"Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                        Gömrükdə işləmək istəyənlər üçün imtahan keçirilib .....                       
2-09-2022, 21:35
Fevraldan əvvəlki vəziyyət heç vaxt olmayacaq - Prezident


Fevraldan əvvəlki vəziyyət heç vaxt olmayacaq - Prezident

Dünya fevraldan əvvəl olduğu vəziyyətdə heç vaxt olmayacaq. Bunu Prezident İlham Əliyev İtaliyada keçirilən 48-ci beynəlxalq Çernobbio Forumunda sualları cavablandırarkən deyib. "Dünya dəyişib və bu dəyişikliklərin hansı axımla gedəcəyi bu amillərdən asılıdır - Ukraynada müharibə nə qədər müddət davam edəcək, bu savaşın sonu necə bitəcək, dünyadakı və təbii ki, regiondakı güclərin balansı hansı şəkildə olacaq? Yeni müstəqil bir ölkə kimi, özümüzü xarici amillərdən müdafiə etmək bizim üçün əsas məsələ olacaq. Çünki bizim ölkələrimiz daxilən artıq inteqrasiya edib. Bizim daxildə ölkəmizi hansı yöndə inkişaf etdirmək üçün birliyimiz var. Buna görə də yeni qlobal düzənin bizim regiona təsirləri, böyük region ölkələrinin mövqelərinin necə olacağı, Ermənistanla sülhə nail olmaq planlarımızda nələr əldə edəcəyimiz, övladlarımız və yeni nəsillərin gələcəyinin necə olacağı bizim üçün maraqlıdır. Odur ki, biz vəziyyətə nəzarət edirik. Təbii ki, addımlarımızı öz strategiyamıza uyğun atacağıq. Eyni zamanda, biz dünyanın dəyişməsi faktına əhəmiyyət verməyə bilmərik. Həmçinin beynəlxalq hüquq normalarının tamamilə pozulduğunu görürük. Bu beynəlxalq hüquq normaları elə bizim öz məsələmizdə də pozulmuşdur. Biz torpaqlarımız işğal altında olarkən beynəlxalq ictimaiyyətə fəal şəkildə müraciət etmişdik. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələri 27 il ərzində yerinə yetirilməmişdi. Biz indi bir çox digər bölgələrdə beynəlxalq hüququn pozulmasını görürük. Biz görürük, bəzi ölkələr düşünür ki, onlar buna məhəl qoymaya bilərlər və buna əhəmiyyət vermirlər. Beləliklə də bu, tamamilə yeni situasiyadır. Dünyanın yeni düzəni necə olacaq? Beynəlxalq institutlar, Birləşmiş Millətlər Təşkilatı necə olacaq? O, yenidən qurulacaq, ya başqa bir təşkilat ortaya çıxacaq? Bunların hamısı dünyada yeni fikirləri təşviq etmə gücünə malik olanların məsuliyyətindədir", - dövlət başçısı çıxışında vurğulayıb.
2-09-2022, 21:26
Əvvəl ərazi bütövlüyü, sonra sülh – Yoxsa Brüssel də fayda verməyəcək

Əvvəl ərazi bütövlüyü, sonra sülh – Yoxsa Brüssel də fayda verməyəcək


"Azərbaycan və Ermənistan arasında sülh sazişinin hansısa şəkildə real nəticələrini gözləmək hələ tezdir". Bunu sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Brüssel görüşündən danışarkən deyib. Eks-nazir bildirib ki, sülh sazişi ilə əlaqədar hələ bir neçə ay öncə ilkin cəhd edilib. Azərbaycan tərəfi sülh sazişinin hazırlanması üçün prinsiplər irəli sürüb, ancaq ermənilər buna "yox" cavabı veriblər. T. Zülfüqarovun fikrincə, ümumiyyətlə post-konflikt dönəmində hansısa məsələdə razılığa gəlmək üçün tərəflər bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımalıdır. Sabiq XİN başçısı vurğulayıb ki, hazırki şəraitdə sülhün əldə olunması üçün ilk addım ərazi bütövlüyünün tanınmasıdır. Ancaq ermənilər Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımağa hazır deyillər. Onlar hələ də düşünürlər ki, bölgə ilə bağlı danışıqlar aparılıb, status qəbul edilməlidir, məhz bundan sonra Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanımaq olar. “Xatırlatmaq istərdim ki, onlar hələ 30 il bundan öncə Azərbaycana qarşı ərazi iddiaları irəli sürüb, hərbi təcavüz həyata keçiriblər. Bu gün də onlar öz əməllərinə son qoymayacaqlarsa, sülh sazişi barədə razılığa gəlmək mümkün olmayacaq. Çünki Azərbaycan ermənilərin belə mövqeyi ilə heç vaxt razılaşmayacaq. Onlar dildə deyirlər ki, ərazi bütövlüyünü tanıyırlar, ancaq bu məsələdə sanki bizi lağa qoyurlar. Deyirlər ki, biz sizin ərazinizi 1990-cı ildə tanıdıq. Bu necə tanımaqdır ki, sən mənim ərazilərimi işğal edib, 20 faiz torpağımı dağıtmısan, etnik təmizləmə etmisən. Ondan sonra deyirsən ki, mən sənin ərazi bütövlüyünü çoxdan tanımışam. Bu baxımdan qarşı tərəfin mövqeyi ciddi görsənmir. Azərbaycan məhz buna görə, Ermənistandan rəsmən tələb edir ki, ərazi bütövlüyümüzü tanısın. Əgər bu olmayacaqsa, mən yenə deyirəm ki, istər Brüssel, istər Moskva görüşü olsun, sülh danışıqlarında müsbət nəticə gözlənə bilməz”,- deyə sabiq nazir vurğulayıb. Qeyd edək ki, avqustun 31-də Brüsseldə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin dəvəti ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş keçirilib. 4 saata yaxın davam edən görüşdə sülh müqaviləsinə hazırlıq məsələləri müzakirə olunub.

2-09-2022, 21:12
Qurban Qurbanov məşhur klubun təklifindən imtina etdi


Qurban Qurbanov məşhur klubun təklifindən imtina etdi

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov daha bir xarici klubdan aldığı təklifdən imtina edib. Bunu rusiyalı jurnalist İvan Karpov açıqlayıb. 50 yaşlı mütəxəssisin xidmətində “Ximki” maraqlı olub. Klub rəhbərliyi Nikolay Pisarevin istefasından sonra məhz Qurbanovla danışıqlar aparıb. Lakin mütəxəssis bu təklifi qəbul etməyib. Qurbanov fəaliyyətini “Qarabağ”da davam etdirməyə üstünlük verib. Nəticədə vaxtilə “Alaniya”ya rəhbərlik edən Spartak Qoqniyev “Ximki”nin baş məşqçisi postuna gətirilib. Bu, Qurbanovun xarici təklifdən ilk imtinası deyil. Bir müddət əvvəl Türkiyə “Hatayspor”u da mütəxəssisi sükanı arxasında görmək istəsə də, baş məşqçi təklifi qəbul etməmişdi. Qeyd edək ki, Premyer Liqanın 7 turundan sonra 7 xala malik “Ximki” 11-ci sırada qərarlaşıb.
2-09-2022, 21:08
Ağacları kəsən şəxs cəzalandırıldı


Ağacları kəsən şəxs cəzalandırıldı

Xətai rayonu, Cavanşir küçəsi 27 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb. Butov.az xəbər verir ki, xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı ərazinin taxta lövhələrlə hasara alındığı və meyvə ağaclarının qanunsuz kəsildiyi müəyyən edilib: “Araşdırma zamanı ağacların vətəndaş Abbas Nəcəfov tərəfindən kəsildiyi məlum olub. Faktla bağlı təqsirkar şəxs barəsində qanunamüvafiq tədbir görülüb”. V. Cavadov onu da qeyd edib ki, ərazinin əvvəlki vəziyyətə gətirilməsi və kəsilən ağacların əvəzinə yeni ağacların əkilməsi üçün Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə göstəriş verilib: “Birliyin işçiləri tərəfindən yaşıllıq sahədəki hasar sökülüb və əraziyə yeni ağaclar əkilib. Yaşıllıqlara qayğı ilə yanaşan, onların mühafizəsinə həssas münasibət göstərərək Nazirliyə məlumat verən ictimaiyyət və media nümayəndələrinə təşəkkür edirik”.




2-09-2022, 21:04
Bakıda mənzildən meyit tapıldı


Bakıda mənzildən meyit tapıldı

Bakıda bir nəfərin meyiti tapılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin meyitini aidiyyəti üzrə təhvil veriblər.
2-09-2022, 21:02
Xəzərin sahili təmizlənəcək - Yeni layihələr hazırlanır


Xəzərin sahili təmizlənəcək - Yeni layihələr hazırlanır

"Xəzərsahili ərazilərdə yerləşən yaşayış məntəqələrindən dənizə axıdılan tullantı sularının təmizlənməsi və kənarlaşdırılması üçün yeni layihələr hazırlanır". Bu barədə “Azərsu” ASC-nin Planlaşdırma və Layihələndirmə Departamentinin rəisi Bahadur Kəngərli Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi feysbuk səhifəsində canlı yayımlanan "Ekspert saatı"nda deyib. O qeyd edib ki, layihələr “Azərsu”nun sifarişi ilə hazırlanır: "Təmizləmə layihələri Bakı və Abşeronun ətrafı ilə yanaşı, gələcəkdə bölgələrdə də həyata keçiriləcək. Artıq 24 qurğu istifadəyə hazır vəziyyətdədir, 4-ü isə yaxın günlərdə istifadəyə veriləcək".
2-09-2022, 20:59
Vaksinasiya ilə bağlı son vəziyyət


Vaksinasiya ilə bağlı son vəziyyət

Azərbaycanda son gündə koronavirus əleyhinə 1206 vaksin vurulub. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 266, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 174, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 658, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 108 nəfərdir. Qeyd edək ki, ölkədə indiyədək vurulan vaksinlərin ümumi sayı 13 862 892 təşkil edir.

2-09-2022, 20:56
Yoluxanların bugünkü sayı - Daha 8 nəfər öldü


Yoluxanların bugünkü sayı - Daha 8 nəfər öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 437 yeni yoluxma faktı qeydə alınıb, 554 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 8 nəfəri vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 814 435 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 801 276 nəfər müalicə olunaraq sağalıb, 9813 nəfər vəfat edib, aktiv xəstə sayı 3346 nəfərdir. Son sutka ərzində 3191, hazırkı dövrədək isə 7 162 508 test aparılıb.

2-09-2022, 18:48
Prezident ərəbistanlı nazirlə görüşdü


Prezident ərəbistanlı nazirlə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində Səudiyyə Ərəbistanının investisiya naziri, Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında Hökumətlərarası Müştərək Komissiyanın həmsədri Xalid bin Əbdüləziz Əl-Falih ilə görüşüb. Butov.az xəbər verir ki, Xalid bin Əbdüləziz Əl-Falih Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun salamlarını və ərazilərimizin işğaldan azad edilməsi münasibətilə təbriklərini Prezident İlham Əliyevə çatdırıb. Dövlət başçısı salamlara və təbriklərə görə minnətdarlığını bildirib, onun da salamlarını Səudiyyə Ərəbistanının Kralına çatdırmağı xahiş edib. Nazir işğaldan azad edilən ərazilərimizdə hazırda bərpa-yenidənqurma işlərinin sürətlə həyata keçirilməsindən məmnunluğunu bildirib. Söhbət zamanı iqtisadi əlaqələrin inkişaf etdirilməsi, o cümlədən Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin bərpaolunan enerji sahəsində ölkəmizdə həyata keçirdiyi layihə, həmçinin enerji, xüsusilə neft-qaz sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb. Bu ilin sonuna qədər Səudiyyə Ərəbistanının bir sıra şirkətlərinin və iş adamlarının işğaldan azad edilmiş ərazilərə səfəri barədə ilkin razılıq əldə olunub.
2-09-2022, 18:44
Hulusi Akar “F-16” ilə uçuş etdi


Hulusi Akar “F-16” ilə uçuş etdi

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Egey dənizinin şimalında “F-16” ilə özəl uçuş edib. Butov.az xəbər verir ki, məlumatı “Hurriyet” yayıb. Qeyd edək ki, Türkiyə ilə Yunanıstan arasında Egeylə bağlı vəziyyət yenə gərginləşib. Hulusi Akar sentyabrın 2-də “Uçuş təhsili ilinin açılış mərasimi"ndəki çıxışında Yunanıstanın davranışını tənqid edib: ”Yunanıstanın özündənrazı, utanmaz davranışına hər zaman, hər yerdə cavab vermişik və bundan sonra da verəcəyik”. Türkiyə təyyarələrinin S-300 hava hücumundan müdafiə sistemi ilə sıxışdırıldığına toxunan nazir NATO və üçüncü ölkələrin obyektiv olmasını gözlədiklərini bildirib.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!