Fransa baş naziri istefa verdi - Makron çətin durumda .....                        Azərbaycandan bu ölkələrə sərt cavab .....                        Ermənistanın Azərbaycana müsbət cavab verməsini gözləyirik - Çavuşoğlu .....                        Rüfət Səfərovla bağlı qərar verildi .....                        Gürcüstan müxalifəti debatdan yayındı .....                        Ceyhun Bayramov Aİ rəsmisi ilə görüş keçirdi .....                        Fransada kütləvi nümayişlər başlayır .....                        Sazişin 90 faizi razılaşdırılıb - Paşinyan .....                        “20 Yanvar”dan Sumqayıta yeni avtobuslar istifadəyə verilir .....                       
17-09-2022, 22:08
Bu gün adları açıqlanan ŞƏHİDLƏRİMİZ


Bu gün adları açıqlanan ŞƏHİDLƏRİMİZ

Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbi qulluqçularının sayı 79-a çatıb. Bu gün Müdafiə Nazirliyi tərəfindən açıqlanan şəhidlərimizin adlarını təqdim edir:
10 iyul 2003-cü il təvəllüdlü Əsgər Omarov Eşqin Nəsib oğlu
11 oktyabr 1997-ci il təvəllüdlü Baş leytenant Nəcəfzadə Hüseyn Abbasqulu oğlu
Qeyd edək ki, Baş Prokurorluq Eşqin Omarovun silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində həlak olduğunu bildirib. Daha sonra Müdafiə Nazirliyi hərbçimizə şəhid statusunun verildiyini açıqlayıb.
17-09-2022, 15:32
Tacikistanla sərhəddə yaralanan qırğızların sayı 121-ə çatdı


Tacikistanla sərhəddə yaralanan qırğızların sayı 121-ə çatdı

Tacikistanla sərhəddə münaqişə nəticəsində xəsarət alan Qırğızıstan vətəndaşlarının sayı 121 nəfərə çatıb. Bunu Qırğızıstan Səhiyyə Nazirliyinin mətbuat xidməti bəyan edib.“17 sentyabr da səhiyyə təşkilatlarına daxil olan zərərçəkənlərin ümumi sayı 121 nəfərdir, onlardan 7 zərərçəkmiş ambulator müalicəyə göndərilib”, - deyə Nazirlik bildirib. Qırğızıstan və Tacikistan sərhədində irimiqyaslı toqquşmalar cümə günü səhər saatlarında başlayıb. Tərəflər bir-birini top atəşinə tutmaqda ittiham ediblər. Sərhədin demək olar ki, bütün perimetri boyu iki ölkənin hərbçiləri arasında şiddətli döyüşlər bütün gün davam edib. Atəşkəs yalnız axşama doğru əldə edilib. Qırğızıstan tərəfi qarşıdurma nəticəsində 24 vətəndaşının öldüyünü bildirib. Şənbə günü səhər toqquşmalar yenidən başlayıb. Tərəflər bir-birini atəşkəs razılaşmasını pozmaqda ittiham ediblər. Dövlət sərhədinin Qırğızıstan-Tacikistan hissəsi tez-tez yerli sakinlərlə iki ölkənin sərhədçiləri arasında münaqişə zonasına çevrilir. Buna səbəb dövlətlər arasında sərhədin necə keçdiyini müəyyən etmək mümkün olmayan ərazilərdir.
17-09-2022, 15:16
Həlak olan əsgərə şəhid statusu veriləcək


Həlak olan əsgərə şəhid statusu veriləcək

Azərbaycan Ordusunun Kəlbəcərdə həlak olan hərbi qulluqçusu, əsgər Omarov Eşqin Nəsib oğluna şəhid statusu veriləcək. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, qanunvericiliyə əsasən E.Omarov şəhid statusu alacaq. Xatırladaq ki, E.Omarovun həlak olması faktı ilə bağlı Kəlbəcər Hərbi prokurorluğunda araşdırma aparılır. O, silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində vəfat edib.

17-09-2022, 15:14
Hərbi qulluqçumuz vəfat etdi


Hərbi qulluqçumuz vəfat etdi

Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Omarov Eşqin Nəsib oğlu silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində vəfat edib. Bu barədə Baş Prokurorluqdan məlumat verilib. Faktla əlaqədar Kəlbəcər Hərbi prokurorluğunda araşdırma aparılır.
17-09-2022, 15:12
Erməni təxribatçılarının basdırdığı minalar aşkarlandı


Erməni təxribatçılarının basdırdığı minalar aşkarlandı

Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin Kəlbəcər, Laçın və Daşkəsən rayonlarında genişmiqyaslı təxribatı zamanı qarşı tərəfin diversiya qruplarının sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarından istifadə edərək müxtəlif istiqamətlərdə minaladıqları Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilər və təminat yolları mühəndis-istehkam bölmələrimiz tərəfindən təmizlənir. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Ərazidə aparılan minatəmizləmə fəaliyyəti nəticəsində 100 ədəd Ermənistanda istehsal edilmiş piyada əleyhinə PMN-Э minası, 8 ədəd piyada əleyhinə PMN-2 minası və 10 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. Rəsmi məlumata görə, mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.

17-09-2022, 15:09
Hacıqabulda şəhidin doğum günündə xatirəsi anıldı


Hacıqabulda şəhidin doğum günündə xatirəsi anıldı

Hacıqabul şəhərində anadan olmuş, Vətən Müharibəsində Şəhidlik zirvəsinə ucalmış Baladov Ruslan Allahyar oğlunun xatirəsi məzarı önündə anılıb. Butov.az xəbər verir ki, xatirə tədbirində rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, aparatın məsul işçiləri, hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, rayon ictimaiyyətinin bir qrup nümayəndələri, şəhidin ailə üzvləri və yaxınları iştirak edib. Şəhidin məzarı ziyarət olunub, məzarı üzərinə tər qərənfillər düzülüb. Anım mərasimdə iştirak edənlər tərəfindən Şəhidin valideynlərinə baş sağlığı verilərək, Vətən Müharibəsi Şəhidlərinin keçdikləri döyüş yolundan, göstərdikləri qəhrəmanlıqlardan söhbət açılıb. Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin 44 günlük Vətən Müharibəsində dünyanı heyrətə salan daxili və xarici siyasətindən, ordumuzun qələbəsindən, bu gün Şəhid ailələrinə, müharibə iştirakçılarına və müharibədə sağlamlığını itirmiş vətəndaşlara Ölkə Rəhbərliyi tərəfindən göstərilən hərtərəfli diqqət və qayğıdan danışılıb. Şəhid ailələrinin qayğılarının, onları narahat edən məsələlərin həlli hər zaman dövlət başçının diqqətində olduğu vurğulanıb. Baladov Ruslan Allahyar oğlu 27.09.2020-ci il tarixdə Tərtər-Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olub. Göstərdiyi qəhrəmanlıqlara görə Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən “Vətən uğrunda” , “Suqovuşanın azad olunmasına görə”, “İgidliyə görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub. Sonda Şəhidlərin ruhuna dualar oxunub.



17-09-2022, 15:06
Naxçıvanda Ermənistanın PUA-sı vuruldu


Naxçıvanda Ermənistanın PUA-sı vuruldu

Ermənistan ordusunun təxribatlarına qarşı Azərbaycan ordusunun sarsıdıcı zərbələrindən nəticə çıxarmayan düşmən cəbhənin müxtəlif istiqamətlərində kəşfiyyat xarakterli fəaliyyətini davam etdirir. Butov.az xəbər verir ki, Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidməti növbəti erməni təxribatı barədə məlumat yayıb. M​​​​​əlumata görə, sentyabrın 16-sı gündüz saatlarında Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun Ordunun müdafiə mövqeləri üzərində kəşfiyyat xarekterli uçuşlar həyata keçirməyə cəhd edib. Əlahiddə Ümumqoşun Ordunun Hava Hücumundan Müdafiə bölmələri xüsusi texniki vasitələrlə düşmən PUA-sını endirilərək zərərsizləşdirib.
17-09-2022, 15:04
Baydendən Putinə sərt xəbərdarlıq: "Bunu etmə!"


Baydendən Putinə sərt xəbərdarlıq: "Bunu etmə!"

ABŞ prezidenti Co Bayden Rusiya lideri Vladimir Putinə Ukraynada taktiki nüvə və ya kimyəvi silahdan istifadədən çəkinməsi üçün xəbərdarlıq edib. Butov.az-ın məlumatına görə, Bayden CBS telekanalına müsahibəsində Putini Ukraynada nüvə silahından istifadəyə görə hədələyib. Deyib ki, əks təqdirdə, bunun nəticələri Kreml üçün ağır olacaq. Amerika liderinin sözlərinə görə, o, Putini bu addımla bağlı şəxsən xəbərdar edib."Bunu etmə! Nəticələri ağır olacaq. Yoxsa cavab verəcəksiniz!", - ABŞ prezidenti xəbərdarlğında qeyd edib. Lakin Amerika lideri Rusiyaya cavabın nə olacağını açıqlamayıb.
17-09-2022, 15:02
Kəlbəcərdə yaralanan mülki şəxslərin son durumu


Kəlbəcərdə yaralanan mülki şəxslərin son durumu

Ermənistan silahlı qüvvələri bölmələrinin Kəlbəcərdə törətdiyi təxribat nəticəsində mərmi partlayışı zamanı sol ayağından qəlpə yarası alan Asim Musayev və topuğundan xəsarət alan Arzuman Orucovun durumu normaldır. Butov.az xəbər verir ki, A.Musayevin müalicə aldığı xəstəxanadan Report-a bildirilib ki, o, xəstəxanaya gətirilən zaman vəziyyəti ağır olub.
Buna baxmayaraq, həkimlərin səyi nəticəsində A.Musayevin ayağını amputasiyadan xilas etmək mümkün olub: "Hazırda onun vəziyyəti stabildir". Kəlbəcərdə xəsarət alan digər şəxs, A.Orucovun da vəziyyəti yaxşıdır. O, hadisədən sonra ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Hazırda A.Orucovun səhhətində ciddi problem yoxdur. Qeyd edək ki, sentyabrın 12-si gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Nəticədə Azərbaycan Silahlı Qüvvələrinin 77 hərbçisi şəhid olub. Bundan başqa, Kəlbəcər rayonu ərazisində heyvandarlıqla məşğul olan Goranboy rayonunun Veyisli kəndində yaşayan Kəlbəcər rayonu Bozlu kənd sakini, 1975-ci il təvəllüdlü Musayev Asim İsa oğlu və Goranboy rayonunun Qaraçinar kəndində yaşayan Kəlbəcər rayonu Ağdaban kənd sakini, 1984-cü il təvəllüdlü Orucov Arzuman İman oğlu yaralanıblar.
17-09-2022, 14:59
Metro və avtobusda maska taxın! - TƏBİB-dən çağırış


Metro və avtobusda maska taxın! - TƏBİB-dən çağırış

Azərbaycanda yeni tədris ilinin başlanması səbəbindən ictimai nəqliyyatda sıxlıq müşahidə edilir. Son günlər metro və avtobuslarda yaranan basabas koronavirusa yoluxma riskini yenidən artırır. Hazırda ölkədə epidemioloji vəziyyət nisbətən sabit olsa da, payızda yoluxma hallarının artması istisna edilmir. Belə olan hallda hansı qabaqlayıcı addımlar atılmalıdır? Bu barədə danışan TƏBİB-in infeksion xəstəlikləri üzrə işçi qrupunun rəhbəri, həkim-infeksionist Vasif Əliyev bildirib ki, avtobus və metrolarda sıxlığın olması, bu nəqliyyat vasitələrindən istifadə edən vətəndaşların tibbi maska taxmaması virusun geniş yayılmasına zəmin yaradır. Tanınmış həkim vurğulayıb ki, dövlət qurumları ictimai nəqliyyatda müşahidə edilən sıxlığın aradan qaldırılması üçün müvafiq addımlar atmalıdırlar. Qapalı yerlərdə tibbi maska tələbinin yenidən tətbiqinə gəlincə, TƏBİB nümayəndəsi hazırda bu məsələnin gündəmdə olmadığını söyləyib. Bundan əlavə, Vasif Əliyev vətəndaşları ictimai nəqliyyatda virusdan qorunmaq üçün maska taxmağa çağırıb:“Hazırkı vəziyyətlə əlaqədar maskadan məcburi istifadənin yenidən tətbiq ediləcəyini düşünmürəm. Əlbəttə, yoluxma sayında artım olacağı təqdirdə belə qərar qəbul edilə bilər. Təbii ki, yoluxma sayının artmaması üçün vətəndaşlar ehtiyyatlı davransınlar. Yaxşı olar ki, ictimai nəqliyyatda mümkün qədər tibbi maskadan istifadə edilsin".

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!