17-09-2022, 14:54
Qırğızıstanın sərhədində komendant saatı elan edildiTacikistan tərəfi ilə toqquşmanın baş verdiyi sərhəd zonasında Qırğızıstanın Batken vilayətində fövqəladə vəziyyət tətbiq edilib. Bu barədə Qırğızıstanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.“Mülki Müdafiə rəisi, prezidentin səlahiyyətli nümayəndəsi Abdikərim Alimbayevin 16 sentyabr 2022-ci il tarixli əmrinə əsasən, Batken vilayətində fövqəladə vəziyyət rejimi tətbiq edilib”, - məlumatda deyilir. Son məlumatlara görə, toqquşmalar nəticəsində Qırğızıstan tərəfində 24 nəfər ölüb, 103 nəfər isə yaralanıb. Qırğızıstan hakimiyyəti 136 minə yaxın vətəndaşı təhlükəsiz yerlərə təxliyə edib.
17-09-2022, 14:49
Masazırda oğlan sevdiyi qıza görə intihara cəhd edir Abşeron rayonu, Masazır qəsəbəsində bir nəfər intihara cəhd edir. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Gənc oğlan tikinti üçün nəzərdə tutulan krana çıxaraq özünü oradan atacağını bildirir. Hadisə yerinə gələn polis əməkdaşları onu fikrindən daşındırmağa çalışır. Gəncin sevdiyi qızın ona xəyanət etməsi səbəbindən özünü öldürmək istədiyi iddia olunur.
17-09-2022, 14:47
ABŞ Rusiyaya yeni sanksiyalar tətbiq edəcəkAmerika Birləşmiş Ştatları Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsi və onların daha effektiv olması üçün müvafiq addımlar atılacağını istisna etmir. Bunu Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.“Biz sanksiyaların prezident Vladimir Putinə və onun iqtisadiyyatına istənilən təsirə malik olduğundan əminlik üçün müvafiq tədbirlərə əl atacağıq”, - deyə Kirbi bildirib. Onun sözlərinə görə, ABŞ əlavə sanksiyalar tətbiq etmək və sanksiyalar rejimini dəyişdirmək imkanını heç vaxt istisna etmir. ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi daha əvvəl demişdi ki, Ukraynada müharibə aparan Rusiyanı əziyyətə salacaq sanksiyalar lazımdır. O, həmçinin Rusiyanın dondurulmuş aktivlərindən məhrum edilməsini və onları Ukraynanın bərpasına yönəltməyi zəruri hesab edib.
17-09-2022, 14:40
Sərhəddə vəziyyət necədir? Sentyabrın 17-si saat 09:00-a olan məlumata görə, Ermənistan-Azərbaycan sərhədində vəziyyət dəyişməyib. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Xatırladaq ki, sentyabrın 13-də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri Ermənistan ordusunun mövqelərindən atəşə tutulmuş, nəticədə genişmiqyaslı təxribat törədilmişdi. Bu döyüşlərdə Azərbaycan tərəfi 77 şəhid verib. Ermənistanın isə rəsmi məlumata görə, 135 hərbçisi ölüb. Sentyabrın 14-ü axşam saatlarında atəşkəslə bağlı razılıq əldə olunub.
17-09-2022, 14:38
Rusiyanın Su-24 təyyarəsi vurulduUkrayna Silahlı Qüvvələri ötən sutka ərzində Rusiyaya məxsus bir Su-24 təyyarəsini, üç qanadlı raketi və bir pilotsuz təyyarəni məhv edib. Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının “Facebook” səhifəsində məlumat paylaşılıb. Qeyd edək ki, Rusiya ordusu Ukraynaya qarşı müharibəyə başlayandan bəri ən azı 5800 hərbi texnika itirib. Onlardan 3668-i məhv edilib, 136-sı zədələnib, 303-ü tərk edilib, 1693-ü qənimət götürülüb.
17-09-2022, 14:36
Kupyansk ruslardan azad edildiUkrayna hərbçiləri Xarkov vilayətinin Kupyansk şəhərini tamamilə azad edib.
Butov.az xəbər verir ki, bu barədə KRAKEN hərbi bölməsinin komandiri Sergey Veliçko açıqlama verib. Veliçko deyib ki, Rusiya qoşunu şəhərin sol hissəsindən çıxarılıb:"Yaxşı əlaqələndirilmiş hərəkətlər nəticəsində KRAKEN bölüyü Oskol çayını uğurla keçdi və bu, qüvvələrimizə düşməni şəhərin sol sahilindən çıxarmağa imkan verdi". Komandir əlavə edib ki, Oskolun sol sahilində Ukrayna hərbçilərinin əks-hücum əməliyyatı uğurla davam edir.
17-09-2022, 14:31
Ərdoğan ABŞ-a yola düşdüTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfər edib. Bu barədə TRT telekanalı məlumat yayıb. Dövlət başçısı Nyu-York şəhərində BMT Baş Assambleyasının iclasında iştirak edəcək. Məlumata görə, Ərdoğan ABŞ Prezidenti Co Bayden daxil olmaq bir sıra görüşlər keçirəcək.
17-09-2022, 14:29
Çin liderindən rəngli inqilab xəbərdarlığı - Dəstək istədiÇin lideri Si Cinpin Şanxay Əməkdaşlıq Təşkilatının iclasında üzv ölkələrə rəngli inqilablarla bağlı xəbərdarlıq edib.
Butov.az xəbər verir ki, o, təşkilata üzv ölkələri "rəngli inqilab" adlandırılan xalq üsyanlarının qızışdırılmasının qarşısını almaqda bir-birini dəstəkləməyə çağırıb. O, həmçinin bildirib ki, Çin qarşıdakı 5 il ərzində üzv ölkələrin hüquq-mühafizə orqanlarının 2000 əməkdaşına təlim keçəcək və antiterror işlərinə yönəlmiş təlim bazası yaradacaq. Çinin inkişaf etməkdə olan ölkələrə 1,5 milyard yuan (214 milyon dollar) dəyərində taxıl və digər növ yardımlar verəcəyini söyləyən Si Cinpin ölkəsinin iqtisadiyyatının dayanıqlı olduğunu vurğulayıb.
17-09-2022, 14:26
Rusiya Avstraliyaya sanksiya tətbiq etdiRusiya Avstraliyanın 41 vətəndaşına sanksiya tətbiq edib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. "Qara siyahı"ya salınan şəxslərin əksəriyyəti jurnalistdir. Bundan başqa, siyahıya Avstraliyanın müdafiə sənayesinin nümayəndələri də daxil edilib. Sanksiya siyahısında olan şəxslərin Rusiyaya girişi qeyri-müəyyən müddətə qadağan edilib. İyulun 1-də Avstraliya 16 rusiyalı iş adamı və məmuruna qarşı sanksiya tətbiq edib.
17-09-2022, 14:21
Vərəsəliklə bağlı yeni qərar verildiKonstitusiya Məhkəməsi vərəsəlik hüququ ilə bağlı qərar qəbul edib.
Butov.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Məcəllənin 1159-cu maddəsinin bəzi müddəalarının 1165-ci maddə ilə əlaqəli şəkildə şərhi üçün müraciət edib. Konstitusiya Məhkəməsi müraciət əsasında konstitusiya işinə baxıb və müvafiq qərar qəbul edib. Qərarda deyilir ki, Mülki Məcəllənin 1159-cu maddəsinin mənasına görə, yalnız qanunla müəyyən edilmiş vərəsəliyin növbəliyinə daxil olan və miras qoyana münasibətdə müvafiq qohumluq dərəcəsi üzrə şəxslər vərəsə qismində çıxış edə bilər.