Mətbuat fədailəri: dünəndən bu günə .....                        Mətbuat fədailəri: dünəndən bu günə .....                        ELMİ DOST TUTUN, OXUYUN, ÖYRƏNİN! .....                        36 ilin həsrəti .....                        XAQANİ ŞİRVANİ VƏ İMADƏDDİN NƏSİMİNİN YARADICILIĞINDA TƏBİƏT-İNSAN MÜNASİBƏTLƏRİ .....                        "Silah istehsalını artıracağıq" .....                        Neftçilərə mənzillər verildi - FOTO .....                        COP29 zamanı faəliyyət göstərəcək dövlət və özəl xəstəxanaların siyahısı hazırlandı .....                        Azərbaycanda zəlzələ olub .....                       
1-08-2022, 18:57
Bolqarıstan prezidenti parlamenti buraxdı


Bolqarıstan prezidenti parlamenti buraxdı

Bolqarıstan prezidenti Rumen Radev ölkə parlamentinin buraxılması haqqında fərman imzalayıb. Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, ölkədə yeni parlament seçkiləri oktyabr ayının 2-də keçiriləcək. Həmin vaxta kimi elan olunmuş hökumət fəaliyyət göstərəcək.
1-08-2022, 18:56
Güneyli milli fəal Şükrüllah Qəhrəmanifərd həbs edilib


Güneyli milli fəal Şükrüllah Qəhrəmanifərd həbs edilib
Şərqi Azərbaycan əyalətinin Xudafərin şəhərindən olan milli fəal Şükrüllah Qəhrəmanifərd avqustun 1-i səhər saatlarında təhlükəsizlik məmurları tərəfindən həbs edilib.
Yaxınlarının verdiyi məlumata görə, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin 8 əməkdaşı milli fəalın evinə basqın edərək axtarış aparıb.
Məmurlar onun telefonunu, kompüterini və kitabları da daxil olmaqla şəxsi əşyalarını özləri ilə aparıblar.
Şükrullah Qəhrəmanifərdin hara aparıldığı və nədə ittiham olunduğu barədə məlumat əldə etmək mümkün olmayıb.
Qeyd edək ki, müəllim olan Şükrüllah Qəhrəmanifərd bundan öncə də dinc mədəni fəaliyyətlərinə görə bir neçə dəfə həbs edilib.
1-08-2022, 18:52
Zəngilanda bərpa işləri necə gedir? - Prezidentin xüsusi nümayəndəsi açıqladı


Zəngilanda bərpa işləri necə gedir? - Prezidentin xüsusi nümayəndəsi açıqladı

İşğal illərində erməni vəhşiliyi nəticəsində tamamilə dağıdılan Zəngilanda hazırda bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Butov.az-ın məlumatına görə, Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunun xüsusi nümayəndəsi Vahid Hacıyev xəbər verir ki, mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi üçün Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə köhnə Zəngilan şəhər məscidinin əsaslı şəkildə təmiri həyata keçirilir, yaxınlığında isə şəhərin ümumi əhali sayını nəzərə alaraq yeni daha böyük bir məscidin tikintisinə başlanılıb. Həmçinin Zəngilanda İşğal, Zəfər muzeyləri kompleksi və Memorial Parkın tikintisi də planlaşdırılıb. “Zəngilan ərazisindən keçən Horadiz-Ağbənd dəmir yolu xətti 2023-cü ildə, Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolu isə 2024-cü ildə yekunlaşacaq. Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün 2021-ci ilin aprel ayından tikintisinə başlanılan Zəngilan Beynəlxalq Hava Limanı isə bu ilin sentyabr ayında başa çatdırılacaq”, - deyə Vahid Hacıyev bildirib.
1-08-2022, 18:49
Güneyli idmançı Radin Zeynali dünya çempionu olub


Güneyli idmançı Radin Zeynali dünya çempionu olub
Bolqaristanın Sofiya şəhərində keçirilən yeniyetmələr üzrə beynəlxalq taekvando çempionatında Güney azərbaycanlı idmançı Radin Zeynali qızıl medal qazanıb.
O, il mərhələdə braziliyalı, ikinci mərhələdə türkiyəli və üçüncü görüşdə isə qazaxıstanlı idmançını məğlub edərək birinci yerə çıxıb.
Qeyd edək ki, Radin Zeynali Şərqi Azərbaycan əyalətinin Miyana şəhərindəndir.
Miyana "Asiyanın taekvando paytaxtı" adlanır və bu şəhərdən onlarla olimik və dünya çempionu çıxıb.
Timur
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!