Güclü qadın , güclü şəxsiyyət , güclü alim .....                        Əhməd Qarayev .....                        Pərnisə Qarayeva .....                        Vətən Qadın .....                        Hikmət Hacıyev ADA-da COP29-dan danışdı .....                        Qazax sakinləri 4 kəndin qaytarılmasını böyük sevinvlə qeyd etdilər .....                        NATO müttəfiqləri Ukraynayla bağlı razılığa gəldi .....                        İstanbulda torpaq sürüşməsi baş verdi .....                        “Nərimanov” stansiyasında bədbəxt hadisə .....                       
27-07-2022, 20:21
"Nərmin işi" ilə bağlı məhkəmə yenə təxirə salındı


"Nərmin işi" ilə bağlı məhkəmə yenə təxirə salındı

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə araşdırması davam edir. Butov.az xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda İlkin Süleymanovun 2020-ci ildə şahid kimi verdiyi ifadəsi elan olunub. O, ifadəsində həmin gün siqaret çəkmək üçün yaşadığı evin qarşısına çıxdığını və orada cəsəd yandığını gördüyünü deyib. Daha sonra 2020-ci ilin avqustun 8-də İlkin Süleymanovun evində aparılan axtarışla bağlı protokol elan olunub. Prosesdə, həmçinin Nərminin meyiti aşkarlanan zaman üzərindəki paltarların siyahısı açıqlanıb. Cinayət işi üzrə məhkəmə heyətinə daxil olan hakim Nural Əliyevin məzuniyyətə çıxması ilə bağlı proses bir aylıq təxirə salınıb. Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib. Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib. İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb. İ.Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.
27-07-2022, 20:17
Filippin Rusiyadan helikopter almaqdan imtina etdi


Filippin Rusiyadan helikopter almaqdan imtina etdi

Filippin hakimiyyəti Rusiyadan hərbi helikopter almaqdan imtina edib. Bu barədə AP agentliyi öz mənbələrinə istinadən məlumat yayıb. Məlumata görə, Filippin 16 ədəd Mi-17 helikopteri almaq üçün 2021-ci ildə Rusiya ilə müqavilə imzalayıb. Müqavilənin dəyəri 227 milyon dollardır. Mənbələr bildirir ki, Filippin ABŞ-ın sanksiyalarına məruz qalmamaq üçün müqaviləni ləğv etmək niyyətindədir. Hələlik rəsmi qərar olmasa da, müqavilənin tezliklə ləğv ediləcəyi vurğulanıb.
27-07-2022, 20:14
Putin Kadırovu mükafatlandırdı


Putin Kadırovu mükafatlandırdı

Rusiya Prezidenti Vladimir Putin Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovu mükafatlandırıb. Bu barədə Kadırov teleqram kanalında məlumat paylaşıb. Çeçen lider bildirib ki, Putin onu regionun sosial-iqtisadi inkişafına verdiyi töhfəyə görə "Aleksandr Nevski ordeni" ilə təltif edib. Kadırov bundan sonra da Rusiyanın rifahı naminə fədakarlıqla xidmət edəcəyinə söz verib: "Mənim üçün Rusiya Prezidentindən mükafat almaq ən böyük şərəfdir. Mən Vladimir Vladimiroviç Putinə etimada və regionumuzun inkişafına göstərdiyi daimi diqqətə görə təşəkkür edirəm”.
27-07-2022, 20:08
Almaniya Ukraynaya artilleriya satılmasına razılıq verdi


Almaniya Ukraynaya artilleriya satılmasına razılıq verdi

Almaniya hökuməti Ukraynaya 100 ədəd "Panzerhaubitze 2000" özüyeriyən artilleriya qurğularının satılmasına razılıq verib. Bu barədə Almaniyanın “Spiegel” nəşri məlumat yayıb. Bildirilir ki, "Krauss-Maffei Wegman" şirkəti aprel ayında Ukraynaya 1,7 milyard avro dəyərində artilleriya qurğuları satılmasına icazə istəyib. Almaniya hökuməti icazəyə müsbət cavab verib. İlk haubitsaların Ukraynaya nə vaxt çatacağı hələlik bəlli deyil. Haubitsaların istehsalı bir neçə il üçün nəzərdə tutulub. Bundan əvvəl Almaniya Ukrayna 7 ədəd artilleriya qurğuları göndərib.
27-07-2022, 19:59
İndiyədək 41 mindən çox layihə maliyyələşdirilib


İndiyədək 41 mindən çox layihə maliyyələşdirilib

İndiyədək Sahibkarlığın İnkişafı Fondu tərəfindən 41 mindən çox layihə maliyyələşdirilib. Layihələrin 90,7%-i kənd təsərrüfatı məhsullarının istehsalını əhatə edib və bu məqsədlə 1,4 mlrd. manat vəsait ayrılıb. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov tvitter səhifəsində yazıb. "Şamaxı rayonunda heyvandarlıqla məşğul olan sahibkar Tamilla Vəliyeva-Rabbath öz təsərrüfatını genişləndirmək məqsədilə 2021-ci ildə Fonddan 300 min manat güzəştli kredit əldə edib", - nazir qeyd edib.
27-07-2022, 19:55
Moskva Arayikə ümid verir - Terrorçuları məhv etməyin vaxtı çatıb


Moskva Arayikə ümid verir - Terrorçuları məhv etməyin vaxtı çatıb

“Azərbaycan ərazisində Ermənistana məxsus separatçı, işğalçı, terrorçu silahlı birləşmələr qaldıqca, sərhəddə təxribatlar şiddətlənəcək, daha böyük təhlükələrə səbəb olacaq”. Bu sözləri erməni silahlı birləşmələri tərəfindən törədilən təxribatlar haqqında danışan Xocalıdan olan deputat Elman Məmmədov deyib. Parlament üzvü qeyd edib ki, təxribat törədənlər ərazilərimizdə hələ də qanunsuz şəkildə mövcudluğunu saxlayan qondarma rejimin tör-töküntüləridir: “Baxmayaraq ki, qələbə ilə başa vurduğumuz Vətən müharibəsindən artıq 2 il keçir, işğalçıya məxsus qanunsuz birləşmələr gündən-günə daha çox silahlanır. Ermənilər sentyabrın 2-də cinayətkar-separatçı qurumun 31 illiyini qeyd etməyə hazırlaşırlar. Qondarma qurum mövcud olduqca, dünyanın bir sıra ölkələri, həmçinin bizimlə əməkdaşlıq şəraitində olan, vasitəçilik missiyasını üzərinə götürən Rusiya dövləti belə rəhbərlərini qəbul edir, Arayiklər vaxtaşırı Moskvaya səfər edib, görüşlər keçirirlər. Bütün bunlar ermənilər üçün ümidverici hal hesab edilir. Düşünürlər ki, başqa ölkələr tərəfindən qəbul olunublar. Bunların ümidlərini birdəfəlik kəsmək lazımdır”. Deputat vurğulayıb ki, Azərbaycanın tarixi torpaqlarında qalan erməni terrorçularının hamısı məhv edilməlidir: “Azərbaycan torpaqları işğalçılardan, separatistlərdən, terrorçulardan tamamilə təmizlənməlidir. Dinc, sıravi vətəndaşlarla heç kimin işi yoxdur. Azərbaycan qanunlarına tabe olsunlar, vətəndaşlığı qəbul edib, torpaqlarımızda yaşasınlar”. Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, iyulun 25-26-da bir sutka ərzində erməni silahlı birləşmələri ümumilikdə 9 dəfə təxribat xarakterli silahlı insident törədib. Bunlardan 2-si Azərbaycan-Ermənistan dövlət sərhədinin Qarakilsə rayonunun Saybalı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərdən Ordumuzun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atəşə tutmaqla baş verib. Digər 7 insident isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Tərtər, Ağdam, Xocavənd və Xocalı rayonları istiqamətlərində yerləşən mövqelərini fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutmaqla qeydə alınıb. Bütün hallarda Ordumuzun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.

27-07-2022, 19:49
Ukraynanın yeni baş prokuroru seçildi


Ukraynanın yeni baş prokuroru seçildi

Ukraynanın yeni baş prokurorunun adı məlum olub. Butov.az "Unian"a istinadən xəbər verir ki, namizədliyi Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən irəli sürülən Andrey Kostinin Baş prokuror təyin olunması ilə bağlı səsvermə keçirilib. 299 millət vəkilinin dəstəyi ilə Andrey Kostin Ukrayna baş prokuroru postuna seçilib. O, bu postda İrina Venediktovanı əvəz edib.
27-07-2022, 19:46
Naftalanda qanvermə aksiyası keçirilib


Naftalanda qanvermə aksiyası keçirilib

Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə irsi qan (talassemiya, hemofiliya) və digər qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlarımıza yardım məqsədilə qanvermə aksiyası keçirilib. Butov.az xəbər verir ki, Naftalanlılar ənənə halını alan bu nəcib və humanist xarakterli aksiyaya qoşularaq fəallıq nümayiş etdiriblər. Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının tibb briqadasının hematoloqları tərəfindən hər bir donor tibbi müayinədən keçdikdən sonra, onlardan qan analizi götürülüb və aksiyaya qoşulması ilə bağlı rəy verilib. Aksiyada Naftalan Şəhər İcra Hakimiyyəti başçısı və aparatın əməkdaşları, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların sağlamlığı imkan verən əməkdaşları, könüllülər iştirak ediblər. Humanizm prinsipləri əsasında həyata keçirilən belə tədbirlər ölkəmizdə irsi qan xəstəliklərindən əziyyət çəkən insanların təhlükəsiz və keyfiyyətli qanla təminatı üçün könüllü donor xidmətinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.






27-07-2022, 19:31
Polşa Cənubi Koreyadan külli miqdarda hərbi texnika aldı


Polşa Cənubi Koreyadan külli miqdarda hərbi texnika aldı

Polşa Cənubi Koreyadan 1000 ədəd K2 tankı, 600-dən çox K9 artilleriya qurğuları və üç eskadrilya FA-50 hərbi təyyarəsi alıb. Bu barədə Polşa müdafiə naziri Mariuş Blaşçak bildirib. O qeyd edib ki, razılaşmalar imzalanıb, zirehli texnikalar bu il Polşaya gəlməyə başlayacaq. Müqavilənin məbləği açıqlanmır. Razılaşmanın şərtlərinə görə, yaxın illərdə müqavilədə sadalanan silahların istehsalı üçün Polşada müəssisə qurulacaq. Blaşçak bildirib ki, bu, Polşanın müdafiə sənayesi üçün əla fürsətdir. İlk təyyarə gələn il Polşa Hərbi Hava Qüvvələrinə təhvil veriləcək. Blaşçak qeyd edib ki, yeni təyyarələr keçmiş SSRİ ölkələrindən gətirilən təyyarələrin dəyişdirilməsinə və pilotların hazırlığının gücləndirilməsinə şərait yaradacaq. Polşa ordusunun güclənməsinin səbəblərini şərh edən Mariuş Blaşçak qeyd edib ki, ölkə Ukraynadakı hazırkı münaqişədən nəticə çıxarır.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!