Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                       
18-09-2022, 18:34
İtaliyada ciddi böhran: Rusiya qazı kəsilsə...


İtaliyada ciddi böhran: Rusiya qazı kəsilsə...

İtaliya qaz böhranı ilə üz-üzə qalıb. Butov.az xəbər verir ki, İtaliyada 6,4 milyard kubmetr qaz çatışmazlığı riski yaranıb. Məlumata görə, cari ilin oktyabr ayından Rusiya qazının tədarükü tam dayandırılacağı təqdirdə böhran daha da böyüyəcək. Üstəlik, alternativ tədarük və ehtiyatların təşkili nəzərə alınarsa, İtaliyada istehlak səviyyəsindən təxminən 8%, yəni 6,4 milyard kubmetr qaz çatışmazlığı yaranacaq. Mütəxəssislərin fikrincə, bu, iqtisadi artımın azalmasına və 600 minə yaxın iş yerinin itirilməsinə səbəb olacaq.
18-09-2022, 18:32
Tbilisidə ermənilərin təxribat cəhdi - İnsident yaşandı


Tbilisidə ermənilərin təxribat cəhdi - İnsident yaşandı

Gürcüstanda yaşayan bir qrup erməni Tbilisidə aksiya keçirməyə cəhd edib. Butov.az xəbər verir ki, əksəriyyəti qadınlardan ibarət olan qrup paytaxt metrosunun Ablavari stansiyasının yanında Azərbaycan səfirliyinin binasına qədər yürüş etməyə cəhd göstərib. Lakin Avropa meydanının yanında polislə qarşıdurma olub. Təxribat törətməyə çalışan ermənilərin cəhdi baş tutmayıb. Erməni qadınlar küçələrdəki zibil qablarını dağıdıb, polisə qarşı güc tətbiq etməyə çalışıblar. Polis əllərində Ermənistan bayraqları tutan yürüş iştirakçılarının qarşısını Metexi körpüsü üzərində kəsib. Bu zaman polislə insident yaşanıb. Əraziyə çox sayda hüquq-mühafizə orqanı əməkdaşı cəlb edilib. Azərbaycanın Gürcüstandakı səfirliyinin və Tbilisidə Heydər Əliyev parkının ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.


18-09-2022, 18:29
Qırğızıstanda on minlərlə insan təxliyə olundu


Qırğızıstanda on minlərlə insan təxliyə olundu

Son iki gün ərzində toqquşmaların baş verdiyi Tacikistanla sərhədə yaxın ərazidə yaşayan Qırğızıstan vətəndaşlarının təxliyəsi prosesi yekunlaşıb. Bu barədə Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə və xilasetmə işləri departamentinin rəhbəri Bolot Şarşanəliyev bildirib. O deyib ki, evakuasiya prosesinin başa çatıb:"Biz demək olar ki, bütün əhalini təxliyə etdik. Ərazilərdə yalnız evlərin təhlükəsizliyini təmin etmək üçün yerli sakinlərdən yaradılan könüllü xalq dəstələri qalıb. Qadınlar, uşaqlar, qocalar isə artıq təxliyə edilib”. Onun sözlərinə görə, ümumilikdə, Batken və Oş vilayətlərinin bir sıra yaşayış məntəqələrinin sakinləri nəzərə alınmaqla, 142 minə yaxın insan təxliyə olunub.
18-09-2022, 15:59
Əməkdar Mədəniyyət işçisi vəfat etdi


Əməkdar Mədəniyyət işçisi vəfat etdi

"Ədəbiyyat" qəzetinin məsul katibi, Əməkdar mədəniyyət işçisi Atababa İsmayıloğlu vəfat edib. Bu barədə qəzetdən məlumat verilib. Allah rəhmət eləsin!

18-09-2022, 15:56
İtaliya daşqınlara təslim oldu


İtaliya daşqınlara təslim oldu

İtaliyanın Ankona şəhəri yaxınlığında yerləşən yaşayış məntəqələrində güclü leysan yağışlarının səbəb olduğu daşqınlar nəticəsində 10 nəfər ölüb. Bu barədə Ankona şəhərinin rəhbərliyi məlumat yayıb. Bildirilib ki, daşqınlar səbəbindən üç nəfər itkin düşüb. Ostra bölgəsinə səfər edən İtaliyanın Baş naziri Mario Draqi rəsmilərdən məlumat alıb. Qeyd edək ki, Marke Regional Rəhbərliyi daşqınlar səbəbindən həyatını itirənlər ilə əlaqədar iki gün matəm elan edib.
18-09-2022, 15:52
Ukraynalılar erməni təxribatına niyə susdular...


Ukraynalılar erməni təxribatına niyə susdular...

Ermənistan silahlı qüvvələrinin sərhəddə Azərbaycan Ordusuna qarşı törətdiyi genişmiqyaslı təxribatlara dünyanın müxtəlif ölkələrindən reaksiyalar gəlməkdədir. Azərbaycana dost və strateji tərəfdaş olan ölkələr Ermənistanın hərbi təxribatlarını pisləyərək, rəsmi Bakıya öz dəstəklərini nümayiş etdiriblər. Lakin Azərbaycan daim müttəfiq kimi dəstək olduğu, Rusiyaya qarşı savaşında açıq mövqe sərgilədiyi Ukrayna isə sərhəd olaylarına neytral münasibət bildirərək, tərəfləri sülhə çağırmaqla kifayətlənib.“Ukrayna sərhəddəki durumu diqqətlə izləyir. Biz tərəfləri beynəlxalq hüquq normalarına uyğun şəkildə gərginliyin siyasi-diplomatik yolla həllinə çağırırıq”, - deyə Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko sərhəddəki təxribatlarla bağlı ölkəsinin mövqeyini ortaya qoyub. Təəssüflər olsun ki, Ukrayna vətəndaşlarından gözlədiyimiz mənəvi dəstəyi ala bilmədik. Doğrudur, hazırda hər bir ukraynalının başı ölkəsində davam edən qanlı müharibəyə qarışıb. Lakin ən azından haqsızlıqla üzləşən ölkənin nümayəndələri kimi Ermənistanın Azərbaycana qarşı xain hücumlarına səssiz qalmamalı idilər. Bu azmış kimi Bakıda konsert verməyə hazırlaşan ukraynalı müğənni Maks Barskixin ermənilərə açıq dəstəyi sosial şəbəkələrin Azərbaycan seqmentində etiraz doğurub. Onun dekabrın 10-da Bakıda keçirilməsi planlaşdırılan konsertinin ləğvi tələbi ilə çağırışlar edilib. Etirazlar fonunda Maks Barskixin konsertinə bilet satışı dayandırılıb. Dost Ukrayna vətəndaşlarının belə laqeyd münasibəti nədən irəli gəlir? Bu barədə danışan ukraynalı siyasətçi, hazırda döyüşlərdə iştirak edən Dmyotro Kulibaba ölkəsinin hər zaman Azərbaycanın yanında olduğunu söyləyib."Hazırda bizdə plüralizm var, insanlarda fikir ayrılıqları yaşanır. İnsanların fikirlərini bildirməsinə qadağa qoya bilmərik, amma həqiqətlər fərqlidir. Dövlətin məmurları var, onların dediklərini rəhbər tutmaq lazımdır. Tərəfdaşımız olan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. Bizim hakimiyyət hər zaman azad Azərbaycanın yanındadır. İnsanlar müxtəlif düşünə bilər, amma xalqımız da Azərbaycan xalqı ilə birdir", - deyə Kulibaba vurğulayıb. Xatırladaq ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrin 80 hərbi qulluqçusu şəhid olub. Baş verən silahlı toqquşmalardan sonra tərəflər arasında atəşkəs razılığı əldə edilib. Artıq 4 gündür ki, atəşkəs razılaşmasına riayət olunur. Bununla belə sərhəddə təhlükənin aradan qalxmadığı, vəziyyətin gərgin olduğu görünür.
18-09-2022, 15:48
Çində dəhşətli qəza: 27 nəfər öldü


Çində dəhşətli qəza: 27 nəfər öldü

Çində avtobus qəzası onlarla can alıb. Butov.az xəbər verir ki, hadisə ölkənin cənubundakı Quyçjou əyalətində baş verib. Məlumata görə, sərnişin avtobusunun aşması nəticəsində azı 27 nəfər ölüb, 20 nəfər yaralanıb. Hadisə səhər saatlarında Quiyan şəhərindən Libo qraflığına gedən magistral yolda qeydə alınıb. Hadisə yerinə təcili tibbi yardım avtomobilləri cəlb edilib və yaralılar xəstəxanaya aparılıb.
18-09-2022, 15:46
Sabahın havası: 35 dərəcə isti, külək...


Sabahın havası: 35 dərəcə isti, külək...

Azərbaycanda sentyabrın 19-na gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24°, gündüz 26-31° isti, Bakıda gecə 21-23°, gündüz 28-30° isti olacaq. Atmosfer təzyiqi 758 millimetr civə sütunu, nisbi rütubət 60-65 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 17-21°, gündüz 30-35° isti, dağlarda gecə 4-8°, gündüz 10-14° isti olacağı gözlənilir.
18-09-2022, 15:44
UEFA klub reytinqini açıqladı: “Qarabağ” ilk 100-lükdə


UEFA klub reytinqini açıqladı: “Qarabağ” ilk 100-lükdə

Avrokubokların qrup mərhələsində II tur başa çatıb. Butov.az xəbər verir ki, matçların yekununa əsasən UEFA-nın klub reytinqi açıqlanıb. Siyahıda Azərbaycanı 7 klub təmsil edir. Ən uğurlu təmsilçimiz “Qarabağ”dır. 22,000 xala malik Ağdam klubu 65-ci yerə şərikdir. Qurban Qurbanovun yetirmələri Rusiya “Lokomotiv”i, Rumıniya təmsilçisi ÇFR-i və Çexiyanın “Viktoriya” klubu ilə eyni xala sahibdir.
Ötən reytinqdə 63-67-ci yerləri bölüşən “dördlük” bir pillə geriləyib. Hazırda 64-68-ci olan “Qarabağ” və şəriklərini “Başakşəhər” keçib. Ağdamlılar II turda “Nant”ı 3 cavabsız qolla üstələyib. Amma ilk iki turda qələbələri sıralayan İstanbul təmsilçisi də irəliləməyi bacarıb. Digər klublarımız “100-lük”dən uzaqdır. “Neftçi” 9,000 xalla 146-cı, “Qəbələ” 4,000 xalla 290-cı, “Şamaxı”, 3,000 xalla 312-ci yerə şərikdir. “Zirə”, “Səbail”, “Sumqayıt” isə 3,025 xalla 331-ci pilləni bölüşür. Qeyd edək ki, cədvələ 120,000 xala malik “Mançester Siti” başçılıq edir.
18-09-2022, 15:41
Şəhidimiz Goranboyda dəfn olundu


Şəhidimiz Goranboyda dəfn olundu

Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində törətdikləri genişmiqyaslı təxribat nəticəsində baş verən döyüş toqquşmasında yaralanan Azərbaycan Ordusunun hərbiçisi gizir Qurbanov Yusif Asif oğlu hospitalda vəfat edib. Şəhidimiz Goranboyda dəfn edilib. Butov.az-ın məlumatına görə şəhidin yaşadığı Şəfəq kəndində vida mərasimi keçirilib. Daha sonra şəhid Yusif Qurbanov kənd qəbiristanlığında torpağa tapşırılıb. Mərasim iştirakçıları şəhidimizi “Qarabağ Azərbaycandır”, "Şəhidlər ölməz, Vətən bölünməz" şüarları səsləndirərək, son mənzilə yola salıblar. Dəfn mərasimində şəhidin yaxınları, rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, şəhidin ailə üzvləri, kənd sakinləri, onun müəllimləri, hərbçi yoldaşları və ictimaiyyət nümayəndələri iştirak edib. Şəhidin tabutuna bürünmüş Azərbaycan Bayrağını icra başçısı Məhərrəm Quliyev tərəfindən şəhidin atasına təqdim edib. Dəfndə fəxri qarovul düzülüb, hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub və yaylım atəşi açılıb. Qurbanov Yusif 44 günlük vətən müharibəsində iştirak edib. Həmin döyüşlərdə bir neçə dəfə yaralanıb. Şəhidimiz nişanlı olub. Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən ağır yaralanan Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Qurbanov Yusif Asif oğlu sentyabrın 17-də Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında vəfat edib.


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!