Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                       
30-08-2022, 16:11
Ermənistan kütləvi məzarlıqların yerini açıqlamır - PA rəsmisi


Ermənistan kütləvi məzarlıqların yerini açıqlamır - PA rəsmisi

“Azərbaycan ərazilərinin azad olunması itkin düşmüş şəxslərin axtarışı üçün yeni imkanlar yaradıb. Edilli və Fərruxda kütləvi məzarlıqlar aşkarlanıb. İkincisi, münaqiqə bitib və Azərbaycan Ermənistanla itkin düşmüş şəxslərlə bağlı da danışıqlar aparır. Brüsseldə danışıqların gündəliyinə itkin düşmüş şəxslərlə bağlı məsələ də daxil edilib”. Bunu Prezident Administrasiyasının sektor müdiri Həbib Mikayıl deyib. H.Mikayıl bildirib ki, Ermənistan itkin şəxslərin kütləvi qətlə yetirilməsi ilə bağlı halların hərbi cinayət kimi xarakterizə oluna biləcəyindən çəkindiyi üçün kütləvi məzarlıqların yeri barədə məlumatları təqdim etmir: “Mina problemi də bu məsələlərin araşdırılmasını çəkindirir. Gələn aydan BQXK ilə birlikdə bu sahədə addımlar atılacaq. Bu sahədə məhkəmə-tibbi ekspertizasından istifadə olunması da labüddür. BQXK-nın Azərbaycan və Ermənistanla birgə müştərək mexanizmi bu sahədə effektiv ola bilər”. PA rəsmisi qeyd edib ki, BQXK 37 azərbaycanlı itkini qeydə alıb, ancaq bu itkinlərin sonrakı taleyi hazırda məlum deyil: “BQXK-nin bu məsələləri araşdırmağa çağırıram. BMT-nin bu sahədə xüsusi məruzəçisi də ola bilər. Bu məruzəçi tək Azərbaycan və Ermənistan üzrə deyil, ümumən dünyada itkin düşmüş şəxslərlə bağlı məsələ ilə məşğul ola bilər”.
30-08-2022, 16:09
Qazilər müalicə üçün Naftalana gəliblər


Qazilər müalicə üçün Naftalana gəliblər

Yevlaxlı qazilər müalicə və istirahət üçün Naftalana gəliblər. Yevlax Rayon və Naftalan Şəhər İcra Hakimiyyətlərinin birgə təşəbbüsü ilə Yevlax rayonundan olan bir qrup qazi müalicə və reabilitasiya məqsədilə “Gold Naftalan” Müalicə və Sağlamlıq Mərkəzində ŞİH-nin məsul əməkdaşları tərəfindən qarşılanıb. Qazilərə müayinə və müalicə prosedurları haqqında ətraflı məlumat verilib. Qeyd edək ki, qazilər müayinə olunduqdan sonra onlara müayinələrin nəticələrinə əsasən müvafiq müalicələr təyin ediləcək, həmçinin, naftalan vannaları qəbul edəcəklər.


30-08-2022, 16:05
Masallıda meşə yanğını qəsdən törədilib


Masallıda meşə yanğını qəsdən törədilib

Masallı rayonunda baş vermiş meşə yanğınının qəsdən törədilməsi ehtimalı böyükdür. Bu barədə FHN-dən bildirilib. Məlum olduğu kimi, 28 avqust 2022-ci il tarixində Masallı rayonunun Məmmədoba kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin 5-ci dolayında yanğın baş verib və FHN-in müvafiq qüvvələri hadisə yerinə cəlb edilərək yanğın söndürülüb. Eyni zamanda, yanğının başvermə səbəblərinin araşdırılması məqsədilə FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin peşəkar əməkdaşları hadisə yerində olublar. İlkin araşdırma zamanı yanğın baş vermiş ərazinin müxtəlif yerlərində yanğın ocaqlarının mənbələri diqqəti cəlb edib, bu mənbələrdə ocaq qalanması və ərazinin müxtəlif yerlərində yanmış ağac kötükləri aşkar olunub. Aşkar edilmiş faktlar hadisənin qəsdən törədilməsi ehtimalına ciddi əsaslar yaradıb. "Qeyd olunanları nəzərə alaraq, hadisənin daha dərindən araşdırılması və yanğına səbəb olmuş şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması məqsədilə yanğın baş vermiş ərazidən götürülmüş nümunələrin ekspertizaya təqdim edilərək müvafiq qurumlara göndərilməsi qərara alınıb". - FHN-in yaydığı məlumatda deyilir.
30-08-2022, 16:03
Rusiyanın daha 450 hərbçisi məhv edildi


Rusiyanın daha 450 hərbçisi məhv edildi

Ukraynada gedən döyüşlərdə Rusiya ordusunun daha 450 hərbçisi məhv edilib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, Rusiyanın canlı qüvvə itkisi 47 min 550-yə çatıb. Bundan əlavə, Rusiya ordusunun digər döyüş itkiləri 1954 tank, 4294 zirehli döyüş maşını, 1079 artilleriya sistemi, 282 reaktiv yaylım atəşi sistemi, 151 hava hücumundan müdafiə sistemi, 234 təyyarə, 204 helikopter, 847 PUA, 196 qanadlı raket, 15 gəmi, 3 217 avtomobil texnikası və avtosistern, 103 xüsusi texnikadan ibarətdir.
30-08-2022, 16:00
Ermənistan 138 itkinin meyit qalıqlarını təhvil verib


Ermənistan 138 itkinin meyit qalıqlarını təhvil verib

Ermənistan Birinci Qarabağ müharibəsində itkin düşənlərdən 138-nə aid olduğu ehtimal edilən qarışıq meyit qalıqlarını təhvil verib. Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov bildirib. Onun sözlərinə görə, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində I Qarabağ müharibəsində 3890 nəfər Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınıb. Onlardan 3171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxsdir. Mülki şəxslər içərisindən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri yaşlı insanlardır. "Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin ümumi sayından 872 nəfər, o cümlədən 29 uşaq, 98 qadın və 112 qoca əsir-girov götürülüb və ya işğal edilmiş ərazilərdə qalıblar. Sonradan azad olunmuş əsir və girovlar həmin şəxsləri sağ gördüklərini təsdiq ediblər. Ermənistan münaqişənin bütün dövrü ərzində bu şəxslər barədə məlumatları beynəlxalq təşkilatlardan gizlətmiş, onların sonrakı taleyi barədə məlumat verməkdən yayınmışdır. Yalnız 10 noyabr 2020-ci il tarixdə imzalanmış Üçtərəfli Bəyanatdan sonra qarşı tərəf I Qarabağ müharibəsində itkin düşənlərdən 138 şəxsə aid olduğu ehtimal edilən qarışıq meyit qalıqlarını təhvil verib", - İsmayıl Axundov vurğulayıb.
30-08-2022, 15:57
İlham Əliyev Ərdoğanı təbrik etdi


İlham Əliyev Ərdoğanı təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb. Butov.az xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Əziz Qardaşım, 30 Avqust Zəfər Bayramının 100-cü ildönümü münasibətilə Sizə və Sizin simanızda qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram. Yüz il əvvəl Dumlupınarda Qazi Mustafa Kamal Atatürkün komandanlığı altında qazanılmış şanlı qələbə qardaş xalqınızın qəhrəmanlıqlarla zəngin olan tarixinin ən şərəfli səhifələrindən biridir. Türkiyənin müstəqillik və istiqlaliyyət mübarizəsi salnaməsinə qızıl hərflərlə həkk olunmuş bu böyük zəfər xalqınızın sarsılmaz iradəsinin, yenilməzliyinin, birliyinin və şücaətinin bariz nümunəsidir. Vətənlərinin azadlığı və müstəqilliyi yolunda mərdlik və rəşadət göstərmiş, canlarını vermiş şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik. Möhtəşəm zəfərdən ötən bir əsr sonra bu gün qardaş Türkiyə Sizin rəhbərliyiniz ilə hərtərəfli inkişaf edən, güclü və qüdrətli bir ölkəyə çevrilmişdir. Dünyada və regionda baş verən mürəkkəb proseslərdə qətiyyətli və prinsipial mövqeyi, sülhün, haqq-ədalətin bərqərar olması üçün ardıcıl səyləri ilə Türkiyə beynəlxalq aləmdə nüfuz qazanmışdır. Ölkənizin bütün sahələrdə əldə etdiyi uğurları bizi olduqca fərəhləndirir. Xüsusi qürur hissi ilə qeyd edə bilərik ki, “Bir millət iki dövlət” prinsipinə əsaslanan Azərbaycan-Türkiyə birliyinin, qardaşlığının və müttəfiqliyinin dünyada bənzəri yoxdur. Dövlətlərarası münasibətlərimizin gündən-günə genişlənməsi və yeni məzmunla zənginləşməsi məmnunluq doğurur. Əminəm ki, tarixən bir-birinə dəstək və dayaq olmuş qardaş xalqlarımızın iradəsindən, eləcə də Şuşa Bəyannaməsindən qaynaqlanan strateji müttəfiqliyimizin möhkəmlənməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın daha da dərinləşməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik. Əziz Qardaşım, bu əlamətdar tarix münasibətilə Sizi bir daha ürəkdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".
30-08-2022, 15:54
Qubadlıda mina partladı - Xəsarət alan var


Qubadlıda mina partladı - Xəsarət alan var

İşğaldan azad edilmiş Qubadlı rayonu ərazisində piyada əleyhinə mina partlayıb. Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən məlumat verilib. Qeyd edilib ki, partlayış nəticəsində, minaaxtaran it bələdçisi, 1984-cü il təvəllüdlü Hüseynov Nəcməddin Abdulla oğlu yüngül bədən xəsarətləri alıb. Əməliyyata cəlb olunan Dina ləqəbli Belçika malinuası – minaaxtaran it tələf olub. "Hadisə tərəfimizdən araşdırılır, araşdırmanın nəticəsinə dair ictimaiyyətə əlavə məlumat veriləcək", - ANAMA-dan bildirilib.
30-08-2022, 15:52
6 hərbçimizin taleyi hələ də məlum deyil


6 hərbçimizin taleyi hələ də məlum deyil

“Vətən müharibəsi başa çatdıqdan sonra Azərbaycan Respublikasının aidiyyəti qurumları tərəfindən təqdim edilmiş siyahıya əsasən, 300-ə yaxın Azərbaycan hərbçisi itkin düşmüş hesab edilirdi”. Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov deyib. İ.Axundov qeyd edib ki, üçtərəfli Bəyanata uyğun olaraq Rusiya sülhməramlı kontingetinin və BQXK-nın yaxından iştirakı ilə həyata keçirilmiş təxirəsalınmaz axtarış tədbirləri nəticəsində itkin düşmüş hərbi qulluqçularımızın əksəriyyətinin nəşi işğaldan azad edilmiş ərazilərimizdən götürülüb və eyniləşdirilərək ailələrinə təhvil verilib. “Təəssüf ki, Vətən müharibəsində iştirak etmiş 6 hərbçimizin axtarışı ilə bağlı zəruri tədbirlərin keçirilməsinə baxmayaraq, onların sonrakı taleyinin müəyyən edilməsi mümkün olmayıb və onlar Vətən müharibəsində itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınıb. Onların taleyinin bu vaxtadək məlum olmaması hər birimizin qəlbini ağrıdır”, - deyə İşçi qrupunun rəhbəri bildirib.
30-08-2022, 15:49
İraqdakı toqquşmalarda ölənlərin sayı 30-a çatdı


İraqdakı toqquşmalarda ölənlərin sayı 30-a çatdı

İraqın paytaxtı Bağdadda silahlı toqquşmalar nəticəsində azı 30 nəfər həlak olub, 380 nəfər yaralanıb. Bu barədə "Al Hadath" telekanalı məlumat yayıb. Bu gün səhər saatlarında Bağdadda hökumət idarələrinin və xarici səfirliklərin yerləşdiyi “yaşıl zonanın” raket atəşinə tutulduğu bildirilir. Sky News Arabia telekanalı xəbər verir ki, zərbə dörd raketlə endirilib. Bazar ertəsi günü siyasətdən getdiyini elan edən şiə imamı Muqtada əs-Sadrın yüzlərlə tərəfdarı Bağdadda hökumət idarələrinin və xarici səfirliklərin yerləşdiyi “yaşıl zonanı” tutub. Etirazçılar Respublika sarayını əhatəyə alıb və binaya giriblər. Ölkənin bütün ərazisində komendant saatı elan edilməsinə baxmayaraq, paytaxtda və bəzi regionlarda toqquşmalar davam etməkdədir.
30-08-2022, 15:47
Serbiya Azərbaycandan qaz almaq istəyir


Serbiya Azərbaycandan qaz almaq istəyir

Serbiya enerji çatışmazlığı ilə bağlı problemləri həll etmək üçün İraq və Venesueladan neft almaq imkanını nəzərdən keçirir. Bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç məlumat verib. O, Azərbaycandan qaz, Çin və İndoneziyadan kömür almaq planlarından danışıb. Prezidentin sözlərinə görə, Serbiyada elektrik enerjisinin 70%-i istilik elektrik stansiyaları tərəfindən təmin edilir, bununla əlaqədar Çin və İndoneziyadan 2 milyon tona yaxın kömür almağı planlaşdırır. Bundan əlavə, Serbiya 2023-cü ildə Azərbaycandan qaz almağı və bu il anbarlardakı qaz ehtiyatını artırmağı hədəfləyir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!