Hikmət Hacıyev ADA-da COP29-dan danışdı .....                        Qazax sakinləri 4 kəndin qaytarılmasını böyük sevinvlə qeyd etdilər .....                        NATO müttəfiqləri Ukraynayla bağlı razılığa gəldi .....                        İstanbulda torpaq sürüşməsi baş verdi .....                        “Nərimanov” stansiyasında bədbəxt hadisə .....                        Aİ Qazaxın 4 kəndinin qaytarılmasını alqışlayır .....                        Sadiq Qurbanov nüfuzlu beynəlxalq tədbirdə məruzəçi olub .....                        Martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olundu .....                        Milli Məclisin plenar iclasında nələr müzakirə olundu.. .....                       
18-09-2022, 15:38
Rusiyanın daha 230 hərbçisi məhv edildi


Rusiyanın daha 230 hərbçisi məhv edildi

Son sutka ərzində Ukraynada Rusiya ordusunun 230 hərbçisi məhv edilib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bununla da müharibə başlayandan indiyədək Rusiyanın canlı qüvvə itkilərinin sayı 54 480-ə çatıb. Rusiya ordusunun digər döyüş itkiləri 2210 tank, 4718 zirehli döyüş maşını, 1309 artilleriya sistemi, 312 reaktiv yaylım atəşi sistemi, 168 hava hücumundan müdafiə sistemi, 251 təyyarə, 217 helikopter, 918 PUA, 238 qanadlı raket, 15 gəmi, 3 578 avtomobil texnikası və avtosistern, 122 xüsusi texnikadan ibarətdir. Xatırladaq ki, Rusiya qoşunları bu ilin fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb.
18-09-2022, 15:35
Pelosiyə istefa çağırışı: Ərizəni yaz, get!


Pelosiyə istefa çağırışı: Ərizəni yaz, get!

Amerika Birləşmiş Ştatların Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ABŞ parlamentinə qarşıdan gələn aralıq seçkilərdə vəzifəsindən getməlidir. Bunu konqresmen Eliss Slotkin deyib. O bildirib ki, Demokratlar Partiyasının nəticələrindən asılı olmayaraq, spiker istefa ərizəsini yazmalıdır."Bildirim ki, rəhbərlikdə Nyu-Yorkdan və Kaliforniyadan hədsiz çox konqresmen var. Daha çox müxtəliflik görmək istəyirik”, - deyə konqresmen Nensi Pelosini istefaya çağırıb.
18-09-2022, 15:32
Qırğızlar Tacikistanı “Bayraktar”la vurub


Qırğızlar Tacikistanı “Bayraktar”la vurub

Türkiyə istehsalı olan “Bayraktar TB2” pilotsuz uçuş aparatları bu dəfə Qırğızıstan tərəfindən istifadə olunub. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Bildirilib ki, ötən günlərdə Tacikistanla sərhəddə baş verən toqquşma zamanı Qırğızıstan "Bayraktar"lardan istifadə edib. Qeyd edək ki, “Bayraktar TB2” uzaqdan idarə olunan pilotsuz uçuş aparatları İkinci Qarabağ müharibəsində və hazırda davam edən Rusiya-Ukrayna müharibəsində istifadə olunub.
18-09-2022, 15:30
Qırğızıstanın sərhəddəki itkiləri - Ölü sayı artıb


Qırğızıstanın sərhəddəki itkiləri - Ölü sayı artıb

Qırğızıstan tərəfi Tacikistanla sərhəddə baş verən qarşıdurma zamanı ölənlərin yeni sayını açıqlayıb. Butov.az xəbər verir ki, Batken vilayətində qurbanların sayı 24-dən 37-yə yüksəlib. Ölkənin Səhiyyə Nazirliyindən verilən məlumatda 129 nəfərin yaralandığı bildirilib. Qeyd olunub ki, onlardan 7 nəfəri ambulator müalicəyə göndərilib.
18-09-2022, 15:28
Baydenlə Trassın ilk görüşü təxirə salındı


Baydenlə Trassın ilk görüşü təxirə salındı

ABŞ prezidenti Cozef Bayden və Böyük Britaniyanın baş naziri Liz Trass arasında nəzərdə tutulan görüş təxirə salınıb. Butov.az xəbər verir ki, BMT Baş Assambleyası çərçivəsində baş tutmalı olan görüş həftənin çərşənbə gününə ertələnib. Qeyd edək ki, bundan əvvəl görüşün bazar günü Londonda keçirilməsi nəzərdə tutulurdu. Görüşün təxirə salınmasının səbəbləri barədə əlavə məlumat verilməyib.
18-09-2022, 15:25
ABŞ Kiprə silah embarqosunu ləğv etdi


ABŞ Kiprə silah embarqosunu ləğv etdi

ABŞ Dövlət Departamenti Cənubi Kiprə tətbiq edilən silah embarqosunu ləğv edib. Bu barədə Departamentin sözçüsü Ned Prays məlumat verib."Dövlət katibi Antoni Blinken Kiprin 2023-cü maliyyə ilində müdafiə materiallarının ixracı və transferlərinin təsdiqlənməsinə icazə vermək üçün müvafiq qanunvericilik çərçivəsində lazımi şərtləri yerinə yetirdiyini müəyyən edib və Konqresə məlumat verib", - açıqlamada deyilir. O, həmçinin bəyan edib ki, Vaşinqtonun beynəlxalq silah ticarəti qaydaları 2022-ci il oktyabrın 1-dən tətbiq olunacaq. Qeyd edək ki, Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-ın Kiprlə bağlı qərarını qınayıb.
18-09-2022, 15:22
Polşa Türkiyədən “Bayraktar” aldı


Polşa Türkiyədən “Bayraktar” aldı

Polşa Türkiyədən 24 ədəd “Bayraktar TB2” pilotsuz uçuş aparatı alıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Qeyd edək ki, “Bayraktar TB2”ləri uzaqdan idarə edəcək Polşa pilotlarından ibarət ilk qrup Türkiyədəki işlərini yekunlaşdırıb.
18-09-2022, 15:13
Cüdo millimiz Avropa çempionu oldu


Cüdo millimiz Avropa çempionu oldu

Azərbaycanın gənc oğlanlardan ibarət milli yığma komandası Praqada keçirilən gənclər arasında Avropa çempionatında medal sıralamasına görə 39 ölkə arasında birinci olub. Butov.az xəbər verir ki, sentyabrın 15-17-də Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən gənclər arasında Avropa çempionatında fərdi yarışlara yekun vurulub. Fərdi yarışların sonuncu günündə idmançılarımız 1 qızıl və 1 bürünc medal əldə edib. -90 kiloqram çəkidə yarışan cüdoçumuz Vüqar Talıbov bütün rəqiblərinə qalib gələrək çempionatın qızıl medalına sahib olub. Eyni çəki dərəcəsində yarışan digər cüdoçumuz İsmayıl Zamanov üçüncü yer uğrunda mübarizədə macarıstanlı idmançı Peter Safranini üstələyərək bürünc medala yiyələnib. -100 kiloqram çəkidə mübarizə aparan cüdoçumuz Ruslan Nəsirli yarışı 5-ci yerdə tamamlayıb. Xatırladaq ki, çempionatın ilk günündə -60 kiloqram çəkidə Turan Bayramov gümüş medal, ikinci günündə isə -73 kiloqram çəkidə Vüsal Qələndərzadə və -90 kiloqram çəkidə Elcan Hacıyev qızıl medal qazanıb. Yarışın ümumi nəticəsinə görə, cüdoçularımız 3 qızıl, 1 gümüş, və 1 bürünc medal qazanaraq oğlanlar arasında birinci, ümumi komanda hesabında isə ikinci yerə çıxıb. Sabah qitə birinciliyində qarışıq komanda yarışları keçiriləcək. Azərbaycan millisinin ilk görüşdə rəqibi Avstriya yığması olacaq.
18-09-2022, 14:50
Aysu Abbasova yazır: "Bu gün onunla musiqi də doğdu..."

Aysu Abbasova


Bu gün onunla musiqi də doğdu...

Bu gün - 18 sentyabr Azərbaycan milli musiqi gününün və onun banisinin doğum günüdür Bəli! Söhbət Üzeyir Hacıbəylidən gedir. Musiqi dedikdə Üzeyir Hacıbəyli , Üzeyir Hacıbəyli dedikdə
musiqi yada düşür. İlk dəfə 1995-ci ildə Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb. Mədəniyyət ocaqlarında, musiqi məktəblərində, xüsusilə konservatoriyamızın-indiki Musiqi Akademiyasının qarşısında Üzeyir Hacıbəylinin şərəfinə onun ölməz əsərlərindən fraqmentlər səsləndirilərdi.
Üzeyir bəy 1885-ci ildə Qarabağ mahalının Ağcabədi şəhərində anadan olub. Onun atası Əbdülhüseyn bəy əslən şuşalı idi. Hacıbəyovların Üzeyirdən başqa iki oğlu və bir qızı da vardı...

Üzeyir ilk təhsilini Şuşadakı mədrəsədə almış, sonra maarifçı Haşımbəy Vəzirovun ikiillik rus-tatar məktəbində təhsilini davam etdirib. Burada dövrünün görkəmli ziyalısı Mirzə Mehdi İsgəndər oğlu Həsənzadə-Sarıcalının rəhbərliyi altında Şərqin böyük yazıçı və şairlərinin əsərləri ilə yaxından tanış olub. Bu əsərləri yeniyetmə Üzeyir ya orijinalda, ya da ki, Mirzə Mehdi müəllimin özünün tərcüməsində oxuyub öyrənib. Zəngin musiqi ifaçılıq ənənəsinə malik olan Şuşa mühitinin Hacıbəyovun musiqi tərbiyəsində xüsusi yeri var. Onun ilk musiqi müəllimi öz dayısı, xalq musiqisinin gözəl bilicilərindən biri olan dövrünün dəyərli ziyalısı A.Əliverdibəyov olub. 1897-1898-ci illərdə, hələ yeniyetmə ikən Üzeyir Azərbaycanın tanınmış gənc yazıçı-dramaturqu Əbdürrəhim bəy Əsəd bəy oğlu Haqverdiyevin, həmçinin görkəmli xanəndə Cabbar Qaryağdıoğlunun bilavasitə rəhbərliyi və iştirakı ilə Şuşada göstərilən “Məcnun Leylinin məzarı üstündə” adlı səhnəcikdə artıq dəfələrlə xorda iştirak etmiş, bu sahədə özünə böyük təcrübə toplamışdı.

Onun musiqi istedadı elə seminariya illərində özünü büruzə verir. Beş il burada təhsil alan Ü.Hacıbəyovun dünyagörüşünün formalaşmasında, qabaqcıl dünya ədəbiyyatı ilə tanış olmasında seminariyanın böyük rolu olub.
1904-cü ildə seminariyanı bitirən gənc Üzeyir Cəbrayıl qəzasının Hadrut, Tuğ kəndlərinə (Hadrut uçastokunda 3-cü paralel sinifə) müəllim təyin olunmuş və burada 10 aya qədər çalışıb. O, 1905-ci ilin yayında Bakıya gələrək, burada bir müddət Bibiheybətdə, sonralar isə “Səadət” məktəbində müəllim, eləcə də “Həyat” qəzetində felyetonçu, tərcüməçi kimi işləmiş, eyni zamanda “İrşad” qəzeti ilə əməkdaşlıq edib.
Bədii yaradıcılıqla məşğul olan və həm də bir naşir kimi fəaliyyət göstərən Üzeyir Hacıbəyov 1907-ci ildə Bakıda Azərbaycan dilində “Hesab məsələləri” və “Mətbuatda istifadə olunan siyasi, hüquqi, iqtisadi və əsgəri sözlərin türki-rusi və rusi-türki lüğəti”ni nəşr etdirib. Üzeyir bəy Hacıbəyli haqqında yazmaq həmişə şərəflidir. Onun həyat və yaradıcılığı daim tədqiqatçıların nəzər-diqqətini cəlb etmiş, həyat və fəaliyyəti haqqında çoxlu sayda əsərlər, kitablar, oçerk və məqalələr yazılıb.Azərbaycan xalq musiqisinin bütün janrlarının (muğam, mahnı, rəqs, aşıq yaradıcılığı və s.) səciyyəvi xüsusiyyətlərini tam əhatə edərək bununla da, özünün orijinal üslubunu yaradıb.
O, əvvəllər şifahi xalq musiqi sənəti şəklində mövcud olan Azərbaycan milli musiqisini Qərbi Avropa və rus bəstəkarlıq məktəblərinin nailiyyətləri səviyyəsində zənginləşdirməyə müvəffəq olub.

Hacıbəyov milli musiqi xəzinəsini yeni janr və formalarla zənginləşdirən bir sıra əsərlər, o cümlədən Azərbaycan peşəkar musiqi sənətinin şah əsəri, dünya musiqi xəzinəsinin incilərindən olan dahiyanə "Koroğlu" operasını bəstələyib. O, həm Azərbaycan Xalq Cümhuriyyəti, həm də yeni Azərbaycan Respublikasının Dövlət himnlərinin musiqisinin müəllifidir. Üzeyir bəy elmi musiqişünaslığın, musiqi təhsilinin əsasını qoymuş və ömrünün sonunadək musiqi mədəniyyətinin inkişafına rəhbərlik edib. O, müasir bəstəkarlıq məktəbinin beşiyi başında durmuş, onun qabaqcıl dünya bəstəkarlıq məktəbləri ilə yanaşı dura bilməsi üçün fədakarcasına çalışıb. Dahi bəstəkarın yaratdığı musiqi inciləri dünya şöhrəti qazanmış, dünya musiqi mədəniyyətinin qızıl fonduna daxil olub. Görkəmli musiqi xadimləri onu "professional Şərq musiqisinin atası" adlandırıblar.
Qeyd etmək istərdim ki, Azərbaycan və dünya musiqi mədəniyyətinin inkişafında misilsiz xidmətləri olmuş Üzeyir Hacıbəyovun anadan olmasının 100 illik yubileyi YUNESKO-nun qərarı ilə beynəlxalq miqyasda qeyd olunub.

Aysu Abbasova
18-09-2022, 12:04
İctimai Birlik şəhid anaları və qaziləri bir araya topladı

“Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyi şəhid anaları və qaziləri bir araya topladı.
Bu həssas dönəmdə baş tutumuş görüşün məqsədi Vətən müharibəsində ölkənin ərazi bütövlüyünün təmin edilməsi uğrunda qanlı döyüşlərdə şəhidlik zirvəsinə ucalmış əsgər və zabitlərimizin əziz xatirəsini bir daha yad etmək, şəhid analarına dərin hörmət və ehtiramı ifadə etmək, döyüşlərdə sağlamlığını itirmiş qazilərimizə mənəvi dəstək göstərmək idi.



Tədbirdə son günlər işğaldan azad edilmiş ərazilərlə düşmənin təmas xəttində baş vermiş hadisələrə münasibət bildirildi, erməni silahlı qüvvələrinin tör-töküntülərinin törətdikləri təxribata rəşadətli Azərbaycan Ordusunun uğurlu hərbi əməlliyatı ilə layiqli cavab verildiyi qeyd edildi. 44 günlük Vətən müharibəsinin acılarını son hadisələr nəticəsində bir daha yaşamış şəhid anaları igid övladları ilə fəxr etdiklərini, Vətən sevgisi ilə şəhidlik zirvəsinə ucalmış oğullarını sadiq və ləyaqətli vətəndaş kimi boya-başa çatdırdıqlarından böyük qürur hissi keçirdiklərini dilə gətirdilər, şəhid ailələrinə göstərilən dövlət qayğısından dərin minnətdarlıq hissi ilə söz açdılar. Döyüş xatirələri ilə bölüşən qazilər müharibədə sağlamlıqlarını itirsələr də hər an döyüşə hazır olduqlarını, Vətəni qorumağın hər bir vətəndaşın müqəddəs borcu olduğunu bildirdilər.



Nikbin əhval-ruhiyyədə keçirilmiş görüşdə iştirak edən QHT rəhbərləri və təmsilçiləri, İctimai Birliyin üzvləri və könüllüləri şəhid analarına öz dərin hörmət və ehtiramlarını ifadə edib, qazilərimizə şəfa dilədilər.
Hamılıqla “Ruhunuz şad olsun, şəhidlər! Başın sağ olsun, Vətən!” deyirik...
Və usanmadan bəyan edirik: “Qarabağ - Azərbaycandır!”
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!