16-08-2022, 21:49
Ukraynada azərbaycanlı döyüşçü həlak olduUkraynanın Donetsk bölgəsində ruslarla savaşda daha bir azərbaycanlı döyüşçü həlak olub. Bu barədə Ukraynada yaşayan diaspor fəalı Ceyhun Kəsəmən bildirib. Onun sözlərinə görə, həlak olan həmyerlimiz Elşad Ağalovdur. O, "Gürcü legionu"nun əsgəri olub. Əslən Zəngilan rayonundan idi. Hazırda Ukrayna Azərbaycanlıları Şurası Azərbaycanın Ukraynadakı səfirliyi ilə birgə onun cəsədinin Vətənə göndərilməsi məsələsi ilə məşğuldur. Allah rəhmət eləsin!
16-08-2022, 21:44
Ermənistan sülhə belə hazırlaşır?!“Baxın, qanunsuz erməni sakinləri Laçın şəhərini, Zabux və Sus kəndlərini tərk edərkən ərazidə nə qalıb”. Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva tviter hesabında yazıb. Paylaşımında ermənilərin Laçın, Zabux və Susda vandallıq faktlarını əks etdirən görüntüləri paylaşan XİN rəsmisi vurğulayıb: “Evlər dağıdılaraq yandırılıb, meşələrdə yanğınlar törədilib, flora və faunaya ciddi ziyan dəyib, infrastuktur obyektləri dağıdılıb. Ermənistan sülhə belə hazırlaşır?!”
16-08-2022, 21:41
Türkiyə ordusu şəhid verdi - 4 əsgər yaralandı
Türkiyənin Şanlıurfa vilayətində yerləşən Çiçəkalan Sərhəd Polis Məntəqəsinə terrorçular tərəfindən hücum edilib. Hadisə bir əsgər şəhid olub, dörd hərbçi yaralanıb. Bu barədə Şanlıurfa valisi Salih Ayhan bildirib. Onun sözlərinə görə, hadisə Şanlıurfanın Birecik rayonunda baş verib. Vali yaralı əsgərlərin vəziyyətinin qənaətbəxş olduğunu söyləyib. Türkiyənin Milli Müdafiə Nazirliyindən isə bildirilib ki, terrorçular tərəfindən türk əsgərlərinə qarşı minaatanla hücum olub. Bölgədə aşkarlanan hədəflər dəqiq atəşlə dərhal vurulub. İlkin məlumata görə, 13 terrorçu zərərsizləşdirilib. Bölgədə əməliyyatlar davam edir.
16-08-2022, 21:39
Putin Nensi Pelosinin Tayvan səfərini həyasızlıq adlandırıbRusiya prezidenti Vladimir Putin ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin bu günlərdə Tayvana qəfil səfəri barədə sərt açıqlama verib.
Butov.az xəbər verir ki, Putin Nensi Pelosinin səfərini “sadəcə məsuliyyətsiz siyasətçinin hərəkəti deyil, digər ölkələrin suverenliyinə hörmətsizliyin həyasız nümayişi, diqqətlə planlaşdırılmış təxribat” adlandırıb. “Amerikanın Tayvana qarşı avantürası sadəcə məsuliyyətsiz siyasətçinin səfəri deyil, Vaşinqtonun regionda və dünyada vəziyyəti sabitsizləşdirmək və xaotikləşdirmək üçün məqsədyönlü, şüurlu strategiyasının bir hissəsi, digər ölkələrin suverenliyinə hörmətsizliyin həyasız nümayişidir. Biz bunu diqqətlə planlaşdırılmış təxribat kimi qiymətləndiririk”, - deyə Putin Beynəlxalq Təhlükəsizlik üzrə 10-cu Moskva Konfransının iştirakçıları və qonaqlarına müraciətində bildirib. Onun sözlərinə görə, “ABŞ növbəti dəfə qəsdən odun üstünə yağ tökməyə və Asiya-Sakit okean regionunda vəziyyəti sarsıtmağa çalışıb”. Pelosinin avqustun 2-3-də Tayvana gəlişi ABŞ Nümayəndələr Palatasının spikeri tərəfindən 1997-ci ildən bəri Tayvana ilk səfəri olub və onu son 25 ildə adaya səfər edən ən yüksək rütbəli ABŞ rəsmisi edib.
16-08-2022, 21:35
Meşələri yandıran ermənilərə cinayət işi açıldıErmənilərin Laçın və Xocalıda törətdiyi yanğınlarla bağlı cinayət işi başlanılıb. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, bir sıra media və sosial şəbəkə səhifələrində Azərbaycanın Laçın, Xocalı və digər rayonlarında ekoloji mühiti çirkləndirməklə ekosistemə zərər vurmaq məqsədilə müxtəlif yandırıcı material və maddələrdən istifadə edilərək meşələrin, yaşayış evlərinin yandırılmasını əks etdirən videogörüntülər və fotolar yayılıb. Yayımlanan məlumatlarla bağlı Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən dərhal araşdırmalara başlanaraq həmin cinayətlərin kimlər tərəfindən törədilməsinin müəyyən edilməsi istiqamətində müvafiq prosessual hərəkətlər yerinə yetirilib. İlkin araşdırmalarla həmin yanğın hadisələrinin Azərbaycan Respublikasının Laçın, Xocalı rayonlarının ərazisində törədilməsi və qısa müddətdə yanğınların lokallaşdırılaraq ətraf ərazilərə yayılmasının qarşısının alınması müəyyən edilib. Qeyd olunan faktlarla bağlı İstintaq idarəsində Cinayət Məcəlləsinin 282.1 (təxribat) və 186.2.2-ci (yandırmaqla və ya başqa ümumi təhlükəli üsulla özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə cinayət işi başlanmaqla hazırda təxirəsalınmaz istintaq hərəkətlərinin icrası davam etdirilir. “Azərbaycan Respublikasının ərazilərində “Canlı təbiətin və təbii mühitin qorunması haqqında” 1979-cu il tarixli Avropa konvensiyanın tələblərini kobud şəkildə pozaraq ətraf mühitə qəsd edən geniş, uzun sürən və ciddi ziyan vurmaq məqsədilə təbii sərvət hesab edilən qiymətli və çoxillik ağacları olan meşələri qəsdən məhv etməklə ekoloji terrorçuluq törədənlərin müəyyən edilərək cinayət məsulliyətinə cəlb edilməsi istiqamətində qanunamüvafiq bütün tədbirlər görüləcəkdir", - deyə məlumatda qeyd olunub.
16-08-2022, 21:32
İran PUA-ları Moskavada nümayiş olundu - Ermənistan maraq göstərdiMoskvadakı “Ordu 2022” forumunda ziyarətçilər ən çox İranın pilotsuz təyyarələrinə, o cümlədən zərbə vuran dronlarına böyük maraq göstərirlər. Bu haqda Rusiyanın RİA Novosti agentliyi məlumat yayıb. “Xəbərləri izləyən insanlar bizim pilotsuz təyyarələrimizin nəyə qadir olduğunu, o cümlədən Fars körfəzində baş verənləri yaxşı bilirlər. Hər kəs artıq İran pilotsuz uçan aparatlarının nəyə qadir olduğunu bilir. Buna görə də burada ən çox dronlara və kvadrokopterlərə diqqət yetirilir”, - deyə İran nümayəndəsi Nayafi Pour Davud bildirib. O, həmçinin əlavə edib ki, İran sərgidə raketlər, müxtəlif hava hücumundan müdafiə sistemləri və reaktiv yaylım atəşi qurğuları təqdim edir. İran “Ordu 2022” forumunda ümumilikdə üç pilotsuz uçuş aparatı təqdim edib: “Quadcopter”, “Mohajer 6” və “Karrar-3”. Birincisi həm mülki məqsədlər - məsələn, yanğınların söndürülməsi üçün, həm də hərbi məqsədlər üçün istifadə edilə bilər və zərbə mərmiləri daşıya bilər. Onun xüsusiyyətləri aşağıdakılardır: uçuş çəkisi - 21 kiloqram, yük çəkisi - 1 kiloqramdan 7 kiloqrama qədər, 10 kilometrə qədər məsafədə və 400 metrdən çox olmayan yüksəklikdə işləyir, çalışma müddəti - 60 dəqiqəyə qədər. İkincinin çəkisi 670 kiloqramdır, yüklənə bilən çəkisi 100 kiloqrama qədərdir, 200 kilometr məsafədə və təxminən 5 kilometr yüksəklikdə işləyir, işin müddəti 12 saata qədərdir. Üçüncünün çəkisi 510 kiloqramdır, 250 kiloqrama qədər yük daşıya bilir və 9 kilometrə qədər hündürlüyə qalxır. İran stendində RİA Novosti-yə bildiriblər ki, “Karrar-3” dronu həm zəbə dronu, həm də “kamikadze” kimi istifadə edilə bilər. İran tərəfinin bildirdiyinə görə, onların milli stendi sərgidə xarici dövlətlərin bütün nümayəndələri arasında ən böyüyüdür. Stend bir gün əvvəl İran Baş Qərargahının nümayəndəsinin iştirakı ilə açılıb. Məlumata görə, Ermənistan da İran PUA-ları ilə maraqlanıb.
16-08-2022, 21:27
Hökumət azad edilmiş ərazilərlə bağlı qərar verdi“İşğaldan azad edilmiş ərazilərin Ümumi planı” təsdiqlənib.
Butov.az xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov avqustun 16-da “İşğaldan azad edilmiş ərazilərin Ümumi planı”nın təsdiq edilməsi haqqında Qərar imzalayıb.
16-08-2022, 21:24
Ağdamın Baş planı təsdiqləndi
Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
16-08-2022, 21:20
Füzulidə 10 Şri-Lanka vətəndaşı saxlanıldıAvqust ayının 12-də saat 22:00 radələrində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Dövlət Sərhəd Xidmətinin “Horadiz” sərhəd dəstəsinin, Füzuli rayonunun Böyük-Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının arxa istiqamətində şübhəli şəxs qismində 10 nəfər Şri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşı saxlanılıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib. Aparılan ilkin araşdırma zamanı qeyd olunan əcnəbilərin 25-i və 29-u iyul tarixlərdə ölkə ərazisinə turist qismində rəsmi qaydada gəlmələri, İran vətəndaşı Əlirza adlı şəxsin bələdçiliyi ilə dövlət sərhədini pozaraq Azərbaycandan İran İslam Respublikasına, oradan isə Türkiyəyə keçməklə, Avropa olkələrindən birinə miqrasiya etmək niyyətində olmaları müəyyənləşdirilib. Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanaraq zərərsizləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
16-08-2022, 21:17
Rusiya etiraf etdi: Krımda diversiya törədilibKrım yarımadasındakı hərbi anbarda baş vermiş partlayışa diversiya səbəb olub. Açıqlamanı Rusiya Müdafiə Nazirliyi yayıb. Qeyd edilib ki, hərbi obyektlə yanaşı, mülki infrastruktur - elektrik xətləri, elektrik stansiyaları, dəmir yolları və yaşayış binaları da zədələnib. "İnsan itkiləri yoxdur. Təxribatın nəticələrinin aradan qaldırılması üçün lazımi tədbirlər görülür", - Rusiya Müdafiə Nazirliyi vurğulayıb. Xatırladaq ki, avqustun 16-da səhər saatlarında Krımdakı hərbi hissələrdən birində müvəqqəti silah-sursat anbarının ərazisində gurultulu partlayışlar baş verib. Rəsmi məlumata görə, partlayış zamanı iki mülki şəxs yaralanıb. Hadisə yerinin ətrafında beş kilometrlik təhlükəsizlik zolağı yaradılıb və mülki şəxslər təxliyə edilib.