Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
2-08-2022, 00:00
Ana dilimdə səsləndi: "Qarabağ Azərbaycandır!"



Hamar Quluzadə


Ana dilimdə səsləndi: "Qarabağ Azərbaycandır!"

"Bu dildə şəcərəm nəğmə oxuyub" - deyir, Qənbər Şəmşiroğlu. Nəbi Xəzri də dilimizi "Doldur ürəyimə sən gilə-gilə" yazır. Tofiq Bayram qələmi də şirin laylalı, ecazkar mahnılı dilimizə belə qiymət verir: "Bu dil şirinlikdə şərbət kimidir". Bəxtiyar Vahabzadənin "Ana dili" şeiri isə daha poetik səslənir:

Dil açanda ilk dəfə «ana» söyləyirik biz,
«Ana dili» adlanır bizim ilk dərsliyimiz.

Söhbət Azərbaycan dilindən gedir. Anamızın, atamızın - dünyada yaşayan milyonlarla azərbaycanlını yumruqtək bir edən, gücünə güc, canına can qatan Ana dilindən. Zaman-zaman dilimizin tarlıq günü də, elə şadlıq günü də olub. Bu gün isə Ana dilimin varlıq günüdür. Bəli, Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür.
Hər bir xalqın ruhunun təzahürü, varlığının isbatı mənəviyyatının qaynağı məhz onun ünsiyyətini təşkil edən dil məfhumudur.

Sual yarana bilər: Nəyə görə Ana dili bizim üçün bu qədər önəmlidir?! Bir anlıq düşünək: İnsan dilsiz yaşaya bilər, ancaq xalq dilsiz heç cür var ola bilməz; uçuruma sürüklənər... Digər bir məqama da nəzər salaq: Cəmiyyəti insansız düşünmək nə qədər çətindirsə, bir xalqın varlığını da dilsiz düşünmək o qədər çətindir... Geniş düşünsək: Dilsiz bəşəriyyət yoxdur, natamamdır...

Ana dilimiz tarixin keşməkeşli yollarını qət edərək bugünkü günə qədər gəlib çatmış, öz saflığını, mənəvi ucalığını qoruyub saxlamışdı. Ümumxalq dilimizin formalaşması eramızın beşinci əsrinə təsadüf edir. Qədim köklərə dayalı dilimiz bir əsrdə dörd dəfə dəyişilsə də, ancaq mükəmməl dil olaraq günümüzə qədər gəlib çatmışdır. Dilimizin ilk göstəriciləri, həm ədəbiyyatımız üçün həm də tariximiz üçün mənəvi dəyəri böyük olan, mükəmməllik göstəricisi "Kitabi-Dədə-Qorqud" sayılır. Bu, həm də sözümüzün, dilimizin dastanıdır.

Dilimizin formalaşmasında ziyalıların, dilimizin təəsübünü çəkənlərin də böyük rolu olmuşdur: M.Füzuli, M.P.Vaqif, M.F.Axundov, C.Məmmədquluzadə timsalında yüzlərlə, minlərlə qələm, düşüncə adamını göstərə bilərik.

Əlbəttə, "Əkinçi" qəzetini, mətbuatımızın babası Həsən bəy Zərdabini və "Molla Nəsrəddin" jurnalının müstəsna xidmətlərini də xatırlamamaq vəfasızlıq olar.

Ana dilimizin dövlət səviyyəsində işlənməsində əməyi olan Şah İsmayıl Xətayi demişdi: "Dilimiz, dinimiz, qeyrətimiz..." Deməli, bir xalq, bir cəmiyyət üçün dil qeyrət, mərdlik rəmzidir. Dili qorumaq vicdan, qürur məsələsidir. Əbəs yerə deyilməyib ki, "Əgər bir xalqın varlığını əlindən almaq istəyirsənsə, ilk öncə onun dilini əlindən al". Bu mənada xalqın torpağı, var-dövləti əlindən alınsa, o xalq batmaz, güclənər, birləşər mücadilə edər. Lakin bir xalqın dilinin əlindən alınması həmin cəmiyyətin məhvi - yox olması deməkdir.

Nəinki bu gün, hər gün: Dilimizi sevək, dilimizə sadiq qalaq, dilimizi qoruyaq...

Hamar Quluzadə,
BDU-nun Jurnalistika fakültəsinin tələbəsi


1-08-2022, 21:22
Nüvə müharibəsinin qalibi olmayacaq - Putin


Nüvə müharibəsinin qalibi olmayacaq - Putin

Nüvə müharibəsində heç kim qalib olmayacaq və bu müharibə heç vaxt başlamamalıdır. Bunu Rusiya prezidenti Vladimir Putin Nüvə Silahlarının Yayılmaması Müqaviləsi konfransının iştirakçılarına müraciətində deyib. O qeyd edib ki, Rusiya Federasiyası Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləyə ardıcıl şəkildə əməl edir. “Müvafiq silahların azaldılması və məhdudlaşdırılması ilə bağlı ABŞ-la ikitərəfli müqavilələr üzrə öhdəliklərimiz də tam yerinə yetirilib", - deyə Putin əlavə edib.

1-08-2022, 21:16
Bakının mərkəzində yanğın - yenilənib


Bakının mərkəzində yanğın - yenilənib

Bakı şəhərinin Səbail rayonunda üçmərtəbəli yaşayış binasında baş vermiş yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Verilən xəbərə görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə əraziyə cəlb olunub. İlkin məlumata əsasən, pilləkən qəfəsində elektrik lövhəsi yanıb.



1-08-2022, 21:11
Atəş açılmayıb, təxribatdır - Müdafiə Nazirliyi açıqlama yaydı


Atəş açılmayıb, təxribatdır - Müdafiə Nazirliyi açıqlama yaydı

Azərbaycan Ordusunun bölmələrinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı birləşmələri istiqamətində guya atəş açması barədə erməni mətbuatında yayılan məlumat yalandır, təxribat və çaşdırıcı məqsəd daşıyır. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
1-08-2022, 21:08
Fransa Ukraynaya DNT laboratoriyaları verəcək


Fransa Ukraynaya DNT laboratoriyaları verəcək

Fransa Ukraynaya mobil DNT laboratoriyaları göndərəcək. Bu barədə Fransa Prezidenti Emmanuel Makron məlumat verib. O, Ukrayna lideri Volodimir Zelenski ilə telefon danışığında Rusiya qüvvələri tərəfindən törədilən müharibə cinayətlərinin cəzasız qalmamasına əmin olmaqda qərarlı olduğunu bildirib.
1-08-2022, 21:06
SOCAR prezidenti Bayraktarla görüşdü


SOCAR prezidenti Bayraktarla görüşdü

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf avqustun 1-də Türkiyənin energetika və təbii sərvətlər nazirinin müavini Alparslan Bayraktarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Butov.az xəbər verir ki, görüşdə ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən enerji sahəsində mövcud əməkdaşlığın müsbət nəticələrindən məmnunluq ifadə edilib. Azərbaycan və Türkiyənin birgə iştirakı ilə reallaşdırılan qlobal layihələrin ölkələrimizin strateji maraqlarının təmin olunmasına xidmət etdiyi vurğulanıb. Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
1-08-2022, 21:03
Rusiya keçmiş baş naziri “qara siyahı”ya saldı


Rusiya keçmiş baş naziri “qara siyahı”ya saldı

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Böyük Britaniyanın 39 vətəndaşına sanksiya tətbiq edib. Bu barədə "Reuters" Rusiya XİN məlumat yayıb. Sanksiya tətbiq edilən şəxslər "Britaniyanın düşmənçilik kursuna töhfə verməkdə" ittiham olunur. "Qara siyahı"ya salınan şəxslər arasında Britaniyanın keçmiş baş naziri Devid Kameron da var. "Times", "Guardian", "Daily Telegraph", "Sun", "The Economist", həmçinin BBC və İTV yayım korporasiyalarının əməkdaşlarına da sanksiya tətbiq olunub.
1-08-2022, 20:59
Mirzoyan Blinkenin köməkçisi ilə danışıqlar apardı


Mirzoyan Blinkenin köməkçisi ilə danışıqlar apardı

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı olub. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Tərəflər regional təhlükəsizliyi müzakirə ediblər. Mirzoyan və Donfrid Azərbaycan ilə Ermənistan arasında aparılan danışıqlar prosesinə də toxunublar.
1-08-2022, 20:56
Qadın şahmatçılarımız İsrailə qalib gəldi


Qadın şahmatçılarımız İsrailə qalib gəldi

Qadınlardan ibarət Azərbaycan millisi Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşünü keçirib. Butov.az xəbər verir ki, yığma III turda İsrail seçməsi ilə üz-üzə gəlib. Rəqibini 3:1 hesabı ilə məğlub edən milli komanda ardıcıl 4-cü qələbəsini qazanıb. Günay Məmmədzadə və Gövhər Beydullayeva rəqibləri ilə heç-heçə ediblər. Xanım Balacayeva və Ülviyyə Fətəliyeva isə görüşlərini qalibiyyətlə başa vurublar. Komanda ilk turda Birləşmiş Ərəb Əmirliklərini, ikinci turda Finlandiyanı 4:0, III turda isə Yunanıstanı 2,5:1,5 hesabı ilə üstələyib. Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası avqustun 10-da başa çatacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!