15-09-2022, 20:48
İran Azərbaycan və Ermənistanla sərhədə qoşun yığırİran Azərbaycan və Ermənistan sərhədinə qoşun yeridir. Bu barədə “Ermənistanın Birləşmə” hərəkatının üzvü Avetik Çalabyan "Facebook" səhifəsində məlumat yayıb. "Bizdə olan məlumata görə, İran öz qoşunlarını Ermənistan və Azərbaycan sərhədlərinə yaxınlaşdırıb. Ona görə də narahatlığa ehtiyac yoxdur",- Çalabyan bildirib. İran tərəfi isə məlumatı nə təkzib, nə də təsdiq edib. Rəsmi Tehran hələlik hər hansı açıqlama verməyib.
15-09-2022, 20:45
Avropa azərbaycanlılarından erməni təxribatına sərt etirazErmənistan silahlı qüvvələrinin Azərbaycanla dövlət sərhədində törətdiyi təxribat Avropada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının etirazına səbəb olub. İtaliyada yaşayan və fəaliyyət göstərən Azərbaycan icması Ermənistan silahlı qüvvələri bölmələrinin 12 sentyabr 2022-ci il tarixində gecədən başlayaraq törətdiyi genişmiqyaslı təxribatla əlaqədar yerli və beynəlxalq ictimaiyyətə müraciət edib.
Butov.az xəbər verir ki, Azərbaycan-İtaliya Birliyinin sədri Fərid Abbasovun imzası ilə yayılan bəyanatda Ermənistanın hərbi təxribatı barədə ətraflı məlumat verilib, bu təcavüzün səbəblərinə diqqət cəlb edilib. Baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyü nəzərə çatdırılıb. Ermənistanın təcavüzkar siyasətinin beynəlxalq hüquq normalarına, bölgədə aparılan normallaşma və sülh prosesinə tamamilə zidd olduğu bildirilib. Azərbaycanın işğaldan azad edilmiş bu ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri apardığı bir zamanda məhz Ermənistanın hərbi təxribata yol verməsi bu prosesə hər vəchlə mane olmasının növbəti bariz nümunəsi kimi qiymətləndirilib: “Biz, İtaliyada yaşayan Azərbaycan icması, dünya birliyindən bu kimi halların bir daha baş verməməsi üçün beynəlxalq hüquq müstəvisində əməli addımların atılmasını, eyni zamanda Ermənistanın revanşizm ideyalarına son qoyulması və sülhə dəvət edilməsi istiqamətində səylərin artırılmasını tələb edirik”. Niderlandda fəaliyyət göstərən Azərbaycan-Niderland “Odlar Yurdu” Cəmiyyəti də Ermənistan silahlı qüvvələri bölmələrinin 12 sentyabr 2022-ci il tarixində gecədən başlayaraq törətdiyi genişmiqyaslı təxribata kəskin etirazını bildirib. Cəmiyyətin sədri Frəngiz Bağırovanın imzası ilə yerli və beynəlxalq ictimaiyyətə ünvanlanan bəyanatda Ermənistanın beynəlxalq hüquq normalarına, Cənubi Qafqaz bölgəsində normallaşma və sülh prosesinə zidd olan hərbi cinayəti barədə ətraflı məlumat verilib. Ermənistan silahlı qüvvələrinin Azərbaycanla dövlət sərhədində törətdiyi təxribata Macarıstanda yaşayan soydaşlarımız da etiraz edib. Beləki, Macarıstanın Azərbaycan icması Ermənistan silahlı qüvvələri bölmələrinin 12 sentyabr 2022-ci il tarixində gecədən başlayaraq törətdiyi genişmiqyaslı təxribatla əlaqədar yerli və beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb. Budapeşt şəhərində fəaliyyət göstərən Azərbaycan Evinin yaydığı bəyanatda Ermənistanın növbəti dəfə törətdiyi təcavüz barədə ətraflı məlumat verilib. Beynəlxalq hüquq normalarına, Cənubi Qafqaz bölgəsində normallaşma və sülh prosesinə zidd olan hərbi təxribatın səbəblərinə diqqət cəlb edilib. Təcavüzkar Ermənistanın hərbi təxribatına Almaniyanın Hannover şəhərində yaşayan Azərbaycan icması sərt etiraz edib. Alman-Azərbaycan Dostluq Assosiasiyasının yerli və beynəlxalq ictimaiyyətə ünvanlanan bəyanatında ünvanlanan məktubda hərbi təxribat nəticəsində baş verən itkilər barədə ətraflı məlumat verilib. Ermənistanın beynəlxalq hüquq normaları ilə bir araya sığmayan bu təcavüzkar hərəkətinin səbəblərinə diqqət cəlb edilib. Fransanın Nant şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Assosiasiyası Ermənistan silahlı qüvvələri bölmələrinin 12 sentyabr 2022-ci il tarixində gecədən başlayaraq törətdiyi genişmiqyaslı təxribata sərt etirazını bildirib. Assosiasiyanın yerli və beynəlxalq ictimaiyyətə ünvanladığı bəyanatda Ermənistanın Cənubi Qafqaz bölgəsində normallaşma və sülh prosesi ilə bir araya sığmayan növbəti təcavüzü barədə ətraflı məlumat verilib, bu hərbi cinayətin səbəblərinə diqqət cəlb edilib.
15-09-2022, 20:41
Nazirlik şəhiddən 6 min manat rüşvət alınması faktını araşdırır Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 13-də şəhid olmuş gizir Səbuhi Əhmədovun "Komando" xüsusi briqadasına götürülməsi üçün 6000 manat rüşvət verməsi barədə iddianı araşdırır. Bu barədə xəbəri “Haqqin.az” saytının rəhbəri Eynulla Fəzullayev ictimailəşdirib. “Bir saat öncə Müdafiə Nazirliyi ilə danışdım. Şəhid Səbuhi Əhmədovun qardaşı bildirib ki, "Komando" xüsusi briqadasına götürülməsi üçün onlardan 6 min manat rüşvət alıblar. Artıq Məmmədovun qardaşı Müdafiə Nazirliyinə dəvət edilib, araşdırma aparılır. Məsələnin xüsusi diqqətdə saxlayırıq! Məncə, günün sonuna qədər ciddi nəticə olacaq! İşin sonuna qədər gedəcəm!”, - deyə baş redaktor vurğulayıb. Xatırladaq ki, şəhid gizir Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov dünən jurnalistlərə və blogerlərə verdiyi açıqlamada onlardan rüşvət alındığını bildirib. O deyib ki, qardaşı Səbuhi Əhmədovun "Komando" xüsusi briqadasına götürülməsi 6000 manat rüşvət istəmişdilər. Səbuhi də bankdan kredit götürüb tələb olunan məbləği ödəyib ki, “Komando” olsun. Gizir 3 gündən sonra şəhid olub. Qeyd edək ki, Səbuhi və qardaşı Sənan Əhmədov azyaşlı olarkən ata-anaları vəfat edib. Onlar “SOS” uşaq evində böyüyüblər.
15-09-2022, 20:38
Şəhid Nəzər bu gün oğlunu I sinfə aparacaqdı...Bu gündən Azərbayanda yeni tədris ilinə start verilib.
Butov.az xəbər verir ki, bu il ilk dəfə məktəbə ayaq basan 152 minə yaxın şagirdin arasında Şəhid övladları da var. Onlardan biri Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin ötən gün şəhid olan giziri 31 yaşlı Nəzər Əzizovun oğlu Uğur Əzizovdur. Bu barədə məlumat paylaşan jurnalist Hafiz Əhmədov aşağıdakıları qeyd edib: "Bu gün o da birinci sinfə getməli idi. Bilmirəm, getdimi, getmədimi? Kimsə kədərdən, yasdan vaxt tapıb onu əlindən tutub məktəbə apardımı, aparmadımı? Bilmirəm... Tək bildiyim budur ki, atası günlər öncə onu bazara aparıb məktəbli forması almışdı. Əynindəki bu ağ köynəyi də bu gün məktəbə geyinməli idi. Atası almışdı. Atası onu bərbərə aparıb saçlarını da düzəltdirmişdi. Bu gün atasının əlindən tutub məktəbə ilk addımını atacaqdı, birinci sinfə qədəm qoyacaqdı. Amma ötən gün atası ilə əbədi olaraq vidalaşdı. Atasını torpağa əmanət edən Uğur bala "Mən Nəzərin igid balasıyam. Mən atamla fəxr edirəm".