Paşinyan: “Açığı, mənim bu suala cavabım yoxdur” .....                        Prezidentin Rusiyaya səfəri başa çatdı .....                        Sülhməramlılar Ermənistanın bu bölgələrinə yollanır .....                        Paşinyan Bakı və İrəvan arasında imzalanan sazişdən danışdı .....                        Ceyhun Bayramov Çexiyaya rəsmi səfərə getdi .....                        BAM XXI əsr üçün qlobal siyasəti müəyyən edir .....                        Prezidentlər BAM-ın veteranları və işçiləriylə görüşdülər - ViDEO .....                        Peskov süıhməramlılarla bağlı önəmli açıqlama verdi .....                        Gürcüstan Bakı və İrəvanın razılaşmasını alqışlayır .....                       
1-09-2022, 21:05
İtaliya-Azərbaycan əlaqələrinin yeni səhifəsi açılır - Prezident


İtaliya-Azərbaycan əlaqələrinin
yeni səhifəsi açılır - Prezident


Bugünkü mərasim Azərbaycanın İtaliyadakı səfirliyinin yeni binasında keçirilir. Bu, yeni binada keçirilən ilk tədbirdir. Romanın tarixi məhəlləsində yerləşən bu tarixi bina bu gün öz qapılarını açır və eyni zamanda, bu binada Azərbaycanın Mədəniyyət Mərkəzi də fəaliyyət göstərəcək. Bu barədə Prezident İlham Əliyev Romada İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə əlaqədar imzalanmış sənədlərin mübadiləsi mərasimindən sonra çıxışında bildirib. “Mən çox şadam ki, bu binada keçirilən ilk tədbir məhz təhsil sahəsinə aiddir. Bu gün İtaliya-Azərbaycan əlaqələrinin yeni səhifəsi açılır. Təhsil sahəsində biz yeni genişmiqyaslı əməkdaşlığa başlayırıq. İki il bundan əvvəl İtaliyada dövlət səfərində olarkən mən bu təkliflə çıxış etmişdim ki, İtaliya-Azərbaycan Universiteti yaradılsın. İtaliya rəhbərliyi də bunu alqışladı və qısa müddət ərzində artıq biz praktiki fəaliyyətə başlayırıq”, - deyə dövlət başçısı vurğulayıb.
1-09-2022, 14:24
Füzuli-Hadrut avtomobil yolunun tikintisi son mərhələdə icra olunur


Füzuli-Hadrut avtomobil yolunun tikintisi son mərhələdə icra olunur

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri olan Füzuli-Hadrut avtomobil yolunun tikintisi sürətlə və son mərhələ üzrə davam etdirilir. Butov.az xəbər verir ki, avtomobil yolunun uzunluğu 12 kilometrdir. I texniki dərəcəli olacaq bu yol başlanğıcını “Zəfər Yolu”ndan götürür və yeni inşa edilən Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoluna birləşir. Füzuli-Hadrut avtomobil yolu 4 hərəkət zolaqlıdır. Hərəkət zolaqlarına uyğun olaraq yol yatağının eni müvafiq olaraq 21.5 metr, yolun hərəkət hissəsinin eni isə 14 metr təşkil edir. Xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması və I texniki dərəcəyə uyğun yeni torpaq yatağının və yol əsasının inşası 8.5 km-lik hissədə yekunlaşıb. Həmin hissəyə asfalt örtüyünün alt layının döşənməsi işləri də icra olunub. Füzuli-Hadrut avtomobil yolunda torpaq yatağının və yol əsasının inşası ilə yanaşı yolboyu atmosfer suların ötürülməsini təmin etmək məqsədi ilə müxtəlif diametlərə malik suötürücü boruların, həmçinin dərə sularının ötürülməsi üçün 1 dördbucaqlı su keçidinin tikintisi də yekunlaşmaq üzrədir. Yolun 6,7 kilometrində, “Qarğabazarı” adlanan ərazidən keçən hissəsində tikintisi aparılan iki aşırımlı avtomobil körpüsündə hazırda gövdə dayaqlarının inşası icra olunur. Tikinti işlərini “İnşaat Norma və Qaydaları”nın tələblərinə uyğun şəkildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi həyata keçirir. Tikintinin tərtib olunmuş qrafikə uyğun cari ilin sonunadək yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib. Füzuli-Hadrut avtomobil yolu işğaldan azad edilmiş Füzuli və Xocavənd rayonlarının ərazisindən keçir.










1-09-2022, 14:16
Prezident İtaliyada yeni səfirlik binasının açılışında


Prezident İtaliyada yeni səfirlik binasının açılışında

Sentyabrın 1-də Romada Azərbaycan Respublikasının İtaliya Respublikasındakı səfirliyinin yeni binasının açılışı olub. Butov.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. Əvvəlcə dövlətimizin başçısı səfirliyin həyətində ağac əkib. Sonra Prezident İlham Əliyev yeni binada yaradılan şəraitlə tanış olub.







1-09-2022, 14:12
Sabah 40 dərəcə isti olacaq


Sabah 40 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 2-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-25°, gündüz 33-38° isti, Bakıda gecə 22-24°, gündüz 36-38° isti olacaq. Atmosfer təzyiqi 758 millimetr civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 30-35 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 18-23°, gündüz 35-40° isti, dağlarda gecə 12-17°, gündüz 24-29° isti olacağı gözlənilir.


1-09-2022, 14:10
“Brüsseldə danışıqlar asan olmadı” - Paşinyan


“Brüsseldə danışıqlar asan olmadı” - Paşinyan

“Brüsseldə müzakirələr geniş keçdi, amma asan olmadı”. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan ötən gün Brüsseldə baş tutan üçtərəfli görüşlə bağlı açıqlamasında deyib. “Bizim məqsədimiz regionda sülhün olmasıdır. Ermənistan hökuməti sülh gündəliyini qəbul edib və bu gündəliyi həyata keçirmək üçün bizə qətiyyət lazımdır. Biz başa düşməliyik ki, bu, asan deyil, ardıcıl işləməyə davam etməliyik”, - deyə Paşinyan bildirib. Qeyd edək ki, ötən gün Brüsseldə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin dəvəti ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş keçirilib. 4 saata yaxın davam edən görüşdə sülh müqaviləsinə hazırlıq məsələləri müzakirə olunub.
1-09-2022, 14:08
2 boksçumuz yarımfinala vəsiqə qazandı


2 boksçumuz yarımfinala vəsiqə qazandı

Azərbaycanın 2 boksçusu Qazaxıstanın Aktau şəhərində keçirilən beynəlxalq turnirdə yarımfinala yüksəlib. Butov.az-ın məlumatına görə, yığma üzvlərindən Ruslan Qədirov (54 kq) və Rauf Rəhimov (92 kq) 1/4 final döyüşünü qələbə ilə başa vurublar. Qədirov Samat Jetibayevi (Qazaxıstan) 3:1 (30:26, 28:28, 29:27, 27:29, 30:26) hesabı ilə məğlub edib. O, finala gedən yolda qazaxıstanlı Timur Kabdeşovla üz-üzə gələcək. Rəhimov isə Adilet Dosimbekovu (Qazaxıstan) mübarizədən kənarlaşdırıb. Boksçumuz döyüşü 5:0 (29:28, 29:27, 30:27, 29:28, 30:27) hesabı ilə aktivinə yazıb. Rauf növbəti qarşılaşmasında özbəkistanlı Nusratbek Tohirovla qüvvəsini sınayacaq. Hər iki boksçu yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı da təmin edib. Yarışın 1/4 final mərhələsində daha 3 idmançımız - Rüfət Hüseynov (51 kq), Mirşərif Kazımzadə (75 kq) və Rasim Çobanlı (75 kq) rinqə çıxacaq. Onlar müvafiq olaraq, Foziljon Abdumuradov (Özbəkistan), İliyar Aşirov (Qazaxıstan) və Dias Moljiqitovla (Qazaxıstan) qarşılaşacaq. Qeyd edək ki, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Tailand, Monqolustan, Tacikistan və Qırğızıstandan 130 boksçunun qatıldığı turnirdə yarımfinal döyüşləri sentyabrın 2-də olacaq.
1-09-2022, 14:06
Tanınmış alim vəfat etdi


Tanınmış alim vəfat etdi

Texnika elmləri doktoru, professor Zahid Əliyev vəfat edib. Butov.az xəbər verir ki, neftçi alim 87 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Əliyev Zahid Səməd oğlu 1935-ci ildə Şəmkir rayonunun Zəyəm kəndində anadan olub. 1957-ci ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə AzSi-nun neft-mədən fakültəsini fərqlənmə ilə bitirərək, Azərbaycanın EA sisteminə göndərilib. O, burada 1959-cu ilə qədər kiçik elmi işçi vəzifəsində işləyib. 1959-1964-cü illərdə - ÜETQİ-da aspirant olmuşdur. 1964-cü ildə "Lay təzyiqini saxlamadan qaz-kondensat yataqlarının işlənilməsinin bəzi məsələləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 1961-1979-cu illərdə ÜETİQİ-da böyük elmi işçi vəzidəsində işləmişdir. 1965-1973-cü illərdə Çiren və Novo-Oryaxovo (Bolqarıstan) yataqları layihələrinin baş mühəndisi və Zalsvedel-Pakenzen (Almaniya) qaz yatağının işlənilməsi üzrə baş məsləhətçi işləyib. 1979-cu ildən akad. İ.M.Qubkin adına MNK və QSİ-da (Moskva ş.) pedaqoji fəaliyyətə başlayıb. 1984-cü ildə "Qaz və qaz-kondensat quyularının istismarı zamanı ilkin məlumatların əldə edilməsinin qazohidrodinamiki üsullarının işlənilməsi və tətbiqi və texnoloji rejimin əsaslandırılması" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. O, 1987-ci ildən indiyə qədər akad. İ.M.Qubkin adına Rusiya Dövlət neft və qaz universitetinin professoru vəzifəsində işləyib. Zahid Əliyev Oksford Universiteti tərəfindən ötən əsrin 100 adamı elan edilən şəxslərdən biri olub.

1-09-2022, 14:04
İlham Əliyev şeyxə məktub göndərdi


İlham Əliyev şeyxə məktub göndərdi

"Azərbaycan Respublikası Birləşmiş Ərəb Əmirlikləri ilə İslam həmrəyliyi, qarşılıqlı dəstək və etimad kimi sağlam təməllər üzərində qurulmuş dostluq və əməkdaşlıq əlaqələrinə böyük önəm verir. Ötən onilliklər ərzində ikitərəfli münasibətlərimizin yüksələn xətt üzrə inkişaf etməsi və yeni məzmunla zənginləşməsi məmnunluq doğurur". Bu fikirlər Prezident İlham Əliyevin Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə əlaqədar Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyana ünvanlandığı təbrik məktubunda yer alıb. Dövlətlərarası əlaqələrin möhkəmlənməsində Al Nəhyanın şəxsi töhfəsinin xüsusi vurğulandığı məktubda deyilir: “Bu gün aramızda mövcud olan yüksək səviyyəli siyasi dialoq iqtisadi, enerji, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığımız ilə müşayiət olunmaqdadır. OPEC+ çərçivəsində işbirliyimizin səviyyəsi təqdirəlayiqdir. Eyni zamanda bərpaolunan enerji və investisiya sahələrində ölkələrimizin səmərəli birgə fəaliyyəti bizi sevindirir. Dost ölkənizin “Masdar” şirkəti tərəfindən “Qaradağ Günəş Elektrik Stansiyası”nın inşası iqtisadi əlaqələrimizin şaxələndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir”. Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında bütün sahələrdə əməkdaşlığın inkişafı üçün əlverişli şəraitin mövcudluğunu vurğulayan dövlətimizin başçısı əmin olduğunu bildirib ki, bu imkanlardan istifadə edərək birgə səylərimizlə ənənəvi dostluq münasibətlərimizin möhkəmlənməsinə və qarşılıqlı fəaliyyətimizin əhatə dairəsinin daha da genişlənməsinə nail olacağıq.
1-09-2022, 14:02
Paşinyan Brüsselə “ordu” aparıb - Sui-qəsd qorxusu


Paşinyan Brüsselə “ordu” aparıb - Sui-qəsd qorxusu

Brüsseldə səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyanın cangüdənlərinin sayı üç dəfə artırılıb. Bu barədə “Hparak” qəzeti məlumat yayıb. Bildirilir ki, əvvəllər Paşinyanı xarici səfərlərdə 3-4 nəfər təhlükəsizlik xidməti əməkdaşı müşayiət edirdisə, hazırda bu rəqəm üç dəfə artıb. “Maraqlandıq ki, belə böyük bir dəstəni Brüsselə aparmasının səbəbi nədir? O, öz həyatı təhlükəsi üçün qorxur. Hazırda ona qarşı xaricdə sui-qəsd təşkil oluna bilər. Həmçinin Paşinyan erməni icmasının Brüsseldə təşkil edəcəyi etiraz aksiyalarından ehtiyatlanır, müdafiənin gücləndirilməsinin məqsədi budur”, - “Hparak” yazıb. Qeyd edək ki, ötən gün Brüsseldə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin dəvəti ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş keçirilib. 4 saata yaxın davam edən görüşdə sülh müqaviləsinə hazırlıq məsələləri müzakirə olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!