Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
1-08-2022, 19:52
Ukraynada 46 yaşayış məntəqəsi azad edildi


Ukraynada 46 yaşayış məntəqəsi azad edildi

Ukrayna ordusu Xerson vilayətinin 46 yaşayış məntəqəsini işğaldan azad edib. Bu barədə Xerson hərbi administrasiyasının rəhbəri Dmitri Butri bildirib. “Xerson regionunda 46 yaşayış məntəqəsi işğaldan azad edilib, onların əksəriyyəti regionun şimalında, Dnepropetrovsk və Nikolayev ilə həmsərhəddir” - deyə Xerson rəsmisi region tamamilə işğaldan azad edilənədək əhalini təhlükəsiz yerlərə getməyə çağırıb. Qeyd olunub ki, azad edilən kəndlərin təxminən 90 faizi ruslar tərəfindən dağıdılıb.
1-08-2022, 19:49
Bu ixtisas üzrə yeni təhsil proqramı hazırlandı


Bu ixtisas üzrə yeni təhsil proqramı hazırlandı

Bakalavriat səviyyəsinin informasiya təhlükəsizliyi ixtisası (ixtisas şifri: 050615) üzrə müasir tələblərə uyğun yeni təhsil proqramı hazırlanıb. Yeni proqram Elm və Təhsil Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşəbbüsü ilə ölkənin aparıcı ali təhsil müəssisələrinin və müxtəlif dövlət qurumlarının nümayəndələri ilə yanaşı, dünyanın nüfuzlu universitet və şirkətlərində çalışan azərbaycanlı mütəxəssislər tərəfindən, Türkiyə, Almaniya, İsveçrə, Amerika kimi inkişaf etmiş ölkələrin təcrübəsinə əsasən hazırlanıb. Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, proqramın hazırlanması zamanı həm dövlət, həm də özəl sektorda əmək bazarının cari tələbləri, o cümlədən ABŞ-ın Milli Standartlar və Texnologiyalar İnstitutunun hazırladığı “NICE Framework”, Beynəlxalq Hesablama Maşınları Assosiasiyası və “IEEE” Kompüter Cəmiyyətinin birgə hazırladığı “Kibertəhlükəsizlik üzrə kurikulum tövsiyələri” kimi beynəlxalq mənbələr araşdırılıb və nəzərə alınıb. Yeni təhsil proqramı dörd modul – informasiya sistemlərinin preventiv mühafizəsi, informasiya təhlükəsizliyi insidentlərinin aşkarlanması, informasiya təhlükəsizliyi insidentlərinin idarə edilməsi, informasiya təhlükəsizliyi həllərinin planlaşdırılması və tətbiqi modulları üzrə peşə kompetensiyalarını əhatə edir. Proqramın məzunları gələcəkdə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə əmək bazarının ən son tələbatına uyğun peşələr üzrə çalışa biləcəklər. Proqram informasiya təhlükəsizliyi ilə yanaşı, kibertəhlükəsizlik sahəsində də kadr hazırlığı üçün müvafiq fənlərin tədrisini nəzərdə tutur. Texnoloj yeniliklər nəzərə alınmaqla, proqrama bulud təhlükəsizliyi, elektronika və IoT cihazların təhlükəsizliyi, sənaye idarəetmə sistemlərinin təhlükəsizliyi və digər yeni ixtisas fənləri daxil edilib. Tədris olunan fənlər və peşə kompetensiyaları arasında əlaqələrin göstərilməsi, tələbələrin ixtisasları barədə geniş təsəvvürünün yaradılması üçün ixtisasa giriş məqsədi daşıyan informasiya təhlükəsizliyinin əsasları fənninin tədrisi birinci kursun ilk semestrində nəzərdə tutulur. Mühəndis etikası, informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin hüquqi aspektləri fənləri də proqramda xüsusi yer alır. Qeyd olunanlarla yanaşı, ölkəmizdə proqram təminatı kodlarının təhlükəsizliyinin təmin edilməsi sahəsində yaranmış kadr ehtiyacının ödənilməsi məqsədilə təhlükəsiz proqramlaşdırma, nüfuzetmə sınaqlarının əsasları, verilənlər bazalarının təhlükəsizliyi və s. bu kimi zəruri ixtisas fənlərinin də proqram çərçivəsində tədrisi nəzərdə tutulub. Yeni proqramda əmək bazarı subyektləri ilə əlaqələrin yaxşılaşdırılması, proqramın əmək bazarının mövcud tələbləri ilə uzlaşdırılması, tələbələrin müvafiq peşə ixtisasına aid aktual məsələlərə dair məlumatlılığının təcrübə əsasında artırılması məqsədi üçün ustad dərsləri də planlaşdırılır. Ustad dərslərinə həm yerli və həm də xarici əmək bazarından yüksək ixtisaslı mütəxəssislər cəlb olunacaq. Proqramda bir çox yeniliklərin olduğu nəzərə alınaraq, ali təhsil müəssisələri və əmək bazarı subyektləri arasında koordinasiya işinin təşkil edilməsi, həmçinin mütəmadi olaraq beynəlxalq təcrübəyə əsaslanan metodiki dəstəyin verilməsi üçün Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası ilə birgə fəaliyyət perespektivləri nəzərdə tutulub. Bakalavriat səviyyəsinin informasiya təhlükəsizliyi ixtisası üzrə yeni təsdiq olunan təhsil proqramı 2022-2023-cü tədris ilindən etibarən tətbiq ediləcək.
1-08-2022, 19:36
Məşhur "Ləzzət"də iştah qaçıran mənzərə...


Məşhur "Ləzzət"də iştah qaçıran mənzərə...

Məşhur “Ləzzət” kulinariya evlərinə şəhər sakinlərinin çoxunun yolu düşüb. Qida məhsullarının düzüldüyü dəzgahın üstü tamamilə açıqdır. Müştəri ilə satıcı dəzgahın qarşısında dayanıb məhsulun qiymətindən tutmuş təzəliyinə qədər qarşılıqlı hər detalı müzakirə edirlər. Gün ərzində gedib-gələnin ayağının tozu, əlinin çirki, danışanın tüpürcəyi, bir sözlə, üstüaçıq şəkildə düzülən şirniyyatların tərkibi toz, mikrob və viruslarla zəngindir desək, yanılmarıq. İnsanlar əli ilə qoğalları yoxlayır, aldığı şəkərburaları dəyişmək istəyir və s. Vətəndaş Ruhiyyə Daşsalahlının bildirdiyinə görə, qeyd olunanlarla bağlı şikayət əsasında Qida Təhlükəsizliyi Agentliyi kulinariya evində plandankənar yoxlama aparıb və qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Həsən bəy Zərdabi küçəsində yerləşən mağazada aparılan yoxlamanın nəticəsi olaraq qida obyektinin rəhbərinə və işçilərə “Yeyinti məhsulları haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” ölkə qanunlarının və qida təhlükəsizliyi sahısində texniki normativ aktların tələbləri izah olunub. Vəzifəli şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib edilib. Kritik nəzarət nöqtələri üzrə risk qiymətləndirilməsi aparılıb və qeyd edilən nöqsanların aradan qaldırılmasıyla bağlı icrası məcburi göstərişlər verilib.






1-08-2022, 19:29
Ötən gün cəmi 6 vaksin vurulub


Ötən gün cəmi 6 vaksin vurulub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 6 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı isə 4 olub. Son sutkada pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanlar olmayıb. Azərbaycanda vurulan vaksinlərin ümumi sayı 13 818 011, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 366 777, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 857 890, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 338 788, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 254 556 nəfər təşkil edir.



1-08-2022, 19:22
Bu dəfə yoluxma azaldı - Ölən yoxdur


Bu dəfə yoluxma azaldı - Ölən yoxdur

Azərbaycanda koronavirus infeksiyasına 102 yeni yoluxma faktı qeydə alınıb, 104 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb. İndiyədək ümumilikdə 798 940 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 786 786 nəfər müalicə olunaraq sağalıb, 9748 nəfər vəfat edib, aktiv xəstə sayı 2406 nəfərdir. Son sutka ərzində 2128, hazırkı dövrədək isə 7 047 555 test aparılıb.



1-08-2022, 19:19
Roma Papası Qazaxıstana gedir


Roma Papası Qazaxıstana gedir

Roma Papası Fransisk Qazaxıstana səfər edəcək. Butov.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin ofisi açıqlama yayıb. Papa Fransisk 13-15 sentyabrda Qazaxıstanda səfərdə olacaq və Prezident Kasım-Jomart Tokayevlə görüşəcək.
1-08-2022, 19:16
Ruslan Əliyev Gədəbəydə vətəndaşları qəbul etdi


Ruslan Əliyev Gədəbəydə vətəndaşları qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaş qəbulu keçirilir. Butov.az xəbər verir ki, vətəndaşların qəbulu məqsədi ilə avqust ayının 1-də Gədəbəy rayonuna gələn "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev ilə birlikdə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri qoyublar. Sonra 2022-ci ilin avqust ayının şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Birliyin baş direktoru Gədəbəy rayonunda yerləşən Heydər Əliyev Mərkəzində Gədəbəy və Şəmkir rayon sakinlərini qəbul edib. Yaşayış məntəqəsinin qazlaşdırılması, qaz sayğacının quraşdırılması, qapı keçidinin qoyulması və s. ilə bağlı 20 sakini dinləyən Birlik rəhbəri müraciətlərin araşdırılması və qanunvericiliyin tələblərinə uyğun icra olunması istiqamətində göstərişlərini verib. Qaldırılan məsələlərin əksəriyyəti yerində həllini tapıb, bir qismi isə araşdırılması üçün qeydiyyata alınıb. Qəbula gələn vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.







1-08-2022, 19:10
İtkin düşən 19 yaşlı qız tapıldı


İtkin düşən 19 yaşlı qız tapıldı

Yevlaxda bir ay əvvəl itkin düşən 19 yaşlı qız tapılıb. Bu barədə DİN-dən məlumat verilib. Məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə iyulun 1-də itkin düşmüş S.Mustafalının rəfiqəsigildə qaldığı müəyyən edilib və onun ailəsinə qaytarılması təmin olunub. Qeyd edək ki, 19 yaşlı S.Mustafalının iyul ayının 1-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmadığı bildirilmişdi.
1-08-2022, 19:07
Təhlükəli terrorçu məhv edildi - Uğurlu əməliyyat


Təhlükəli terrorçu məhv edildi - Uğurlu əməliyyat

Türkiyənin təhlükəsizlik qüvvələri uğurlu antiterror əməliyyatı keçirib. Butov.az xəbər verir ki, əməliyyat nəticəsində "Berxvedan Muş" ləqəbli təhlükəli terrorçu zərərsizləşdirilib. PKK sıralarındakı qanunsuz fəaliyyətinə görə 2012-ci ildə Türkiyədə həbs olunan "Berxvedan Muş" qısa müddət sonra sərbəst buraxılıb. O 2013-cü ildə yenidən PKK təşkilatının sırasına qoşulub. Bir sıra terror cinayətlərində ittiham olunan "Berxvedan Muş" 2019-cu ildən başlayaraq Suriyanın Aynularab bölgəsində PKK-nın tunelqazma kimi qanunsuz işlərinə rəhbərlik edib.
1-08-2022, 19:03
Yeni baş katib vəzifəsinin icrasına başladı


Yeni baş katib vəzifəsinin icrasına başladı

Neft İxrac Edən Ölkələrin Təşkilatının (OPEK) yeni baş katibi Haysam əl-Qays avqustun 1-dən etibarən vəzifəsinin icrasına başlayıb. Butov.az xəbər verir ki, bu barədə OPEK-in mətbuat xidməti məlumat yayıb. Qeyd edək ki, Haysam əl-Qays OPEK-in 2022-ci il yanvarın 3-də keçirilmiş xüsusi iclasında üç il müddətinə baş katib vəzifəsinə təyin olunub. Əl-Qays 2016-cı ildən bu vəzifədə çalışan və iyulun 5-i vəfat etmiş Məhəmməd Barkindonunu əvəz edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!