Çabaharda sünni bəluç edam edilib .....                        Dünyanın ən böyük vulkanı püskürdü .....                        Ermənistan hələ də öhdəliklərini yerinə yetirmir - Ceyhun Bayramov .....                        Ərzaq bazarı dövlət tərəfindən tənzimlənəcək .....                        Qida təhlükəsizliyi ilə bağlı yeni rüsumlar .....                        Türkiyə hökuməti Suriya əməliyyatını müzakirə edir - Ordu əmr gözləyir .....                        Təbrizdə tarixi tikili dağıdılıb .....                        İrəvan Bakıdan sülh müqaviləsi təklifinə cavab alıb .....                        Azərbaycan 13 erməni hərbçinin meyitini qaytardı .....                       
27-07-2022, 19:28
Piyada keçidindən istifadə etməyənlər cərimələndi


Piyada keçidindən istifadə etməyənlər cərimələndi

Piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması, onların arasında intizamın möhkəmləndirilməsi məqsədilə Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfində profilaktik tədbirlər keçirilib. DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, xüsusilə də hərəkətin intensiv olduğu küçə və prospektlərdə keçirilən tədbirlər zamanı ərazidə piyada keçidlərinin olmasına baxmayaraq, bəzi şəxslərin yolu müəyyən edilməyən yerlərdən keçdikləri aşkarlanıb. Onlara yol hərəkəti qaydaları haqqında ətraflı məlumat verilib və bu kimi halların özləri ilə yanaşı digər hərəkət iştirakçılarının da sağlamlığı üçün təhlükəli olduğu izah edilib. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.
27-07-2022, 19:23
Ərdoğan İslam Oyunlarının açılışını edəcək


Ərdoğan İslam Oyunlarının açılışını edəcək

Konya şəhərində keçiriləcək V İslam Həmrəylik Oyunlarının açılışını Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan edəcək. Bu barədə hakim AKP partiyasının sədr köməkçisi və Konyanın millət vəkili Leyla Şahin Usta bildirib. Qeyd edək ki, 54 ölkənin iştirak edəcəyi yarışın açılış mərasimi avqustun 9-da baş tutacaq.
27-07-2022, 19:20
Bakıda 106 avtobus gecikir


Bakıda 106 avtobus gecikir

Vahid Dispetçer Xidmətinin bu gün axşam pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 31 müntəzəm marşrut xətti üzrə 106 avtobusun hərəkət intervalında gecikmələr var. Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
1. Bakı–Sumqayıt şosesində–Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından 20 Yanvar dairəsi istiqamətində Moskva pr-də və əks istiqamətdə Ekologiya postuna qədər sıxlıq müşahidə olunur. Bu səbəbdən də həmin ərazidən keçən 2, 7A, 13, 14, 18, 65, 67, 83, 96, 114A, 114B, 119, 135 N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-12 dəqiqə gecikmə müşahidə olunur.
2. Binəqədi şosesi–Binəqədi istiqamətində sıxlıq. Bu səbəbdən də həmin ərazidən keçən 71, 79, 133, 165, 179, 202,N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 8-13 dəqiqə gecikmə müşahidə olunur.
3. Mikayıl Useyinov küçəsi Azneft meydanı istiqamətində (avtobus zolağının olmasına baxmayaraq digər nəqliyyat vasitələri zolağın tələbini pozurlar) 5, 6, 53, 88, 125, 127 və 205 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 15-20 dəqiqə gecikmə müşahidə olunur.
4. Qara Qarayev pr. Ziya Bünyadov pr. istiqamətində sıxlıq - Bu səbəbdən də həmin ərazidən keçən 1, 7A, 11, 15, 44, 62 N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 8-12 dəqiqəyə gecikmə müşahidə olunur.
27-07-2022, 19:16
Bayden Ağ evə qayıdır


Bayden Ağ evə qayıdır

ABŞ Prezidenti Co Bayden koronavirusdan tam sağalıb. Bu barədə o, özünün "Twitter" hesabında məlumat yayıb. Bayden testinin neqativ nəticəsinin fotosunu paylaşıb. “Ağ Evə dönürəm. Dəstəyə görə təşəkkür edirəm”, - o qeyd edib.
27-07-2022, 19:13
Lavrov sabah Özbəkistana gedir


Lavrov sabah Özbəkistana gedir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyulun 28-də Özbəkistanın paytaxtı Daşkəndə səfər edəcək. Butov.az-ın xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Lavrov Şanxay Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının iclasına qatılacaq. Səfər iki gün davam edəcək.
27-07-2022, 19:11
Operativ Qərargah vaksinlə bağlı məlumat yaydı


Operativ Qərargah vaksinlə bağlı məlumat yaydı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2289 vaksin vurulub. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Bildirilib ki, son sutka ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 464, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 104, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1440, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 281 nəfərdir.
27-07-2022, 19:07
Aktiv xəstə sayı 2 mini keçdi - Yoluxma yenə artdı


Aktiv xəstə sayı 2 mini keçdi - Yoluxma yenə artdı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 399 yeni yoluxma faktı qeydə alınıb, 271 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib. İndiyədək ölkəmizdə ümumilikdə 797 281 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 785 437 nəfər müalicə olunaraq sağalıb, hazırda 2103 aktiv xəstə var. Bu günə qədər 9741 nəfər vəfat edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3543, bu günə qədər isə ümumilikdə 7 033 280 test icra olunub.

27-07-2022, 19:04
Xəstəxanalara ən çox bu xəstəliklərə görə müraciət edilib


Xəstəxanalara ən çox bu xəstəliklərə görə müraciət edilib

Cari ilin ilk 6 ayı ərzində dövlət tibb müəssisələrinə 2 803 677 şəxs 8 123 770 dəfə müraciət edib. Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı isə 18 280 623 olub. Tibbi xidmətlərin 83 %-i ambulator, 17 %-i stasionar şəraitdə göstərilib. Pasiyentlərin 31 %-ni uşaqlar, 69 %-ni isə böyüklər təşkil edib. Pasiyentlərin müraciəti əsasən ümumi tibbi müayinə, qan dövranı sistemi xəstəlikləri, endokrin sistemin xəstəlikləri, tənəffüs sistemi xəstəlikləri, həzm sisteminin xəstəlikləri, sidik-cinsiyyət sisteminin xəstəlikləri, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, göz və gözün əlavə aparatının xəstəlikləri, sinir sistemi xəstəlikləri, habelə mamalıq və ginekologiya ilə bağlı olub.
Bu ilin ilk 6 ayı ərzində Bakı şəhəri üzrə dövlət tibb müəssisələrinə 1 144 429 şəxs 3 221 354 dəfə müraciət edib. Vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı isə 7 068 108 olub. Beləliklə, ölkə üzrə qeydə alınan ümumi müraciət sayının 40 %-i və göstərilən tibbi xidmətlərin 39 %-i Bakı şəhərinin payına düşür. Ən çox tibbi xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğunu təqdim edirik: Bakı Baş Səhiyyə Mərkəzi, Kliniki Tibbi Mərkəz, Nərimanov Tibb Mərkəzi, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Sabunçu Tibb Mərkəzi, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Binəqədi Tibb Mərkəzi, Xəzər Tibb Mərkəzi, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu və M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzi.
Bu ilin ilk 6 ayı ərzində Bakı şəhəri istisna olmaqla, 63 şəhər və rayon üzrə dövlət tibb müəssisələrinə 1 777 642 şəxs 4 902 416 dəfə müraciət edib. Vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı isə 11 212 515 olub. Beləliklə, ölkə üzrə qeydə alınan ümumi müraciət sayının 60%-i və göstərilən tibbi xidmətlərin 61 %-i regionların payına düşür. Ən çox tibbi xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğunu təqdim edirik: Sumqayıt Tibb Mərkəzi, Gəncə Şəhər Birləşmiş Xəstəxanası, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası, Bərdə, Xaçmaz, Yevlax, Quba, Balakən, Abşeron və Qəbələ rayon mərkəzi xəstəxanaları.
2022-ci ilin yanvar-may ayları ərzində TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində aparılması mümkün olmayan əməliyyat və xidmətlərlə bağlı özəl tibb müəssisələrinə göndəriş alan edən vətəndaşlar 22 168 tibbi xidmətdən yararlanıb. Bu xidmətlərdən 485-i uşaqlara, 21 683-ü isə böyüklərə göstərilib. Sözügedən tibbi xidmətlərdən 7 156-nı oftalmoloji əməliyyatlar, 6 306-nı invaziv radiologiya xidmətləri, 5 236-nı ürək-damar cərrahiyyəsi, 959-nu urologiya, 922-ni neyrocərrahiyyə, 278-ni travmatologiya, 221-ni ümumi cərrahiyyə, 131-ni LOR, 54-nü isə ginekologiya və doğuş üzrə aparılan əməliyyatlar təşkil edib. Digər sahələr üzrə icra olunan əməliyyatların sayı isə 283-dür. İcra olunan koxlear implantasiya və endoprotezləşdirmə əməliyyatlarının sayı isə müvafiq olaraq 65 və 557 olmuşdur. Qeyd edək ki, cari ilin yanvar-may ayları ərzində vətəndaşlara verilmiş göndərişlər əsasında müqaviləli tibb müəssisələri tərəfindən tibbi xidmətlərin göstərilməsi və onların elektron reyestrdə qeydiyyatı davam edir.
27-07-2022, 18:56
Şəhid ailələri və qazilər üçün hüquqi dinləmə keçirilib


Şəhid ailələri və qazilər üçün hüquqi dinləmə keçirilib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatının birgə təşkilatçılığı ilə hüqquqi maarifləndirmə görüşü keçirilib. Şəhid ailələri və Vətən müharibəsi əlillərinin hüquqi problemlərinin həllinə dəstək məqsədilə keçirilən görüşdə adları çəkilən təşkilatların rəhbərliyilə yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul işçiləri, eləcə də Vəkillər Kollegiyasının üzvləri iştirak ediblər. Butov.az xəbər verir ki, hüquqi dinləməyə qatılan Şəhid ailələrinin üzvləri və qazilər bir sıra məsələlərə dair çıxış ediblər. Müvafiq qurumların rəsmiləri isə dövlətin Şəhid ailələri və qazilərə göstərdiyi qayğıdan söz açılbar. Təəssüf hissi ilə bildirilib ki, son dövrlər Şəhid ailələri və qazi adından sui-istifadə hallarına da rast gəlinir. O da qeyd olunub ki, bəzi dövlət qurumlarında çalışan vəzifəli şəxslərin Şəhid ailələri və qazilərin müraciətlərinə laqeydliklə yanaşdığı müşahidə edilməkdədir. Bu kimi hallar isə belə həssas kateqoriyadan olan şəxslərin özlərinə qəsd etməsinə gətirib çıxarır. Çıxış edənlər xüsusi olaraq vurğulayıblar ki, xoşagəlməz hadisələrin baş verməməsi, narazılıqların qarşısını vaxtında almaq üçün vətəndaş cəmiyyətinin dövlətə dəstək yönümündə hüquqi dinləmə həyata keçirməyi məqsədəuyğundur. Hərbi yönümlü QHT-lərin rəhbərləri bəyan ediblər ki, bu cür dinləmələrin keçirilməsində məqsəd Prezident, Ali Baş Komandan İlham Əliyevin Şəhid ailələri və qazilərlə bağlı həyata keçirdiyi sosial siyasətə hüquqi dəstək olmaqla yanaşı, ictimai töhfə verməkdir. Gələcəkdə də bu cür hüquqi maarifləndirmə tədbirləri davam etdirilməsi qərara alınıb.




27-07-2022, 18:48
Dünya çempionatında iştirak edəcək güləşçilərimiz


Dünya çempionatında iştirak edəcək güləşçilərimiz

İtaliyanın paytaxtı Romada güləş üzrə U-17 dünya çempionatı davam edir. Butov.az-ın məlumatına görə, mundialın son 3 günündə sərbəst güləşçilər mübarizə aparacaq. Azərbaycan millisi bu gün İtaliyaya yollanıb. Səfər ərəfəsində Azərbaycan Güləş Federasiyasının rəsmiləri yığma üzvləriylə görüşüb. İcraiyyə Komitəsinin üzvü Namiq Abdullayev, baş katibin müavini Orxan Məmmədov, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Elçin Cəfərov və Olimpiya çempionu Toğrul Əsgərov komandaya Romada Avropa çempionatında olduğu kimi, uğurlu nəticə qazanmağı arzulayıb. DÇ-də böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədov və Yaşar Əliyevin rəhbərliyi altında Bəşir Verdiyev (45 kq), Vasif Bağırov (48 kq), Elman Ağayev (51 kq), Camal Abbasov (55 kq), Ağa Qasımov (60 kq), İlyas İsayev (65 kq), Ağanəzər Novruzov (71 kq), Şəmistan Axundov (80 kq), Rəvan Musayev (92 kq) və Yusif Dursunov (110 kq) mübarizə aparacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!