Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
1-08-2022, 20:53
Orduda yeni tədris dövrü başladı


Orduda yeni tədris dövrü başladı

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qarşıya qoyduğu tələblərə, müdafiə nazirinin əmr və sərəncamlarına əsasən qoşunların döyüş hazırlığının yüksək səviyyədə saxlanmasını təmin etmək məqsədilə Azərbaycan Ordusunda təlim-tədris prosesi davam etdirilir. Müdafiə Nazirliyindən verilən məlumata görə, 2022-ci il üzrə təsdiq edilmiş döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi hissələrində yeni tədris dövrü başlanması ilə əlaqədar mərasimlər keçirilib. Mərasimlərdə döyüş bayrağı sıra meydanına gətirilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa edilib. Çıxış edənlər müdafiə nazirinin yeni tədris dövrünün başlanması ilə bağlı əmr və tələblərini, Azərbaycan Ordusunun qarşında duran vəzifələri, eləcə də digər məsələləri şəxsi heyətin diqqətinə çatdırıblar. Sonda şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub. Qeyd edək ki, yeni tədris dövrünün başlanması ilə əlaqədar hərbi hissələrin döyüşə hazırolma vəziyyətinin yoxlanması üzrə tədbirlər həyata keçiriləcək. Bölmələr həyəcan siqnalı ilə daimi dislokasiya məntəqələrini tərk edərək təlim mərkəzlərinə və ümumqoşun poliqonlarına hərəkət edəcəklər. Vətən müharibəsindən, eləcə də müasir döyüş əməliyyatlarından öyrənilən təcrübələrin tətbiq edilməsi ilə keçiriləcək dərslərdə əsas diqqət komanda-idarəetmə və qoşunlar arasında qarşılıqlı əlaqənin təkmilləşdirilməsi, o cümlədən bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsinə yönəldiləcək.
1-08-2022, 20:49
Putindən Türkiyəyə təklif - Rüsumları azaldın!


Putindən Türkiyəyə təklif - Rüsumları azaldın!

Rusiya hökuməti Türkiyəyə Rusiya metallurgiya məhsullarının idxal rüsumunu azaltmağı təklif edəcək. Bu barədə Rusiya Prezidenti Vladimir Putin Baş nazirin müavini Denis Manturovla görüşü zamanı bildirib. Prezident vurğulayıb ki, bununla bağlı hökumətlərarası saziş hazırlanır. Onun sözlərinə görə, rüsumların azaldılması Rusiya ixrac məhsullarının yeni bazarlara çıxarılmasını asanlaşdıracaq.
1-08-2022, 20:46
Həbsxanaya tortun içində telefon keçirmək istədi


Həbsxanaya tortun içində telefon keçirmək istədi

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 8 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon aparatlarının keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.4.1-ci; 234.4.3-cü; 317.2.1-ci; 32.3-cü və 29,317.1.1-ci maddələri ilə təqsirli bilinərək 12 il altı ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Elman Ömər oğlu Kərimovla qısamüddətli görüşə gəlmiş qardaşı Bakı şəhər sakini Əlvan Ömər oğlu Əliyev tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Baxış zamanı orada olan tortun karton qabının alt hissəsində xüsusi üsulla gizlədilmiş, daxilində danışıq kartı olan iki ədəd “Samsung” markalı mobil telefon aparatı, iki ədəd elektrik qidalandırıcısı və bir ədəd qulaqcıq aşkarlanıb.
1-08-2022, 20:43
Azərbaycan Premyer Liqasının yeni sponsoru bəlli oldu


Azərbaycan Premyer Liqasının yeni sponsoru bəlli oldu

Azərbaycanın qanuni lotereya və idman mərc operatoru “Azərlotereya” ASC-nin “Misli” brendi futbol üzrə Azərbaycan Premyer Liqasının 2022/2023-cü illər mövsümünün baş sponsoru olub. Bu barədə AFFA-nın rəsmi saytı xəbər verir. Əldə olunan razılaşmaya əsasən, futbol üzrə Azərbaycan Premyer Liqası “Misli Premyer Liqası” adı ilə fəaliyyət göstərəcək. Azərbaycan Premyer Liqasına sponsorluqda əsas məqsəd ölkə futbolunun inkişafı yönündə dövlətin prioritet siyasətinə dəstək göstərmək, futbolun kütləviliyinin təmin edilməsi yolunda kompleks tədbirlərin görülməsi işinə xidmət etməklə yanaşı, bir çox sahələrdə mövcud uğurlu nəticələrin idmanın bu növündə də əldə edilməsinə nail olmaqdır. AFFA-nın baş katibi Sərxan Hacıyev razılaşmanın ölkə futboluna böyük fayda verəcəyini qeyd edib: “Razılaşmanın futbolumuza böyük faydası olacağına əminəm. İnanıram ki, həm futbolumuz inkişaf edər, həm də əməkdaşlığımız uzunmüddətli olar”. Qeyd edək ki, 10 komandanın iştirakı ilə avqustun 5-də start götürəcək çempionat 2023-cü il mayın 28-də başa çatacaq.
1-08-2022, 20:40
Xərçəng əleyhinə qida məhsulları


Xərçəng əleyhinə qida məhsulları

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada hər gün 27 000 insan xərçəngdən həyatını itirir. Yüksək ölümə səbəb, bir qayda olaraq, şişin gec diaqnostikasıdır. Xərçəngin nədən əmələ gəlməsinə birmənalı cavab yoxdur. Lakin, ekspertlər bildirir ki, ümumiyyətlə həyat tərzi və xüsusən də qida rasionu ömrün uzunluğuna və bədxassəli şişin inkişaf edib-etməməsinə təsir edə bilər. “MedikForum” xəbər verir ki, xərçəng əleyhinə qidaların siyahısına: xaççiçəklilər fəsiləsinə aid olan tərəvəzlər, qoz-fındıq və tum, eləcə də paxlalılar daxildir. Brokkoli, kələm, Brüssel kələmi və gül kələmi kimi tərəvəzlərin əksəriyyəti qidalandırıcı maddələrlə zəngindir, onlar həm bişmiş, həm də çiy halda qəbul edilə bilər. Onların tərkibində bədəndə xərçəng şişlərinin və iltihabın inkişafının qarşısını ala bilən minerallar, vitaminlər, antioksidantlar və sulforafan fitokimyəvi maddələr var. Bundan əlavə, bu tərəvəzlər ürək xəstəlikləri riskini azaldır və immun sistemini gücləndirir. Qoz-fındıq və tum xərçəng əleyhinə xüsusiyyətləri ilə tanınan Aralıq dənizi pəhrizinin tərkib hissəsidir. Fındıq və tumun əlavə edilməsi bədəni zülallar, faydalı yağlar, vitaminlər, fitosterollar, minerallar və uzunömürlülük üçün lazım olan antioksidant xüsusiyyətləri kimi əsas qidalarla təmin edirlər. Ekspertlər bildirirlər ki, bu məhsullar aşağı glisemik indeksə malikdirlər, çəkiyə nəzarət etməyə kömək edir, aclıq hissini azaltmaqla kalori qəbulunu tənzimləyir, ürək xəstəlikləri və bəzi xərçəng növləri riskini azaldırlar. Doymamış yağlarla zəngin olan qoz-fındıq qanda xolesterinin səviyyəsinə nəzarət etməyə qadirdir. Gündə 28-30 qram – təxminən bir ovuc qoz-fındıq istehlak etmək tövsiyə olunur. Paxlalı bitkilərin müntəzəm istehlakı nişasta və lif səviyyəsini artırır. Ekspertlər vurğulayırlar ki, bu, aclıq hissini azaltmağa, qanda şəkərin səviyyəsini sabitləşdirməyə, xolesterinin səviyyəsini tənzimləməyə, xərçəng hüceyrələrinin böyümə riskini azaltmağa və bağırsaq sağlamlığını yaxşılaşdırmağa kömək edə bilər. “Nutrients” jurnalında dərc olunan araşdırmaya görə, lobya təhlükəli visseral qarın piyini azaltmağa kömək edir. İçkilərdən su və yaşıl çayı seçməyə məsləhət görülür. Araşdırma nəticəsində məlum olub ki, gündə beş stəkandan çox yaşıl çay içənlərin infarkt və ya insultdan ölmə riski bu içkidən imtina edənlərlə müqayisədə 26 faiz azdır. Digər araşdırma göstərir ki, həftədə ən azı üç dəfə yaşıl çay qəbul edənlər, bunu etməyənlərlə müqayisədə orta hesabla 15 ay daha çox yaşayırlar.
1-08-2022, 20:28
Dolların məzənnəsi sabit qaldı


Dolların məzənnəsi sabit qaldı

Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 2-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən bildirilib ki, bankın avqustun 2-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,7000 manat səviyyəsində müəyyən olunub.
1-08-2022, 20:18
“Qarabağ” Kadi ilə 5 illik müqavilə imzaladı


“Qarabağ” Kadi ilə 5 illik müqavilə imzaladı

“Qarabağ” klubu futbolçusu Kadi Borgeslə müqavilənin müddətini uzadıb. Klubun rəsmi saytı xəbər verir ki, braziliyalı yarımmüdafiəçi ilə 5 illik yeni sözləşmə imzalanıb. Qeyd edək ki, Kadi Borxes 2021-ci ildən “Qarabağ” komandasında çıxış edir.
1-08-2022, 20:15
Şər və böhtan yazan “jurnalistlər” ciddi nəticə çıxarmalıdır


Şər və böhtan yazan “jurnalistlər” ciddi nəticə çıxarmalıdır

Azərbaycan dövləti mümkün olan bütün mexanizmlərdən istifadə edir ki, medianın obyektiv və qərəzsiz fəaliyyətini dəstəkləsin, ölkədə söz və ifadə azadlığının təmin olunması imkanlarını daha da genişləndirsin. Bunun üçün ölkədə həm qanunvericilik bazası, həm də maddi-texniki dəstək alətləri kifayət qədərdir. Lakin, təəssüflər olsun ki, dövlətin xoş niyyətini düzgün qiymətləndirməyən və jurnalistin yüksək adına və peşə etikasına xələl gətirən “jurnalistlər” hələ də iş başındadır. Bu tip “jurnalistlər” və “xəbər saytları” şəbəkə şəklində birləşərək milli maraqlarımızı zədələyən, tanınmış şəxslərə, ictimai və dövlət adamlarına qarşı məqsədyönlü şəkildə daxildən və xaricdən təşkil olunan qərəzli, həqiqəti əks etdirməyən yazıları bir-birilərinə ötürür, qarayaxma kampaniyasını genişləndirməyə çalışırlar. Əfsuslar olsun ki, bu cür qanuna zidd fəaliyyət son zamanlar daha geniş vüsət alıb. Bu cür saytlar tərəfindən “Media haqqında” Qanunun 14-cü maddəsinin bütün tələbləri kobud şəkildə pozulur, şəxsi maraqlar və kənar sifarişlər əsasında qərəzli, böhtan, yalan və şər xarakterli yazılar yazılır və sosial şəbəkələrdə təbliğ olunur. Belə çirkin kapmaniyanın hədəfinə tuş gələnlər bir çox hallarda bu “yazılara” əhəmiyyət verməməyə üstünlük versə də, ancaq, görünür vəziyyət o qədər acınacaqlıdır ki, artıq, Baş Prtokurorluq məsələyə müdaxilə etməyi lazım bilib və “Media haqqında” Qanunun 14-cü maddəsinin tələblərini pozanlara rəsmi xəbərdarlıq edib. Mən “Media haqqında” Qanunun müdafiəsi istiqamətində atdığı addımlara görə Baş Prokuroluğa təşəkkür edir və verilən xəbərdarlığı tam dəstəkləyirəm. Hesab edirəm ki, qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq qərəzli və böhtan xarakterli yazılar yazan “jurnalsitlər” bu xəbərdarlıqdan ciddi nəticə çıxartmalıdır. Bu, xəbərdarlıq həm də ona görə vacibdir ki, hamı bir daha anlasın ki, dövlət hər bir vətəndaşının hüquq və azadlığını qorumaqda qərarlıdır və medianın çirkin niyyətlərə və cılız maraqlara alət olunması yolverilməzdir.

Azay Quliyev - Mİlli Məclisin deputatı
1-08-2022, 20:07
Müəllim olmaq istəyən şəhid ailəsi üzvlərinə müraciət - Sabah 11:00-dək...


Müəllim olmaq istəyən şəhid ailəsi üzvlərinə müraciət - Sabah 11:00-dək...

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinin vakansiya seçimi mərhələsi davam edir. Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, namizədlər avqustun 2-si saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq seçim edə bilərlər. Vakansiya seçimi zamanı diqqətli olmalı, seçimi yekunlaşdırdıqdan sonra təsdiqləməlidirlər.
1-08-2022, 20:00
Makron Zelenskiyə zəng vurdu - Taxıl müzakirəsi


Makron Zelenskiyə zəng vurdu - Taxıl müzakirəsi

Fransa prezidenti Emmanuel Makronla Ukrayna dövlət başçısı Volodimir Zelenski arasında telefon danışığı olub. Bu barədə Fransa mediası məlumat yayıb. Liderlər telefon söhbətində Ukrayna taxılının Odessa limanı vasitəsilə ixracını və müharibə ilə bağlı son durumu müzakirə ediblər. Qeyd edək ki, bu, Makronun iyun ayının 16-da Kiyevə səfərindən sonra prezidentlər arasında ilk telefon danışığıdır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!