə doğma kənd məktəbində başlasa da, digər həmyaşıdları kimi məlum hadisələrlə əlaqədar orada tamamlaya bilmir… Orta təhsilini başa vuran Rəmzi Dönməz dəqiq elmlər üzrə təhsilini bir-neçə ali təhsil müəssisəsində uğurla davam etdirmiş və hal-hazırda pedoqoji fəaliyyətlə məşğuldur. Respublikamızın tanınmış müəllimlərindən biridir. Şeir yazmağın, hekayət nəql etməyin isə bütün bunlara heç bir dəxli yoxdur. Çünki, o bir ehtiyacdır… Rəmzi Dönməz nəzmdə də, nəsr də də eyni dərəcədə uğurlu qələm sahibi hesab oluna bilər.

“Mücrü” nəşriyyatında nəfis şəkildə nəşr olunmuş kitabın naşiri Müşfiq Xan, redaktoru isə İltifat Köçəridir.
Tədbirin gedişində Rəmzi Dönməz “Yazarlar” jurnalı tərəfindən yeni kitabların nəşrinə görə təqdim olunan “Ziyadar” Mükafatı ilə təltif olunub.
Bir daha təbriklər Rəmzi müəllim!!!


Zaur USTAC,
“Yazarlar” jurnalının baş redaktoru,
şair-publisist.
17-06-2022, 08:09
TÜRKLƏR YƏHUDİLƏRİN XİLASKARI KİMİ

TÜRKLƏR YƏHUDİLƏRİN XİLASKARI KİMİ

Bəşər övladı yarandığı gündən xalqlar biri digərini əzib, işğal edib, özünə tabe etməyə çalışıb və ya əksinə bir xalq digərini başqasının təqibindən, işğalından bəzən isə tamamilə məhv olmaqdan, soyqırımdan xilas edib. Xalqların bir-birini qoruması, müdafiə etməsi adətən ya etnik, ya dini, ya da dil birliyinə görə olur.
Amma haqqında bəs edəcəyimiz Türk-Yəhudi münasibətləri heç bir etnik, dini və ya dil birliyinə deyil, Türk millətinin təbiətcə xeyirxah, humanist olmasından irəli
gəlir. Türklər ilk dəfə yəhudiləri 1492-ci ildə vahid İspan dövləti yarandıqdan sonra, ispanlar orada yaşayan başqa xalqları ilk növbədə müsəlmanları qovduqdan sonra yəhudilərə qarşı amansız təqiblər başlamış, onları demək olar ki, tamam qırmaq istəmişlər, o zaman dünyanın bir nömrəli super dövləti olan Osmanlı dövləti onları soyqrımdan xilas etmiş və hadisələrə fəal müdaxilə etməklə onları imperiya ərazisinə köçürtmüşdür. Hətta bu hadisə 1992-ci il Amerikada Bil Klintonun zamanında yəhudilərin-türklər tərəfindən xilas edilməsinin 500 illiyi təntənəli şəkildə qeyd edilmişdir.
Osmanlı dövləti qurulduqdan və dağılana qədər yəhudilər imperiya ərazisində əmin-amanlıqda, təhlükəsiz bir şəraitdə yaşamışdılar. Növbəti dəfə türklər İkinci Dünya Müharibəsi zamanı Avropanın faşist rejimlərindən canlarını qutarmaq istiyən yəhudiləri Türkiyənin –Fransadakı səfirliyi vasitəsi ilə mümkün olduğu qədər viza verməklə onları soyqırımdan xilas etmişdir. 1948-ci ilin mayında İsrail dövləti yarananda onu ilk tanıyan (de-yure) dövlətlərdən yeddincisi məhz Türkiyə olmuşdur. Bu gün də yəhudilər Türkiyə dövləti ərazisində heç kimdən seçilmədən, çox yaxşı, rahat yaşayırlar.
Bundan başqa 7-ci əsrin əvvəllərindən 10-cu əsrin sonlarına qədər quzey Qafqazda mövcut olmuş, Xəzər Xaqanlığında da yəhudilərə münasibət əla olmuşdur. Xəzər türkləri mümkün qədər onları ərəblərin təqibindən qorumağa çalışmışlar. Hətda onlar arasında münasibət o qədər yaxşı olmuşdur ki, Xəzər türkləri 790-cı ildə İudaizmi (yəni Yəhudi dinini) qəbul etdilər və müəyyən qədər bizim dağ yəhudilərinin və aşkinazların (Gürcüstanda yaşayan Yəhudilər) etnogenizində iştirak etmişdilər. Bu səbəbdən bu gün yəhudilərin bir qismi türklərlə Aşkinaz yəhudilərinin qohum xalq olduğunu bildirirlər.
Yəhudilərin hər yerdən daha rahat yaşadıqları yer məhz Azərbaycan olmuşdur, Səfəvi imperiyası dağıldıqdan sonra isə Azərbaycanda yaranan feodal özbaşnalığı tüğyan etdiyi bir vaxtda onların yığcam yaşadığı Quba xanlığının Xanı olan Fətəli Xan onları müsəlmanlardan seçməmiş, həmişə himayə etmişdir. Qubada yaşayan yəhudilər (biz onları cuhud adlandırırıq) bu gun də onu rəhmətlə anır, onun yəhudilərə qarşı sözün həqiqi mənasında atalıq qayğısını heç vaxt unutmurlar.Hətta bu haqqda “Qorskiy Yevreyi” kitabının 43-cü səhvəsində geniş məlumat verilib. Belə ki, Qubalı Fətəli Xanın zamanında (1758-1789) Aba-sava Yəhudi kənd sakinləri ilə qonşu Ləzgi kəndliləri arasında torpaq üstündə mübahisə yaranmış, Fətəli xan çox ədalətli davranaraq, məsələni haqlı olaraq yəhudilərin xeyrinə həll etmişdir. Qubalı Fətəli Xan həyatının sonuna qədər yəhudiləri himayə etmiş, kimsənin onları təqib etməsinə, incitməsinə imkan verməmişdir.
Bu gün də yəhudilər Azərbaycanda hər yerdə olduğundan daha rahat yaşayır, öz mədəniyyətlərini inkişaf etdirirlər, özlərinin məktəbləri mədəniyyət mərkəzləri fəaliyyət göstərir, dini ibadətləri üçün isə xeyli sayda sinaqoqları var.
Bütün bunlar əvəzsiz qalmamış, əvəzində yəhudilər də Azərbaycanı və Türkiyəni müsəlman dünyasında ən yaxın tərəftaş, dost ölkələr kimi qəbul edirlər, Azərbaycanı beynəlxalq təşkilatlarda müdafiə edirlər. İkinci Qarabağ müharibəsində də yəhudilər həm xalq olaraq-həm də, dövlət olaraq Azərbaycanın dövlətinin və xalqının yanında oldular. Azərbaycana hər cür siyasi, maddi yardım etdilər. Hətta qələbədə onların da payı var. Sonda onu bildirim ki, bu dünyada heç kəsin nə yaxşılığı, nə də, pisliyi unudulmur və sonunda özünə (özlərinə) qayıdır. Yəhudilərin Azərbaycanda bütün dünyanın hər yerindən fərqli rahat, firavan yaşaması, bir çox hallarda təəccübblə qarşılanır. Eyni zamanda Yəhudi xalqının Azərbaycanı açıq və qəti dəstəkləməsi də bir mənalı qarşılanmır.
Yuxarıda qeyd etdiyim kimi, yəhudilər Azərbaycan xalqının xoş münasibətini və Osmanlı dövlətinin onları soyqrımından xilas etməsini həmişə nəcibliklə qiymətləndiriblər. Yəhudilər bir xalq və dövlət olaraq ikinci Qarabağ savaşında öz müqəddəs borclarını yerinə yetirməyə çalışdılar və bu işin öhdəsindən layiqincə gəldilər.


Mobil Vəkiloğlu
Politoloq
17-06-2022, 08:03
“Gənclər Davamlı İnkişaf üçün”

“Gənclər Davamlı İnkişaf üçün”

Tovuzda “Gənclər Davamlı İnkişaf üçün” layihəsinin açılış mərasimi keçirilib.
“İrəli” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Gənclər Fondunun dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə tərəfdaşlığı ilə “Gənclər Davamlı İnkişaf üçün” layihəsinə start verilib.
Birliyin Mətbuat xidmətindən Butov.az-a bildirilib ki, layihə 3 mərhələdən ibarətdir. Layihənin hazırkı mərhələsində respublikamızın müxtəlif regionlarını təmsil edən 30 nəfər gənc bir həftə müddətində seminar planlaması, region gənclərinin ehtiyaclarının öyrənilməsi, münaqişəli halların effektiv idarə edilməsi və digər mövzularda müxtəlif təlim sessiyalarında iştirak edəcəklər. Həmçinin layihə boyunca gənclərlə işləyən şəxslər qeyri-formal təhsil və onun prinsipləri haqqında yeni məlumatlar əldə edəcək, Dayanıqlı İnkişaf Məqsədlərinin regionlar üzrə tətbiq mexanizmləri mövzusunda praktiki tapşırıqlar icra edəcəklər.

Layihənin növbəti mərhələlərində isə gənclərin öyrəndikləri bilik və təcrübələri öz yaşadıqları regionlarda təlim və görüş formatında digər gənclərlə bölüşməsi, habelə region gəncləri arasında sorğuların keçirilməsi nəzərdə tutulur. Sorğulardan əldə ediləcək nəticələr vasitəsilə region gənclərinin ehtiyac və problemləri öyrəniləcək, bu istiqamətdə təklif paketi hazırlanacaq.
Qeyd edək ki, “Gənclər Davamlı İnkişaf üçün” layihəsinin əsas məqsədi cəmiyyətdə aktiv vətəndaşlığın təmin olunması, gənclərin yumşaq bacarıqlarının gücləndirilməsi, region gənclərinin inkişafı istiqamətində təşəbbüslərin artması ilə ümumilikdə gənclər şəbəkəsinin inkişafına töhfə verməkdir.

Layihə çərçivəsində ilkin olaraq 23 şəhər və rayondan ümumilikdə 15 min gəncin əhatə olunması hədəflənib.
17-06-2022, 07:57
QHT-də yeni təyinat


QHT-də yeni təyinat

İnsan Hüquqları və Qanunların Təbliği İB-də İctimaiyyətlə əlaqələr və mətbuat departamentinin rəhbəri təyin edilib

İyunun 11-də İnsan Hüquqları və Qanunların Təbliği İctimai Birliyininin Ümumi Yığıncağının qərarı ilə Röya İsrafilova qurumun İctimaiyyətlə əlaqələr və mətbuat departamentinin rəhbəri təyin edilib. Qərarda deyilir: “Röya İsrafilova İnsan Hüquqları və Qanunların Təbliği İctimai Birliyininin sədri yanında İctimaiyyətlə əlaqələr və mətbuat departamentinin rəhbəri təyin edilsin”.
Qeyd edək ki, Röya İsrafilova 1991-ci ildə Saatlı rayonunun Nərimankənd kəndində anadan olub. Orta təhsilini həmin kəndin Murad Mehbalıyev adına tam orta məktəbində, ali təhsilini isə Bakı Qızlar Universitetinin jurnalistika fakültəsində alıb.
2017-ci ilin sentyabr ayından AMEA Mərkəzi Elmi Kitabxanasının İctimaiyyətlə əlaqələr və informasiya şöbəsində mütəxəssis olaraq çalışır. 2018-ci ildə Azərbaycan televiziyasında “MZ Production”nın layihəsi olan “Müasir Azərbaycan Gənci” proqramında, “Yeni Media”, “Qəbələ TV”, “Dialoq TV” və digər internet kanallarında çalışıb. 2019-cu ildə AzTV-nin nəzdində fəaliyyət göstərən “Teleradio Akademiyası”nda ixtisas təhsili alıb.
Hal-hazırda müxtəlif internet kanalları və media orqanları ilə əməkdaşlıq edir.
Subaydır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!