16-08-2022, 14:43
“Biz Ukraynada Qərbin birləşmiş qüvvələri ilə vuruşuruq” - Rusiyalı nazir“Rusiya Ukraynadakı hibrid müharibədə bu ölkənin rəhbərliyinə nəzarət edən Qərbin birləşmiş qüvvələri ilə qarşı-qarşıyadır”. Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu “Ordu-2022” forumu çərçivəsində Beynəlxalq Təhlükəsizlik üzrə Moskva Konfransının açılışında bildirib. O əlavə edib ki, Ukraynaya silah və hərbi texnikanın tədarükü artır, Ukrayna ordusunun şəxsi heyəti hazırlanır, millətçi rejimin həyat qabiliyyətini saxlamaq üçün böyük maliyyə resursları köçürülür. "Ukrayna silahlı qüvvələrinin hərəkətləri xarici hərbi məsləhətçilər tərəfindən planlaşdırılır və əlaqələndirilir. Kəşfiyyat məlumatları NATO-da mövcud olan bütün mənbələrdən verilir. Silahdan istifadə Qərb ekspertlərinin nəzarəti altında həyata keçirilir", - Şoyqu bildirib.
16-08-2022, 14:41
Eyvazlı istiqamətində hərəkət var - DSX-dan açıqlamaAzad edilən ərazilərdə artıq 3 buraxılış məntəqəsi fəaliyyətə başlayıb. Onlardan biri Füzuli Beynəlxalq Hava Limanıdır. Bunu Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Abbas Xəlilov bu gün keçirilən mətbuat konfransında deyib. DSX rəsmisi bildirib ki, Eyvazlı istiqamətindəki buraxılış məntəqəmizdə hərəkət var: “Ermənistan tərəfi alternativ yollardan istifadə etməklə müəyyən hərəkət edirlər. Ancaq onlar hər kəsi alternativ yollardan istifadə etməyə məcbur edə bilmirlər”.
16-08-2022, 14:38
Şoyqu Ukraynada kimyəvi silahdan istifadəni istisna etdi
"Ukraynada xüsusi əməliyyat zamanı kimyəvi silahdan istifadə ehtimalı ilə bağlı iddialar absurddur". Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu çərşənbə axşamı Moskvada təhlükəsizlik konfransında bildirib. "Ukraynada kimyəvi silahdan mümkün istifadə ilə bağlı iddialar absurddur. Nəzərinizə çatdırım ki, ABŞ-dan fərqli olaraq, beynəlxalq öhdəliklərin yerinə yetirilməsi çərçivəsində bu cür silahlar hələ 2017-ci ildə ölkəmizdə tamamilə məhv edilib. Eyni zamanda, zəhərli maddələrdən istifadə edilən təxribatlar Suriyada “Ağ Dəbilqəlilər” kimi Qərbin himayə etdiyi ictimai təşkilatların əlamətdar xüsusiyyətinə çevrilib”, - Şoyqu vurğulayıb.
16-08-2022, 14:36
5 sərhəd pozucusu zərərsizləşdirilib, 2 nəfər yaralanıbSahil Mühafizəsində Azərbaycan Respublikasının dəniz sərhədlərinin еtibаrlı mühаfizəsinin təmin edilməsi, Хəzər dənizində rеjim qаydаlаrınа nəzаrətin gücləndirilməsi və xilasetmə tədbirlərinin həyata keçirilməsi zamanı 8 halda 12 nəfər dənizdə batma təhlükəsindən xilas edilib. Bu sözləri Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Abbas Xəlilov mətbuat konfransında deyib. DSX rəsmisi qeyd edib ki, sərhəd naryadları tərəfindən sərhəd pozucularına qarşı təlimata uyğun silah tətbiq olunması nəticəsində 2 halda 2 nəfər yaralanıb, 5 halda 5 nəfər sərhəd pozucusu zərərsizləşdirilib.
16-08-2022, 14:33
Almaniyanın yeni səfiri İlham Əliyevin qəbulundaAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 16-da Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemannın etimadnaməsini qəbul edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
16-08-2022, 06:43
Rusiya açıqladı: S-400-lərin... Yeni S-400 Triumf hava hücumundan müdafiə sistemlərinin Türkiyəyə çatdırılması ilə bağlı danışıqlar davam edir. Bunu Rusiyanın sənaye və ticarət naziri Denis Manturov deyib.
Nazir vurğulayıb ki, Türkiyə ilə hərbi-texniki əməkdaşlıq da daxil olmaqla, bir çox sahələrdə olan ikitərəfli əməkdaşlıq fəal şəkildə inkişaf edir
16-08-2022, 06:34
Yunan qırıcıları Livan təyyarəsini ələ keçirib Yunanıstan qırıcıları Livana məxsus Airbus A321 sərnişin təyyarəsini ələ keçirib. “İntelSkay” portalı xəbər verir ki, göyərtəsində 145 sərnişin olan təyyarə qaçırılması şübhəsi səbəbindən saxlanılıb. Hadisə 10 avqustda baş versə də, yalnız bu avqustun 15-də mediaya açıqlanıb.
“Livan pilotu, “Middle East Eyrlayns” şirkətinin rəhbərinin oğlu Afina ilə rabitə əlaqəsi zamanı düzgün tezlikdən istifadə etməyib. O, cavab vermədikdə isə “Reneqat” siqnalı işə düşüb”, - deyə bildirilib.
Qeyd edək ki, “Reneqat kodu” siqnalı əsasən NATO-da təyyarə qaçırılan, yaxud hava gəmisinə bomba qoyulan zaman istifadə edilir.