"Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                        Gömrükdə işləmək istəyənlər üçün imtahan keçirilib .....                       
2-09-2022, 18:41
Azərbaycan İtaliyaya 10 milyard kubmetrə yaxın qaz verəcək


Azərbaycan İtaliyaya 10 milyard kubmetrə yaxın qaz verəcək

Cənub Qaz Dəhlizinin əsas və son mərhələsi olan TAP layihəsinin istifadəyə verilməsindən bu günədək, yəni, il yarım keçdikdən sonra Azərbaycan Türkiyə və Gürcüstanla yanaşı, üç Avropa ölkəsinin təbii qaz ixracatçısına çevrilib. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyada keçirilən 48-ci beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı zamanı deyib. Dövlətimizin başçısı bildirib ki, ötən müddət ərzində Avropaya 13,5 milyard kubmetr qaz ixrac olunub, bunun da 11,7 milyard kubmetri İtaliyanın payına düşür. “Bu il biz qazın həcmini daha da artırmağı və İtaliya bazarına 10 milyard kubmetrə yaxın qaz ixrac etməyi planlaşdırırıq”, - deyə Azərbaycan Prezidenti qeyd edib.
2-09-2022, 13:50
Avropada qazın qiyməti ucuzlaşdı


Avropada qazın qiyməti ucuzlaşdı

Bu gün Avropada qazın qiyməti ucuzlaşaraq, 2300 dollardan aşağı düşüb. Bu barədə Londonun “ICE” birjası məlumat yayıb. Məlumata əsasən, Niderlandda TTF qovşağında oktyabr fyuçerslərinin dəyəri 1000 kubmetr üçün 2279 dollara düşüb.
2-09-2022, 13:47
Lavrov Mirzoyanla Qarabağ razılaşmasını müzakirə etdi


Lavrov Mirzoyanla Qarabağ razılaşmasını müzakirə etdi

Rusiya və Ermənistanın xarici işlər nazirləri Sergey Lavrovla Ararat Mirzoyan arasında telefon danışığı olub. Bu barədə Rusiya XİN məlumat yayıb. Telefon danışığı zamanı tərəflər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020, 11 yanvar 2021 və 26 noyabr 2021-ci il üçtərəfli razılaşmalarının həyata keçirilməsinin gedişatını və perspektivlərini müzakirə ediblər.
2-09-2022, 13:45
ABŞ Konqresindən Azərbaycana qarşı təxribat


ABŞ Konqresindən Azərbaycana qarşı təxribat

ABŞ Konqresi tərəfindən Azərbaycanın ərazi bötövlüyünə qarşı təxribat törədilib. Butov.az xəbər verir ki, ABŞ konqresinin Erməni İşləri Komitəsinin üzvləri Frenk Fallon, Qus Bilirakis, Ceki Spir, Devid Valdao və Adam Şiff erməni separatçılarının rəhbəri Arayik Arutyunyana təbrik məktubu göndəriblər. Sözügedən məktubda Azərbaycanla bağlı təxribat və böhtan xarakterli fikirlər yer alıb. “Amerika Birləşmiş Ştatları Konqresi hər zaman sizə öz dəstəyini göstərir. Azərbaycandan gələn təhdidlər və davam edən çağırışlara dözümlülük göstərirsiniz, sizin yanınızdayıq. Biz ABŞ hökumətini 2020-ci ildə hücuma və bu günə qədər davam edən ölümcül hərəkətlərə görə Azərbaycan və Türkiyə rejimlərini cəzalandırmaq üçün bütün mövcud diplomatik tədbirlərdən istifadə etməyə çağırırıq. Sizinlə işləməyi səbirsizliklə gözləyirik” - Arutyunyana göndərilən məktubda deyilir. Məktubun mətnindən göründüyü kimi, amerikalı konqresmenlər erməni separatçılarına aşkar şəkildə dəstək verərək, Azərbaycanın ərazi bütövlüyünə qarşı olduqlarını nümayiş etdiriblər. Qeyd edək ki, Azərbaycana yönəlik bu təxribatın gerçək səbəbi açıqlanmasa da, separatçıların qondarma “xarici işlər naziri” David Babayanın Konqresinə dəvət olunması, habelə bir neçə gün öncə ABŞ-ın Bakıdakı səfirinin Şuşada keçirilən beynəlxalq konfransdan imtina etməsi təsadüfi sayıla bilməz. Görünür, rəsmi Vaşinqton regionda sülh və əmin-amanlığın təmin olunmasını istəmir və son təxribatçı addımlar da məhz Cənubi Qafqazda problemli vəziyyətin saxlanılmasına hesablanıb.
2-09-2022, 13:42
Ukraynada 3 minə yaxın xarici muzdlu məhv edilib - Şoyqu


Ukraynada 3 minə yaxın xarici muzdlu məhv edilib - Şoyqu

Müharibə başlayandan bu günə kimi Rusiya qoşunları Ukraynada 3 minə yaxın xarici muzdlunu məhv edib. Bunu Rusiya müdafiə naziri Sergey Şoyqu açıqlayıb. Şoyqunun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin yüksək itkiləri səbəbindən xarici muzdluların axını azalır: ”Xüsusi əməliyyat başlayandan onların sayı 3,5 dəfədən çox azalıb”.
2-09-2022, 13:39
Avropa İttifaqı ilə rəsmi dialoqa başlamışıq - İlham Əliyev


Avropa İttifaqı ilə rəsmi dialoqa başlamışıq - İlham Əliyev

Artan enerji tələbatını ödəmək üçün bizim əlbəttə, sıx əməkdaşlığa və koordinasiyaya ehtiyacımız var. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyada keçirilən 48-ci beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı zamanı deyib. “Biz bu məqsədlə Avropa İttifaqı ilə artıq rəsmi olaraq enerji sahəsində dialoqa başlamışıq. Bu dialoq təkcə təbii qaz deyil, enerji bazarının digər seqmentlərini, xüsusilə də elektrik enerjisi, hidrogen və yaşıl enerji seqmentlərini əhatə edir”, - deyə dövlətimizin başçısı bildirib.
2-09-2022, 13:37
Rusiya bu ölkələrə neft satmayacaq


Rusiya bu ölkələrə neft satmayacaq

Rusiya öz neftini sərf etməyən qiymətə satmayacaq. Bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak deyib. O bildirib ki, Rusiya neft və neft məhsullarının qiymətinə məhdudiyyət qoyan ölkələrə neft satışını dayandıracaq. Novak, həmçinin müddəti 2022-ci ildə bitən OPEK+ sövdələşməsinin vaxtının uzadılmasına tərəfdar çıxıb. O, hesab edir ki, 2016-cı ildə yaradılan OPEK+ pandemiya dövründə neft bazarının tənzimlənməsində müsbət rol oynayıb. Xatırladaq ki, iyun ayında keçirilmiş G7 sammitində tərəflər Rusiya neftinin qiymətinə məhdudiyyət qoyulması məsələsini müzakirə ediblər.
2-09-2022, 13:34
Rusiyanın canlı qüvvə itkisi 50 minə çatır


Rusiyanın canlı qüvvə itkisi 50 minə çatır

Son sutka ərzində Ukraynada Rusiya ordusunun 350-dən çox hərbçisi məhv edilib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, Rusiyanın canlı qüvvə itkilərinin sayı 48 700 nəfəri keçib. Rusiya ordusunun digər döyüş itkiləri 2009 tank, 4366 zirehli döyüş maşını, 1126 artilleriya sistemi, 289 reaktiv yaylım atəşi sistemi, 153 hava hücumundan müdafiə sistemi, 234 təyyarə, 205 helikopter, 853 PUA, 198 qanadlı raket, 15 gəmi, 3247 avtomobil texnikası və avtosistern, 105 xüsusi texnikadan ibarətdir. Xatırladaq ki, Rusiya bu ilin fevralında Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb.
2-09-2022, 07:44
Məktəblilərin intellekt liqasına start verilir


Məktəblilərin intellekt liqasına start verilir

Məktəblilər arasında intellekt liqasına start verilir.
“İrəli” İctimai Birliyinin Mətbuat xidmətindən Butov.az-a bildirilib ki, layihənin əsas məqsədi məktəblilər arasında intellektual oyunlara marağı artıraraq şəbəkələşməsini təmin etmək, gənclərin intellektual bilik və bacarıqlarını daha da möhkəmləndirmək, habelə asudə vaxtının səmərəli təşkilinə töhfə verməkdir.
“Nə? Harada? Nə zaman?” formatında keçiriləcək liqa oyunları 5 turdan ibarət olacaq və iştirakçılar 4-6 nəfərlik komandalar halında yarışacaqlar. Hər turun qalib komandası şəhadətnamə, 5 turun sonunda ümumi xal hesabında qalib gəlmiş komanda isə müxtəlif dəyərli hədiyyələrlə təltif ediləcək.
Qeyd edək ki, layihə “İrəli” İctimai Birliyi, “Dərs Evi” tədris mərkəzi və “3 sual” intellektual oyun platformasının birgə təşkilatçılığı ilə həyata keçirilir.
Layihədə iştirak etmək istəyən məktəblilər komanda şəklində 15 sentyabr, saat 18:00-dək aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://bit.ly/3Q47hfp
2-09-2022, 00:15
Azərbaycançılıq...Milli-mənəvi dəyərlər!

Azərbaycançılıq...Milli-mənəvi dəyərlər!

Ümummilli lider Heydər Əliyev:
Biz öz milli dəyərlərimizlə fəxr etməliyik. Bizim milli dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıb. Milli dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz... Biz heç vaxt öz milli dəyərlərimizi unutmamalıyıq. Onu yaşatmaq, ondan bəhrələnmək, ruhlanmaq həyatımızın əsas istiqaməti, gələcək işlərimizin zəmanətidir.

Azərbaycançılıq dilindən, millətindən, irqindən, sosial mənsubiyyətindən asılı olmayaraq bütün ölkə vətəndaşlarını ümumi vətən naminə həmrəyliyə dəvət edir. Milli-dini mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın bu torpaq üçün milli yiyəlik hissini yaşaması isə torelantlığın bariz təzahürüdür. Əslində, dini və etnik tolerantlıq Azərbaycan xalqının qanında, canında, kökündə var. Milli ənənələrimizdə, mentalitetimizdə, habelə sosial, mənəvi və dini düşüncə laylalarımızı özündə yaşadan folklorumuzda başqa dinlərə, millətlərə dözümlü münasibət özünü yaşadır.
Qədim dövlətçilik tarixinə malik olan Azərbaycan xalqı hər zaman milli-mənəvi dəyərlərinə sadiq qalaraq bu dəyərləri əsrlərlə yaşatmış və inkişaf etdirmişdir. Milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün də öz aktuallığını qoruyub saxlayır. Çünki milli-mənəvi dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır.
Milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə biganə münasibət gələcəyimiz üçün yaxşı heç nə vəd etmir. Tarixdən məlumdur ki, öz soykökünə, tarixinə, milli dəyərlərinə, inanclarına dönük çıxan millətlər və dövlətlər müəyyən zaman kəsiyində “əriyib” yox olmuş və tarix səhnəsindən birdəfəlik silinmişlər. Hər hansı bir xalqı, dövləti məhv etmək üçün onu milli dəyərlərindən ayırmaq kifayətdir. Bəs milli-mənəvi dəyərlər deyəndə nə başa düşülməlidir? Milli ideologiya, milli tarix, milli dil, milli mədəniyyət və incəsənət, milli ədəbiyyat, milli özünüdərk, ailə, dahi şəxsiyyətlərimiz, milli musiqimiz, muğamlarımız, folklorumuz: hansı ki bura bizim yaddaşımız – fərd yaddaşı, etnos yaddaşı, millət, xalq yaddaşı daxildir. Bir sözlə, milli olan bütün nailiyyət və keyfiyyətlərimiz milli dəyərlər sisteminə aiddir.
Milli-mənəvi dəyərlərin qorunması və təbliği vətənpərvərlik hisslərinin möhkəmlənməsi ilə birbaşa əlaqəlidir. Belə ki, bəşər övladı tarix boyu yaşadığı coğrafi ərazini qorumağı, orada kök salmağı və oradan hərtərəfli faydalanmağı özünə vəzifə bilmişdir. Öz mövcudluğunu təmin edə bilmək, fəaliyyət göstərmək üçün müəyyən yerə bağlı qalmaqla yanaşı, həm də vətən adını verdiyi həmin yeri qorumaq onun üçün qaçılmaz olmuşdur. Yaşadığı torpaqları vətənləşdirən bəşər övladı müəyyən dəyərlərə yiyələnmiş və zaman keçdikcə bu dəyərlərlə yoğrulub millətə çevrilmişdir. Milli-mənəvi dəyərlər adını verdiyimiz həmin dəyərlər millətin özünəməxsusluğunu, başqa sözlə desək, onun milli kimliyini ortaya qoyur. Məhz vətənpərvərlik hissi sayəsində fərd bu dəyərlərə sahib çıxır, həm onları, həm də aid olduğu vətəni, təmsil etdiyi milləti qorumaq üçün canından belə keçməyə hazır olur.
Azərbaycan xalqı özünün milli-mənəvi irsinə-onu bütövləşdirən və zənginləşdirən komponentlərə-dil, din, adət-ənənə, eyni zamanda birgəyaşayış mühiti və tolerantlıq kimi xüsusiyyətlərə söykənərək bəşəriyyətin mürəkkəb və ziddiyyətli ictimai-siyasi sınaqlarından məharətlə çıxa bilmiş, dünya xalqları arasında öz varlığını, dövlətçilik ənənələrini qoruyub saxlamağı bacarmışdır. Tarixi hadisələrin gedişatı göstərdi ki, minilliklər ərzində formalaşmış milli-mənəvi sərvətimiz milli mənlik şüurumuzu oyadaraq müstəqil dövlətçiliyimizin bərpasına səbəb olan əsas amildir.
Milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Milli dəyərlərimizə, soykökümüzə qayıdışın, milli hisslərimizin oyanışının xalqımız üçün gərəkliliyini nəzərə alan, hər zaman bu sahəni diqqət mərkəzində saxlayan ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə xalqımızın milli oyanışının əsası qoyulmuşdur.
Milli-mənəvi dəyərlərimizə dərindən bələd olan Ümummilli lider xarici ölkələrə səfərləri zamanı soydaşlarımızla görüşlərində onlara harada yaşamalarından asılı olmayaraq Azərbaycançılıq ideologiyasına sadiqliyi, xalqımıza xas olan adətənənələrimizi yaşatmağı, təbliğ etməyi tövsiyə edirdi: “Bizim hamımızın bir Vətəni var – bu, Azərbaycandır. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır”.
Milli-mənəvi dəyərlərimizin kökü əməli-salehlik və əxlaqi saflıqdır; mənəvi təmizlik və büllurluqdur; halallıq və gözütoxluqdur; xeyirxahlıq və mərdanəlikdir. Bunların hamısının zirvəsində isə adi vicdan dayanır. Vətənə, dövlətə və onun mövcudluq rəmzi, ali atributu olan bayrağa səmimi sevgi nümunəsini xatırlayanda düşünürük: ta qədim dövrlərdən saf çeşmə tək süzülüb gələn, milli kimlik meyarına çevrilən ali mənəvi keyfiyyətləri, bəşər sivilizasiyasını zənginləşdirən dəyərli mədəni irsi, özünəməxsusluğu şərtləndirən bu xalqın təmsilçisi olmağa həqiqətən də dəyər. Nədən ki, mövcudluq tarixi şərəfli mübarizə yolu ilə zəngin olan müdrik xalqımızın tarixində ona utanc gətirəcək hansısa hadisə olmayıb. Taleyin sərt üzündən əsrlər boyu müxtəlif sarsıntılara, ərazi təcavüzünə, mənəvi terrora, repressiyalara məruz qalan Azərbaycan xalqı ən çətin məqamlarda belə, milli kimliyini, şərəf və heysiyyətini qoruyub. Qloballaşan dünyanın yeni nizamı həqiqi mahiyyətindən çox-çox uzaqlaşmış “qərbləşmə”, “avropalaşma” kimi kütləvi kulturoloyi baxışları, kosmopolit dəyərləri zorən kiçik millətlərə sırımağa çalışsa da, Azərbaycan xalqı bu qarşısıalınmaz prosesə oturuşmuş mənəvi-əxlaqi dəyərlər sistemi ilə layiqli müqavimət gücündə olduğunu təsdiqləyib.
Xalqımızın milli-mənəvi dəyərlərini həm müdafiə etməyi, həm də qoruyub saxlamağı, bacaran, dövlətlə vətəndaşların mənafeyini üzvi şəkildə birləşdirən azərbaycançılıq ideologiyası ölkədə vətəndaş birliyi və vahid sosium üçün uğurlu təməldir. Bu mənada, azərbaycançılıq millətindən asılı olmayaraq özünü azərbaycanlı sayan vətəndaşların həmrəyliyi üçün möhkəm istinad mənbəyi, ideoloyi bünövrədir. Bu ideologiyanın pozitiv xarakteri həm də bütün dünyaya səpələnmiş 50 milyondan artıq azərbaycanlını vahid ideallar naminə səfərbər etmək qüdrəti ilə müəyyən olunur.
Azərbaycan müasirləşən, Avropa və dünya birliyinə sürətlə inteqrasiya edən ölkədir. Təbii ki, müasir dünyada sürətlə davam edən qloballaşma prosesləri bizim də ölkədən yan keçməyib. Buna baxmayaraq, qloballaşma adı altında öz milli dəyərlərimizi unutmamalı və bu dəyərlərə sadiq olmalıyıq. Hər bir ölkə və xalq üçün onun milli dəyərləri hər şeydən üstün tutulmalı və digər xalqların dəyərləri ilə ziddiyət təşkil etməməlidir. Bu baxımdan biz qloballaşma deyəndə Azərbaycanda beynəlxalq əməkdaşlığı, xoş münasibətləri, səmimi dostluğu nəzərdə tuturuq. Biz hər zaman qloballaşma adı altında digər xalqların adət-ənənələrinə zidd olan, milli mentalitetə xas olmayan dəyərlərə qarşı mübarizə aparmalıyıq. Təbii ki, bu mübarizədə milli mənliyimizi qorumaq ən vacib şərtlərdəndir.
Sonda sözlərimi Möhtərəm cənab prezidentin fikirləri ilə tamamlamaq istəyirəm;
“Bizim üstünlüyümüz ondan ibarətdir ki, gənc və güclü dövlətimiz möhkəm təməl üzərində qurulub. Çoxəsirlik tarix, mədəniyyət üzərində qurulub. Milli-mənəvi dəyərlər bizim üçün ən vacib məsələdir. Biz təbii ki, ümumbəşəri dəyərləri bölüşürük. Ancaq bizim üçün başlıca dəyərlər öz milli Azərbaycan dəyərlərimizdir”.

Rövşən Məmmədli
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun əməkdaşı


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!