Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                       
10-09-2022, 15:20
Nazir təxribatların qarşısının dərhal alınmasını əmr etdi


Nazir təxribatların qarşısının dərhal alınmasını əmr etdi

Azərbaycanın müdafiə naziri Zakir Həsənov orduya istənilən təxribatın qarşısının dərhal və qətiyyətlə alınmasına daim hazır olmağı əmr edib. Bu barədə Zakir Həsənov sentyabrın 10-da Mərkəzi Komanda Məntəqəsində keçirilən xidməti müşavirədə deyib. Müşavirədə Azərbaycan-Ermənistan dövlət sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazidə əməliyyat şəraiti və mövcud vəziyyət geniş təhlil edilib. Ermənistan silahlı qüvvələrinin son dövrdə Kəlbəcər və Laçın rayonları istiqamətlərində Ordumuzun mövqelərini intensiv atəşə tutması nəticəsində yarana biləcək gərginliyi xüsusi vurğulayan müdafiə naziri istənilən təxribatın qarşısının dərhal və qətiyyətlə alınmasına daim hazır olmağı əmr edib.
10-09-2022, 15:18
Bayden fövqəladə vəziyyət rejimini uzatdı


Bayden fövqəladə vəziyyət rejimini uzatdı

ABŞ Prezidenti Co Bayden ölkədə 2001-ci il 11 sentyabr hadisələrindən sonra elan olunmuş fövqəladə vəziyyət rejiminin müddətini daha bir il uzadıb. Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. Prezidentin Konqresə ünvanladığı bildirişdə ölkədə terror təhlükəsinin qalması ilə əlaqədar fövqəladə vəziyyətin müddətinin uzadıldığı qeyd olunub. Xatırladaq ki, 2001-ci il sentyabrın 11-də Nyu-Yorkda Ümumdünya Ticarət Mərkəzinin iki göydələninə hücum nəticəsində 3 minə yaxın şəxs həlak olub. Sentyabrın 14-də o zamankı prezidenti Corc Buş bir il müddətinə fövqəladə vəziyyət elan edib və bu müddət hər il uzadılıb.
10-09-2022, 15:16
Millimiz dünya çempionatında mübarizəyə başlayır


Millimiz dünya çempionatında mübarizəyə başlayır

Azərbaycan güləşçiləri bu gün Serbiyanın paytaxtı Belqradda start götürəcək dünya çempionatında mübarizəyə başlayacaqlar. Butov.az xəbər verir ki, yarışda əvvəlcə yunan-Roma güləşi üzrə Azərbaycan millisi qüvvəsini sınayacaq. Sonrakı günlərdə isə sərbəst güləşçilər yarışa qoşulacaqlar. İlk yarış günündə Eldəniz Əzizli (55 kq), Ülvü Qənizadə (72 kq) və Sənan Süleymanov (77 kq) mübarizə aparacaqlar. Eldəniz 1/8 finalda Covanni Freni (İtaliya) ilə üz-üzə gələcək. Eyni raundda Ülvü Qənizadə Taişi Hori (Yaponiya)/İbrahim Məhəmmədov (Qazaxıstan) cütünün güclüsü ilə güləşəcək. Sənan Süleymanov isə İdris İbayevlə (Almaiya) qarşılaşacaq. Sentyabrın 11-də Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Rafiq Hüseynov (82 kq), Arif Niftullayev (97 kq), bir gün sonra isə Murad Məmmədov (60 kq) və Sabah Şəriəti (130 kq) mübarizəyə qoşulacaq. Sərbəst güləş yarışları sentyabrın 15-də başlayacaq. Güləşin bu növündə Azərbaycan yığmasının 10 üzvü döşək üzərinə çıxacaq. Əvvəlcə Coşqun Əzimov (70 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq) və Aydın Əhmədov (125 kq), sentyabrın 16-da Əliabbas Rzazadə (57 kq), Turan Bayramov (74 kq) və Osman Nurmaqomedov (92 kq), sentyabrın 17-də isə İslam Bazarqanov (61 kq), Hacı Əliyev (65 kq) və Maqomedxan Maqomedov (97 kq) mübarizə aparacaq. Qadın güləşində isə Leyla Qurbanova (53 kq), Jalə Əliyeva (57 kq), Alyona Kolesnik (59 kq), Tatyana Omelçenko (62 kq) və Elis Manolova (65 kq) 12-15 sentyabrda qüvvəsini sınayacaq.
10-09-2022, 15:13
Ağalıya köçün ikinci mərhələsi başa çatdı


Ağalıya köçün ikinci mərhələsi başa çatdı

Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinin ikinci mərhələsi başa çatıb. Butov.az xəbər verir ki, Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə Böyük Qayıdışa uyğun olaraq əhalinin köçrülüməsinin ikinci mərhələsinə həsr edilmiş tədbir Abşeron rayonunun Masazır kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yaşayış kompleksində keçirilib. Məcburi köçkünlərin 13 ailədən (62 nəfər) ibarət növbəti qrupu Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “Zəngilan şəhərciyindən” Daxili İşlər Nazirliyinin əməkdaşlarının müşayiəti ilə öz doğma yurdlarına yola salınıb. Böyük Qayıdışa uyğun olaraq ikinci mərhələdə 25 ailənin 125 nəfər üzvü Ağalı kəndinə yola salınıb. 12 ailədən (63 nəfər) ibarət birinci köç karvanı sentyabrın 7-də məcburi köçkünlük həyatına son verib. Digər on üç ailə isə sentyabrın 10-da Ağalı kəndinə yola düşüb. “Ağıllı kənd” konsepsiyasına uyğun qurulan Ağalı kəndinə birinci mərhələdə köçürülən 41 ailə (201 nəfər) hər cür şəraitlə təmin olunub. Ümumilikdə Ağalı kəndinə 6 köç karvanı yola salınıb. Ağalıda məskunlaşan sakinlər yüksəkkeyfiyyətli, “ağıllı” texnologiyalarla təchiz edilmiş evlərlə təmin olunublar. Burada yaşayacaq əhalinin məşğulluq, sosial, təhsil, tibbi məsələləri müvafiq qurumlar tərəfindən həll edilir. Hər biri ailəyə həyətyanı sahəsi olan fərdi ev verilib. Evlərin bölgüsü məcburi köçkünlərə yeni yaşayış sahələrinin verilməsinin hazırda qüvvədə olan qaydaları əsasında, şəffaflıq və ədalətlilik prinsipləri əsasında Dövlət Komitəsinin Repatriasiya Departamentində püşkatma ilə aparılıb. Qeyd edək ki, Ağalı kəndinə əhalinin köçürülməsi Böyük Qayıdışın ilk qədəmləridir. İşğala qədər bu inzibati ərazi 3 kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda 161 ailə (675 nəfər) yaşayıb. Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352-dir (1504 nəfər).
10-09-2022, 15:11
Xırdalanda yaşayış binası yanır


Xırdalanda yaşayış binası yanır

Xırdalanda çoxmərtəbəli yaşayış binası yanır. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
10-09-2022, 15:10
Kəlbəcər yenə atəşə tutuldu


Kəlbəcər yenə atəşə tutuldu

Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, ötən sutka ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub. Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
10-09-2022, 15:07
Avropa 20-ci əsr iqtisadiyyatına qayıdır


Avropa 20-ci əsr iqtisadiyyatına qayıdır

Milliləşdirmə, subsidiyalar, nağd pul paylamaları, qiymət məhdudiyyətləri, gəlir vergiləri... Avropa 20-ci əsrin iqtisadiyyatına qayıdır. Bu barədə "New York Times" nəşri yazıb. Məqalədə deyilir ki, hökumətlər siyasi, sosial və iqtisadi böhranın qarşısını almaq üçün regionu bürüyən enerji böhranına külli miqdarda vəsait ayıraraq köhnə üsullara əl atırlar. Lakin Aİ liderlərinin bu gün elə də çox seçimi yoxdur. Rusiya Avropa İttifaqının əksər hissəsinə təbii qaz tədarükünü minimuma endirdiyi halda yanacağın və buna görə də elektrik enerjisinin qiyməti tarixi zirvələrə çatıb və artmaqda davam edir. Buna cavab olaraq Aİ hökumətləri artıq istehlakçılar, sənaye və kommunal xidmətlərə 350 milyard dollardan çox subsidiya ayırıblar.

10-09-2022, 15:05
Pakistanlı jurnalistlər Ağdamda


Pakistanlı jurnalistlər Ağdamda

Pakistanlı jurnalistlər işğaldan azad olunmuş Ağdam rayonunda səfərdə olublar. Bu barədə Azərbaycan Respublikası Prezidentinin Qarabağ İqtisadi Rayonuna daxil olan işğaldan azad edilmiş ərazilər üzrə Xüsusi Nümayəndəliyindən bildirilib. Qeyd edilir ki, onlara şəhərin dağıntıları, dini abidələr, məzarlıqlar, yenidənqurma və bərpa planları haqqında geniş məlumat verilib.


10-09-2022, 15:03
Pakistanda həlak olanların sayı 1400-ə çatır


Pakistanda həlak olanların sayı 1400-ə çatır

Pakistanda iyunun 14-dən bəri davam edən musson yağışları nəticəsində həyatını itirənlərin sayı 1396 nəfərə çatıb. Bu barədə Pakistan Milli Fəlakət İdarəetmə Agentliyi (NDMA) məlumat yayıb. Bildirilib ki, təbii fəlakət zamanı həlak olanlardan 499-u uşaq, 280-i qadındır. Bundan əlavə, güclü yağışlar nəticəsində 1 milyon 743 min 345 evə ziyan dəyib, onlardan 568 min 817-si tamamilə dağılıb. Ümumilikdə ölkəyə 30 milyard dollardan çox zərər dəyib.

10-09-2022, 15:01
Ukraynada "Bayraktar" zavodu tikiləcək - Zelenski elan etdi


Ukraynada "Bayraktar" zavodu tikiləcək - Zelenski elan etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyənin “Baykar” şirkətinin rəhbəri Haluk Bayraktarla görüşüb. Bu barədə o, özünün sosial media hesabında məlumat yayıb. Dövlət başçısı şirkətin Ukraynada pilotsuz uçuş aparatlarının istehsalı üçün zavod quracağını elan edib. “Biz Ukraynada “Baykar” fabrikinin tikintisini və Ukrayna komponentlərindən istifadə etməklə yeni məhsulların istehsalını müzakirə etdik”, - deyə Zelenski qeyd edib. Bundan əlavə, Prezident Bayraktara Ukraynanın "Xidmətlərə görə" ordenini təqdim edib. Haluk Bayraktar isə Zelenskiyə üzərində PUA şəkli olan Ukraynanın milli geyimini hədiyyə edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!