13-09-2022, 19:25
Peqov: “100-dən çox erməni hərbçi ölüb” Rusiyalı hərbi jurnalist, ermənipərəst mövqeyilə seçilən Semyon Peqov Ermənistanın sərhəddəki toqquşmalarda 100-dən çox hərbçi itirdiyini bildirib. Bu barədə o, özünün teleqram kanalında məlumat paylaşıb. Peqovun sözlərinə görə, Ermənistan-Azərbaycan sərhədində baş verən silahlı qarşıdurma zamanı 100-dən çox erməni hərbçi ölüb: “Hazırda döyüşlər davam edir, Basarkeçərdə vəziyyət çox ciddidir. Azərbaycanlılar bir neçə erməni postuna nəzarəti ələ keçirib”. Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan isə sərhəddə silahlı toqquşma zamanı 49 erməni hərbçisinin öldüyünü bildirmişdi.
13-09-2022, 19:19
Ukrayna təhlükəsizliyinin qarantı olacaq ölkələrin adlarını açıqlayıbUkrayna Prezidentinin Aparatı təhlükəsizlik təminatları ilə bağlı tövsiyələr təqdim edib.
Butov.az xəbər verir ki, tövsiyələr Ukrayna və qarant dövlətləri bir araya gətirəcək birgə strateji tərəfdaşlıq sənədi olan “Kiyev Təhlükəsizlik Müqaviləsi”nin yaradılmasını təklif edir. Müttəfiqlərin əsas qrupunun Ukrayna Silahlı Qüvvələrini dəstəkləmək üçün aydın öhdəliklər götürməsi, daha geniş qrupun isə sanksiyalar mexanizmləri ətrafında qurulmuş qeyri-hərbi təminatlar verməsi gözlənilir. Müqavilə müttəfiq ölkələrin əsas qrupunu və Ukraynanı birləşdirəcək. Bu qarant dövlətlər qrupuna ABŞ, Böyük Britaniya, Kanada, Polşa, İtaliya, Almaniya, Fransa, Avstraliya, Türkiyə, həmçinin Şimal ölkələri və Baltikyanı dövlətlər, Mərkəzi və Şərqi Avropa daxil ola bilər. Prezident V.Zelenskinin ofisi Hindistan, Çin və Rusiyanı Ukraynanın təhlükəsizliyinin potensial qarantları siyasına daxil etməyib. Prezident Aparatının mesajında qeyd edildiyi kimi, təhlükəsizlik təminatları zaminlər qrupunun Ukrayna ilə birlikdə götürdüyü bir sıra öhdəlikləri müəyyən edəcək. Həmçinin qeyd edilir ki, təminatlar ikitərəfli razılaşmalar əsasında siyasi və hüquqi cəhətdən məcburi olmalıdır, lakin “Kiyev Təhlükəsizlik Müqaviləsi” adlı birgə strateji tərəfdaşlıq sənədində birləşdirilməlidir.
13-09-2022, 19:16
Sərhəddə baş verənlər soydaşlarımızı hiddətləndirdiErmənistan silahlı qüvvələri bölmələrinin ötən gecə törətdiyi genişmiqyaslı təxribat Türkiyədə yaşayan soydaşlarımızın kəskin etirazına səbəb olub.
Butov.az-ın məlumatına görə, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının bəyanatında bildirilib ki, qardaş ölkədə yaşayan 5 milyona yaxın Azərbaycan kökənli türklər və diaspor təşkilatları tarixi Vətənlərinin yanındadır. “1918 və 1992-ci illərdə Azərbaycan türklərinə qarşı soyqırımlar və qırğınlar törədən, vətənimizə, xalqımıza böyük ağrılar yaşadan Ermənistan və onun dünyadakı havadarları bilməlidir ki, dünya tarixi dəfələrlə bizim külümüzdən doğularaq ayağa qalxdığımızın və qələbələrimizin şahidi olub. Xüsusilə də bu əsrdə başda möhtərəm Prezidentimiz İlham Əliyev olmaqla Azərbaycan dövləti öz vətəndaşları və coğrafiyası ilə bizim parlayan ulduzumuzdur. Qəlbimiz və dualarımız Azərbaycan xalqı və Azərbaycan Silahlı Qüvvələri ilə birlikdədir!” - deyə bəyanatda qeyd olunub.
13-09-2022, 19:15
Nazirin erməni təxribatı haqda məktubu BMT-dəAzərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Ermənistanın qeyri-qanuni hərbi fəaliyyətini davam etdirməsi, o cümlədən Azərbaycan ərazisində minaların yerləşdirilməsi ilə bağlı məktubu BMT Baş Assambleyası və BMT Təhlükəsizlik Şurasının sənədləri kimi dərc edilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) twitter hesabında məlumat paylaşılıb.
13-09-2022, 19:13
Ukrayna Xarkovda 300-dən çox məntəqəni azad edib
Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətində 300-dən çox yaşayış məntəqəsini işğalçılardan azad edib. Bu barədə məlumatı Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib. "Xarkov vilayətinin azad edilməsi əməliyyatı bir neçə gün davam etdi. Sentyabrın 6-dan bu günə kimi 3800 kvadratkilometr, 300-dən çox yaşayış məntəqəsi və 150 minə yaxın insanımız işğaldan azad edildi, burada əslində onlar girov olublar”, - deyə Malyar vurğulayıb. O, həmçinin qeyd edib ki, əməliyyat Xarkov vilayəti tam azad olunana qədər davam edəcək. “Biz bütün detalları danışmayacağıq, bunun ən qısa zamanda baş verəcəyinə inanacağıq”, - deyə Malyar əlavə edib.
13-09-2022, 19:07
Borrel Ceyhun Bayramova zəng edibAzərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel arasında telefon danışığı olub. Bu barədə Avropa İttifaqının nümayəndəsi "Twitter" hesabında paylaşım edib. “Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə əlaqə saxlayırıq. Eyni zamanda Şarl Mişel hər iki ölkənin liderləri ilə də əlaqə saxlayır", - o bildirib.
13-09-2022, 19:05
Putin gərginliyin azalmasına çalışır
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, dövlət başçısı Vladimir Putin Ermənistan və Azərbaycan sərhədində gərginliyin azaldılması üçün hər cür səy göstərir. “Təbii ki, burada Rusiya Federasiyasının, şəxsən Putinin rolunu qiymətləndirmək çətindir. Prezident sərhəddə gərginliyin azaldılmasına kömək etmək üçün hər cür səy göstərir. Bu səylər davam edir”, - Peskov jurnalistlərə bildirib.
Gecə Putin Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb. Onlar Ermənistan və Azərbaycan sərhədində münaqişənin gərginləşməsini müzakirə ediblər. Rusiya prezidentinin mətbuat katibi əlavə edib ki, Vladimir Putinin çərşənbə axşamı günortadan sonra bir neçə telefon danışığı aparacağı gözlənilir. “Günorta saatlarında bir neçə telefon danışığını istisna etmirik”, - Peskov bildirib. O, həmçinin deyib ki, dövlət başçısı üçün qeyri-ictimai görüşlər və hesabatlar nəzərdə tutulub.
13-09-2022, 19:03
Gömrük Akademiyasına qəbul olan 29 tələbə 600-dən çox bal toplayıbBu tədris ilində Dövlət Gömrük Komitəsinin Akademiyasına bakalavriat səviyyəsində 5 ixtisas üzrə 140, magistratura səviyyəsində 2 ixtisas üzrə 9 tələbə qəbul olunub.
Butov.az xəbər verir ki, 2022/2023-cü tədris ilində Akademiyaya qəbul olan 29 tələbə – qəbul olmuş tələbələrin 20 faizdən çoxu 600-dən çox bal toplayıb. Bunlardan 12 nəfəri İnformasiya təhlükəsizliyi, 9 nəfəri “İnformasiya texnologiyaları” ( tədris ingilis dilində), 7 nəfəri “Hüquqşünaslıq”, 1 nəfəri isə “Beynəlxalq ticarət və logistika” (tədris ingilis dilində) ixtisası üzrə qəbul olunub. Akademiyaya builki qəbulda ən yüksək göstəricini 656,9 balla İnformasiya texnologiyaları ixtisası üzrə İsmayılov Rüfət toplayıb. Bu il Akademiyada bakalavriatura səviyyəsinə I ixtisas qrupu üzrə “İnformasiya təhlükəsizliyi”, “İnformasiya texnologiyaları” (tədris ingilis dilində), II ixtisas qrupu üzrə “İqtisadiyyat”, “Beynəlxalq ticarət və logistika” (tədris Azərbaycan və ingilis dillərində), III ixtisas qrupu üzrə “Hüquqşünaslıq” ixtisasına, həmçinin magistratura səviyyəsinə "Gömrük işi" və "Beynəlxalq iqtisadi hüquq" ixtisaslarına qəbul aparılıb. Qeyd edək ki, 2022/2023-cü tədris ilindən etibarən “İnformasiya texnologiyaları” və “Beynəlxalq ticarət və logistika” ixtisasları üzrə ilk dəfə olaraq tədrisin ingilis dilində təşkil olunacağı qruplara tələbə qəbul edilib.
13-09-2022, 19:01
Vətən Müharibəsinin 5 medallı giziri şəhid oldu...
Azərbaycan Ordusunun giziri şəhid olub.
Butov.az xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin sentyabrın 13-ü gecə saatlarında sərhəddə törətdiyi təxribatlar nəticəsində XTQ-nin giziri Səid Həsənov şəhidlik zirvəsinə yüksəlib. Səid Həsənov Cəlilabad rayonun Əsədli kəndində anadan olub. Qeyd edək ki, 44 günlük Vətən müharibəsində böyük şücaət göstərən S.Həsənov sağlığında "Döyüşdə fərqlənməyə görə", "İgidliyə görə", "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medallarına layiq görülüb.
Allah rəhmət eləsin!
13-09-2022, 18:57
Prezident sərəncam verdiPrezident İlham Əliyev Bakı şəhərinin Yasamal rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam imzalayıb.
Butov.az xəbər verir ki, sərəncama əsasən, Bakı şəhərinin Yasamal rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 1,7 milyon (bir milyon yeddi yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın. Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir. Nazirlər Kabineti Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.