“Qarabağ” “Neftçi”ni darmadağın etdi - Finala yüksəldi .....                        Qazi anasına görə intihar etdi .....                        İraq Prezidenti COP29-a dəvət edildi .....                        Aytmatovun abidəsi dostluğumuzun rəmzinə çevriləcək .....                        Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi .....                        Qırğızıstan Prezidenti Bakını seyr etdi - FOTO .....                        Japarovun şərəfinə ziyafət verilir .....                        Qırğızıstan Prezidenti Fəxri Xiyabanda - FOTO .....                        Nəsib Quliyevin intihar səbəbləri - Hüquqşünas-kriminalist danışdı .....                       
1-09-2022, 14:00
Özünü qazi kimi təqdim edən saxtakar


Özünü qazi kimi təqdim edən saxtakar

Bu günlərdə Füzuli şəhərindən məcburi köçkün, rayon ərazisində məcburi köçkün ailələri üçün salınmış Beşinci Zobucuq qəsəbəsində 198 nömrəli evdə yaşayan Əsədov Elçin Oqtay oğlu sosial şəbəkələrdə video müraciət yayaraq Qarabağ müharibəsi qazisi olduğunu, Füzuli rayonunda məmurların himayə etdiyi qoçu dəstələri tərəfindən ona məxsus evə hücum edildiyini, evinin dağıdıldığını bildirmiş, köməklik göstərilməsini xahiş edib. Füzuli rayon İcra Hakimiyyətindən bildirilib ki, Elçin Əsədovun video müraciətdə səsləndirdiyi faktlar hüquq-mühafizə orqanları tərəfindən araşdırılıb. Müəyyən olunub ki, Elçin Əsədovun yaşadığı evə hücum olmamış, evə hücum olması, ev əşyalarının sındırılması və dağıdılması görüntüsünü Elçin Əsədov özü qəsdən yaradıb. Bunu, Elçin Əsədovun anası Təranə Əsədova Füzuli rayon Polis şöbəsində verdiyi izahatında da qeyd edib. Qazi adından istifadə edərək sosial şəbəkələrdə video müraciət yayan Elçin Əsədov əslində kimdir? Elçin Əsədov 1972-ci il təvəllüdlüdür, Birinci və İkinci Qarabağ müharibələrinin iştirakçısı olmamış, qazi deyildir. 2000-ci ildə həqiqi hərbi xidmətdən fərarilik etdiyinə və həmin dövrdə oğurluq etdiyinə görə 2001-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1.-ci, 333.4.-cü, 334.1.-ci, 177.2.1.-ci, 177.2.2.-ci, 177.2.3.-cü və 66.3.-cü maddələri ilə təqsirli bilinərək ümumilikdə 6 il müddətində həbs olunub. Saxta qazimiz iki dəfə rəsmi, bir neçə dəfə qeyri rəsmi ailə qurmuşdur. Birinci arvadından 1, ikinci arvadından isə 2 uşağı vardır. Hər iki arvadından məhkəmə qaydasında boşanıb. Uşaqlarına aliment ödəmir. Elçin Əsədov heç bir faydalı işlə məşğul olmur, yaşadığı qəsəbədə müsbət xarakterizə olunmur, tüfeyli həyat tərzi keçirir. Bir neçə ay bundan əvvəl atdan yıxılaraq xəsarətlər alıb. Vaxtaşırı sosial şəbəkələrdə Qarabağ müharibəsi qazisi adından istifadə edərək video müraciətlər yaymaqla rayonun məmurlarını, iş adamlarını şantaj etməklə maddi qazanc əldə etməklə məşğul olur. Qeyd edək ki, Elçin Əsədov azyaşlı qızı ilə birlikdə Beşinci Zobucuq qəsəbəsində anası Təranə Əsədovaya məxsus iki otaqlı evdə yaşayır. Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Elçin Əsədov yaşadığı qəsəbədə fəaliyyət göstərən məktəbdə texniki işlə təmin edilib. Özü və anası məcburi köçkün kimi vahid aylıq müavinət alır. Anası Təranə Əsədova ümumi səbəbdən 2-ci qrup əlildir, buna görə pensiyə alır. Ailəyə dövlət tərəfindən həyatyanı və 1 hektar pay torpağı verilib. RİH-nin başçısı tərəfindən Elçin Əsədova və anası Təranə Əsədovaya dəfələrlə maddi köməklik olunub.

1-09-2022, 13:57
Rusiyanın canlı qüvvə itkisi 48 mini ötüb


Rusiyanın canlı qüvvə itkisi 48 mini ötüb

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın döyüş itkilərini açıqlayıb. Baş Qərargahın yaydığı məlumata görə, ötən sutka ərzində Ukraynada 450 rus hərbçisi məhv edilib. Bununla da müharibə başlayandan bəri Rusiyanın canlı qüvvə itkilərinin sayı 48 350-ə çatıb. Eyni zamanda Rusiyanın 1997 tankı, 4345 zirehli döyüş maşını, 1115 artilleriya sistemi, 287 reaktiv yaylım atəşi sistemi, 153 hava hücumundan müdafiə sistemi, 234 təyyarə, 205 helikopteri, 196 qanadlı raketi sıradan çıxarılıb. Xatırladaq ki, Rusiya bu ilin fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb.
1-09-2022, 13:55
Bir ayda 889 zəhərlənmə - 7 ölü


Bir ayda 889 zəhərlənmə - 7 ölü

Avqust ayı ərzində Kliniki Tibbi Mərkəzə zəhərlənmə ilə bağlı 889 nəfər müraciət edib. Mərkəzin Mətbuat xidmətindən verilən məlumata görə, onlardan 164-ü Toksikologiya şöbəsinə qəbul edilib, qalanlarına isə ilkin tibbi yardım göstərilərək, evə buraxılıb. Qəbul olan xəstələrdən 74-ü dərmandan, 26-sı sirkə turşusundan, 1-i dəm qazından, 2-si göbələkdən, 11-i etil spirtindən zəhərlənib. Digərlərindən 2-si anaflaksiya səbəbindən, 12-si allergik reaksiyadan, 2-si isə botulizm səbəbindən xəstəxanaya yerləşdirilib. Həmçinin onlardan 28-ni ilan, 6-nı isə müxtəlif növ həşəratlar sancıb. Zəhərlənən şəxslərin 61-i qadın, 77-si kişi, 26-sı uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 164 nəfərdən 7-si (3-ü kişi, 4-ü qadın) dünyasını dəyişib.
1-09-2022, 13:52
Xankəndidə tutulan generalın həbsinə qərar verildi


Xankəndidə tutulan generalın həbsinə qərar verildi

Qarabağdakı separatçı qüvvələrin rəhbərinin “baş müşaviri”, keçmiş “müdafiə naziri” Mikayel Arzumanyanın həbsinə qərar verilib. Bu barədə erməni generalın vəkili Yerem Sarkisyan bildirib. Qeyd edək ki, Arzumanyan iki gün əvvəl Xankəndi yolunda saxlanılıb. Ermənistan İstintaq Komitəsinin yaydığı məlumata görə, keçmiş “müdafiə naziri” hərbi xidmətdə yol verdiyi səhlənkarlığa görə tutulub. Komitənin yaydığı məlumatda qeyd olunub ki, Arzumanyan hərbi vəziyyət dövründə Şuşa şəhərinin və ətraf rayonların "müdafiəsinin" təşkili zamanı öz xidməti "vəzifəsinə" səhlənkar yanaşıb və "vəzifələrini" lazımınca yerinə yetirməyib.
1-09-2022, 13:49
Payızda kəskin bahalaşma gözlənilir


Payızda kəskin bahalaşma gözlənilir

Son günlər ərzaq və digər məhsulların qiymətində müşahidə olunan artımın payızda pik həddə çatacağı deyilir. Bəzi ekspertlərin fikrincə, növbəti bahalaşma dalğası Azərbaycandan da yan keçməyəcək. Bəs qiymətlər nə qədər artacaq?
Bu barədə danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanda qiymət artımı ölkəmizin idxaldan asılı olmasından qaynaqlanır. Onun sözlərinə görə, hazırda ərzaq məhsulları ilə özümüzü təmin etmə faizi çox aşağıdır: “Rəsmi rəqəmlərə görə, hazırda istifadə etdiyimiz ərzaq məhsullarının 50-55 faizi öz istehsalımızdır. Ancaq real rəqəm təxminən 20-25 faiz civarındadır. Rəsmi rəqəmlərdə göstəricinin belə yüksək olması xammalı xaricdən gətirilən və ölkəmizdə istehsal olunan ərzaq məhsullarının da yerli istehsal kimi qeyd olunması ilə bağlıdır. Düyü və çay məhsullarını, şəkər tozunu buna misal göstərə bilərik. İstehsal etdiyimiz bəzi məhsulların xammalının xaricdən gətirilməsi xaricdəki qiymət artımının Azərbaycana daha çox təsir etməsini şərtləndirir”. N.Cəfərlinin fikrincə, qiymət artımının daxili səbəbləri də var: “İnhisarçılıq meyillərinin olması, məmur biznesi də qiymət artımına təsir göstərən faktorlardır. Bunlar ənənəvi və xroniki problemlərdir. Onu da qeyd etmək lazımdır ki, hökumətin əlində qiymət artımının qarşısını almaq üçün çox ciddi alətlər var. Ancaq bundan istifadə etmək istəmirlər. Biz qiymət artımının qarşısını almaq üçün bundan əvvəl bir neçə təklif vermişdik. Vergi və gömrük rüsumlarının azaldılması əsas təkliflərimizdən idi. Məsələn, əlavə dəyər vergisi (ƏDV) 18 faizdən 2 faizə endirilsəydi, ərzaq məhsulları və dərman preparatlarının qiymət artımının qarşısı alına bilərdi”. Ekspert vurğulayıb ki, enerji daşıyıcılarının qiymətinin artması dünyada ərzaq qiymətlərinə ciddi təsir göstərir: “Bu baxımdan payıza doğru həm Azərbaycanda, həm də dünyada qiymət artımının kəskin olması ehtimalı böyükdür. Əsasən qazın qiymətinin yüksək olması istehsal olunan gübrələrə, kənd təsərrüfatı məhsullarına təsir göstərir. Bir sözlə, payızda daha çox qiymət artımı gözlənilir”.

1-09-2022, 13:45
Qərbi azərbaycanlılar siyahıya alınacaq - Arxiv yaradılır


Qərbi azərbaycanlılar siyahıya alınacaq - Arxiv yaradılır

Azərbaycanda yeni yaradılan “Qərbi Azərbaycan İcması” aktiv fəaliyyətə başlayıb. Belə ki, 2022-ci il avqustun 3-də “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin Ümumi Yığıncağında təşkilatın “Qərbi Azərbaycan İcması” adı ilə qeyri-kommersiya təşkilatına çevrilməsi (yenidən təşkili) təsdiq olunub. Yeni inzibati bina ilə təmin olunan İcmanın heyəti tam formalaşdırılaraq, yeni hədəfləri müəyyən edilib. Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, rəhbəri olduğu İcmanın məqsədi müxtəlif vaxtlarda etnik mənsubiyyətinə görə Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin ictimai-mədəni birliyinə nail olmaqla hüquqlarının beynəlxalq müstəvidə bərpası, Ermənistan ərazisində Azərbaycan xalqının yaratdığı zəngin tarixi-mədəni irsin öyrənilməsi, təbliğ olunması və tam məhv olunmasının qarşısının alınması, həmçinin insanların öz ata-baba yurdlarına qayıtmaq hüququnun təmin edilməsi və birgəyaşayışa nail olunmasından ibarətdir. İcmanın Müşahidə Şurasının rəhbəri, professor Misir Mərdanov təşkilatın hədəfləri haqqında danışıb. Misir Mərdanov xatırladıb ki, əvvəlki “Azərbaycan Qaçqınlar Cəmiyyəti” Qərbi Azərbaycandan qovulan şəxsləri birləşdirən təşkilat idi: “İndi isə müasir tələblərə uyğun bir quruma çevrildi. Bura daha təcrübəli, səriştəli insanlar cəlb edilib. İş şəraiti də yaxşılaşdırılıb, yeni bina verilib, icmanın fəaliyyəti üçün şərait tamamilə dəyişib. Əvvəllər cəmiyyətin, ölkə rəhbərliyinin əsas diqqəti Qarabağ məsələsinə yönəlmişdi. İşğal altındakı torpaqlarımız düşmən tapdağından azad edildi, münaqişəni biz həll etdik. İndi isə diqqətimiz tarixi torpaqlarımızda, Qərbi Azərbaycanda olduğundan cəmiyyətin qarşısında ciddi məsələlər dayanır. Mənə belə gəlir ki, bu cür yeniləşmə zamanın tələbi idi. Hazırda icmanın Müşahidə Şurasının sədriyəm. İcma tam strukturda fəaliyyətini gücləndirib. İdarə Heyəti, Ağsaqqallar Şurası, Məsləhət Şurası, Qadınlar Şurası, Beynəlxalq Əlaqələr Şurası və s. strukturlar üzərinə düşən vəzifələr müəyyən edilib. Daha ciddi və sistemli şəkildə işimizi qurmuşuq. İcmanın fəaliyyət göstərdiyi binada müasir tələblərə uyğun arxiv, kitabxana, muzey yaradılacaq. Biz vaxtilə Qərbi Azərbaycan torpaqlarından qovulan sakinlərin, şahidlərin dediklərini qeydə almamışıq, sənədləşdirməmişik. İndi də gec deyil. Elə azərbaycanlılar var ki, həyatdadırlar, hadisələri öz gözləri ilə görüblər. Ona görə, həmin şahidlərin dedikləri səsyazısı, video şəklində icmanın arxivində saxlanılacaq. Binada sərgilər keçirmək, kitablar təqdim etmək niyyətindəyik. Qərbi azərbaycanlıların böyük əksəriyyəti xarici ölkələrdə yaşayırlar. Onlarla əlaqə qurmaq üçün Beynəlxalq Əlaqələr Şurası fəaliyyət göstərəcək. Yaxın vaxtlarda icmanın elektron saytı da fəaliyyətə başlayacaq. Bütün məlumatlar burada onlayn əks olunacaq. Görülməli işlər çoxdur”. Misir Mərdanov xüsusilə qeyd edib ki, Qərbi azərbaycanlılar müharibə istəmir, heç kimin torpaqlarına göz dikməyib: “Amma hədəfimiz, gələcək məqsədimiz budur ki, öz dədə-baba torpaqlarımıza gedə bilək. Doğmalarımızın məzarlarını, abidələrimizi ziyarət edək, tariximizin hazırda nə durumda olduğunu gözlərimizlə görək. Yaxın gələcəkdə olmasa da nə zamansa, o torpaqlara qayıdacağıq. İrəvan da, Zəngəzur da, Qaraqoyunlu da bizimdir”. Qərbi azərbaycanlıların siyahıya alınmasına gəlincə, sabiq təhsil naziri vurğulayıb ki, indiyə qədər fəaliyyət göstərən “Azərbaycan Qaçqınlar Cəmiyyəti”nin arxivlərində, bazasında dəqiq olaraq hansı rayonlardan, hansı kəndlərdən kimlər köçürülübsə, siyahısı var. Amma bu siyahıya yenidən baxmaq lazımdır: “34 il vaxt keçib və ötən illər ərzində Qərbi azərbaycanlıların sayı artıb. Gənc nəsil ata-baba yurdu haqqında dəqiq məlumata malik olmalıdır. Ermənilərin bizim orada yaşayan insanların başına açdığı oyunlar, onları yandırması, öldürməsi haqqında olan məlumatlar genişləndirilməli, dəqiqləşdirilməlidir. Mən 10 il yaxındır, bir kitab üzərində işləyirdim. Onu tamamlayıb, çapa vermişəm, sentyabrın axırına hazır olacaq. Kitabda yaşadığımız Qaraqoyunlu dərəsi, kəndləri, orada yaşayan insanlar, məktəblər, müəllimlər və s. haqqında dəqiq məlumatlar qeyd edilib. Mənə elə gəlir, hər kəs öz yaşadığı regionla, Qərbi Azərbaycanın bir bölgəsi ilə bağlı ətraflı yazıları, məlumatları təqdim etməlidir. Çox kitablar yazılıb, amma geniş yayılmayıb, təqdim edilməyib. Biz hesab edirik ki, mövcud faktları cəmiyyətə tanıtmalı, təqdim etməliyik. İnsanlar o torpaqlar, tarixi, mədəniyyəti, abidələri haqqında geniş, dolğun məlumat ala bilməlidirlər. Daimi fəaliyyət göstərəcək muzeyimizdə həm azərbaycanlılara, həm də xaricdən gələn qonaqlarımıza bütün faktlar göstəriləcək. Nəzərdə tutulan işlər çoxdur, yeni mövsümdən icmada bizi gərgin fəaliyyət gözləyir”.

1-09-2022, 13:37
Brent nefti ucuzlaşdı


Brent nefti ucuzlaşdı

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin noyabr müqaviləsinin dəyəri 0,43% azalaraq, 1 barelə görə 95,23 dollar təşkil edib. Butov.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin oktyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,49% azalarq, 89,11 dollar təşkil edib.
1-09-2022, 13:35
Polad Həşimovun xanımı oğlu ilə Şuşada


Polad Həşimovun xanımı oğlu ilə Şuşada

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun ailəsi Şuşada olub. Bu barədə jurnalist Vüsalə Məmmədova "Facebook" səhifəsində paylaşım edib. Fotoda Polad Həşimovun həyat yoldaşı Ofelya Həşimova və kiçik oğlu Teymur Həşimov yer alıb.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!