İsrailin XİN başçısı Azərbaycana yola düşdü .....                        Moskva geri addım atır? .....                        Sahibə Qafarova həmkarı ilə görüşdü .....                        Əli Laricaninin qızı ABŞ universitetindən qovuldu .....                        Rusiya Maduronun azad edilməsini tələb edir .....                        NATO təlimində böhran: Amerikalı əsgərlər geri çəkildi .....                        Qrenlandiya böhran: İşıqsız və istiliksiz qaldı .....                        “Temu” Türkiyədə xarici məhsul satışlarını dayandırdı .....                        Fərəh Pəhləvi İranda ölənlərdən danışdı .....                       
Tarix : 27-07-2022, 18:56
Şəhid ailələri və qazilər üçün hüquqi dinləmə keçirilib


Şəhid ailələri və qazilər üçün hüquqi dinləmə keçirilib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatının birgə təşkilatçılığı ilə hüqquqi maarifləndirmə görüşü keçirilib. Şəhid ailələri və Vətən müharibəsi əlillərinin hüquqi problemlərinin həllinə dəstək məqsədilə keçirilən görüşdə adları çəkilən təşkilatların rəhbərliyilə yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul işçiləri, eləcə də Vəkillər Kollegiyasının üzvləri iştirak ediblər. Butov.az xəbər verir ki, hüquqi dinləməyə qatılan Şəhid ailələrinin üzvləri və qazilər bir sıra məsələlərə dair çıxış ediblər. Müvafiq qurumların rəsmiləri isə dövlətin Şəhid ailələri və qazilərə göstərdiyi qayğıdan söz açılbar. Təəssüf hissi ilə bildirilib ki, son dövrlər Şəhid ailələri və qazi adından sui-istifadə hallarına da rast gəlinir. O da qeyd olunub ki, bəzi dövlət qurumlarında çalışan vəzifəli şəxslərin Şəhid ailələri və qazilərin müraciətlərinə laqeydliklə yanaşdığı müşahidə edilməkdədir. Bu kimi hallar isə belə həssas kateqoriyadan olan şəxslərin özlərinə qəsd etməsinə gətirib çıxarır. Çıxış edənlər xüsusi olaraq vurğulayıblar ki, xoşagəlməz hadisələrin baş verməməsi, narazılıqların qarşısını vaxtında almaq üçün vətəndaş cəmiyyətinin dövlətə dəstək yönümündə hüquqi dinləmə həyata keçirməyi məqsədəuyğundur. Hərbi yönümlü QHT-lərin rəhbərləri bəyan ediblər ki, bu cür dinləmələrin keçirilməsində məqsəd Prezident, Ali Baş Komandan İlham Əliyevin Şəhid ailələri və qazilərlə bağlı həyata keçirdiyi sosial siyasətə hüquqi dəstək olmaqla yanaşı, ictimai töhfə verməkdir. Gələcəkdə də bu cür hüquqi maarifləndirmə tədbirləri davam etdirilməsi qərara alınıb.






Paylaş



Bölmə: Şəhidlər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!